Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Mövzu 11: Qiymət və onun əmələgəlmə mexanizmi( 2 saat)



Yüklə 1,76 Mb.
səhifə108/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   104   105   106   107   108   109   110   111   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Mövzu 11: Qiymət və onun əmələgəlmə mexanizmi( 2 saat).

Plan

1.Qiymətin vəzifələri və metodları.

2.Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən amillər.

3.Qiymət sistemi. Qiymətin növləri.

4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.



  1. Qiymətin vəzifələri və metodları.

Kommersiya və qeyri- kommersiya fəaliyyəti ilə məşğul olan bütün təşkilatların qarşısında duran başlıca vəzifələrdən biri də istehsal etdikləri məhsullar yaxud da göstərdikləri xidmət üçün qiymətlərin müəyyən edilməsidir. Tarixə nəzər saldoqda aydon olur ki, qiymətlər bir qayda olaraq satıcılar və alıcılar arasında danışıq, razılaşma əsasında əmələ gəlir. Satıcılar adətən qiymətləri yuxarı, alıcılıar aşağı müəyyən etməyə çalışsalar da son nəticədə münasib qiymət əmələ gəlir.

Firmalar qiymətqoyma probleminə müxtəlif cəhətlərdən yanaşırlar. Belə ki, kiçik firmalarda qiymətlər çox vaxt ali rəhbərlik tərəfindən müəyyən edildiyi halda, iri şirkətlərdə bu işlə adətən şöbə müdirləri, habelə əmtəə çeşitləri üzrə müdirlər müdirlər məşğul olurlar. Lakin iri şirkətlərdə də qiymətqoyma siyasətinin ümumi istiqamətləri ali rəhbərlik tərəfindən müəyyən oluna bilər və olunur.

Firmaların istehsal etdikləri əmtəələrə ilkin qiymətlərin müəyyən edilməsi prosesi aşağıdakı mərhələlərdən keçir:


  1. Qiymətin müəyyən edilməsi ilə əlaqədar məsələnin qoyuluşu.

  2. Tələbatın müəyyənləşdirilməsi.

  3. Xərclərin qiymətləndirilməsi.

  4. Rəqiblər haqqında məlumatın toplanması, qiymətləndirilməsi və təhlili.

  5. Qiymətqoyma metodlarının seçilməsi.

  6. Son qiymətin müəyyən edilməsi.

Məlum olduğu kimi firmaların yeritdikləri qiymət siyasəti bazarın tipindən asılıdır. Ona görə də firma bazarın tipini nəzərə almaqla hər hansı bir məhsulun istehsalına başlamamazdan əvvəl qarşısına qoyduğu məqsədi aydınlaşdırmalıdır. Firmalar qarşılarına başqa məqsədlər də qoya bilər. Bu barədə təsəvvürlər nə qədər aydın olsa qiymətqoyma da bir o qədər asan olar. Qarşıya çıxan belə məqsədlərə aşağıdakılar aiddir:

  1. Təhlükəsizliyin təmin edilməsi və fəaliyyətin davam etdirilməsi.

  2. Mənfəətin ən yüksək səviyyəyə çatdırılması.

  3. Əmtəələrin keyfiyyəti göstəricilərinə görə öncüllük qazanılması( bazar payı).

Bazarda əmtəə istehsalçılarının sayı çox olduqda və onlar arasında kəskin rəqabət getdikdə firmanın təhlükəsizliyinin və fəaliyyətinin davam etdirilməsinin təmin olunması onun əsas məqsədinə çevrilir.

Firmaların əldə etməyə cəhd göstərdikləri iqtisadi mənfəət ümumi gəlirlə ümumi xərc arasındakı fərq kimi müəyən edilir. Bazar qiymətlərinini dəyişdiyi şəraitdə rəqabət aparan istehsalçıların qarşılarında bir- biri ilə əlaqəda olan 3 vəzifə durur.



  1. Məhsulun istehsalına başlamağa dəyərmi.

  2. Əgər dəyərsə nə qədər istehsal etməli.

  3. Nə qədər mənfəət əldə oluna, yaxud zərər ola bilər.

Firma qısamüddətli dövrdə aşağıdakı 2 halda:

  1. Ya iqtisadi mənfəət əldə etdikdə

  2. Ya da özünün sabit xərclərindən az zərər çəkdikdə məhsul istehsalını həyata keçirə bilər. Firma qısamüddətli dövrdə maksimum mənfəət əldə edilməsini, yaxud da zərərin minimuma endirilməsini təmin edə biləcək qədər məhsul istehsal etməlidir.

