Fizikişəxslərinzibatihüquqmünasibətlərininsubyеktikimi. İnzibati hüquq münasibətlərində çıxış edən subyektlərdən biri fiziki şəxslərdir. Bütün fiziki şəxslərin hamisi üçün inzibati hüquq münasibətlərində iştirak etmək üçün eyni (bərabər) hüquqi imkan verilmişdir. Belə ki, Konstitusiyada bərabərlik hüququ təsbit olunmuşdur. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən ve digər amillərdən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir (Konstitusiyanın 25-ci maddəsi). Bu hüquq bərabərliyi bütün hüquq münasibətlərinə, o cümlədən fiziki şəxslərin inzibati hüquq münasibətlərində iştirakına da aiddir.
Fiziki şəxslərin inzibati hüquq münasibətlərində iştirak etməsinin müxtəlif halları vardır. Onlar dövlətin idarə olunmasında iştirak etdikdə, in zibati hüquq münasibəti yaranır. Bu zaman fiziki şəxslər həmin münasibətin subyektinə çevrilirlər. Fiziki şəxslərin dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır (Konstitusiyanın 55-ci maddesi).
Fiziki şəxslar dövlət idarəetmə orqanlarına müraciət etdiyi hallarda da inzibati hüquq münasibəti yaranır. Konstitusiya onlara dövlət orqanlarına müraciət etmək hüququ vermişdir (Konstitusiyanın 57-ci maddesi). Məsələn, vətəndaş pensiya almaq üçün müvafiq dövlət orqanına müraciət edir. Başqa misalda vətəndaş yaratdığı müəssisəni dövlət qeydiyyatına aldırmaq üçün ərizə ilə dövlət orqanına müraciət edir və s.
Fiziki şəxslər dövlət orqanlarında qulluq etdiyi hallarda da inzibati hüquq münasibəti yaranır və onlar belə halda həmin münasibətin subyektı olurlar. Konstitusiya vətəndaşlara dövlət orqanlarında qulluq etmək hüququ vermışdir (Konstitusiyanın 55-ci maddasi).
Fiziki şəxslər inzibati hüquq pozuntusu (inzibati xəta) törətdiyi hallarda inzibati məsuliyyət münasibətinin subyekti olurlar. Bu münasibət isə inzibati hüquq münasibəti deməkdir. Məsələn, yol hərəkəti qaydalarını pozan sürücü inzibati məsuliyyət münasibətinin subyekti olur.
İnzibati hüquq münasitbətlərində müxtəlif qurumlar iştirak edə bilər. Dövlət müəssisə va idarələri həmin qurumlardan biridir. Onlara aiddir: sənaye müəssisələri; rabitə müəssisələri; nəqliyyat müəssisələri; ticarət müəssisələri; mədəniyyət idarələri; təhsil idarələri və s.
Dövlət idarə və müəssisələrini inzibati hüquq münasibətlərində müdiriyyət təmsil edir. Müdiriyyət dövlət idarə və müəssisələrini idarə edən orqandır. O, dövlət idarə və
müəssisələrinə rəhbərlik edir. Müdiriyyət idarəçilik funksiyasını yerinə yetirir.
Müdiriyyət vəzifəli şəxslər deməkdir. Müəssisə və idarənin rəhbərləri, struktur bölmə və hissələrinin (sexlərin, şöbələrin, briqadaların) rəis və müdirləri müdiriyyət anlayışına daxildirlər. Müdiriyyətə direktor və ya müdir (və yaxud direktorlar şurası) rəhbərlik edir. O, tabe olduğu idarəetme orqanı qarşısında öz fəaliyyətinə görə məsuliyyət daşıyır.
Dövlət müəssəsə və idarələrindən başqa, inzibati hüquq münasibatlərində kommersiya təşkilatları, içtimai birliklər və dini qurumlar da subyekt qismində çıxış edə bilərlər.
İcra hakimiyyəti orqanları ayrı-ayrı struktur bölmələrdən (şöbələrdən, idarələrdən) təşkil olunur. Hər bir struktur bölmə vəzifələrin məcmusudur. Bu vəzifələri tutan şəxslər dövlət qulluqçuları adlanırlar.
Dövlət qulluqçusu dedikdə, maaşlı dövlət qulluğu vəzifəsini tutan Azərbaycan Respublikasının vətəndaşı başa düşülür. Ona maaş yalnız dövlət büdcəsi vəsaitindən verilir. Dövlət qulluğu vəzifəsi stat cədvəlində nəzərdə tutulan və ona uygun olan struktur vahididir. Dövlət qulluqçusu məhz stat cədvəlində nəzərdə tutulan və göstərilən vəzifəni tutur. Stat cədvəli isə dövlət orqanının normativ aktı ilə müəyyən edilir.
Dövlət qulluqçuları dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün peşəkar fəaliyyetlə məşgul olurlar. Bu fəaliyyətə dövlət qulluğu deyılır.
Dövlət qulluğu dedikdə, dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi başa düşülür. Dövlət qulluğu dövlət aparatı işçilərinin fəaliyyəti deməkdir.
Dövlət qulluğu inzibati hüququn əsas anlayışlarından biridir, icra hakimiyyəti daxili cəhətdən dövlət qulluğu ilə xarakterizə olunur.
Dövlət vəzifəli şəxsləri dövlət qulluqçularının xüsusi qrupunu təşkil edirlər. Dövlət vəzifəli şəxsləri odur ki, onlar siyasi və ya inzibati vəzifə tuturlar və ya hakimiyyət səlahiyyətlərinə malik olurlar.
Vətəndaş dövlət qulluğuna daxil olarkən and içir. Andiçimə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Konstitusiyaya əl basmaqla həyata keçirilir.
Dövlət qulluqçularının hüquqi vəziyyati ilə bağlı məsələlər, habelə dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər «Dövlətqulluğuhaqqında»qanunla tənzimlənir. Bu qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.