EZAMİYYƏ VƏRƏQƏSİ
«Ezamiyyə» sözü ərəb mənşəli sözdən əmələ gəlib, xidməti və ya başqa bir işi, tapşırığı yerinə yetirmək üçün bir səfərə getməni təsdiq edən sənəddir. Bu sənəddə ezam olunan şəxsin kimliyi, haraya, nə qədər müddətə gedib-qayıtması möhürlə təsdiqlənir. Ezamiyyə vərəqi şəxsin kimliyini təsdiq edən sənəd olmasa, etibarsız sayılır.
Ön tərəf
ETİKET
«Etiket» fransız sözü olub, malın, eksponatın və s. üstünə yapışdırılan, üzərində onun adı, tərkibi, qiyməti və s. olan mətn, yarlıqdır.
MANDAT
«Mandat» latın sözü olub, tapşırıq mənasını verir və təqdim edənin bu və ya digər vəkalətini təsdiq edən sənədin adını daşıyır. Məsələn: deputat mandatı, iclasda, səsvermə zamanı istifadə edilən mandat.
ZƏMANƏT
“Zəmanət” ərəb sözüdür – zamin olma, öhdəsinə götürmə sənədidir. Bu sənəd keçmişdə demək olar ki, ən çox işlənən sənədlərdən biri idi. Çünki keçmiş Kommunist Partiyası sıralarına daxil olmaq istəyən hər bir şəxsə partiya stajı 5 ildən yuxarı olan üç nəfər kommunist zəmanət verməli idi. İndi nə Kommunist Partiyası var, nə də onun tələb etdiyi zəmanət. İndi yalnız hüquqi sənəd olan zəmanət vardır. Həmin zəmanətlər əsasında məhkəmə, prokuror və ya müstəntiq müttəhimi azad edir. Azərbaycan Respublikası CM 37-ci maddəsində zəmanət – vəsatət əsasında zaminliyəvermə haqqında deyilir: «Zaminliyəvermə – cinayət məsuliyyətindən azadetmə formalarından biridir. Zaminliyəvermə məhkəmə, prokuror, təhqiqat orqanı (prokurorun razılığı ilə) tərəfindən ictimai təşkilatların və yə əmək kollektivinin vəsatəti olduqda və törədilmiş əməli və onu törətmiş şəxsin ictimai təhlükəsizliyi nisbətən az olduqda tətbiq edilir. Əvvəllər qəsdən cinayət etməyə görə həbs edilmiş, yaxud əvvəllər zaminə verilmiş şəxslər, habelə özünü günahsız hesab edən, günahını boynuna almayan, yaxud hər hansı səbəbdən işə məhkəmədə baxılmasını tələb edən şəxsləri zaminliyə verməyə yol verilmir:
Zəmanət əmək kollektivləri və ictimai təşkilatlar tərəfindən, məhkəmənin, prokurorun və ya müstəntiqin adına yazılır.
VƏSATƏT
“Vəsatət” ərəb mənşəli olub, “araya girmə, vasitəçilik etmə” deməkdir. Bu da “ara, orta” deməkdir. Hərfi mənada, vəsatət hər hansı bir işin yerinə yetirilməsi üçün vasitəçilik etmək deməkdir. Vəsatətin 2 növü vardır: 1) Dövlət orqanının və yaxud ictimai təşkilatın müvafiq instansiyalara göndərdiyi rəsmi xahiş; 2) Məhkəmə icraatında proses iştirakçılarının prosessual və yaxud məhkəmə hərəkətlərinin həyata keçirilməsi haqqında konkret iş üzrə qətnamələrin və yaxud digər qərarların qəbul edilməsi haqqında xahişlə cinayət işi üzrə icraatı aparan dövlət orqanına və yaxud vəzəfəli şəxsə yazılı və ya şifahi müraciəti.
Vəsatətin II növü sırf professional üslubla tərtib edilir. Vəsatətlər çox vaxt vəkillər və yaxud bu sahə ilə bağlı olan adamlar tərəfindən yazılır. Vəsatətin I növü isə mülki idarə və təşkilatlar tərəfindən yazılır. Vəsatət adi rəsmi məktub şəklində olur. Amma vəsatətdə rəsmi xahiş məzmunu güclü olur.
Dostları ilə paylaş: |