Firmalar uzunmüddətli dövrdə istehsal güclərində qısa­müd­dətli dövrdə edilməsi mümkün olmayan dəyişik-likləri etmək imkanı əldə edirlər. Məlum olduğu kimi, qısa müddətli dövrdə sahədə eyni say­da firma fəaliyyət göstərir və onlardan heç birinin avadanlıqlarında də­yişiklik olmur. Deməli, firmalar qısa müddətli dövrdə bir dənə məhsul istehsal etdikdə, yaxud da öz aktivlərini ləğv etmələri, biznesdən uzaq­laşmaları üçün kifayət qədər vaxtları olmadıqda bağlana bilər. Firma­lar uzunmüddətli dövrdə ya özlərinin istehsal güclərinin geniş­ləndi­ril­məsi, ya da azaldılması üçün kifayət qədər vaxta malik olur

Göründüyü kimi, hər bir firma daha çox mənfəət əl-də etməyə çalışdığına görə tələbatı və xərcləri nəzərə almaq, onları müxtəlif qiymət səviyyələri ilə müqayisə etməklə, əmtəələrə elə qiymət qoyurlar ki, o, xərclərin ödənilməsi və mənfəət əldə olunmasını təmin etmiş olsun. Di­gər tərəfdən, hər bir firma pay göstəricilərinə görə bazarda öncül olmaq istəyir. Çünki bazar payı artdıqca firmanın xərcləri azalır, uzun­müd­dətli dövr üzrə nəzərdə tutulan mənfəət isə yüksək olur. Firmalar bazar payına görə öncüllük uğrunda apardıqları mübarizədə müxtəlif üsullar­dan, hər şeydən əvvəl, qiymətlərin mümkün qədər aşağı salınması üsu­lundan istifadə edirlər. Ona görə ki, qiymətlərin başqa­la-rına nisbətən aşağı müəyyən edilməsi müştərilərin həmin firmanın məhsullarına mü­ra­ciət etmələri və onlara üstünlük vermələri üçün şərait yaradır.

Bazarda iqtisadi subyektlər arasında gedən rəqabət müba­rizə­sində istifadə olunan göstəricilərdən biri də isteh-sal olunan məhsulların keyfiyyətidir. Məhsulların keyfiy-yəti dedikdə, onların müəyyən tələbatı ödəməyə yararlılıq dərəcəsi ilə şərtlənən xassələrinin toplusu nəzərdə tutulur. Yüksək keyfiyyətli məhsullar aşağı keyfiyyətli məh-sullarla mü­qayisədə cəmiyyət üçün daha çox səmərə verir. . Yüksək keyfiyyətli, tullantısız istehsal prosesi üçün beynəlxalq standartlara uyğun gələn, mütərəqqi texnolo­giyaya əsaslanan uzunömürlü, etibarlı, estetik tələb-lərə cavab verən, iqtisadi cəhətdən sərfəli məhsulları isteh-sal edən və müxtəlif bazarlarda onların satışını təşkil et-məklə digər firmalarla rəqabət aparan firma müəyyən üstünlüklərə malik olurMəhsulların keyfiyyətinin yaxşılaşdırılması firmanın xarici iq­tisadi əlaqələrinin genişləndirilməsinə, beynəlxalq bazarda onun möv­qeyinin möhkəmlənməsinə və daha çox məhsul ixrac etməsinə, tex­noloji və texniki yenilikləri tətbiq etmək üçün şərait yaradılmasına və nəticə etibarilə böyük məbləğdə iqtisadi səmərə əldə etməsinə imkan verir.

Firmalar istehsalı təşkil edərkən həm də bu və ya di-gər məh­sula olan tələbatı müəyyənləşdirməlidir. Məhsulla-ra olan tələbata təsir edən amillərdən biri qiymətdir. Qiymətlə tələbat arasındakı asılılığa əsa­­sən firma məhsul istehsalı üzrə konkret vəzifələri müəyyən edir, han­sı məhsuldan nə qədər istehsal olunacağını planlaşdırır..

Deməli firmalar tələbatın dəyiş-məsini müəy­yənləşdirməyə, daha dəqiq desək ölçməyə çalı-şırlar Iqtisadçılar məhsulların qiymətlərinin dəyişməsində istehlakçı­ların reaksiyasını, onların həssaslıq dərəcəsini qiymətlərin elastikliyi kon­sep­siyasının köməyilə ölçürlər. Qiymətlərin çox cüzi dəyişməsi satın alınan məhsulların miqdarının xeyli dəyişməsinə səbəb olduğuna görə məh-sullara olan tələbat nisbi elastiklik və ya sadəcə olaraq elastiklik adlanır.

Əmtəələrə olan tələbata təsir göstərən amillər içəri-sində onların qiyməti xüsusi yer tutur. Və qiymətlə tələbat arasında qarşılıqlı əlaqə vardır. Belə ki, qiymət nə qədər yüksək olarsa, tələbat bir o qədər aşağı olur və əksinə, qiymət nə qədər aşağı olarsa, tələbat da bir o qədər yük­sək olur.

Qiymətlər üzrə elastiklik aşağıdakılarla müəyyən edilir: 1) Əm­təə­yə ya əvəz yoxdur, ya yox dərəcəsindədir, yaxud da bu sahədə hələ rəqiblər meydana çıxmamışdır; 2) Alıcılar qiymətlərin qalxdığını dərhal hiss etməmişlər; 3) Müştərilər özlərinin alıcı adətlərini ləng dəyişir və nisbətən ucuz mal axtarmağa tələsmir; 4) Alıcılar belə hesab edirlər ki, qiymətlərin bahalanması məhsulların keyfiyyətinin yüksəlməsi, inflya­si­ya və s. əlaqədardır. Deməli, tələbat elastikdirsə, satıcılar dərhal qiy­mət­lərin aşağı salınması haqqında düşünməlidir. Ucuzlaşdırılmış qiy­mət daha çox ümumi gəlir əldə etməyə imkan verir.




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin