Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta



Yüklə 108,45 Kb.
səhifə14/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   ...   9   10   11   12   13   14   15   16   17
IH-11Edit

Azərbaycan Respublikasının İXM-nin 19-cu maddəsi: Zəruri müdafiə.

Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət inzibati xəta hesab olunmur.

Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş zəruri müdafiə hüququ dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qarşı törədilən istənilən qəsddən qorumaq üçün konstitusiyada nəzərdə tutulan huquqlarının həyata keçirilməsində vətəndaşlara verilən ən vacib təminatlardan biridir. Zəruri müdafiə hüququ əhalinin inzibati xətalarla mübarizəyə, onların xəbərdar edilməsinə və qarşısının alınmasına cəlb etməyə zəmin yaradır.

Zəruri müdafiə zamanı qarşısı alınan qəsd Azərbaycan Respublikasının İXM-nin 19-cu maddəsində göstərilən hüquq və mənafelərə zərər vurmalı, ya da belə zərərin vurma təhlükəsini yaratmalıdır. Zəruri müdafiə zamanı qarşısı alınan qəsd hüquqazidd olmalıdır, yəni İXM-nin xüsusi hissəsində inzibati xəta kimi qeyd edilməlidir. Qəsdin həmin anda təqsirli olması vacib deyil. Zəruri müdafiə eyni zamanda azyaşlı və anlaqsız şəxslə qarşı da nəzərdə tutulub. Lakin bu zaman müdafiə edilən şəxs mümkün dərəcədə elə tədbir seçməlidir ki, onlara az zərər yetirilsin və ya zərər ümumiyyətlə, yetirilməsin. Eyni zamanda vəzifəli şəxslərin qanunauyğun hərəkətlərinə qarşı zəruri müdafiənin həyata keçirilməsinə yol verilmir. Məsələn, pois əməkdaşı xırda xuliqanlıq törətmiş şəxsi yaxaladıqda.

Zəruri müdafiənin müəyyən edilməsinin iki qrup şərtlərinin araşdırılması zəruridir:

1. qəsdə aid olan şərtlər:


  • qəsd ictimai təhlükəli olmalıdır;

  • qəsd mövcud olmalıdır;

  • qəsd real olmalıdır.

2. müdafiəyə aid olan şərtlər:

  • dövlətin və cəmiyyətin mənafeyini, özünü müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və qanuni mənafeyinin müdafiəsinə icazə verilir;

  • müdafiə zamanı zərər yalnız qəsd edənə vurulmalıdır;

  • müdafiə zəruri müdafiə həddini aşmamalıdır.

Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir, son zərurətdə isə zərər üçüncü şəxsə vurulur. Məsələn: Azərbaycan Respublikasının İXM-nin 305-ci maddəsində Yaşayış məntəqələrində... odlu silahın atəş açmağa görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. Lakin əgər şəxs özünü və ailəsini silahlı basqından müdafiə etməsi silahından atəş açırsa, aydın məsələdir ki, o, inzibati məsuiyyətə cəlb edilə bilməz, ona görə ki, o, zəruri müdafiə vəziyyətində silahdan atəş açıb.

Son zərurətin zəruri müdafiədən fərqi aşağıdakı meyarlar əsasında aparıla bilər:



1. Təhlükə mənbəsinə görə:

- son zərurətdə - nəinki, insanın ictimai təhlükəli əməlləri, eləcə də təbii fəlakətlər, vəhşi və ev heyvanları və s. ola bilər;

- zəruri müdafiədə - yalnız insanın hüquqazidd, ictimai təhlükəli əməlləri təhlükə mənbəyi ola bilər.

2. Üsuluna görə:

- son zərurətdə - zərərin vurulması yaranmış təhlükənin aradan qaldırılmasının yeganə üsulu olmalıdır.

- zəruri müdafiədə - zərərin vurlması həm də qəsdən qaçmaq və ya kömək üçün başqa şəxsə və ya başqa orqana müraciət etmək imkanı olduqda mümkündür.

3. Vurulmuş zərərə görə:


4. Qarşısı alınmış və vurulmuş zərərin nisbətinə görə:

- son zərurətdə - vurulmuş zərər qarşısı alınmış zərərdən az əhəmiyyətli omalıdır.

zəruri müdafiədə - qəsd edənə vurulan zərər qarşısıalınan zərərlə bərabər və ya ondan az olmalıdır.

İnzibati məsuliyyəti istisna edən hallardan biri də inzibati xəta törətmiş şəxsin anlaqsız vəziyyətdə olmasıdır.




Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin