Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə3/23
tarix17.02.2022
ölçüsü58,64 Kb.
#114413
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23
Təkhecalı sözlər: Aş, baş, daş, yaş, qaş; al, əl, val, lal, qol, sel, bel; nar, qar, tar, tər, tor; qaz, az, yaz, taz, toz, tez, bez, göz, söz və s.

Çoxhecalı sözlər: dəniz, əkiz, bəniz, bəyaz, Araz; oğlan, aslan, tərlan, mehman; halal, maral, mahal, kamal s.


Bəzən söz birləşmələrinin tərəfləri də eyni səslə başlayıb həmahəng olur. Məsələn: taxıllı tarlalar, yamyaĢıl yamaclar, sapsarı salxımlar, dərin-dərin dərələr, ağır-ağır addımlar, ağıllı adamlar, Ģəkərdən Ģirin, incədən incə, günlərin bir günündə və s.
Ədəbi tələffüzdə özünü göstərən bir sıra fonetik dəyişmələr: bəzi alınma sözlərdə saitlərin uzun tələffüzü (məmur, elan, əla və s.), ədəbi dil baxımından məqbul sayılan səsdəyişmələri (vətəndən-vətənnən, şənbə-şəmbə, başlayır-başlıyır və s.), səsartımı (ailə-ayilə, şair-şayir, şer-şeyir və s.), tələffüzdə ağırlıq yaradan fonemin ixtisar olunması (səsdüşümü) (dost köməyi – dos köməyi, güzəşt etmək– güzəş etmək və s.), dilimizə məxsus sözlərdə iki saitin, iki və üç samitin söz daxilində yanaşı işlənə bilməməsi, çoxhecalı sözlərin sonunda cingiltili samitlərin karlaşaraq tələffüz olunması (uşaq bağçası-uşax baxçası, kənd həkimi-kənt həkimi, tüfəng səsi-tüfənk səsi və s.), kar samitlərin cingiltiləşərək deyilməsi (hətta-hətda, dəftər-dəfdər, bitki-bitgi, təşəkkür-təşəkgür və s.), həmcins üzvlü nəqli cümlələrdə şəkilçilərin və hissəciklərin ixtisarı, tabesiz mürəkkəb cümlələrdə axırıncı xəbərin ixtisarı (məs.; gül gülü çağırır, bülbül bülbülü), ahəng qanunu, vurğu və s. fonetik faktorlar nitqdə ahəngdarlığı yaradır. İntonasiya, fasilə, vurğu, temp, tembr və s. də nitqdə ahəngdarlığı, ritm və bölgüləri yaradan vasitələrdir. Bunlar nitqin təsirini artırır, onu daha ifadəli, emosional edir. Belə nitq müsiqi kimi səslənir. Bu cür ahəngdarlıq yaradan vasitələrdən biri də alliterasiyadır. Alliterasiya ifadəni, cümləni təşkil edən sözlərin əvvəlində və ya ortasında eyni, yaxud yaxın samitlərin işlənməsidir. Bu cür səs düzümünün yaratdığı musiqi, ahəng söz birləşmələri, atalar sözləri, frazeoloji vahidlərin deyilişində özünü daha çox göstərir, başqa sözlə, həmin ifadələrin, bədii mətnlərin yaranmasında da eyni səslərin təkrarından əmələ gələn fonetik hadisənin mühüm rolu olur. Məsələn, Sən ağa, mən ağa, inəkləri kim sağa; Gedər bağlar qorası, qalar üzlər qarası; Uma-uma döndüm muma; Qalan yerə qar yağar; Qaz vur qazan doldur; Su sənəyi suda sınar s.

Səslərin, kəlmələrin uyğunluğunun nitqin, şeirin, gözəl səslənməsindəki rolundan bəhs edərkən fransız şairi, ədəbiyyat nəzəriyyəçisi Bualo “Poeziya sənəti” adlı kitabında yazırdı: “Ahəngdar kəlmələrin münasib uyğunluğunu yarat ki, şeir bütövlükdə gözəl səslənsin; unutma ki, samitlərin kobud səslənməsi və nahamar düzülüşü ikrah hissinə səbəb olur. Şeirdəki fikir oldu, söz gözəlliyi olmadı, sözlər və səslər qulağı dəldi, belə şeiri heç kəs oxumaz və dinləmək istəməz”.


Alliterasiya bir poetik üslubi priyom kimi klassik, eləcə də çağdaş poeziyamızda çox geniş yayılmışdır. Məsələn, Səyavuş Məmmədzadənin bir şeirindən aşağıdakı parçanı nümunə kimi göstərək.
Qatar gedir, qaranlığı yara-yara,
Qatar gedir yollarını yora-yora,
Qatar gedir, köhlən qatar, qatır qatar,
Qaranlığı qabağına qatır qatar.
Qatar qaçır, qatar uçur, alov saçır,
Gələcəyin toranında yollar açıq.
O qatarda biz gedirik,
Az gedirik, üz gedirik,
Dərə-təpə, düz gedirik.
Bu şeirin məzmunu məlumdur, amma oxucunu cəlb eləyən həm də şeirdəki alliterasiyadır, eyni samit səslərin – daha çox q səsinin sanki qatarın gedişinə uyğun bir-birini təqib etməsi, nizamla işlədilməsidir.
Eyni sözün təkrarı (eləcə sə sinonimlərin işlədilməsi) nitqdə, xüsusən bədii əsərlərdə, şeirdə ahəngdarlığı yaradan vasitə olur. Bunu müşahidə etmək üçün S.Məmmədzadənin şeirindən başqa bir parçanı nəzərdən keçirək:
Şuşanı qar gördüm, qar gördüm,
Elimi var gördüm, var gördüm.



Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin