Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə24/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   20   21   22   23   24   25   26   27   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Sayrışan hallar nevrozu – bunun 3 forması olur:
1. sayrışan fikirlər
2. sayrışan qorxu
3. sayrışan hərəkətlər
Belə xəstələr öz hərəkətlərinə, danışıqlarına şübhəli olurlar, inamları və cürətləri az olur.
Müalicəsi.
Birinci növbədə səbəbi aradan qaldırmaq lazımdır. Ən yaxşı müalicə isə psixoterapiyadır. Dərmanlardan valerian ekstraktı, adonis-brom, Bexterev miksturası, yuxu dərmanlarından istifadə olunur.
Sanator-kurort müalicəsi, massaj, gimnastika, ilıq su vannası, fizioterapiya, brom-novokainlə boyun nahiyyəsinə ionofarez verilməsi müsbət nəticə verir.
Qıcolmalar.
Sinir sisteminin zədələnməsini göstərən bir əlamətdir. Qıcolma bədənin ayrı-ayrı əzələ qruplarında və ya bütün əzələlərdə müşahidə oluna bilər.
Ümumi qıcolma əksəriyyət hallarda epilepsiyanın təzahürüdür. Adətən epilepsiya tutmasından qabaq aura adlanan qorxu, başgicəllənmə hissi törədən vəziyyət yaranır, xəstə üçün daimi olan bu hisslər bir neçə dəqiqə davam edir. Sonra o, yıxılır, huşunu itirir və qıcolmalar başlayır.
Bunlar 2-3 dəqiqə davam edərək xırıltı, sifətin göyərməsi, dilin dişlənməsi, ağızdan köpük ifraz edilməsi ilə müşahidə olunur. Tutma qurtardıqdan sonra xəstəni yuxu basır, yuxudan ayıldıqdan sonra baş verənləri xatırlamır.
Qıcolma tutmaları – damar xəstəlikləri, beyin şişləri, qaraciyər çatmamazlığı, hipoqlikemik koma və s. zamanı da müşahidə olunur.
Müalicə.
Qıcolma tutmaları qurtarana kimi xəstəni tək buraxmaq olmaz. Vena daxilinə 10 ml 25%-li maqnezium-sulfat məhlulu, 20 mq seduksen və ya diazepam, əzələyə 2-4 ml aminazin yeridilir.
Reaktiv psixozlar.
Reaktiv psixozlar qəflətən baş verən ağır psixiki travmalar sonra əmələ gələn psixiki pozulmalara deyilir.
Affektiv şok reaksiyaları kütləvi fəlakətlər zamanı müşahidə olunur və mənasız aktivlik yaxud tam hərəkətsizliklə özünü biruzə verir.
Reaktiv depressiya xəstələrdə ruh düşgünlüyü və əsəb gərginliyi ilə xarakterizə olunur. Xəstələr öz əhval-ruhiyələrinin pozulmasında ətrafdakı insanları təqsirləndirir, narahatçılıq çox vaxt şübhələrlə əvəz olunur.
Xəstələr fikirlərini onların maraqlarının sıxılmasına yönəldir, öz həyatının təhlükəsizliyi haqqında narahat olur, dəfələrlə dövlət instansiyalarına müraciət edir və ona kömək etməyən şəxsləri cəzalandırmağı tələb edir. Xəstəni əmələ gələn fikirlərdən heç cür döndərmək olmur və belə xəstələrə müalicə təyin etmək lazımdır.
Uşaqlarda reaktiv psixozlar qorxu hissi ilə, dəri səthlərinin avazıması ilə və tər basması ilə xarakterizə olunur.
Bəzən hərəki həyəcanlıq, dağıdıcı hərəkətlik müşahidə olunur.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin