Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta



Yüklə 108,45 Kb.
səhifə1/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
  1   2   3   4   5   6   7   8   9   ...   17
IH-11Edit



Mövzu № 11: İnzibati məsuliyyət inzibati xəta
P L A N :

GİRİŞ


  1. İnzibati məsuliyyətin anlayışı və əsas xüsusiyyətləri.

  2. İnzibati xətanın anlayışı və onun əlamətləri.

  3. İnzibati məsuliyyətdən azad etmə.

NƏTİCƏ


Ə D Ə B İ Y Y A T:

  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.

  3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.

  4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi.

  5. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 fevral 1998-ci il.

  6. Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 09 avqust 1994-cü il.

  7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası. F.Y.Səməndərovun redaksiyası ilə. Bakı, Digesta, 2001.

  8. A.Abdullayev, F.Nağıyev. “İnzibati hüquq”. Dərslik. Bakı, 2008.

  9. E.Abdullayev. İnzibati hüquq. Dərslik. Bakı, 2007.

  10. V. Abışov, A. İsmayılov, R. Nəcəfquliyev. İnzibati hüquq II hissə. Dərs vəsaiti. Bakı, 2006.

  11. E.Abdullayev. Vətəndaşların inzibati məsuliyyəti. Dərs vəsaiti. B.,1992.

  12. İnzibati hüquq (sxemlərdə). Dərs vəsaiti. AR DİN-in Polis Akademiyası. Bakı, 2002.

  13. E.M.Kozlov, L.L.Popov. Administrativnoe pravo Dərslik.M., 2000.

  14. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

  15. V.R.Kisin. Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə. Dərs vəsaiti. Moskva, 1991.

  16. A.M.Staxov. "Administrativnaə otvetstvennostğ”. Dərs vəsaiti. Moskva, 2004


G İ R İ Ş

Hüquq məsuliyyəti şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafelərinin müdafiəsinin mühüm vasitələrindən biridir. O hüquq normalarının tələbləri pozulduqda, hüququn tələblərini pozana qarşı dövlət məcburiyyəti tədbirlərinin tətbiqində ifadə olunur.

Hüquq məsuliyyətinin əsas əlaməti onun dövlət tərəfindən müəyyən olunmasında və səlahiyyətli orqanlar tərəfindən tətbiq edilməsindədir. Törədilmiş hüquq pozuntusunun xarakterindən asılı olaraq hüquq məsuliyyəti intizam, inzibati, maddi, mülki və cinayət məsuliyyət növlərinə ayrılırlar. Hüquq məsuliyyətinin hər bir növü özünəməxsus dövlət məcburiyyət tədbirlərinə və onların tətbiqinin xüsusi qaydasına malikdir.

Bu mühazirənin mahiyyəti ondan ibarətdir ki, onun vasitəsi ilə hüquq məsuliyyətinin növlərindən biri olan inzibati məsuliyyət, onun əsas əlamətləri və tətbiq edilməsi qaydası haqqında nəzəri biliklər açıqlanacaq. İnzibati məsuliyyət hüquq məsuliyyətinin növlərindən biri olduğu üçün o, həm də hüquq məsuliyyətinə xas olan əlamətlərə də malikdir.

Hüquq məsuliyyəti hüquqpozma törətmiş şəxsə qarşı hüquq normaları sanksiyalarının, onlarda əks olunmuş müəyyən məsuliyyət tədbirlərinin tətbiqindən ibarətdir. Müasir cəmiyyətdə hüquq məsuliyyəti ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin edilməsinə, vətəndaşların qanuna hörmət, hüquqauyğun davranışın zəruriliyi və faydalılığının dərk edilməsi ruhunda tərbiyə olunmasına yönəlmişdir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci və 23-cü maddələri ilə inzibati məsuliyyətin tətbiq edilməsinin məqsədləri və onun tətbiqini ifadə edən inzibati tənbehlərin növləri müəyyən edilmişdir. Digər tərəfdən isə inzibati xətalar qanunvericiliyi ilə inzibati məsuliyyəti tətbiq etməyə səlahiyyəti olan səlahiyyətli orqanların (vəzifəli şəxslərin) dairəsi və onun tətbiq edilməsi qaydası müəyyən edilmişdir.

İnzibati məsuliyyətin əsasını inzibati xəta təşkil etdiyi üçün bu günkü mühazirəmizin mövzusunun vasitəsi ilə inzibati xəta, onun tərkibi və əsas əlamətləri barədə də nəzəri biliklər əldə etmiş olacağıq.

Mühazirəmizin mövzusu vasitəsi ilə əldə edəcəyiniz biliklərin sizin gələcək fəaliyyətinizdə həm nəzəri, həm də təcrübi əhəmiyyət kəsb edəcək. Çünki bu biliklərə yiyələnməklə siz, gələcəkdə öz xidməti vəzifələrinizi yerinə yetirərkən İXM-nin 4-cü maddəsində müəyyən edilmiş inzibati xətalar qanunvericiliyinin prinsiplərinə riayət etmiş və İXM-nin 21-ci maddəsinin tələblərini yerinə yetirmiş olarsınız.


Sual 1.
İnzibati məsuliyyətin anlayışı və əsas xüsusiyyətləri

İnzibati məsuliyyət hüquqi məsuliyyətin növlərindən biri olaraq səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq olunması ilə ifadə olunur.

İnzibati məsuliyyət hüquqi məsuliyyətin növlərindən biri olaraq sonuncuya xas olan bütün əlamətlərə malikdir:

- dövlət hakimiyyətinin həyata keçirilməsini və hüquq qaydalarının qorunmasını təmin edən vasitədir;

- hüquq normalarının sanksiyalarının tətbiqindən ibarətdir;

- hüquqa zidd olan təqsirli əməlin nəticəsidir;

- hüquqpozan şəxsin və onun törətdiyi əməlin ictimaiyyət tərəfindən pislənməsi ilə müşayiət edilməsidir;

- hüquq pozan şəxs üçün mənfi nəticə yaradan mənəvi və maddi xarakterli məcburetmə tədbirləri ilə bağlıdır;

- müvafiq prosessual formalarda həyata keçirilir.

Bununla yanaşı inzibati məsuliyyətin özünə məxsus xüsusiyyətləri də mövcuddur ki, bu da inzibati məsuliyyəti digər məsuliyyət növlərindən fərqləndirməyə kifayət qədər əsas verir. Bunlar aşağıdakılardır:

1. İnzibati məsuliyyət Azərbaycan Respublikasının İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyi ilə müəyyən edilir. Deməli o özünün normativ hüquqi əsasına malikdir.

İnzibati məsuliyyətin normativ-hüquqi əsası dedikdə, inzibati tənbehlərin tətbiqini nizamasalan hüquq normalarının sistemi başa düşülür.

Məzmununa görə onları:



  • maddi-hüquqi;

  • inzibati-prosessual;

  • təşkilati normalara bölmək olar.

Onlar aşağıdakılardır:

a) inzibati məsuliyyətin ümumi məsələlərini nizamlayan normalar (inzibati xətalar qanunvericiliyinin sistemini, inzibati məsuliyyətin əsaslarını və subyektlərini, inzibati tənbehlərin sistemini və s. müəyyən edən normalar );

b) inzibati xətaların tərkibini müəyyən edən normalar;

v) inzibati xətalar haqqında işlərin icraatını müəyyən edən normalar;

q) müvafiq icra hakimiyyəti orqanlarının, yetknlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların və inzibati yurisdiksiyanın digər subyektlərinin yaranma qaydasını, onların hüquqi vəziyyətini müəyyən edən normalar.

İnzibati məsuliyyətlə əlaqədar olan normalar inzibati hüququn müstəqil institutunu təşkil edir. Bundan fərqli olaraq, cinayət məsuliyyəti yalnız qanunla müəyyən edilir, intizam məsuliyyəti əmək qanunvericiliyi ilə, həmçinin də ayrı-ayrı kateqoriya fəhlə və qulluqçuların vəziyyətini müəyyən edən müxtəlif qanun və qanunqüvvəli aktlarla, maddi məsuliyyət əmək qanunvericiliyi, mülki qanunvericiliklə və ayrı-ayrı hallarda isə inzibati hüquq normaları ilə müəyyən edilir.




Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin