Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta



Yüklə 108,45 Kb.
səhifə6/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   2   3   4   5   6   7   8   9   ...   17
IH-11Edit

İnzibati xətanın obyekti

İnzibati xətanın obyekti müxtəlif hüquq normaları (sahələri) ilə nizamlanan və yalnız inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlərdir. Məsələn, Azərbaycan Respublikası İXM-nin 39-cu, 40-cı, 41-ci, 42-ci və s. maddələri ilə konstitusiya hüquq normaları ilə nizamlanan ictimai münasibətlər mühafizə olunurlar.

İnzibati xətaların obyektini təşkil edən ictimai münasibətlərin aşağıdakı xüsusiyyətləri mövcuddur:

a) onlar hüququn müxtəlif sahələri ilə nizamlanırlar (məsələn, əmək hüququ, konstitusiya hüququ, ekologiya hüququ və s.);

b) bu ictimai münasibətlər inzibati tənbehlərin vasitəsi ilə mühafizə olunurlar.



İnzibati xətanın obyektin 4 (dörd) növü mövcuddur:

1. İnzibati xətanın ümumi obyekti - müxtəlif hüquq normaları ilə nizamlanan və inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlərdir. Belə münasibətlərə vətəndaşların siyasi, sosial və əmək hüquqları, əhalinin sağlamlığı, sanitar-epidemioloci salamatlığı, mülkiyyət, iqtisadi fəaliyyət, ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, ətraf mühit və idarəçilik qaydaları ilə əlaqədar yaranan ictimai münasibətlər aiddirlər. Belə ictimai münasibətlər yalnız inzibati tənbehlərlə qorunduğu halda göstərilən obyektə aid edilir.

2. İnzibati xətanın xüsusi obyekti - ümumi obyektin müstəqil hissəsini təşkil edən ictimai münasibətlərin bir hissəsidir ki, bu münasibətlərin yaranma sahəsi eynidir (məsələn, nəqliyyatdan istifadə edilməsi ilə əlaqədar yaranan münasibətlər, rabitədən istifadə ilə əlaqədar yaranan münasibətlər və s.).

Azərbaycan Respublikasının İXM-nin Xüsusi hissəsinin 2 (ikinci) bölməsində, yəni 6-24-cü fəsillərində inzibati xətaların xüsusi obyektləri qeyd edilib.



3. İnzibati xətanın növlü obyekti - bu, elə ictimai münasibətlərdir ki, onlar xüsusi oybektin bir qrupudur. Məsələn: Azərbaycan Respublikası İXM-nin 22-ci fəsli İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar adlanır. Bu fəsildə inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlər inzibati xətaların xüsusi obyektini təşkil edir. Bu fəsildə nəzərdə tutulmuş inzibati xətaların növlü obyektindən danışarkən qeyd etmək lazımdır ki, burada 3 (üç) növlü obyekt mövcuddur.

a) ictimai qaydanın təmin edilməsi və mühafizəsi ilə əlaqədar yaranan və inzibati tənbehlərlə mühafizə olunan ictimai münasibətlər. Məsələn, Azərbaycan Respublikası İXM-nin 296-cı, 297-ci, 298-ci və 306-cı maddələri;

b) ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar yaranan və inzibati tənbehlərlə mühafizə olunan ictimai münasibətlər. Məsələn, Azərbaycan Respublikası İXM-nin 299-cu, 301-ci, 302-ci, 303-cü, 304-cü, 305-ci maddələri.

v) ictimai mənəviyyatın təmin edilməsi və mühafizəsi ilə əlaqədar yaranan və inzibati tənbehlərlə mühafizə olunan ictimai münasibətlər. Məsələn, Azərbaycan Respublikası İXM-nin 300, 307, 307.1, 308 və 309-cu maddələri.



4. İnzibati xətanın bilavasitə obyekti - belə ictimai münasibət inzibati xətanın törədilməsi nəticəsində bilavasitə ziyan çəkir. Məsələn, Azərbaycan Respublikası İXM-nin 346-cı maddəsi: Mülki silahın və döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması.

Bu növ inzibati xətanın bilavasitə obyekti kimi aşağıda göstərilən ictimai münasibətlər ola bilər:

a) mülki silahın və döyüş sursatının saxlanılması qaydalarını təşkil edən ictimai münasibətlər;

b) mülki silahın və döyüş sursatının daşınması qaydalarını təşkil edən ictimai münasibətlər;

v) mülki silahın və döyüş sursatının satılması qaydalarını təşkil edən ictimai münasibətlər.

İnzibati qanunvericilik bəzi hallarda inzibati xətanın bilavasitə obyekti simasında konkret ictimai münasibətin elementi kimi qəsd edilən predmeti nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 26-cı və 27-ci maddələrində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması və müsadirəsi müəyyən edilmişdir.

Ümumiyyətlə, inzibati xətanın obyektinə dair yuxarıda göstərilənləri aşağıdakı sxem şəklində təsvir etmək olar:


ÜO













XO













NO













BO


İnzibati xətanın obyektiv tərəfi

İnzibati xətanın obyektiv tərəfi - törədilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir.


Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin