Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Istehsalın miqyasının geniş olması idarəetmə ilə məş-ğul olan iş­çilərin əməyindən səmərəli istifadə edilməsinə im-kan verir



Yüklə 1,76 Mb.
səhifə101/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   97   98   99   100   101   102   103   104   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Istehsalın miqyasının geniş olması idarəetmə ilə məş-ğul olan iş­çilərin əməyindən səmərəli istifadə edilməsinə im-kan verir. Məsələn, 30 nəfər işçinin əməyinə nəzarət etmək qabiliyyətinə malik olan rəhbər işçinin əməyi 10 nəfər işçisi olan kiçik müəssisədə az səmərəli olur. Bu isə o deməkdir ki, bu halda iri müəssisələrdə idarəetmə aparatı dəyiş­məz qalmaqla sənaye–istehsal heyəti işçilərinin sayının üçqat artırıl­ması imkanı var. Eyni zamanda qeyd etmək lazımdır ki, kiçik firmalar idarəetmə ilə məşğul olan mütəxəssislərin əməyindən öz təyinatlarına görə istifadə etmək imkanına malik deyildirlər. Kiçik firmalar əksəriyyət hallarda mütərəqqi texno-logiyaya əsaslanan avadanlıqlardan istifadə edə bilmirlər. Çünki bir çox məhsul növlərinin istehsalı üçün istifadə edilən maşınları satın almağa onların gücü çatmır. Deməli, ən yaxşı avadanlıqları iri müəssisələr satın ala və istehsal prosesində istifadə edə bilirlər. Istehsalı iri miqyasda iəşkil edən müəssisələr kiçik müəssisələrə nisbətən əlavə məhsul istehsalını təşkil etmək imkanına malikdirlər. Mə­sələn, ətin qablaşdırılması ilə məşğul olan iri müəssisələr, əmələ gələn tullantılardan yapışqan, gübrə, dərman preparatları və bir sıra digər məhsullar hazırlayırlar, halbuki kiçik müəssisələr üçün bunlar iqtisadi cəhətdən sərfəli deyildir.

Lakin istehsalın miqyasının həddindən artıq genişlən-dirilməsi mənfi iqtisadi nəticələrə və deməli, məhsul vahidi-nə düşən istehsal xərc­lə­rinin artmasına gətirib çıxara bilər. Miqyasın genişləndirilməsinin mən­fi cəhətləri idarəetmədə baş verən çətinliklərlə əlaqədardır.

Beləliklə, nəzərdən keçirilənlərə əsasən belə bir ümu-mi nəticə çıxarmaq olar ki, miqyasın səmərəsinin aydınlaş-dırılmasına müsbət və mənfi cəhətdən yanaşmaq lazımdır. Istehsalın genişləndirilməsinin müs­bət cəhətləri aşağıda-kılarla əlaqədardır:

– Müəssisələrin həcmi böyüdükcə istehsalda və idarə-etmədə ix­tisaslaşdırmanın üstünlüklərindən istifadə olun-ması imkanları da artır;

–Daha iri müəssisələrdə yüksək məhsuldarlıqlı və çox qiymətli avadanlıqlardan istifadə edilməsi mümkün olur;

– Əsas istehsalatların tullantıları əsasında məhsul buraxılışını təşkil etmək üçün fəaliyyətin diversifikasiya-laşdırıılması, köməkçi isteh­salatların yaradılması imkanı daha böyük olur;

Miqyasın mənfi cəhətləri həddən çox böyük firm-alarda ida­rəet­mənin pozulması ilə əlaqədardır. Çünki:

– Müəssisələrin ayrı-ayrı bölmələri arasındakı qarşı-lıqlı əla­qə­lərin faydalılığı azalır, firma çevikliyini itirir;

– Firmaların rəhbərliyi tərəfindən qəbul olunan qə-rarların hə­ya­­ta keçirilməsinə nəzarət çətinləşir;

– Firmaların ayrı-ayrı bölmələrində «yerli» maraq-larla ümumi maraq arasında ziddiyyət əmələ gəlir;

– Firmaların həcmi böyüdükcə qərarların qəbulu üçün lazım olan informasiyaların verilməsi və «işlənməsi» ilə əlaqədar olan xərclər artır;

Miqyasın səmərəliliyi müxtəlif sahələrdə eyni deyildir. Elə sa­hə­lər var ki, bazarın tələbini ödəmək üçün kifayət edən çox böyük həcmdə məhsul buraxıldıqda da xərclər minimuma enir. Bunlara təbii inhi­sar­ların mövcud olduğu sahələri misal göstərmək olar. Xərclərə qənaət et­mək məq-sədilə belə sahələrdə bir iri firmanın fəaliyyət göstərməsi məq­sədəuyğundur. Təbii inhisarlara iri şəhərlərin elektrik, qaz, su təc­hizatı müəssisələri misal ola bilər. Təbii inhisarların fəaliyyəti dövlət tərəfin­dən tənzimlənir.

Xərclərin və zərərin azaldılması, mənfəətin isə artırı-lması son nəticədə bazar iqtisadiyyatında firmanın vəziy-yətinin sabit və möhkəm olmasını təmin etmək, mənfəət götürmək üçün bir vasitədir.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin