Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta



Yüklə 108,45 Kb.
səhifə11/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
IH-11Edit

Birincisi, onların normativ-hüquqi bazaları eyni deyil. İnzibati xətalar inzibati hüquq normalarında qeyd olunub, burada da xətaların anlayışından başqa konkret inzibati xətaların təsviri verilir. İntizam xətaları isə düzünə və ya dolayı yolla əmək normalarında, cəza-icra hüququ normalarında verilir, lakin istisna hallardan başqa (üzürsüz səbəbdən işə çıxmama və s.) bu normalar intizam xətalarının tərkiblərini əks etdirmir.

İkincisi, intizam xətasının subyekti müəyyən sabit kollektivin üzvüdür, nəzarət edən və məcburetmə tədbirini tətbiq edən subyekt isə bu kollektivin rəhbəridir. İnzibati xətanın subyekti isə vətəndaşlar, vəzifəli şəxslər və ya hüquqi şəxslər ola bilərlər ki, onlar nəzarət edən və məcburetmə tədbirlərini tətbiq edən subyekt ilə sabit təşkilati əlaqədə deyldirlər.

Üçüncüsü, intizam xətası sabit kollektivin üzvü olan şəxsin bu kollektivdə olması ilə əlaqədar üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməməsindən ibarətdir. Buna görə də intizam xətası daim sabiq kollektivdə mövcud olan intizam qaydalarının pozulmasıdır. İnzibati xəta isə şəxsin harada işləməsindən və hansı işin yerinə yetirməsindən asılı olmayaraq, bütün vətəndaşlara aid olan ümumməcburi qaydaların pozulmasından və vəzifələrin yerinə yetirilməsindən ibarətdir. Düzdür, bəzi hallarda vəzifəli şəxslərin, sürücülərin, ticarət işçilərinin hüquq və vəzifələri üst-üstə düşür, həm də inzibati xəta hesab edilir.

Dördüncüsü, intizam xətalarına görə təqsirkar şəxsə qarşı sanksiya onun üzv olduğu kollektivin rəhbəri tərəfindən tətbiq edilə bilər (müəssisənin müdiri, hərbi hissənin komandiri və s.). İnzibati xətalara görə isə inzibati tənbehlər funksional-hakimiyyətin sübyekti tərəfindən tətbiq edilir.

Beşincisi, intizam xətalarına görə intizam tənbehi, inzibati xətalara görə isə inzibati tənbehlər tətbiq edilir.

İkinci suala yekun olaraq qeyd etmək istərdim:



  1. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş elementlər məcmusudur ki, onların mövcudluğunda törədilmiş əməl inzibati xəta sayılır.

  2. İnzibati xətanın tərkibinin elementləri aşağıdakılardır:

  • inzibati xətanın obyektiv inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlərdir;

  • inzibati xətanın obyektiv tərəfi inzibati xətanın xarici görünüşüdür;

  • inzibat xətanın subyekti 16 yaşına çatmış, anlaqlı fiziki şəxsdir və ya inzibati hüquq subyektivliyinə malik olan hüquqi şəxsdir;

  • inzibati xətanın subyektiı tərəfi şəxsin öz əməlinə və onun nəticələrinə daxili psixi münasibətidir.




Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin