İnzibati məsuliyyət. İnzibati xəta və onun tətkibi. Hüquqi məsuliyyətin bir neçə növü vardır ki, inzibati məsuliyyət bunlardan biridir. İnzibati məsuliyyət şəxslər tərəfindən törədilən inzibati xətaya (inzibati hüquq pozuntusuna) görə hüquqi məsuliyyət formasıdır. Məsələn, vətəndaş xırda oğurluq edir. Başqa bir misalda sürücü yol hərəkəti qaydalarını pozur. Belə hallarda təqsirkar şəxs inzibati məsuliyyətə cəlb edilir və ona müvafiq meəsuliyyət tədbirləri tətbiq olunur.
İnzibati məsuliyyət dedikdə, inzibati hüquq pozuntusu (inzibati xəta) törətdiyinə görə təqsirkar şəxsə tətbiq edilən məcburiyyət tədbiri başa düşülür.
İnzibati məsuliyyətin yaranması üçün müəyyən əsasın olması tələb edilir. İnzibati xəta məhz belə əsas hesab olunur. Buna inzibati məsuliyyətin faktiki əsası deyilir. İnzibati xəta inzibati hüquq pozuntusu deməkdir. O, hüquq pozuntusunun növlərindən biridir.
İnzibati xəta dedikdə, qanunla (İnzibati Xətalar Məcəlləsi ilə) qorunan ictimai münasibətlərə qəsd edən hüquqazidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməl başa düşülür.
İnzibati xətalar vətəndaşların siyasi, sosial və əmək hüquqlarına, əhalinin sağlamlığı, ətraf muhitin qorunması, yol hərəkəti, rabitə, iqtisadi fealiyyət, ticarət, maliyyə-sığorta, vergilərin ödənilməsi, gömrük və digər dövlət qaydalarına, ictimai qaydaya, ictimai təhlükəsizliyə, mülkiyyətə və s. qəsd edir. İnzibati xəta cinayətdən ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir.
İnzibati məsuliyyətin yaranması üçün təkcə faktiki əsas, yəni inzibati xətanın özü kifayət etmir. Bunun üçün həm də hüquqi əsasın olması vacibdir. Hüquqi əsas inzibati xəta tərkibi adlanır, inzibati məsuliyyətin yaranması üçün həm faktiki əsasın (inzibati xətanın özü), həm də hüquqi əsasın (inzibati xəta tərkibinin) olması lazımdır.
İnzibati xəta tərkibi dedikdə, törədilmiş əməli inzibati xəta kimi xarakterizə edən və İnzibati Xətalar Məcəlləsində göstərilən əlamətlərin məcmusu başa düşülür.
İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: