İnzibati məsuliyyətdən azad etmənin əsasları, şərtləri və nəticələri Azərbaycan Respublikasının İXM-nin 15.2-ci və 21-ci maddələrində qeyd edilib.
Azərbaycan Respublikasının İXM-nin 15.2-ci maddəsi: İşin konkret halları, psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmyanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.
Ümumiyyətlə bu maddənin Azərbaycan Respublikasının İXM-də olması inzibati məsuliyyətdən azad etmənin əsaslarından biridir.
İnzibati məsuliyyətdən azad etmənin şərtləri: inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək olan şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti, təhsili və işin konkret halları nəzərə alınmaqla şəxs inzibati məsuliyyətdən azad edilə bilər.
İnzibati məsuliyyətdən azad etmənin nəticəsi: şəxs inzibati məsuliyyətdən azad edilə və onlar barəsində Yetkinlik yaşına çatmyanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.
İnzibati məsuliyyətdən azad etmənin əsası Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsi: İnzibati xəta az əhəmiyyətli olduqda daha yüngül inzibati tənbeh tətbiq etmə və ya inzibati məsuliyyətdən azadetmə.
Törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər.
Bu maddədə inzibati məsuliyyətdən azadetmənin vahid bir şərti göstərilmişdir: törədilmiş xəta az əzəmiyyətli olduqda.
İnzibati xətanı az əhəmiyyətli kimi qiymətləndirmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:
inzibati xətanın tərkibini;
törədilmiş xətaya görə nəzərdə tutulmuş sanksiyanı;
inzibati xətanın törədilməsinin səbəb və şəraitini;
inzibati xətanın xarakterini və s.
Məsuliyyətdən azad etmənin nəticələri ilə işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən şəxs inzibati məsuliyyətən azad edilə bilər.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən müddəanı: ...nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə ... bilər məsuliyyətdən azad etmə halı kimi qiymətləndirilə bilməz, ona görə ki, şəxs burada faktiki olaraq inzibati məsuliyyətə cəlb edilir, yəni maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh daha yüngül inzibati tənbeh növü ilə əvəz edilir.
İnzibati məsuliyyəti istisna edən halları. İnzibati məsuliyyətdən azad etmənin hallarını inzibati məsuliyyəti məhdudlaşdıran hallardan fərqləndirmək lazımdır.
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi inzibati məsuliyyətin məhdudlaşdırılması hallarını aşağıdakı meyarlara görə fərqləndirir:
inzibati xətanın subyektinə görə;
inzibati tənbehlərin tətbiq edilməsinə görə;
inzibati tənbehlərin icrasına görə.
İnzibati xətanın subyektinə görə inzibati məsuliyyətin məhdudlaşdırılması halları:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Naziliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat xidməti əməkdaşları intizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda inzibati xətalara görə intizam məsuliyyəti daşıyırlar, qalan hallarla ilə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar (Azərbaycan Respublikasının İXM-nin 15.3-cü maddəsi).
Azərbaycan Dövlət Dəmir Yolunda və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində qulluq vəzifələrinin icrası zaman inzibati xətalar törətməyə görə intizam nizamnamələrində və ya intizam haqqında Əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallarla intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar (Azərbaycan Respublikası 15.4-cü maddəsi).
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazilərində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalaıına uyğun olaraq həll edilir (Azərbaycan Respublikasının İXM-nin 15.7-ci maddəsi).
Dostları ilə paylaş: |