Mövzu Marketinq konsepsiyasını təkamülü



Yüklə 18,19 Kb.
səhifə2/2
tarix04.05.2023
ölçüsü18,19 Kb.
#126341
1   2
Mövzu 2

- daxili marketinq ölkənin daxilində , milli bazarlarda fəaliyyət göstərir. Əmtəələrə olan tələbatı , alıcıların alış motivlərini, davranış tərzinin öyrənilməsi və s. Nəzərə alınmaqla əmtəələr yaradılması vəzifəsini həyata keçirir.
- beynəlxalq marketinq bilavasitə xarici ölkələrin bazarlarında marketinq fəaliyyətini təşkil edir. Həmin bazarların xüsusiyyətlərini, istehlakçıların davranışlarını və alqı motivlərini, eləcə də bazarda rəqiblərin fəaliyyətlərini, tələbatın ödənilməsi səviyyəsini öyrənir.Beynəlxalq marketinqin həyata keçirilməsi daxili marketinqlə müqayisədə xeyli çətindir.

  • 2.milli iqtisadiyyatın səviyyəsini əhatə etmə dərəcəsinə görə 2 qrupa bölünür.mikromarketinq müəssisələrin marketinq fəaliyyətidir.Mikromarketinq bilavasitə bazara yönəldilən ,bazarın yaradılması və təşkil bazarda əmtəəyə qiymətin qoyulması,satışın həvəsləndirilməsi,reklamın təşkili,əmtəənin bölüşdürülməsi üzrə sapibkarlıq fəaliyyi və ya istehsal - satış işlərinin bilavasitə marketinqin köməyi ilə həlli prosesidir.

- makromarketinq konsepsiyasının əsas mahiyyəti məhsulun reallaşması probleminin ayrı-ayrı müəssisə miqyasında deyil, bütün cəmiyyət miqyasında optimal variantda həll forması ölkə daxilində fəaliyyyət göstərən milli bazarın idarə edilməsində,tənzimlənməsində dövlətin rolunu və yerini müəyyənləşdirir.
3. tətbiq edildiyi sahənin və ya məhsulun xarakterinə görə 4 qrupa bölünür.
-məhsullar marketinqi
-xidmət marketinqi
-ixrac marketinqi
-qeyri-kopmmersiya marketinqi.
4.bazar seqmentini əhatə etmə dərəcəsinə görə 2 qrupa bölünür
-diferensiallaşdırılmamış marketinq-müəssisələrin eyni bir təkliflə bütün bazar seqmentlərinə çıxması.
-diferensiallaşdırılmış marketinq-məhdud sayda bazar seqmentlərində fəaliyyət göstərərək həmin seqmentlərin hər biri üçün ayrıca konkret təkliflə müraciət edilməsi və proqramlar hazırlanması.
5.təlabatın ödənilmə səviyyəsindən asılı olaraq marrketinqin aşağıdakı formaları var.
- konversiya – tələb neqativdir, onu yaratmaq lazımdır,
- həvəsləndirici- tələb yoxdur, onu yaratmaq lazımdır,
- inkişaf edən – tələb var, onu real etmək lazımdır,
- remarketinq – tələb azalır, onu bərpa etmək lazımdır,
- sinxromarketinq – tələb dəyişkəndir, onu sabitləşdirmək lazımdır,
- sabitləşdirici – tələb imkanlara uyğundur, onu sabitləşdirmək lazımdır,
- demarketinq – tələb həddindən artıq çoxdur, onu azaltmaq lazımdır,
- əks təsirli – irrasional tələb formalaşıb, onu sıfıra endirmək lazımdır.
3. Marketinq sistemi aşağıdakı məsələlərin həllini nəzərdə tutur.
-bazarın kompleks tədqiqi,real tələbin və ödənilməyən ehtiyacların müəyyən edilməsi,məhsul çeşidi və qiymətin planlaşdırılması,bazarda mövcud olan təlabatın mümkün qədər çox ödənilməsinə nail olmaq məqsədilə tədbirlər sisteminin işlənib hazırlanması,satışın planlaşdırılmasının və həyata keçirilməsinin,istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi üzrə tədbirlər sisteminin hazırlanması və s.
Marketinq sisteminin 4 alternativ variantı vardır.

  1. Mümkün qədər yüksək istehlaka müvəffəq olmaq,

  2. Ən yüksək istehlakçı razılığını əldə etmək,

  3. Ən geniş çeşid təklif etmək,

  4. Keyfiyyəti ən yüksək həddə çatdırmaq.

4.Marketinq funksiyaları dedikdə, müəssisələrin qarşısına qoyulmuş məqsədə çatmaq üçün marketinq prosesində həyata keçirilən ixtisaslaşmış fəaliyyət növlərinin məcmusu və ya bu cür fəaliyyət növlərini özündə birləşdirən kompleks sistem başa düşülür. Başqa sözlə , bu, istehsalın və satışın miqyası, bazarda əmtəələrin təklif edilməsindən , əmtəə çeşidlərindən , həmin növ əmtəəyə olan ehtiyacların və tələbatların xüsusiyyətlərindən asılı olaraq həyata küçirilən funksiyalardır. Müəssisələrdə məhsul istehsalının və satışının xarakterindən, şəraitindən asılı olaraq marketinq funksiyalarının özünəməxsus xüsusiyyətləri vardır. Marketinq funksiyalarına əsasən aşağıdakılar daxildir.
1. Bazarın marketinq çərçivəsi daxilində , marketinq cəhdlərinin reallaşdırılması ilə bağlı olan problemlərin kompleks öyrənilməsi, yəni marketinqin kompleks tədqiqi və bunların əsasında müəssisənin elmi – texniki siyadətini işləyib hazırlamaq.
2.İstehsalın optimal strukturunun müəyyən edilməsi və marketinq qərarının qəbul olunması.
3. Məhsul çeşidlərinin planlaşdırılması.
4. Satışın intensivləşdirilməsi üzrə tədbirlər işləyib hazırlamaq.
5. Əmtəə hərəkətinin daha səmərəli yollarının , əmtəələrin satış yerinin, vaxtının və üsulunun müəyyənləşdirilməsi.
6. Reklam və satışın həvəsləndirilməsi.
7. Satışdan sonrakı xidmətin təşkili.
8. Yeni istehlakçıların formalaşdırılması.
5. Marketinq fəaliyyətinin vəzifələri aşağıdakılardan ibarətdir.
- bazarın kompleks şəkildə öyrənilməsi.
-potensial tələbin və ödənilməyən tələbatların aşkar edilməsi.
- məhsulların çeşidinin və qiymətinin planlaşdırılması.
- mövcud tələbin tam ödənilməsi üçün tədbirlərin işlənib jazırlanması.
- satışın planlaşdırılması və həyata keçirilməsi.
- istehsalıntəşkili və idarə edilməsinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması.
- istehsal yerlərindən səmərəli istifadə edilməsi.
- marketinqin strategiyasının seçilməsi.
- marketinain taktikasının seçilməsi.
Marketinqin fəaliyyətində həll edilməsi vacib olan məsələlərə aşağıdakıları da daxil etmək olar:
-tələbin aşkar edilməsi nəticəsində, bu və ya digər məhsulun, məqsədəuyğunluğunu və zəruriliyini əsaslandırmaq.
- mehsullarin numunələrinin və modelinin yaradilmasi,eyni zamanda,alıcılarin təlabatlarina cavab verə biləcək məhsullarin buraxilisi üzrə elmi-tədqiqat və lahiyə konstruktor islərinin təskili,- müəssisələrin istehsal, satis və maliyyə fəaliyyətlərinin koordinasiyasi və planlasdirilmasi,
- məhsulun satisi və realizasiyasi sistemlərinin və metodlarinin təskilinin təmkinləsdirilməsi,
-firmanin butun fəaliyyətinin məhsulunun satisinin genisləndirilməsna və stiumlasdirilmasina yonəldilməsi mənimsəlinən bazarin tutulmasi.
Aydındırki istehsalin həcminin genislənməsi,təlabatlarin daimi olaraq bazarlardakı vəziyyətin mürəkkəbləşməsi nəticəsində,marketniq fəaliyyeti qarsisinda duran vəzifələr və bu vəzifələrdən irəli gələn problemlər artır
6.Marketniq pirinsipləri əsasinda isləyən istehlakcıların fəaliyyətlərinin əsas devizi belədir: yalnız bazar və alıcı tələb edən məhsul istehsal etmək . Ona gorə də marketinqin əsasını insan ehtiyacları ,təlabatları və tələblərinyəskil edir .Marketinqin əsas pirinsiplərib—marketinq fəalıyyətində yerinə yetirilən funksiyaların əsaslandıgı ümumi pirinsipləridir,marketinq nəzəriyyəsinin əsas ilkin muddəalaridir.
1.İstehlakcıya yonəlmə pirinsipi –istehsalın son mərhələsinin istehlakçılara real tələb və ehtiyaclarina yonəlməsidir.
2komplektilik pirinsipi –ayri-ayrı marketinq elementlərinin tetbiqi müsbət nəticə vermir,onlardan sistem kimi istifadə edilməlidir
3.ceviklik pirinsipi -marketinq proseslərnə vaxtinda verilənbduzgun reaksiyadir.
4.səylərin birləsdirilməsi firmanin fəaliyyətnə təssirin gucləndirilməsidir.
5.perspektive istiqamətlənmə--gələcəkdə bazarin inkisaf istiqamətidir.
Yüklə 18,19 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin