ŞƏRİ suallara cavab



Yüklə 6,71 Mb.
səhifə1/47
tarix03.06.2018
ölçüsü6,71 Mb.
#52481
  1   2   3   4   5   6   7   8   9   ...   47

ŞƏRİ SUALLARA CAVAB



HƏZRƏT AYƏTULLAHÜL-ÜZMA MƏHƏMMƏD FAZİL LƏNKƏRANİ



Kitabın adı:....................................Şəri suallara cavab

Müəllif:...Həzrət Ayətullahül-üzma Məhəmməd Fazil Lənkərani

Tərcümə edən:.............................................Rövşən Şərifov

Nəşr edən:..................................................................Şəhriyar

Çap tarixi:.............................................................................2006

Çap növbəsi:.................................................................Birinci

Tiraj:.......................................................................................3000


نام کتاب:...............................................................استفتاآت

مولف:.........................................آیت الله العظمی فاضل لنکرانی

مترجم:...................................................................ر.شریف او

ناشر:.........................................................................شهریار

تارخ چاپ:..................................................................1385

نوبت چاپ:.....................................................................اول

تیراژ:........................................................................3000
964-5934-70-2

Hər bir düşüncə sahibi İslam Hüququnun incəliklərinə yiyələndikdən sonra şəriət hökmlərini başqalarına çatdıra bilər. Həyatın həm fərdi, həm də ictimai sahələrində fiqh elminin göstərişlərinə insanların ehtiyaclı olmaları inkarolunmazdır. Zamanın dəyişməsi, yeni mövzu və məsələlərin yaranması, baş verən hadisələr, cəmiyyətin inkişafı, əlaqələrin möhkəmlənməsi fiqh elminə olan ehtiyacı daha da artırır.

Bu elmin əsil sahibləri, İlahi Peyğəmbər və Vəsilərin əmanətlərini etibarlı şəkildə qoruyan şiə aləminin böyük alimləri, xüsusi ilə də hörmətli mərcəyi-təqlidlər bu sahədə əsrlər boyu yorulmadan çalışmaqdadırlar.

Şiələr Məsum İmamların göstərişlərinə əsasən, müxtəlif sahələrdə fiqh alimlərinə müraciət edirlər. Yaxşı bilirlər ki, bu alimlər İlahi hökmlərin mahir biliciləri olduqları üçün, çətinliklə qarşılaşacaqları zaman onlara müraciət etməli və onların «əməliyyə» risaləsindən istifadə etməlidirlər.

Bu alimlər mübarək «Tövbə» surəsinin 122-ci (nəfr) ayəsinin hökmü ilə Allahın əmrlərinə uyğun hökm etmək və xalqı İlahi hökmlərdən xəbərdar etmək üçün özlərinə hicrətin ağrı-acılarını rəva biliblər. Onlar “Bilmədiyiniz zaman bilənlərdən soruşun” ayəsinə əsasən Allahın hökmlərini soruşub öyrənmək istəyənlərin qarşısında özlərini məsul və vəzifəli bilirlər. Başqa bir tərəfdən Allah-Təalanın, bilmədiklərini soruşmayıb nəticədə onun əmrlərinə əməl etməyənləri cəzalandıracağı məlumdur. İmam Sadiq (əleyhi-səlam) buyurub: «Allah Qiyamət günü öz bəndəsindən soruşar: «Bilirdinmi?» Əgər bəli desə, ondan soruşar: Bildiyinə nə üçün əməl etmədin?» Desə ki, bilmirdim, buyurar: «Nə üçün öyənmədin ki, əməl edəsən?» Ondan sonra deməyə sözü olmayan bəndə Allah dərgahında məhkum olunacaq.»

Seyyidil-Füqəhanın qiymətli “Urvətul-Vusqa” kitabında vacib, haram, müstəhəbb, məkruh və mübah işlərdə təqlidin vacibliyi haqda verdiyi fətvaya diqqətlə yanaşsaq görərik ki, mükəlləf olan hər bir şəxsin qarşılaşdığı bütün məsələlərin hökmünü öyrənməsi vacibdir. Şeyx Əzəm Ənsari bu kimi məsələləri öyrənməyənlərin fasiq olduğunu buyurub.



Möminlərin ixtiyarında olan “Camiul-Məsail” adlı bu kitab ölkənin hörmətli alimlərinin bir qrupunun təkrar xahişləri, çox saylı möminlərin və müqəllidlərin istəyi ilə şiə aləminin hörmətli Mərcəyi-Təqlidi Həzrət Ayətullah-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin suallara verdiyi cavablar və məsləhətlərindən ibarət olan məcmuədən seçilib. Bu məcmuə Höccətul-İslam vəl-Muslimin Hacı Şeyx Əli Ətayi tərəfindən hazırlanıb, qaydaya salınmışdır. Ümidvarıq ki, bu kitabdan faydalananların hamısı onlardan razı qalacaqlar. İnşaallah!

TƏQLİD HÖKMLƏRİ


Sual 1. Risalədə buyurmusunuz: Üsulidində təqlid etmək düzgün deyildir, Üsulidin dəlillə isbat edilməlidir, yoxsa ona etiqad etmək kifayətdir?

Cavab: Üsulidinə hər yolla əqidə tapmaq kifayətdir.

Sual 2. Müctəhid olmayan bir kəs öz əməllərində ehtiyata əməl edib, təqlid etməyə bilərmi?

Cavab: Ehtiyata əməl etməyin düzgünlüyü haqqında alimlər arasında müxtəlif nəzəriyyələr mövcuddur. Ehtiyata əməl edən şəxs gərək ya müctəhid olsun və yaxud da ehtiyata əməl etməyin düzgün olub-olmamasında müctəhiddən təqlid etsin.

Sual 3. Ehtiyatdan məqsəd nədir və kimlər ehtiyata əməl edə bilərlər?

Cavab: Ehtiyat odur ki, insan öz əməllərini vəzifəsinə və təklifinə uyğun əməl etməsində yəqinlik tapıb bir qayda ilə yerinə yetirsin. Bütün məsələlərdə ehtiyat etmək istəyən şəxs gərək ya özü müctəhid olsun, yaxud da ictihada yaxın olsun ki, keçmiş və indiki alimlərin sözləri arasında ehtiyata müvafiq olan məsələləri müəyyən edə bilsin.

Sual 4. Təqlidin əməldən qabaq olması lazımdırmı və ya bir kəs təqlidə yaxın əməl etsə səhihdir, ya yox?

Cavab: Təqlid-müctəhidin fətvasına istinad edərək əməl etməkdir.

Sual 5. Müsəlmanlar Peyğəmbərin (s) və İmamların (ə) vaxtında təqlid etmişlərmi?

Cavab: Bəli, təqlid Peyğəmbərin (s) və İmamların (ə) vaxtında meydana gəlmişdir. Çünki, təqlid hökmləri bilməyənlərin alimə müraciət etməsi, onun başa düşdüyü şeylərə və verdiyi göstərişlərə əməl etməsidir. Aydındır ki, Həzrət Peyğəmbər (s) zamanında bütün müsəlmanların əli Həzrətə çatmamışdır. Buna görə də onlar şəri vəzifələrə əməl etmək üçün Həzrət Rəsuldan (s) hökmləri öyrənən şəxslərə müraciət edirdilər. Onlar da hökm və məsələləri rəvayət əsasında onlar üçün bəyan edirdilər. İmamların (ə) vaxtında da belə olmuşdur. Bəzən İmamlar (ə) fətvanı və şəri məsələləri öyrənmək üçün səhabələrdən bəzilərinə müraciət etməyi təklif edirdilər.

Sual 6. Lütfən fətva və qəzavətin mənasını bəyan edin.

Cavab: Fətva - nəzər vermək və müctəhidin istinbat elminə aid olan dəlillərlə ələ gətirdiyi ümumi hökmlərdən xəbər verməkdir. Fətva yalnız müctəhidin müqəllidləri üçün əsasdır.

Qəzavət - Camiuş-şərait qazinin insanlar arasında ədavət və düşmənçiliyi aradan qaldırmaq üçün hökm çıxarmasıdır. Məsələn deyir: “Bu mal Əmrə yox, Zeydə məxsusdur və ya bu gün ayın əvvəli - fitr bayramıdır və s. “ Camiuş-şərait olan qazinin hökmü bütün mükəlləflər üçün əsasdır.



Sual 7. Mərcəiyyət və ələmiyyət ümumi insanlar üçün hansı yolla sabit olur?

Cavab: Ədalət sifətinə, şəhadətinə etimad edilən əhli-xibrənin göstərdiyi yolla.

Sual 8. Qadın mərcəyi-təqlid təyin etməkdə müstəqildir, yoxsa ərinə tabe olmalıdır?

Cavab: Müstəqildir.

Sual 9. Qadının təqlid etdiyi müctəhid bir işi vacib və yaxud haram bilsə, ərinin təqlid etdiyi müctəhid isə o işi vacib və ya haram bilməsə əri o məsələdə həyat yoldaşını öz təqlid etdiyi müctəhidin fətvasına əməl etməyə vadar edə bilərmi?

Cavab: Xeyr, qadına vacibdir ki, özünün təqlid etdiyi müctəhidin fətvasına əməl etsin.

Sual 10. Bir şəxsin atası dünyadan getmişdir. Onun təqlid etdiyi müctəhid vəlisi hesab edilən oğlunun təqlid etdiyi müctəhidlə fərqlənir. Oğlu ona aid olan əməllərə özünün, yoxsa atasının təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir?

Cavab: Meyyitin vəlisi, əməlləri öz müctəhidinin fətfasına uyğun yerinə yetirsin.

Sual 11. Yaxşını və pisi başa düşməyən körpə uşağın vəlisi kimin fətvası ilə onu məhrəm etsin və onun əməllərini yerinə yetirsin?

Cavab: Özünün təqlid etdiyi müctəhidin fətvasına uyğun əməl etsin və daha yaxşıdır ki, ixtilaflı məsələlərdə ehtiyat etsin.

Sual 12. Qızımın yaşı doqquza çatmışdır. Amma təqlid məsələsini və kimə təqlid etməsini bilmir. Onun vəzifəsi nədir?

Cavab: Təqlid və mərcəiyyət məsələsinə əsasən, ona yol göstərin və başa salın ki, təqlid hökümlərini bilməyən şəxslərin alimə müraciət etməsidir.

Sual 13. Müctəhidin fətvasını bilən bir alimdən sual olunarsa, cavab verməsi vacibdirmi?

Cavab: Bilməyənləri başa salmaq və məsələləri bəyan etmək vacibdir, yalnız o halda imtina edə bilər ki, müəyyən üzrü olsun.

Sual 14. Mən mübarək Ramazan ayında (təbliğdə olarkən) bir məsələni səhv demişəm; indi səfərdən qayıtmışam, səhvimi başa düşəndən sonra vəzifəm nədir?

Cavab: Əgər bir hökmü məsələn, vacibi müstəhəbb yerinə, haramı məkruh yerinə demişsinizsə, camaat da sizin sözünüzə əməl edib vacibi tərk və ya harama mürtəkib olublarsa, imkan olan surətdə qayıdıb onları başa salmaq lazımdır.

Sual 15. Mən İmam Xomeyninin (r. ) vəfatından sonra həddi-büluğ olmuşam. İndi İmamın ələm olmasına yəqinlik tapmışam. Həzrətdən təqlid etməyim düzgündürmü?

Cavab: Dünyadan köçmüş müctəhiddən təqlidə başlamaq ələm olsa da belə, səhih deyildir.


Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin