Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari


İnzibati hüquq dedikdə, icra hakimiyyət orqanlarının təşkili, habelə bu orqanların idarəcilik, icrə və sərəncam fəaliyyəti prosesində əmələ gələn ictimai münasibətləri tənzimləyən hüquq normalarının s



Yüklə 408,06 Kb.
səhifə76/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   72   73   74   75   76   77   78   79   ...   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

İnzibati hüquq dedikdə, icra hakimiyyət orqanlarının təşkili, habelə bu orqanların idarəcilik, icrə və sərəncam fəaliyyəti prosesində əmələ gələn ictimai münasibətləri tənzimləyən hüquq normalarının sistemi başa düşülür.


İnzibati hüquq dövlət idarəetməsi (idarəçiliyi) sahəsində yaranan münasibətləri
tənzimləyən hüquq normalarının sistemi deməkdir. Buna göra onu bəzən «idarəetme hüququ» və ya «idarəcilik hüququ» da adlandırırlar.
İcra hakimiyyəti orqanlarının təşkili ve fəaliyyəti prosesində müəyyən ictimai münasibətlər əmələ gəlir. Məhz bu münasibətlər inzibati hüququn predmetini təşkil edir. Həmin münasibətlər həm icra hakimiyyəti orqanlarının öz aralarında (yuxarı və aşağı orqanlar arasında), həm də bu orqanlarla vətəndaşlar arasında yaranır. İnzibati hüququn predmetini dövlət idarəetməsi (idarəçiliyi) səhəsındə əmələ gələn münasibətlər təşkil edir. Onlar hakimiyyət-tabeçilik münasibətləridir. Gösterilən münasibətlərin bir tərəfində hökmən və mütləq icra hakimiyyət orqanı (vəzifəli şəxs) çıxış edir.
İnzibati hüququn metoduna gəldikdə isə qeyd etmək lazımdır ki, hakimiyyət təsiri (hakimiyyət və tabeçilik) bu hüquq sahəsində əsas metod sayılır. Bu metodun mahiyyəti idarə olunan subyektlərin iradəsinə və davranışına hakimiyyət tərəfindən təsir göstərilməsindən ibarətdir. Belə halda həmin subyektlər idarə edən subyektin sərəncamını şərtsiz yerinə yetirirlər.
İnzibati hüquqda həm də məcburetmə metodundan istifadə olunur. Bu metodun mahiyyəti inzibati hüquq pozuntusuna (inzibati xətaya) görə inzibati məsuliyyət tədbirinin tətbiq edilməsindən ibarətdir.


İnzibati hüququn mənbəyi sistemi. İcra hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prosesində yaranan içtimai münasibətlər hüquq normaları ilə tənzimlənir və qaydaya salınır. Həmin normalar inzibati hüquq normaları adlanır. Bu normalar zahirən rəsmi dövlət sənədlərində (məsələn, prezident fərmanlarında, ayrı-ayrı qanunlarda və s.) ifadə olunur. Göstərilən sənədlərə inzibati hüququn mənbəyi deyilir.
İnzibati hüququn əsas mənbəyi Azərbaycan Respublikasının Konstitusiyası hesab edilir.
Konstitusiya icra hakimiyyətinin səlahiyyət və funksiyalarını müəyyən edir.

Yüklə 408,06 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin