Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Firmaların fəaliyyətinə qiymət verərkən alternativ xərclər xü­su­si əhəmiyyət kəsb edir



Yüklə 1,76 Mb.
səhifə92/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   88   89   90   91   92   93   94   95   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Firmaların fəaliyyətinə qiymət verərkən alternativ xərclər xü­su­si əhəmiyyət kəsb edir. Alternativ xərclər de-dikdə, daha çox gəlir əldə etmək məqsədilə eyni məbləğdə vəsaitin tətbiq olunması üçün əlverişli, daha çox səmərə verən fəaliyyət növünün seçilməsi nəzərdə tutulur.

Sabit və dəyişən xərcləri də bir-birindən fərqləndir-mək la­zım­dır. Istehsalın həcminin dəyişməsindən asılı olmayan xərclərə sabit xərclər deyilir (FC – ingiliscə fixed costs). Sabit xərclər firmaların isteh­sal avadanlıqlarının mövcudluğu ilə əlaqədardır və buna görə də hətta həmin avadan­lıq­lar­dan istifadə olunmadıqda da ödənilməlidir. Sabit xərclərə istiqrazlar üzrə təəhhüdlərin ödənilməsi, ren-ta tədiyələri, bina və avadanlıqların dəyərindən hesablanan amortizasiya ayırmaları­nın bir hissəsi, sığorta haqları, firmanın idarə heyətinin əmək haqqı, müəs­sisədə işləmək üçün gələcək mütəxəssislərin hazırlanması ilə əlaqədar olan xərclər aid edilir. Elə xərclər də vardır ki, onlar istehsalın həcminin dəyişməsindən bila­va­sitə asılıdır. Başqa sözlə istehsalın həcmi dəyişdik­də həmin xərclər də dəyişir. Bu xərclərə dəyişən xərclər deyilir (VC – in­giliscə variable costs). Dəyişən xərclərə xam­mal, yanacaq, enerji sərfi, nəqliyyat xidmətinin ödənilməsi ilə əla­qədar olan xərcləri misal göstər­mək olar. Lakin qeyd etmək lazımdır ki, istehsalın həcmi­nin artması ilə əlaqədar olaraq məhsul vahidinə düşən bütün dəyişən xərclərin artması daimi xarakter daşımır. Belə ki, dövrün əvvəlində istehsalın artması ilə əlaqədar olaraq dəyişən xərclər aşağı sürətlə artır və müəyyən müddə­tədək (adətən is­teh­sal olunan məhsulun dördüncü vahidinədək) da­vam edir. Bundan sonra isə dəyişən xərclər sonrakı hər məhsul vahidi hesabı ilə sürətlə artmağa başlayır.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin