Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta


İnzibati məsuliyyəti istisna edən hallar



Yüklə 108,45 Kb.
səhifə13/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   ...   9   10   11   12   13   14   15   16   17
IH-11Edit

İnzibati məsuliyyəti istisna edən hallar

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi inzibati məsuliyyəti istisna edən aşağıdakı 3 (üç) halı müəyyən etmişdir:

  1. Son zərurət (İXM-nin 18-ci maddəsi).

  2. Zəruri müdafiə (İXM-nin 19-cu maddəsi).

  3. Anlaqsızlıq (İXM-nin 20-ci maddəsi).

Azərbaycan Respublikasının İXM-nin 18-ci maddəsi: Son zərurət. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, son zərurət vəziyyətinə, yəni dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla bilməzdisə və əgər vurulmuş zərər qarşısı alınmış zərərdən daha az əhəmiyyətli olmuşsa, bu, inzibati xəta hesab olunmur.

Son zərurət zamanı iki marağın toqquşması baş verir, yəni son zərurət halında hüquqla mühafizə olunan bir mənafelərə zərər vurma təhlükəsi digər mühafizə olunan mənafelərə az əhəmiyyətli zərərin vurulması ilə qarşısı alınır. Son zərurət institutu insanların sosial fəallığın artmasına, hüquq qaydalarının mühafizəsində iştirak etməsinə şərait yaradır.

Son zərurət halı mühafizə olunan mənafelərə qarşı həqiqi, real, cüzi olmayan təhlükə olduqda yaranır.



Son zərurət zamanı yaranan təhlükənin mənbəyi aşağıdakılar ola bilər:

a) təbii fəlakət qüvvələri: daşqın, zəlzələ, yanğın, sel və s.;

b) vəhşi və ev heyvanları (insanlara hücum etdikdə);

v) yüksək təhlükə mənbələri (məsələn, nasaz maşınlar və s.);

q) insan orqanizmində baş verən fizioloci və bioloci proseslər (məsələn, xəstəlik, aclıq).

Hüquqla mühafizə olunan mənafelərə qarşı təhlükəni aradan qaldıran şəxsin hərəkəti Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrində nəzərdə tutulmuş bir və ya bir neçə inzibati xətanın tərkibini formal surətdə yaradır. Məsələn, sürücü Məmmədov yol hərəkəti qaydalarını pozaraq hərəkət hissəsinin qarşıdan gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına çıxmış və bununla da qəza şəraitini yaratmışdır (Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi), belə ki, qarşı hərəkət zolağı ilə yaxınlaşan sürücü Həsənov yol nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə idarə etdiyi nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çıxartmış və yolun çəpərləyici qurğusunu zədələmişdir (Azərbaycan Respublikası İXM-nin 151.7-ci maddəsi).



Son zərurət vəziyyətinin müəyyən edliməsi üçün iki qrup halların araşdırılması zəruridir:

1. yaranan təhlükəyə aid olan hallar:



  • hüquqla mühafizə olunan mənafelərə qəsd edən təhlükənin yaranması;

  • yaranmış təhlükə həqiqi olmalıdır, onun reallığı şübhə yaratmamalıdır;

  • yaranmış təhlükənin həmin vəziyyətdə başqa vasitələrlə aradan qaldırılması mümkün olmamalıdır.

2. təhlükənin qarşısının alınması fəaliyyətinə aid olan hallar:

  • dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin sağlamlığını, hüquqlarını və qanuni mənafelərinin müdafiə edilməsi üzrə zərər vurulmalıdır;

  • bir qayda kimi zərər üçüncü şəxslərə vurulmalıdır;

  • vurulmuş zərər qarşısı alnımış zərərdən daha az əhəmiyyətli olmalıdır.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən hər iki qrup halların mövcudluğunda törədilmiş hərəkət inzibati xəta hesab edilmir və şəxs inzibati məsuliyyətə cəlb edilmir.

Son zərurət vəziyyətini aşağıdakı sxem şəklində təsvir etmək olar:




  1. 2


3
Son zərurət vəziyyətində hətta bərabər zərərin vurulmasının da sadəcə olaraq əhəmiyyəti yoxdur. Buna görə də inzibati xətalar qanunvericiliyi son zərurət vəziyyətində edilmiş hərəkətlərin qanuniliyini qarşısı alınan zərər ilə müqayisədə daha az zərər vurulması şərtinin yerinə yetirilməsi ilə əlaqələndirilir.

Bu şərt qanunla qorunan mənafelərin mühafizə edilən və zərər vurulan mənafeləri hər dəfə dəyərləndirmək, onların əhəmiyyətini müqayisə etmək zərurətini nəzərdə tutur. Məsələn, insanın həyatı və sağlamlığı əmlak mənafeyindən daha mühüm əhəmiyyət kəsb edən mənafedir. Deməli, əmlaka vurulan zərər insanın sağlamlığına vurulan ərərdən az əhəmiyyətli olacaqdır.

İnzibati məsuliyyəti istisna edən hallardan biri də zəruri müdafiə vəziyyətidir.




Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin