Mövzu 15. Beynəlxalq turizm bazarında Avstraliyanın mövqeyi plan: Avstraliyada turizmin müasir vəziyyəti



Yüklə 282,9 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix26.11.2023
ölçüsü282,9 Kb.
#135373
1   2   3   4
BTC-movzu15

Melburn turizm mərkəzi. 
Viktoriya ştatının inzibati mərkəzi, əhalisinin sayına görə ölkənin ikinci 
(Sidneydən sonra) şəhəridir. Görməli yerləri arasında Müqəddəs Patrik məbədi və Kral Sərgi kompleksi 
turistləri daha çox maraqlandırır. Bitki aləmi ilə məşhur olan Botanika bağı, Melburnun fəxridir. Bu bağın 
guşələrindən birində qırmızı kərpicdən tikilmiş kiçik bir ev saxlanılır. Məşhur ingilis səyyahı, Avstraliya 
tədqiqatçısı Ceyms Kuk bu evdə doğulmuş və uşaqlıq illərini də burada keçirmişdir. Avstraliyalılar bu evi 
İngiltərədən satın alaraq, Melburna gətirmiş, onun daxili və xarici görkəmini bərpa etmişlər. 
Ötən əsrin 50-ci illərinin ortalarında Melburnun ətrafında böyük stadion inşa edilmiş və XVI yay 
Olimpiya oyunları (1956) burada keçirilmişdir. Digər görməli yerlər arasında - zəngin kitab ehtiyatı olan 
Viktoriya ştatı kitabxanasını; Diyarşünaslıq və etnoqrafiya muzeyini; qiymətli rəsm əsərlərinin toplandığı 
Viktoriya milli qalereyasını; Müasir Avstraliya incəsənəti və dizayn muzeyini vo Prins-bric körpüsünü 
göstərmək olar. 
Brisben turizm mərkəzi. 
Brisben Kvinslend ştatının ən iri şəhəri olmaqla yanaşı özünəməxsus tropik 
görünüşü ilə də seçilir. Onun mərkəzi hissəsində Viktorian üslubunda tikilmiş qədim binalar (ratuşa; 
mehmanxana və s.) qorunub saxlanılmışdır. Məşhur Kvinslend herbarisi burada yerləşir. 
Brisbendən şimalda Mərcan dənizi sahilində Makleey liman şəhəri yerləşir. Turizm bu şəhərin 
həyatında mühüm rol oynayır. Böyük Sədd rifinin canlı həyatını seyr etməyin mümkünlüyü turistləri bura 
cəlb edir. Sədd rifinin aşağı hissəsini xüsusi katerlər vasitəsilə seyr etmək olur. 
Qold Kost şəhəri Kvislend ştatının c-ş.də Sidney və Brisben şəhəri arasında yerləşir. Qold-Kost 
Avstraliyanın əsas turizm mərkəzlərindən biri hesab olunur (əsasən su turizm növləri). Əsas iqtisadi 



fəaliyyət sahəsi xidmət sahəsi, xüsusilə turizm hesab olunur. Dəniz kurortunu hər il təxminən 10 mln. nəfər 
turist ziyarət edir. Turizm mərkəzinin üstün cəhətlərindən – yumşaq tropik iqlimi, çumərliklərini və 
sörfinqlə məşğul olanları cəlb edən yüksək dalğaları misal göstərmək olar. Hər il Qold-Kost Qran Prisində 
IRL IndyCar yarış seriyasını qəbul edir. Bundan əlavə burada çoxsaylı tematik park və qoruqlar vardır: “Sea 
World” (su atraksionları və dəniz heyvanları ilə şou); “Avstraliyanın Hollivudu” olan “Cinema World” 
parkı; Disneylend; akvapark, restoran və kazinolar və s. Şəhərin mərkəzində çoxsaylı hündür binalar və 
hündürlüyü 322,5 m. olan Q1 Tower göydələni yerləşir.

Yüklə 282,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin