Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


İşsizlik və оnun haqqında təlimlər



Yüklə 0,65 Mb.
səhifə38/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   34   35   36   37   38   39   40   41   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

5.2. İşsizlik və оnun haqqında təlimlər. İşsizlik həm iqtisadi, həm də sosial problemdir. İşsizlik iqtisadi problem olmaqla resursların artıq məsrəflərini yaradır, sosial bir problem kimi həyat tərzini, yaşayış imkanlarını zəiflədir və çətinləşdirir. İşsizlik o deməkdir ki, iş qabiliyyətinə malik olan adamların bir qismi iş yeri tapa bilmirlər və bunun nəticəsində işsiz qalırlar. Məşğulluğun və ya işsizliyin səviyyəsi faizlə ifadə olunur.

İşsizliyin səviyyəsi =( işsizlərin sayı/əmək qabiliyyətli əhalinin sayı)×100%

İşsizlik necə yaranır? İşsizlik bazarda işçi qüvvəsinə olan tələblə işçi qüvvəsi arasında olan təklifin nəticəsində təzahür edir. Elmi-texniki tərəqqinin istehsala tətbiqi, daha məhsuldar maşın və avadanlıqlardan istifadə edilməsi əməyə olan tələbi azaldır. Yeni texnika və texnologiya əməyin kefiyyətinə təsir edir. İstehsala tətbiq edilən istehsal vasitələrinin kütləsi artır, işçi qüvvəsindən istifadə nisbətən azalır. İşçi qüvvəsinə olan tələb az-çox istehsalın canlanma və yüksəlişi dövrü çoxalır.

İqtisadiyyat elmində işsizlik haqqında müxtəlif nəzəriyyələr mövcuddur.

1. Matusçuların əhali artıqlığı nəzəriyyəsi.

2. Texniki tərəqqi ilə bağlı olan texnoloji nəzəriyyə.

3. Keynsçilərin yaratdığı bazar tələbinin çatışmazlığı nəzəriyyəsi.

4. Azad sahibkarlıq nəzəriyyəsi.

İngilis ixtisadçısı Maltusa və onun tərəfdarlarına görə əhali həndəsi silsilə ilə, istehlak şeylərinin istehsalı isə ədədi silsilə ilə artır. Odur ki, hər 25 ildən bir əhali artıqlığı yaranır və işsizlər ordusu çoxalır.

Texnoloji nəzəriyyəyə görə elmi texniki naliyyətlərin istehsala tədbiqi işsizliyin artmasına səbəb olur. Azad sahibkarlıq nəzəriyyəsinə görə işsizliyin əsas səbəbi yüksək əmək haqqıdır. Bu nəzəriyyənin tərəfdarları əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün əmək haqqının azaldılmasını tələb edirlər.

Makroiqtisadi problemlərin məşhur tədqiqatçısı V. Ougen işsizlik səviyyəsi ilə ÜMM arasında olan nisbəti riyazi üsulla təhlil etmişdir.

Keynsçilərin proqramına görə işsizliyin qarşısını iki tədbir əsasında olmaq olar: 1. İqtisadiyyatda müsbət canlanma baş vermədiyi zaman qısa bir dövr ərzində işsizliyin zəiflədilməsi. Bunun üçün ictimai işləri artırmaq və dövlət büdcəsi hesabına əmək haqqı vermək lazımdır. Müasir qərb iqtisadiyyat elmi işsizliyin 4 formasını müəyyən edib.

Tam məşğulluq şəraitində işsizlik səviyyəsini də işsizliyin təbii səviyyəsi adlandırırlar. Bu termin ilk dəfə M.Fridmen tərəfindən işlənmişdir. Təbii işsizlik şəraitində həmişə vakant iş yerləri olur. Işsizlərin sayı ilə boş yerlərin sayı arasında münasibət Beveris əyrisi adlanır. Hansı ki, ingilis ixtisadçısı Uilyam Beverisin adı ilə bağlıdır. Bu əyri aşağdakı kimidir. Absis oxunda işsizliyin ümumi səviyyəsi (u) %, ordinat oxunda isə işləyənlər timsalında vakant yerlər göstərilib (v)%. Təbii ki, vakant yerlərin sayı çox olduqca işsizliyin səviyyəsi azalacaq və əksinə. Beveres əyrisi azalan funksiya hesab olunur.



V(%)

U(%)


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin