Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Mövzu 5. . İşsizlik və məşğulluq



Yüklə 0,65 Mb.
səhifə37/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   33   34   35   36   37   38   39   40   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Mövzu 5. . İşsizlik və məşğulluq.


1.Məşğulluğun klassik və Keyns nəzəriyyəsi.

2.Məşğulluq, əmək resursları, işçi qüvvəsi və əhalinin məşğulluq səviyyəsi. İşsizlik anlayışı, onun səbəbləri və formaları.

3.İşsizlik göstəriciləri və onun dinamikasını müəyyən edən amillər.

4.İşsizliyin iqtisadi və sosial zərərləri. Ouken qanunu.

5.İşsizliyin tənzimlənməsi və dövlətin məşğulluq siyasəti.
1. Məşğulluq və onun haqqında iqtisadi təlimlər. Əmək resurslarının məşğulluğunun təmin edilməsi, işsizliyin qarşısının alınması sosial problemlər kimi cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biridir. İstehsal prosesi o zaman öz gücü ilə fəaliyyət göstərə bilər ki, resusrlar tam məşğul olsun və istehsal həcmində tələb olunan səviyyədə istifadə olunsun. Əgər resurslar tam məşğul deyilsə, iqtsadiyyat qarşısına qoyduğu maksimum nəticəyə nail ola bilməz. Deməli, bütün resurslardan və istehsal həcmindən tam istifadə etmək o deməkdir ki, ölkədə tam məşğulluq da fəaliyyət göstərir. Respublikamızda «Məşğulluq haqqında» qanun 2001-ci ildə qəbul edilmişdir.

Məşğulluq haqqında müxtəlif nəzəriyyələr yaranmışdır.



Məşğulluq nəzəriyyəsi uzun təkamüllü inkişaf yolu keçmişdir və çoxsaylı konseptual yanaşmaların, tədqiqat metodları və alətlərinin olması ilə səciyyələnir. Həmin problemə nəzəri baxışlar dünya iqtisadi fikrinin strukturunda cərəyanların və məktəblərin olması ilə səciyyələnir. Klassiklərə görə kapitalizmdə spesifik bazar qanunları var. Qənaət olunmuş pul investisiya üçün tələb olunmuş pul məbləğinin bərabərliyinə zəmanəti verir və bu zaman tam məşğulluq da təmin olunur.

Məşğulluq haqqında klassik nəzəriyyənin nümayəndələrindən biri A.Marşal hesab olunur. Klassiklər o, cümlədən J. Sey belə nəticəyə gəlmişdir ki, kapitalizmdə bazar amilləri bir tərəfdən faiz tarifinin qalxıb-enməsi, digər tərəfdən əmək haqqı ilə qiymət arasında olan nisbət elastikliyi tam məşğulluğu təmin edir və dövlətin iqtisadiyyata nüfuz etməsinə ehtiyac qalmır. Əgər dövlət kapitalist iqtisadiyyatına qarışarsa, bu iqtisadiyyat qeyri-səmərəli fəaliyyət göstərir.

J.Seyin qanununa görə qiymətlərin və əmək haqqının elastikliyinə əsasən xalis kapitalizm praktiki olaraq daim tam məşğulluğu təmin edə bilər.

Neoklassik məktəb D.Gilder, A.Laffer, M.Feldstayn, R.Xoll, C.Perri və b. əsərləri ilə təmsil olunmuşdur. Bu cərəyanın əsasını A.Smitin klassik nəzəriyyəsi təşkil edir. Bu müəlliflər əmək bazarını bazar qanunlarına tabe olan, daxilən yekcins olmayan və dinamik əlaqələr sistemi kimi nəzərdən keçirirlər. Onun tənzimləyicisi qismində bazar mexanizmi çıxış edir. Əməyin qiyməti (əmək haqqınm səviyyəsi) iş qüvvəsinə tələbə və onun təklifinə təsir edir, onların nisbətini tənzimləyir və onların arasında lazımi müvazinəti saxlayır. İş qüvvəsinin qiyməti bazar konyunkturasına tez və çevik cavab verir, ona real tələbdən asılı olaraq artır və ya azalır. Əmək haqqmın artırılması və ya azaldılması vasitəsi-lə əməyə tələb və onıın təklifi tənzimlənir.

Keynsçi cərəyan (C.M.Keyns, R.Qordon) əmək bazarını iş qüvvəsinin xeyli sərt təsbit olunduğu süst sistem kimi nəzərdən keçirir. Məşğulluğun əsas parametrləri məşğulluq və işsizliyin səviyyələri, əməyə tələb, real əmək haqqının səviyyəsi - əmək bazarında müəyyənləşmirlər, onlar istehlak və investisiya əmtəələri və xidmətləri bazarında səmərəli tələbin həcmi ilə müəyyənləşir. Əmək bazarında yalnız əmək haqqının səviyyəsi və ondan asılı olan əmək təklifi kəmiyyəti formalaşır. Amma əməyin təklifi faktiki məşğulluğun formalaşmasında əsas rol oynamır, o yalnız əmək haqqının hazırkı məbləğində onun maksimum mümkün səviyyəsini səciyyələndirir. İş qüvvəsinə tələb məcmu tələblə, investisiyaların və istehsalın səviyyəsi ilə tənzimlənir.

Keynsçi konsepsiyaya görə, məşğulluğa yalnız məcmu tələb təsir etmir, həm də ümumi tələb artımın sahələr arasında necə bölünməsi, yəni məcmu tələbin quruluşu da təsir edir. Məşğulluğım kifayət edəcək səviyyəsinin təmin edilməsinin səmərəli vasitəsi dövlətin investisiya fəaliyyətinin genişləndirilməsi, onun konkret iqtisadi inkişaf şəraitini təmin etməklə investisiyaların optimal qədərlərini müəyyənləşdirməsidir. Keynsçi model makroiqtisadi proseslərə döv-lət müdaxiləsinə əsaslanır, onun həyata keçirilmə mexanizmi isə psixoloji səciyyəli qanunauyğunluqlar və hadisələr, bir də əsas iqtisadi göstəricilər arasında multiplikativ əlaqələrə söykənir.

Monetarist məktəbinin nümayəndələri (M.Fridmen, E.Felps, F.Keyqen, D.Meyzelman, K.Brunner, A.Moltser və b.) belə bir müddəanı əsaslandırırlar ki, bazar iqtisadiyyatı elə bir özü nizamlanan sistemdir ki, onun özünün qiymətlər mexanizmi məşğulluğun rasional səviyyəsini müəyyənləşdirir. Belə sistemdə dövlət müdaxiləsi bazarın özününizamlama mexanizmində pozuntular yaradır, məcmu tələbə pulla təsir isə son nəticədə inflyasiya spiralının açılmasına səbəb olur.

Monetaristlər hesab edirlər ki, istənilən zaman anında real əmək haqqı dərəcələri strukturunda müvazinətlə bir arada ola bilən müəyyən səviyyədə işsizlik var. Bu səviyyə «təbii işsizlik norması» adlanır və bazarın qeyri-təkmilliyi, tələb və təklifin stoxastik artıb-azalmaları, boş iş yerləri və hazırda olan iş qüvvəsi haqqında informasiyanın dəyəri, mobillik xərcləri və s. də daxil olmaqla əmək və əmtəə bazarlarının həqiqi quruluşunun xarakteristikalarını əks etdirir. Məşğulluğun öz «təbii səviyyəsi»ndən sapınmaları yalnız qı-samüddətli ola bilər.

İnstitusional-sosioloji məktəb T.Veblen, C.Danlop, C.Helbreyt, L.Ulman kimi iqtisadçılarla təmsil olunmuşdur və məşğulluq sahəsindəki problemlərin müxtəlif növ institutsional islahatların köməkliyi ilə həll oluna bilməsi müddəasına əsaslanır. Onlar üçün diqqətin yalnız makroiqtisadi təhlil üzərində cəmlənməsindən uzaqlaşmaq səciyyəvidir və onlar əmək bazarındakı uyğunsuzlaqları iş qüvvəsi və onlara müvafiq olan əmək haqqı səviyyələrinin strukturundakı sosial, peşə, sahə, cins və yaş, etnik və sair fərqlərlə izah etməyə cəhd etmişlər.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin