Muğan Salyan Saatlı



Yüklə 59,04 Kb.
tarix21.10.2017
ölçüsü59,04 Kb.
#7834

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
Azərbaycan Kənd İnvestisiya Layihəsi
II ZONALARARASI QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASI
QARŞILIQLI GÖRÜŞLƏR SESSIYASININ PROQRAMI

İMİŞLİ – YEVLAX – (GƏNCƏ) - NAXÇIVAN
22 İyun

İmişli
11:00 Təqdimat seminarı

13:00 Nahar

14:00 – 17:00 Seminarın davamı

19:00 – 19:30 Təşkilati işlər /iştirakçıların kəndlərdə yerləşdirilməsi
3 icma/kənd müəyyən edilib – bu icmaların hər birində LS və ya Nax zonasından 32 nəfər yerləşdiriləcək.
1. Otuzikilər (İmişli)

2. Yuxarı Qaralar (İmişli)

3. Mustafabəyli (Saatlı)
23 İyun

İmişli/ Yevlax
9:00 – 12:00 3 icmanın hər birində qarşılıqlı görüş: 15 nümayəndənin İLK ilə görüşü və layihənin icrasına baxış. Fasilitatorlar: ELAT, LKH, Naxçıvan Aqrobiznes

13:00 – 14:00 Nahar
14:00 – 16:30 Muğan Salyan zonasında tarixi yerlərlə tanışlıq
16:30 – 20:00 Təşkilati işlər/iştirakçıların Yevlaxa yola düşməsi və kəndlərdə yerləşdirilməsi
3 icma/kənd müəyyən edilib – bu icmaların hər birində MS və ya Nax zonasından 29 nəfər yerləşdiriləcək.
1. Yüksəliş (Yevlax)

2. Balçılı (Yevlax)

3. Səmədabad (Yevlax)

24 İyun

Yevlax
9:00 – 12:00 3 icmanın hər birində qarşılıqlı görüş: 15 nümayəndənin İLK ilə görüşü və layihənin icrasına baxış. Fasilitatorlar: ELAT, LKH, Naxçıvan Aqrobiznes

13:00 – 14:00 Nahar (Yevlax)
14:00 – 13:00 Düzən Şirvan Regional Əməliyyatlar Ofisi ilə tanışlıq (Yevlax)

15:00 – 18:00 Strateji Planlaşdırma Seminarı
18:00 – 19:00 Təşkilati işlər / iştirakçıların kəndlərə yola düşməsi və yerləşdirilməsi
25 İyun

Yevlax/Gəncə/Naxçıvan
07:00 – 08:30 İştirakçıların Yevlaxdan Gəncəyə aparılması

10:30 – 11:30 LS, MS və Nax. nümayəndələrinin Gəncə aeroportundan Naxç. yola düşməsi.

12:00 - 13:00 Naxçıvan RƏO ilə tanışlıq və qəbul
13:00 – 14:30 Nahar
15:00 Şəhərin tarixi yerləri ilə tanışlıq.
Təşkilati işlər - İştirakçıların icmalarda yerləşdirilməsi
3 icma/kənd müəyyən edilib– bu icmaların hər birində MS və ya LS zonasından 33 nəfər yerləşdiriləcək.
1. Xanəgah (Culfa)

2. Üstüpü (Ordubad)

3. Aşağı Əndəmic (Ordubad)
26 iyun

Naxçıvan
9:00 3 icmada qarşılıqlı görüş.
İLK ilə görüş, seminar və layihənin icrasına baxış. Fasilitatorlar: ELAT, LKH, Naxçıvan Aqrobiznes.

Yaycı və Bənəniyar icma layihələrinə baxış.
Nahar
Nüs-nüs və Payız icma layihələrinə baxış.
Əshabi-kəhfin ziyarəti
İştirakçıların icmalarda yerləşdirilməsi.

27 İyun

Naxçıvan
9:00 – 14:00 Yekun Seminarı

14:00 -15:00 Nahar
Aeroport. Yoladüşmə.
TƏQDİMAT SEMİNARI

İmişli şəhəri

22 İyun 2007
Gündəlik
11:00 Seminarın açılışı. Çıxışlar:

  1. Əbülfəz Ağayev – İmişli Rayon İcra Hakimiyyətinin Başçısı

  2. Sübhan Əsgərov – AzKİL Direktoru

  3. Gülbəniz Qənbərova – Direktor müavini, İcma İnkişafı Meneceri

  4. Atabala Həsənov –MS RƏO Direktoru

  5. Sərdar Hüseynov – AzRİP Monitorinq Mütəxəssisi


11:50 İcma Şəbəkəsi – Qarşılıqlı Görüşlər Sessiyasının Proqramı

Kəmalə Ağayeva – LKH Baş İcma Səfərbərçisi
12:10 Layihə Zonalarının təqdimatı

Muğan Salyan: Fəridə Eminova– Baş İcma İnkişafı İşçisi

Düzən Şirvan: Akif Kərimli – Baş İcma İnkişafı İşçisi

Naxçıvan: Faiq Bayramov – MİS Mütəxəssisi

13:00 Nahar
14:00 AzKİL İCMA ŞƏBƏKƏSINI GENIŞLƏNDIRIR

Uğurlu İcma Layihələri
İki paralel qrupda təqdimat:
Qrup I - Yevlax rayonu, Gülövşə icması - AzKİL

Bakı, Uğur icması – Ümid milli QHT


Qrup II Goramboy rayonu, Eyvazlar icması – UX BQHT

Masallı rayonu, Həsənli icması – CHF BQHT


15:00 Təqdimatların xülasəsi - plenar
15:20 Çay fasiləsi
15:40 İcma İnkişafının Strateji Planlaşdırılması – plenar təqdimat

Təqdimatçı - Danil Smoilenko (GDSİ - İrlandiya)
16:40 Seminarın Yekunlaşdırılması
17:00 Qiymətləndirmə
YEKUN SEMİNARI

Naxçıvan 27 İyun, 2007

Gündəlik

9:00 Seminarın açılışı. Çıxışlar

Sübhan Əsgərov – AzKİL Direktoru

Gülbəniz Qənbərova – AzKİL İcma İnkişafı Meneceri

Xəlil Əliyev – Naxçıvan Aqrobiznes MMC-nin Direktoru

Əbülfət Əhmədov – Naxçıvan RƏO Direktoru
9:40 İcmalarda Qarşılıqlı Görüşlərin xülasəsi

Kəmalə Ağayeva (Yevlax)

Aida Babayeva (İmişli)

Tünzalə Hacıyeva (Saatlı)

Zakir Salmanov (Naxçıvan)
11:00 Çay fasiləsi
11:20 Biz nə gördük, nə öyrəndik, nə tövsiyyə etdik?

Qrup işi
12:00 Qrup işinin təqdimatı
13:15 Seminarın Yekunlaşdırılması
13:45 Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının Yekunlaşdırılması

14:00 Qiymətləndirmə

HESABAT
GİRİŞ

Fəaliyyətə başladığı gündən sadə insanların, zəhmətkeşlərin ümid qapısına çevrilən Azərbaycan Kənd İnvestisiya Layihəsi bu gün ölçüyəgəlməz uğurları ilə, həyata keçirdiyi möhtəşəm layihələrlə, İcma inkişafında atdığı təkrarolunmaz addımları ilə ictimaiyyətin yaddaşına dövlətimizin qayğısından doğan ünvan kimi tanınır.


Qısa zaman kəsiyində minlərlə insanın sosial problemlərinin həllində AzKİL bu gün təkcə bir layihə deyil, möhtəşəm bir Universitet rolunu oynayır. Məqsədi insanların bacarıqlarının artırılması vasitəsilə İcmalarda özünə inam və inkişafa investisiya sərf edən Layihə müxtəlif addımlarla öz istəyini gerçəkləşdirməyə çalışır. Səfərbərlik zamanı verilən informasiyalar təlimlər vasitəsi ilə gücləndirilir, bu vərdişlərin aşılanması üçün AzKİL-in İcma Şəbəkəsində effektiv göstəricisi yaddaqalandır.

QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASININ TƏŞKİLİ.
2006-cı ilin sentyabrında Muğan-Salyan regionunda AzKİL-in fəaliyyət göstərdiyi üç zonanın iştirakı ilə keçirildiyi Zonalararası Qarşılıqlı Görüşlər sessiyası öz işini müvəffəqiyyətlə 22-27 iyun 2007-ci ildə İmişlidə 200 nəfərdən çox insanın iştirakı ilə başlayaraq adəti üzrə Naxçıvan Muxtar Respublikasında tamamladı.

Yerli İcra Nümayyəndəlrindən, Bələdiyyə üzvlərindən və müxtəlif icma inkişafı təcrübəsinə malik icma liderlərindən ibarət görüş istirakçılarına qarşılıqlı fəaliyyət və icma inkişafının yeni perespekivləri haqqda fikir mübadiləsi aparmaq üçün kifayət qədər şərait yaradılmışdır. Muğan-Salyan regionun ən maraqlı tərəfdaşlarından olan İmişli raonunun “Kral”sarayında işıqlı,rahat, geniş iş otağı ayrılmış, təqdimatların səmərəli təşkili üçün bütün avadanlıqlar quraşdırılmış, fasilələr üçün nəzərdə tutulmuş rahatlıq və istirahət təmin olunmuşdur.



METODOLOGİYA
Seminarı giriş sözü ilə İmişli Rayon İcra Hakimiyyəti Başçısının Müavini, ev sahibi, AzKİL-in yaxın dostu Səfa Ağayev açaraq tədbir iştirakçılarını salamladı. AzKIL-in İmişlilər üçün yaratdığı imkanlardan razı qaldığını bildirərək, hökumətimizə dərin minnətdarlığını bildirdi.

AzKİL-in direktoru Sübhan Əsgərov layihənin az bir zamanda qazandığı nüfuzundan, uğur və nailiyyətlərindən qürurla danışaraq belə möhtəşəm bir görüşün dəyərli iştirakçılarına yaddaqalan iş həftəsi arzuladı. O, dedi:


“Son illər qəbul edilmiş və uğurla həyata keçirilən iqtisadi proqramlar sırasında AzKİL-in xüsusi yeri var. Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü ilin sentyabrında bağlanan və dəyəri 21,1 milyon ABŞ dolları olan, uzunmüddətli kredit sazişi əsasında icra olan bu layihə ölkənin 21 rayonunu əhatə edən 3 regionunda sosial infrastrukturu yaxşılaşdırmaq məqsədi daşıyır. Layihəni Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət agentliyi həyata keçirir. ”
Sessiyanın keçirilməsinin artıq AzKİL-də ənənə şəklinin almasından iftixar hissi duyduğunu bildirən, Direktor Müavini, İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova AzKİL-lə əməkdaşlıq edən müxtəlif icma liderlərini, potensial yerli və BQHT, həmçinin hökumət nümayəndələrini salamlayaraq sessiyanın məqsədindən, qazanılmış təcrübələrdən, öyrənilmiş dərslərdən və ən nəhayət, gələcək planlardan danışaraq bildirdi ki, AzKİL çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi öz fəaliyyətini icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayılması, inteqrasiya, işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalanma və s. əsasında qurur. Bu şəbəkə AzKİL İdarəetmə Qrupunun təşəbbüsü ilə yaradılır və icma qrupları, bələdiyyələr və Ərazi İcra Nümayəndəliklərinin iştirak etdiyi yığıncaqlar tərəfindən idarə olunur.
AzKİL İcma Şəbəkəsi 2005-ci ilin iyul ayından fəaliyyətə başlamış və layihənin sonuna qədər –yəni 2008-ci ilin dekabr ayına qədər davam etməsi nəzərdə tutulur. Şəbəkələşmə aşağıdakı fəaliyyətlərdən ibarətdir :

  • Zonadaxili qarşılıqlı görüşlər

  • Zonalararası qarşılıqlı görüşlər

  • Regional Bacarıqların Artırılması Konfransı

  • Milli İcma İnvestisiya konfransı

  • Milli İcma Festivalı.

Görüşün keçirilməsində xüsusi xidmətləri olan Muğan-Salyan RƏO-nin direktoru Atabala Həsənov bu ərazidə layihənin gördüyü işlərdən, İcma inkişafı ilə məşğul olan liderlərin qabiliyyət və bacarıqlarının artırılmasından, AzKİL-in yoxsulluğun azaldılmasında inkarolunmaz xidmətlərindən, danışdı.


Maraqla dinlənilən çıxışlardan biri də, AzKİL-in Monitorinq mütəxəssisi Sərdar Hüseynov oldu. İştirakçılar başa çatmış və ya icrada olan layihələr haqqında ətraflı informasiyaya sahib oldular.
Düzən-Şirvan regionundan Baş İcma İnkişafı İşçisi Akif Kərimli, Muğan-Salyan regionundan Baş İcma İnkişafı İşçisi Fəridə Eminova, Naxçıvan Muxtar Respublikasından MİS mütəxəssisi Faiq Bayramov və başqaları Layihə zonalarının təqdimatını etməklə yaddaqalan rəngarənglik yaratdılar, bu da iştirakçıların layihə haqqındakı fikirlərini zənginləşdirdi.
AzKİL İCMA ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR
İştirakçıları icmalardakı uğurlu layihələrlə daha yaxından tanış etmək üçün iki paralel qrupda təqdimatlar aparıldı.
I qrupda AzKİL-lə tərəfdaşlıq edən Yevlax rayonu, Gülövşə icması bütün iştirakçıları maraqlandıran unikal bir layihənin zəngin təqdimatçısı kimi yadda qaldı.İLK-nin üzvü, icma töhfəsinin toplanmasında bir çox “üsulların müəllifi” olan Ananqız xanım “İçməli su təminatı” layihəsinin təqdimatından və çoxsaylı sualların cavablandırılmasından sonra iştirakçılar arasında ən maraqlı şəxs kimi qəbul edildi.Bu qrupda həmçinin Ümid milli Sosial Dayaq Mərkəzinin tərəfdaşlıq etdiyi, paytaxtın “Uğur”icmasının əməkdaşları Əflatun VerdiyevCəfər Qurbanov təşkilatın, həmçinin icmanın uğurlarından, qazanılmış təcrübələrdən danışdılar.
II qrupda da maraqlı təqdimatlar və təqdmatçılar iştiraçşıların diqqətini cəlb etmişlər.

“Uşaqların Xilası” BQHT-nın tərəfdaşlıq etdiyi Goranboy rayonu, Eyvazalılar icmasının lideri Göyüş Nəbiyev “Həyat Universiteti Konsepsiyası” layihəsindən, onun insanlara müsbət təsirindən, işin icrası zamanı qarşıya çıxan çətinliklərdən həvəslə danışdı, ona ünvanlanan sualların heç birini cavabsız qoymadı.


II qrupun II təqdimatçısı CHF BQH təşkilatının tərəfdaşı olan Masallı rayonu, Həsənli icması oldu. Ələsgər Hüseynov CHF BQHT və Həsənli icmasının əməkdaşlığı” haqqında təqdimatdan sonra böyük məmnunluqla suallara cavab verdi.
Hər iki qrup təqdimatı başa çatandan sonra AzKİL-in əvvəlcədən nəzərdə tutulmuş əməkdaşları tərəfindən yekunlaşdırılaraq xülasələr (plenar) şərh edildi.
STRATEJİ PLANLAŞDIRMA
İş gününün ikinci yarısında iştirakçılar üçün yeni və böyük əhəmiyyət kəsb edən İcma İnkişafının Strateji Planlaşdırılması başlığı altında vacib bir təqdimat oldu.Təqdimatçı Danil Smoilenko (GDSİ-İrlandiya) Düzən-Şirvan regionunda Ağdaş rayonu, Tofiqi icmasında aparılmış İKQ seminarının güclü və zəif tərəflərindən məlumat verərək, iştirakçıların diqqətini alətlərdən biri olan strateji planlaşmaya yönəldə bildi. Bu sahəni təkmilləşdirmək üçün təqdimatçı nəzərdə tutduğu komponentləri interaktiv müzakirə etdi. Sualları cavablandıran natiq təqdimatın Yevlaxda davam edəcəyinə söz verdi .
Bununla da sessiya birinci iş gününü bugünkü fəaliyyətinin iştirakçılar tərəfindən qiymətləndirilməsi ilə yekunlaşdıraraq , istirahət saatlarının səmərəli keçirilməsi, görüşün yoldaşlıqdan dostluğa çevrilməsi üçün nəzərdə tutduğu hər bir mərhələni təkrarsız məqamlarla zənginləşdirdi.
Qarşılıqlı Görüşlər sessiyası öz iş gününü qonaq qaldığı Otuzikilər, Yuxarı Qaralar, Mustafabəyli icmalarında təcrübə mübadiləsi görüşü ilə davam etdirdi.(Hesabatlar əlavə olunur). Yolüstü iştirakçılar Beyləqan rayonunun ərazisindəki təkallahlılıq dövrünə məxsus, müsəlman dünyasının inananc yerlərindən olan “Çərcis Peyğəmbər” ziyarətgahında oldular.
QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASI DÜZƏN-ŞİRVANDA:
Artıq qardaşlaşmış icma liderləri AzKİL-in əməkdaşlarının köməyinə ehtiyac duymadan icma inkişafı ilə bağlı istənilən məsələlərə müdaxilə edir, vacib mövzuların müzakirəsində çətinlik çəkmirdilər. İndi onlar dəyirmi masa arxasında xüsusi qonaqpərvərliklə əhatə olunaraq öz təcrübələrini bölüşür, yeni informasiyalar qazanır, qazandıqlarını icmasının inkişafına tətbiq edəcəyini planlaşdırırdı. Yevlax rayonunun Səmədabad, Balçılı, “Yüksəliş “ icmalarında “Qarşılıqlı görüş” keçirildi. (Hesabat əlavə olunur).Görüşlər müzakirə mövzuları ilə, vacib sual-cavablarla yadda qaldı. İcmaların hər birində fəaliyyət göstərən İLK-yə AzKİL-in simvolu əks olunmuş xatirə hədiyyəsi bağışlandı.
İcma inkişafında ən vacib addımlardan olan planlaşdırma təqdimatçı Danil Smoilenko (GDSİ-İrlandiya) tərəfindən davam etdirildi. Mövzu interaktiv qaydada təqdim olunduğu üçün iştirakçıların dinamik fəaliyyətinin artmasına kömək etdi. Hər kəsin fikirlərinin bölüşdürülməsi üçün şərait yaradıldı.

QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASI NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA
Azərbaycanın qədim bölgəsi olan Gəncə şəhərindən hava limanı vasitəsilə yola düşən “İcma İnkişafı Karvanı”nı Naxçıvan Regional Əməliyyatlar Ofisinin əməkdaşları yüksək qonaqpərvərliklə qarşıladılar. Naxçıvan Aqrobiznes MMC-nin direktoru Xəlil Əliyev iştirakçıları salamladıqdan sonra, RƏO-nin direktoru Əbülfət Əhmədov Layihənin sürətli uğurlarından, icmaların qeyri-adi istəklə inkişafa qoşulmasından, başa çatmış obyektlərin açılışı zamanı sadə insanların sevincinə qoşularaq ona bayram əhval-ruhiyyəsi verən Hökumət nümayəndələrinin iştirakından, xüsusən naxçıvanlıların güvənc yeri olan hörmətli Vasif Talıbovun göstərdiyi səmimi qayğıkeşlikdən məmnunluqla danışdı. Sonra natiq şöhrəti ilə dünyaya səs salan Naxçıvanın özü kimi dəyərli olan qədim abidələrindən məlumat verdi.
“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” atalar sözü ilə hamı razılaşaraq əsrlərin yadigarı, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri, memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri, Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin həyat yoldaşının xatirəsinə ucaldılmış Möminə Xatun məqbərəsi ziyarət edildi. Səfalı “Qızlar bulağı”nda çay süfrəsi təşkil edildi. Hər şey o, qədər maraqlı, o, qədər ecazkar idi ki, bura ilk dəfə gələnlər heyran qalmışlar.
Artıq dostlaşmış insanlar Ordubadın və Culfanın Üstüpü, Xanəgah, Əndəmic kəndlərində yerləşdirildi. İştirakçılar fərqli bir aləmə düşmüşdülər. Bir ana mehribanlığı ilə əhatə olunmuş nəvaziş, dünyanın heç bir yerində olmayan dadlı mətbəx və nəhayət, bütün bunların ünvanı olan AzKİL-in əməkdaşlıq etdiyi icmalar.

İCMA İNKİŞAFI QADINLARIN GÖZÜ İLƏ
Məhz iştirakçı qadınların gözü ilə icma inkişafının təhlil olunması, layihələrin həyata keçirilməsində onların rolu, ümumiyyətlə qadınların hüquq bərabərliyinin qorunması kimi vacib bir amilin dəyərləndirilməsi Əndəmic icma LK-nin üzvü, ömrünün ixtiyar yaşında gənclik həvəsi ilə çalışan Tamella xanım Ağayevanın təşkil etdiyi çay süfrəsi arxasında Gülbəniz xanım Qənbərovanın təşəbbüsü ilə maraqlı bir gecə yaşandı. Bu görüş müxtəlif yaşlı, müxtəlif xarakterli, fərqli dünyagörüşlü, sosial qrupların təmsilçiləri də olmaqla dünyanın ən zərif varlıqlarına AzKİL-in bir töhfəsi idi.
Ertəsi gün sessiya proqrama uyğun olaraq öz işini icmalarda Qarşılıqlı Görüşlər in təşkili ilə davam etdirdi. Hər kəsi narahat edən və onun həlli yolunu tapmağı arzu edən iştirakçılar bir-birindən kifayət qədər öyrənməyə çalışdılar.Açıq səma altında, təbiətin qoynunda, samovar çayı süfrəsinin arxasında görüşün keçirilməsi iştirakçıları bir-birinə daha yaxın edərək, onları yorulmağa qoymadı. Bütün görüşlər kimi bu görüş də AzKİL-in dəvət etdiyi media işçıləri tərəfindən lentə alındı. Ən-ənəyə uyğun olaraq bu icmada fəaliyyət göstərən İLK-nə sonda AzKİL-in simvolu əks olunmuş xatirə hədiyyəsi təqdim olundu. Görüşün II hissəsi isə əraziyə səfərlərlərdən ibarət idi. Səfər zamanı layihələrin icra prosesinə baxış keçirildi, ev sahibi olan İLK üzvləri və podratçı müəssisənin əməkdaşları öz təcrübələrini görüşdə iştirak edən qonaqlarla bölüşdülər və verilən suallara əhatəli cavab verdilər.
Günün ikinci yarısında iştirakçılar Naxçıvan şəhərindən təqribən 12 km aralıda müqəddəs Əshabi-Kəhfi ziyarət etdilər. Bu müqəddəs məkanda insanlar mənən saflaşdılar, müqəddəsləşdilər, doğru yolun yolçuları olduqlarına əmin oldular, işıqlı əməllərinə nur çilədilər, sabaha olan inamları bir daha gücləndi, səfərin sevimli anlarını yaşadılar.
QARŞILIQLI GÖRÜŞLƏR SESSIYASININ YEKUN SEMINARI
Seminarı giriş sözü ilə Naxçıvan Aqrobiznes MMC-nin direktoru Xəlil Əliyev açdı.

Naxçıvan MR Ali Məclis Sədrinin Müavini çox hörmətli Mirhəşim Seyidov AzKİL-in sosial problemlərinin həllində icmaların inkişafından, dövlət strukturları ilə əməkdaşlığın yüksək səviyyəsindən, gələcək fəaliyyət planlarından danışaraq seminarın işinə müvəffəqiyyətlər arzuladı.


AzKİL-in direktoru Sübhan Əsgərov Qarşılıqlı Görüşlər sessiyasının təntənəli təşkil olunmasından və keçirilməsindən, qürur duyduğunu söyləyərək, iştirakçılara öz ürək sözlərini bildirdi.
Direktor Müavini, İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova iştirakçılara sessiyanın əvvəlində, İmişlidə verdiyi suallara cavab axtardı. O suallara ki, insanlar bir-biri ilə hələ tanış deyildilər, aralarında keçilməz bir sədd, buz kimi soyuq bir təbəqə vardı. Siz tanışsınızmı, bu sessiyadan necə faydalanacaqsınız, vaxtınızı dəyərli hesab etdinizmi sualları məmnunluqla qarşılandı. Yaradılmış isti, əbədi münasibətlərə görə AzKİL-in adı tez-tez hallandı.

AzKİL-in əməkdaşları tərəfindən Naxçıvanın hədəf icmalarında keçirilmiş təcrübə mübadiləsi görüşlərinin xülasəsi iştirakçılara çatdırıldı.


AZƏRBAYCAN KƏND İNVESTİSİYA LAYİHƏSİNİN SƏRVƏTİ:
Sessiya işini “Biz nə gördük, nə öyrəndik, nə tövsiyə edirik” başlığı altında qrup işi ilə davam etdirdi. Uğurlardan, icmalardakı inkişaf proseslərindən, insanların yanaşma tərzindən, məsuliyyətlərindən, sosial kapital anlamından, vətəndaş cəmiyyətinin formalaşmasından, hökumət və qeyri hökumət təşkilatları ilə təcrübələrdən, qadınların iştiraka cəlb edilməsindən, media ilə işləmək bacarığından, potensial imkanlardan, inteqrasiyadan, özünəinamdan, şəffaflıqdan, səmimiyyətdən danışdılar icma üzvləri.
Qarşılıqlı Görüşlər Sessiyasının sonunda AzKİL-in Direktoru Sübhan Əsgərov və Direktor Müavini, İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova sessiyanın təntənəsini yaşayan bütün iştirakçılara, həmçinin təşkilatçılara minnətdarlıqlarını bildirərək, bir qrup təqdimatçılara, qonaqlara və AzKİL-in əməkdaşlarına nəfis tərtibatla hazırlanmış Diplomlar hədiyyə etdilər, xatirə şəkli çəkdirdilər.
Beləliklə İmişlidə başlayan Qarşılıqlı Görüşlər Sessiyası Naxçıvan Muxtar Respublikasında bir həftəlik məsuliyyətli, möhtəşəm işini başa çatdırdı.
Yüklə 59,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin