Hesablaşma hesabından alınan nağd pulların auditi zamanı çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderi üzləşdirilməlidir. Auditor ardıcıl olaraq bankdan alınan nağd pul vəsaitlərinin hərəkətinə nəzarətin vəziyyətini yoxlamalıdır.
Hesablaşmaları uçota alan hesablar müəssisənin müxtəlif hüquqi və fiziki şəxslərlə hesablaşmanın bütün növləri haqqında məlumatları 431 № li “Malsatan və podratçılarla hesablaşmalar”(431 saylı “Malgöndərənlərə, podratçılara uzunmüddətli kreditor borclar”) hesabının auditi müəyyən edilmiş proqrama əsasən aşağıdakı istiqamətlərdə aparılmalıdır: əmtəə - material qiymətlərin göndərilməsi, işlərin və xidmətlərin görülməsi üzrə tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirilən ilkin sənədlərin mövcudluğu və düzgün tərtibatı; göndərilən və alınan əmtəə - material qiymətlərin (işin, xidmətin) düzgün qiymətləndirilməsi; mədaxil edilən qiymətlərin və ya görülmüş işin, göstərilmiş xidmətin dəyərinin hesabatlarda düzgün əks etdirilməsi. Malsatan və podratçı təşkilatlarla alıcı və sifarişçi təçkilatlar arasında onların hüquq və vəzifələrini müəyyənləşdirən əsas sənəd onlar arasında bağlanmış müqavilədir. Ona görə də auditor ilk növbədə müqavilənin mövcudluğunu və onun nə dərəcədə düzgün tərtib edildiyini yoxlamalıdar. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmalıdır. Odur ki, auditor
bağlanmış müqavilələrin şərtlərini təhlil etməli və onlara əsasən həyata keçirilmiş əməliyyatların qanuna uyğun olub – olmadığını müəyyənləşdirməlidir. Müqavilədə göndərilən malın (gostərilən xidmətin, görülən işin) adı dəqiq açıqlanmalı, malın göndərilmə tarixi, şərtləri məbləği və dəyərinin ödənilmə şərtləri müəyyənləş-dirilməlidir.
Auditor hər bir təşkilat üzrə aparılmış hesablaşma əməliyyatlarının ilkin mühasibat registrlərində necə əks etdirildiyinə xüsusi diqqət yetirməli, baş vermiş əməliyyatın vaxtını, xüsusiyyətini, qiymətlərin nə dərəcədə düzgün tətbiq edildiyini, əmtəə-material qiymətlərin vaxtında və düzgün mədaxil edildiyini müəyyənləşdirməlidir. Auditor malsatan və podratçı təşkilatlarla tərtib edilmiş üzləşmə aktlarını tələb etməlidir. Üzləşmə aktları olmadığı və ya borcların reallığı barədə auditorda şübhələr yarandığı hallarda hesabatlarda göstərilən hesablaşmalar üzrə borcların təsdiqi müvafiq təşkilatlardan tələb edilməlidir. Kənarlaşmalar aşkar edilərsə, bu halda onların səbəbləri araşdırılmalı, sifarişçi təşkilatın rəhbər işçilərindən izahatlar alınmalı, bütün alınmış izahatlar auditor sübutları kimi iş sənədlərinə əlavə edilməlidir.