A. Əqdin mahiyyəti – Əqd iki tərəf arasında elə bir bağlamadır ki, onlar həmin bağlama şərtləri daxilində nəzərdə tutulmuş şərtlərə hökmən əməl etməlidirlər. Hər iki tərəf (bəzən bir neçə tərəf) müəyyən məsələ barədə konsensusa – razılığa gələrək əqd bağlayırlar. Belə əqdlər konsensual əqd hesab edilir.
B. Əqdin məzmunu – Əqdin məzmunu müxtəlif olur. Əqd yazılı və şifahi formada ola bilər. Yazılı fəaliyyət qabiliyyətli vətəndaşların əqd bağlamaq hüququ vardır. Borcalma, borcvermə, mənzili və ya hər hansı bir sahəni, əşyanı kirayəyə verəndə bağlanılan əqdin məzmunu ilə nikah əqdinin məzmunu arasında fərq vardır. Əqdlər qanun çərçivəsində bağlanmalıdır. 50 manatdan çox olmayan borc üçün əqd şifahi formada bağlanır. Bir ildən artıq əmlak kirayəsi və ya 50 manatdan yuxarı məbləğdə alınan borc üçün yazılı əqd bağlanır. Əqd mülki prosessual məcəllənin bütün tələbləri əsasında tərtib edilməlidir.
C.Əqdin forması – Əqd müqavilə, vəsiyyətnamə, etibarnamə və nikah formasında ola bilər.