Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Şəkil. Maliyyə bazarının strukturu



Yüklə 0,65 Mb.
səhifə46/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   42   43   44   45   46   47   48   49   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Şəkil. Maliyyə bazarının strukturu
Pul bazarı öz növbəsində uçot, banklararası və valyuta bazarlarına bölünür.

Uçot bazarına əsas aləti xəzinədarlıq və kommersiya vekselləri, qısamüddətli öhdəliklərin (qiymətli kağızlar) digər növləri olan bazarlar aiddir.

Banklararası bazar - borc kapitalları bazarının bir hissəsidir, burada kredit müəssisələrinin müvəqqəti azad pul resursları cəlb olunur və bankların öz aralarında əsasən banklararası depozit formasında qısa müddətə yerləşdirilir.

Valyuta bazarları müxtəlif ölkələrin pul öhdəliklərinin ödənilməsi ilə əlaqədar beynəlxalq tədiyə dövriyyələrinin ödənilməsinə xidmət edir.

Kapital bazarı orta və uzunmüddətli kreditləri, həmçinin səhmlər və istiqrazları ehtiva edir. O, qiymətli kağızlar bazarına (orta və uzunmüddətli) və orta və uzunmüddətli bank kreditləri bazarına bölünür.

Maliyyə bazarını həm də ilkin və təkrar bazarlarının məcmusu kimi nəzərdən keçirmək, həmçinin milli və beynəlxalq bazarlara bölmək olar. Ilkin bazar qiymətli kağızların emissiyası məqamında yaranır, onda maliyyə resursları for-malaşır. Təkrar bazarlarında bu resurslar təkrar bölünür və özü də bir neçə dəfə. Təkrar bazarları, öz növbəsində, birja və qeyri-birja bazarlarına bölünür. Sonuncuda hər hansı səbəbdən birjada qiymətləndirilməyən qiymətli kağızların alışı-satışı baş verir.

Makroiqtisadi sabitliyin təmin edilməsi dövlətin pul-kredit siyasətindən əhəmiyyətli dərəcədə asılıdır. Dövlətin pul-kredit siyasətini Mərkəzi Bank yerinə yetirir.

Pul-kredit siyasəti dedikdə, pul-kredit sisteminin fəaliyyəti, pul tədavülü, borc kapitalının bazarı, naqdsız hesablaşmaların qaydalarını nizama salmaq sahəsində Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür. Pul-kredit siyasətinin metodları 2 qrupa bölünür: ümumi (borc kapitalları bazarına bütövlükdə təsir göstərən) və selektiv (kreditin konkret formalarına və ayrı-ayrı sahələrin iri firmalarının və s. kreditləşməsini tənzimləyən) metodlar. Pul-kredit siyasətinin ümumi metodları bunlardır: uçot (diskont) siyasəti, açıq bazarda əməliyyatlar və zəruri ehtiyatlar normasının təyin edilməsi. Müxbir banklarda “nostro” və “loro” hesablar açır. (Nostro - xarici bankda bizim hesabımız, loro – xarici ölkələrin bizim bankdakı hesabı).

Mərkəzi Bank pul-kredit siyasəti vasitəsilə təkrar istehsal prosesinə təsir göstərmək, böhranların təsirini azaltmaq, milli gəlirin və ÜDM-in artımını stimullaşdırmaq imkanlarına malikdir. O, ölkədə pul təklifinin həcminə və onun vasitəsilə istehsalın və məşğulluğun səviyyəsinə təsir etmək gücünə malikdir.

Pul-kredit siyasətinin iki növündən istifadə olunur. Birincisi, yumuşaq pul-krediti siyasətidir. Yumşaq pul-kredit siyasəti pul kütləsinin artırılması və faiz dərəcələrinin aşağı salınması yolu ilə iqtisadiyyatın stimullaşdırılmasına yönəldilmişdir. İkincisi, şərt pul-kredit siyasəti. Bu siyasət məhdudlaşdırıcı хarakter daşıyır, tədavüldə pul kütləsinin artmasını ləngidir və ya inflyasiya əleyhinə istifadə rounur. Yumşaq və sərt pul-kredit siyasətləri çevik pul-kredit siyasətini хarakterizə edir. Bu siyasət iqtisadi tsiklik fazalarına uyğun olaraq dəyişir. Təcrübədən məlumdur ki, sənayecə inkişaf etmiş ölkələrin Mərkəzi bankları tərəfindən əsasən çevik pul-kredit siyasətindən istifadə olunur.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin