Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta


İnzibati xətanın subyektiv tərəfi



Yüklə 108,45 Kb.
səhifə9/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
IH-11Edit

İnzibati xətanın subyektiv tərəfi

İnzibati xətanın subyektiv tərəfi - şəxsin törətdiyi hüquqazidd əmələ və onun zərərli nəticələrinə daxili psixi münasibətidir.

İnzibati xətanın subyektiv tərəfinin əsas elementi təqsir (qəsd və ehtiyatsızlıq), əlavə elementləri isə aşağıdakılardır:

  1. Emosional vəziyyət.

  2. Motiv.

  3. Məqsəd

Bu əlamətlər yalnız inzibati xətanın qəsdən törədilməsi zamanı özünü biruzə verirlər.

Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində qeyd edildiyi kimi: Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəktsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd edildiyi kimi inzibati məsuliyyət o vaxt yarana bilər ki, şəxs inzibati xətanın törədilməsində təqsirkar sayılsın.



Təqsir - şəxsin öz hüquqazidd əməlinə və onun zərərli nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir.

Təqsir inzibati məsuliyyətin əsas şərtlərindən biridir. Əgər şəxsin əməlində təqsir yoxdursa, zərərli nəticələr təsadüf şəraitində yaranıbsa, deməli inzibati xətanın subyektiv tərəfi yoxdur və ümumiyyətlə inzibati məsuliyyət də yoxdur.



Təqsirin forması - bu inzibati xətalar qanunvericiliyi ilə müəyyən olunmuş xətanı törətmiş şəxsin iradəsi və zəruri elementlərinin müəyyən qarşılıqlı təsiridir. Bu da törədilmiş inzibati xətaya onun psixi münasibətini qəsd və ehtiyatsızlıq formasında ifadə olunmasını xarakterizə edir.

Beləliklə, təqsirin iki forması mövcuddur:

a) qəsd;

b) ehtiyatsızlıq.

Bu barədə Azərbaycan Respulikasının İXM-nin 13-cü və 14-cü maddələrdə müvafiq maddələr mövcuddur.



Azərbaycan Respublikasının İXM-nin 13-cü maddəsi: İnzibati xətanın qəsdən törədilməsi.

İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyin) hüquqazidd xaraktrini dərk etmiş, onun zərərli nəticələrini qabaqdan görmüş və ya bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.

Bu maddəyə uyğun olaraq qeyd etmək olar ki, qəsdin iki növü mövcuddur:



Birbaşa qəsd - təqsirin elə formasıdır ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və hərəkətsizliyinin) hüquqa zidd xarakterini dərk edir, onun ziyanlı nəticələrini əvvəlcədən görür və bu nəticələri arzulayır. Məsələn, İXM-nin 331-ci maddəsi ... şəxsiyyət vəsiqəsinin və ya pasportun ... qəsdən korlanması.

2. Dolayı qəsd - təqsirin elə formasıdır ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və hərəkətsizliyinin) hüquqa zidd xarakterini dərk edir, onun zərərli nəticələrinin baş verməsini arzu etmir, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Məsələn, Azərbaycan Respublikasının İXM-nin 92.2-ci maddəsi Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərin və cavan ağacların məhv edilməsizədələnməsi.

Emosional vəziyət əsasən, birbaşa qəsdlə törədilən inzibati xətalar üçün xarakterikdir. Bu əlamətin dispozisiyada nəzərdə tutulması normanın tətbiqində onun müəyyən olunmasını zəruri edir. Baxmayaraq ki, emosional vəziyyəti əks etdirən və məsuliyyəti yüngülləşdirən konkret norma yoxdur, amma inzibati tənbeh tətbiq edilərkən Azərbaycan Respublikasının İXM-nin 33.2 maddəsinə uyğun olaraq məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilə bilər. Məsələn, şəxsə onun yaxın qohumunun vəfat etməsi barədə xəbər verilməsi nəticəsində, həmin şəxsin nəqliyyat vasitəsi ilə müəyyən olunmuş sürət həddini aşmaqla özünün hadisə yerinə çatdırması.

İnzibati xətanın motivi - bu şəxsi hər hansı bir əməlin törədilməsinə vadar edən amillərdən, yəni ona sövq etdirən səbəb və niyyətdən (tamah, xuliqanlıq, niyyəti, özündən razı olma və sair) ibarətdir. Motiv - latınca moveo sözündən götürülüb, hərəkət edirəm deməkdir.

İnzibati xətanın məqsədi - şəxsin törədiləcək xətanın xarici aləmdə yaradacağı və arzu olunan dəyişiklik barədə təsəvvürüdür. İnsanın daxilindəki meyl və hissi hərəkətverici motivə çevirən də məhz məqsəddir. Məsələn, Azərbaycan Respublikasının İXM-nin 200-cü maddəsi: ... yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədilə...

Qeyd etmək lazımdır ki, inzibati hüquq normalarında inzibati xətanın məqsədi, motivi və şəxsin emosional vəziyyəti barədə az danışılır. Buna baxmayaraq, onların üzə çıxarılması əməlin subyektiv və obyektiv tərəflərinin düzgün qiymətləndirilməsi və tövsifi üçün lazımdır. Yuxarıda göstərilənlərdən, belə nəticəyə gəlmək olar ki, motiv - sövq edəndirsə, məqsəd isə son nəticədir.




Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin