Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan



Yüklə 221 Kb.
səhifə14/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Hun tayfa ittifaqı

“Xalqların böyük köçü”ndə iştirak edən tayfalardan biri də türk mənşəli hunlar idi. Hunlar ostqot tayfa birliyini dağıtdıqdan sonra Qərbi Roma imperiyası ərazisinə tez-tez hücum etməyə başladılar. Beləliklə, qədim alman tayfalarının hücumları qarşısında aciz qalan Qərbi Roma imperiyası daha qorxulu xarici təhlükə ilə üzləşməli oldu. Belə vəziyyətdə Qərbi Roma imperatorları hunlarla ittifaq bağlayıb, onlardan başqa barbar tayfalarına qarşı istifadə etdilər.

Hun tayfa birliyi 5-ci əsrin əvvəlində Pannoniyada (indiki Macarıstan ərazisinin qərbi) qərarlaşdı. Pannoniyadan müxtəlif istiqamətdə hücuma keçən hunların geniş ərazili dövlətinə bir çox alman və qeyri-alman tayfaları tabe edildi. Avropada təhlükəli siyasi qüvvəyə çevrilən hun tayfa birliyi 5-ci əsrin ortalarına yaxın, Atillanın hakimiyyəti illərində (434-453) xüsusən qüvvətləndi. Avropanın xeyli hissəsi hunlar tərəfindən qarət olundu. Bizans hunlardan asılı vəziyyətə düşdü. Bu zaman hunlar Qafqazdan Reyn çayına və Danimarka adalarından Dunaya qədər ərazilərdə yaşayan tayfaları özlərinə tabe etdilər.

5-ci əsrin 50-ci illərində Atilla Qalliyaya hücum etdi. 451-ci ilin iyununda Mauirakda (Parisin cənub-şərqində, Katalaun çölündə) Qərbi Roma imperiyasının, vestqotlar, franklar, burqundlar, alanlar və başqa barbar tayfalarının birləşmiş qüvvələri ilə baş vermiş döyüşdən sonra Atilla geri çəkilməyə məcbur oldu. Növbəti il – 452-ci ildə Atilla yeni yürüşə başladı. Akvileyanı, Milanı və digər iri şəhərləri ələ keçirdi. Onun ölümündən sonra 454-cü ildə hunların tayfa birliyi dağıldı.




Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin