Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari



Yüklə 408,06 Kb.
səhifə46/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   42   43   44   45   46   47   48   49   ...   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

Mülkiyyət hüququnun növləri. Mülkiyyət hüququnun formaları öz növbəsində növlərə bölünə bilər. Məsələn, vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyəti növ kimi müvafiq mülkiyyət formalarının tərkibində nəzərdən keçirilə bilər.
Mülkiyyətin növlərə ayrılmasının müxtəlif səbəbləri ola bilər. Növlər bir mülkiyyət formasının hüdudlarından çıxmaya da bilər (dövlət - bələdiyyə), eyni zamanda, mülkiyyətin formasından asılı olmaya da bilər. Məsələn, ümumi mülkiyyət hüququnun iki növü - paylı mülkiyyət və birgə mülkiyyət hüququ iki və daha artıq şəxsə məxsusdur. Burada payçılar qismində həm dövlət, həm də xüsusi mülkiyyətçilər çıxış edə bilər.
Mülkiyyətin növlərə bölünməsi konkret əmlakdan da asılı ola bilər. Bu nöqteyi- nəzərdən mülkiyyət hüququnu daşınar və daşınmaz əmlaka görə də fərqləndirmək olar.
Mülkiyyət hüququnun növləri eyni zamanda yarımnövlərə də ayrıla bilər. Məsələn, xüsusi mülkiyyətin növü kimi hüquqi şəxslərin mülkiyyətini öz növbəsində təsərrüfat ortaqlıqları və cəmiyyətləri, istehsal və istehlak kooperativləri, ictimai və dini təşkilatların mülkiyyətinə və s. bölmək olar.
Mülki qanunvericilikdə mülkiyyət hüququnun xüsusi bir növü olan ümumi mülkiyyət hüququna geniş yer verilir.
İki və ya bir neçə şəxsin (mülkiyyətçilərin) eyni bir əmlak üzərində mülkiyyəti ümumi mülkiyyət adlanır. Ümumi mülkiyyət hüququ dedikdə, eyni bir əmlakın bir neçə şəxsə məxsus olduğunu təsbit və mühafizə edən, həmin əmlak üzərində ümumi mülkiyyətçilər tərəfindən birlikdə sərəncam verilməsini, sahibliyini və istifadə etmələrini nizama salan hüquq normalarının məcmusu başa düşülür. Ümumi mülkiyyət hüququ aşağıdakı əlamətləri ilə xarakterizə edilir:

  1. Ümumi mülkiyyət hüququ subyekt çoxluğuna əsaslanır. Burada subyektlərin sayı həmişə ikidən artıq olur;

  2. Ümumi mülkiyyət hüququ özünün obyekt vahidliyi ilə xarakterizə olunur.

Ümumi mülkiyyət iştirakçıları mülkiyyət hüququnu bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirirlər. Onlardan heç biri digər mülkiyyətçilərin razılığı olmadan əmlak üzərində sərəncam verməyə haqlı deyildir.
Ümumi mülkiyyət hüququ qanundan, müqavilədən, vərəsəlikdən və digər əsaslardan əmələ gələ bilər.
Məzmununa görə ümumi mülkiyyətin iki növü fərqləndirilir:

  1. Paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət);

  2. Paylar məlum olmayan ümumi mülkiyyət (birgə mülkiyyət).

Ümumi mülkiyyətin növləri arasındakı fərq ondan ibarətdir ki, paylı ümumi mülkiyyətdə iştirak edən hər bir şəxsin payı əvvəlcədən məlum olur. Birgə ümumi mülkiyyətdə isə iştirakçıların payı məlum olmur.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarının payları bərabər və yaxud qeyri- bərabər ola bilər. Mülki Məcəllənin 214-cü maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən, təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.
Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin
müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Paylı mülkiyyətdə hər bir iştirakçı öz payını bağışlama, mübadilə, satma yolu ilə özgələşdirmək hüququna malikdir. Lakin pay satılarkən qalan iştirakçılara həmin payı almaq üçün üstünlük verilir. Paylı ümumi mülkiyyətin hər bir iştirakçısı öz payını ümumi əmlakdan ayırmağı tələb etməyə haqlıdır. Əmlakı onun təsərrüfat təyinatına zərər yetirmədən bölmək mümkün olmadıqda payın əvəzi pulla verilir.
Ümumi mülkiyyətin ikinci növü birgə mülkiyyətdir. Birgə mülkiyyət dedikdə, əmlak üzərində bir neçə şəxsin paylar məlum olmayan mülkiyyəti başa düşülür. Birgə mülkiyyətin də iki növü fərqləndirilir:

  1. Ər-arvadın birgə mülkiyyəti;

  2. Kəndli (fermer) təsərrüfatı üzvlərinin birgə mülkiyyəti. Ər-arvad və yaxud kəndli (fermer) təsərrüfatı üzvləri mülkiyyət hüququnu - sahiblik, istifadə və sərəncam hüququnu öz aralarında razılığa əsasən, həyata keçirirlər. Birgə mülkiyyət hüququna əşyanın (əmlakın) özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.




  1. Yüklə 408,06 Kb.

    Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin