Multikulturalizmə giriş fənninin predmeti və vəzifələri



Yüklə 141,25 Kb.
səhifə1/11
tarix20.11.2022
ölçüsü141,25 Kb.
#119732
  1   2   3   4   5   6   7   8   9   10   11
Multikulturalizm


MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNDƏN MÜHAZİRƏ MƏTNLƏRİ


Multikulturalizmə giriş fənninin predmeti və vəzifələri.
Müasir dünyada bütün dövlətlər özünün əhali tərkibinə görə müxtəlif mədəniyyətlərdən, daha doğrusu irqi, dini etnik və mədəni müxtəlifliklərdən ibarətdir. Hər bir dövlətdə çoxmədəniyyətliliyin meydana gəlməsi bəşər tarixi boyu baş verən müxtəlif hadisə və proseslər əsasında yaranmışdır. Müharibələr, işğallar, iqtisadi çətinliklər, dövlət çevrilişləri və s. Tarixi hadisələr insanların bir ərazidən digər ərazilərə miqrasiya etməsinə səbəb olmuşdur. Digər tərəfdən hələ qədim dövrlərdən üzü bəri insanlar maddi ehtiyaclarını əldə etmək üçün daha əlverişli coğrafi məkanlara köçmüşlər. Bu da zaman keçdikcə ayrı-ayrı dövlətlərdə çoxmədəniyyətliliyin qloballaşmasına səbəb olmuşdur. Beləliklə də ayrı-ayrı ölkələrdə çoxmədəniyyətliliyin yaranma səbəblərini, onun mahiyyətini, xüsusiyyətlərini, nəzəri-ideoloji, hüquqi-normativ əsaslarını, həmçinin müasir durumunu təhlil etmək tələbatı yaranmışdır. Hələ XX əsrin 60-70-ci illərindən başlayaraq, çoxmədəniyyətliliyin latıncadan tərcümə olunan “Multikulturalizm” termini müxtəlif alimlər tərəfindən elmi yanaşmalara səbəb olmuş, bu termin haqqında müxtəlif şərhlər söylənilmişdir. Ümumiyyətlə isə belə qənaətə gəlinmişdir ki, çoxmədəniyyətliliyin, yəni multikulturalizmin əsasını təşkil edən etnik, irqi, dini, və mədəni dəyərlərdir. Adları qeyd olunan dəyərlərin hər birinin özünəməxsus dili, dini, adət və ənənələri və onların həyat tərzini xarakterizə edən başqa cəhətləri vardır. Məhs bu müxtəlifliklər insan qruplarının birgə yaşadıqları cəmiyyətlərdə multikultural birlik adlandırılır.
Qeyd etmək lazımdır ki, multikulturalizm əsasən 1960-cı illərin sonunda liberal elitanın həyata keçirdiyi siyasət nəticəsində Kanadada meydana gəlmişdir. Həmin dövrdə Kanadalı tədqiqatçı Vil Kimlika və başqa liberallar muxtariyyət və bərəabərlik kimi ideyaları dəyərləndirir, hər bir fərdin, icmanın, hüquq azadlığına üstünlük verirdilər. Belə hesab edirdilər ki, hər bir fərd və icma istədiyi dəyərləri seçə bilər.
Lakin liberallardan fərqli olaraq Çarlar Teylor kimi kommunitarlar liberal dəyərləri təkzib edirdilər. Xüsusilə Ç.Teylor “Toxunma siyasəti” əsərində kollektiv mədəni dəyərlərə üstünlük verirdi. O, azlıqlara cəmiyyət daxilində xüsusi hüquqların verilməsini əsas götürürdü.
Lakin keçən əsrin 60-70-ci illərində kifayət qədər siyasi yüksəlişə malik olan liberallar demokratik elitarizm cərəyanını yarada bilmişdilər. Onların liberal demokratik ideyaları plyuralizm kimi nəzəriyyələrdə öz əksini tapa bilmişdir. Bunun da nəticəsində plyuralizm demokratiyasının mövcudluğu bir çox cəmiyyətin xüsusiyyəti kimi etiraf edilmiş və multikulturalizm mədəni müxtəlifliklərin əsasını təşkil edən bir anlayış, siyasi dəyər kimi qəbul edilmişdir.
Multikulturalizm etnik, irqi, dini və mədəni azlıqların hüquqlarını müdafiə edən. onların bir-biri ilə hərtərəfli əlaqələrini təşkil edən bir dövlət siyasətidir. Əslində bu siyasətin kökündə tolerantlıq durur. “Dözümlülük”mənasını əks etdirən tolerantlıq olmasa multikulturalizm siyasətini də həyata keçirmək mümkün deyildir. Belə ki, dünyanın bütün ölkələrinin müxtəlif dinlərə, dillərə, etnik mədəni dəyərlərə malik olan xalqlar. Icmalar, qruplar və s. yaşayır. Onlar arasında tolerant münasibətlər yratmadan cəmiyyət daxilindəki əminamanlığı qoruyub saxlamaq olmaz. Tolerantlıq vasitəsilə müxtəlif etnik-mədəni dəyərlərə hörmətlə yanaşılmalı, bu müxtəlifliyin ölkə daxili mədəniyyətin daha da zənginləşdirilməsinin əhəmiyyəti bütün dövlətlər tərəfindən qiymətləndirilməlidir. Məhs, bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin əhəmiyyətini çıxışlarının birində qiymətləndirərək demişdir:
“Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bunlarla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər.Ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir”.
Multikulturalizmin iflasa uğraması fikrini əsasən Avropa ölkələrində dilə gətirmişlər. Təəssüflər olsun ki, Böyük Britaniya. Fransa və Almaniya kimi Avropa ölkələrində get-gedə ymənəvi böhranın baş verməsi müəyyən dərəcədə millətçiliyin və bu zəmində islamafobiyanın yaranmasına səbəb olmuşdur. Buna misal olaraq 2010-2016-cı illərdə Böyük Britaniyanın baş naziri olmuş David Kameron multikultural dəyərlərin iflasa uğradığını deməklə multikulturalizm siyasətinin bədbin qütbünü yaratmişdır. O, 2011-ci il fevral ayının 5-də 47-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında demişdir: “Dövlət multikulturalizmi doktrinası müxtəlif mədəniyyətlərə öz adət-ənənələri ilə yaşamalarına dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusulə də müsəlman icması cəmiyyətdəki liberal dəyərləri inkar edərək demokratik cəmiyyətimizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edirlər. Bu isə dini ekstremizmin baş qaldırması üçün şərait yaradır.”
Devid Kameron bu kəskin çıxışından sonra yaşadığı cəmiyyətətə inteqrasiya olunmayanlar haqqında belə bir tələb qoydu: “Britaniyada yaşadığı iki il yarım ərzində ingilis dilini öyrənməyən miqrant ölkədən deportasiya olunacaqdır.”
Sözsüz ki, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq xoşbəxt həyat axtarışı məqsədi ilə xarici ölkələrə miqrasiya edən insanlar ilk növbədə müəyyən işlə təmin olunmaq üçün hakim xalqın dilini öyrənməli, dövlət qanunlarına əməl etməlidir. Dil ilk növbədə ünsiyyət vasitəsidir. Müəyyən ərazidə yerləşmək, özünə münasib iş tapmaq üçün miqrant köçdüyü ölkənin dövlət dilini bilmədikdə çətin məhrumiyyətlərlə üzləşməli olur. Multikultural dəyərlərə malik olan ölkələr öz dilindən başqa dili bilməyən insanlara hörmətlə yanaşır, onların assimilyasiya olunmasına həm maddi, həm də mənəvi şərait yaradır. Buna görə də elə Britaniyanın multikulturalizmin tədqiqi ilə məşğul olan alim Bhixu Parex multikulturalizm şəraitində etnik və dini azlıqların tanınması və onlara cəmiyyət daxilində hörmətlə yanaşılması tələblərini irəli sürür.
Lakin, bir həqiqəti də qəbul etmək lazımdır. Belə ki, etnik, irqi, dini, və mədəni qruplar yaşadıqları yerlərdə bir birinin etnik-mədəni dəyərlərinə hörmətlə yanaşmalıdırlar.
Bu prosesi təhlil edərkən elmi ədəbiyyatlarda bəzi tədqiqatçılar multikulturalizm inter multikulturalizm anlayışlarını bir çox halda bir-birilə qarışdırırlar. Ancaq bunlar bir-birinə qismən oxşar olsalar da onlar arasında müəyyən fərqli cəhətlər də vardır. Belə ki, multikulturalizm etnik-mədəni müxtəlifliklərin birgə yaşayışını, tolerantlığa əməl edərək qarşılıqlı hörmətin inkişaf etdirilməsini nəzərdə tutsa da bəzən bu müxtəliflikləri qabartmaqla cəmiyyətdə dezinteqrasiya hallarının baş verməsinə səbəb olur. Nəticədə ayrı-ayrı etnik-mədəni qruplar arasında narazılıqlar baş verir və onlar bir-birindən təcrid olunurlar.Belə hallarda narazılıqların qarşısını vaxtında almaq üçün dövlət səviyyəsində etnik, irqi. Dini və mədəni qrupların liderləri arasında dialoq və əməkdaçlıq münasibətləri yaradılmalıdır. Onların bir-birinə olan münasibətləri intermultikulturalizm səviyyəsinə yüksəldilməlidir. İnterkultural cəmiyyətlərdə etnik-mədəni qruplar öz kimliklərini qorumaqla yanaşı digər sosial-mədəni qruplarla da əməkdaşlıq edir, ümumi sosial-mədəni mühit yaratmağa çalışırlar. Yaradılan bu mühit intqrasiya prosesini gücləndirir, etnik-mədəni müxtəlifliklərin qorunması və onların sosial –mədəni inkişafı üçün əlverişli şərait yaradır. Nəticədə ayrı-ayrı sosial-mədəni müxtəlifliklərin vahid cəmiyyət daxilində əməkdaşlıqlarını formalaşdırır və inkişaf etdirir.
Deməli, multikulturalizm siyasət modelini əks etdirən bir sosial hadisədir. O, cəmiyyətin inkişafının təzahürü kimi özünü büruzə verir. Sosial hadisə kimi siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata və ictimai şüurun digər sahələrinin inkişafına öz təsirini göstərir. Onun təsiri birmənalı şəkildə sosial ədalətə, imkan bərabərliyinə, demokratik prinsiplərə əsaslanır.
Multikulturalizmi formalaşdıran, onu sosial hadisə kimi meydana gətirən bir sıra faktorlar mövcuddur.

  1. Uzun əsrlər boyu ölkə ərazisində birgə yaşayan xalqların həyat tərzi. Belə ölkələrdən biri Azərbaycandır. Tarixi faktlara əsasən deyə bilərik ki, Azərbaycan ərazisi hələ qədim dövrlərdən müxtəlif xalqların və etnik mədəni qrupların məkanına çevrilmişdir. Qədim Yunan səyyahı və coğrafiyaçısı Strabon özünün “Coğrafiya” kitabında hələ I əsrdə Ağvaniya(Albaniya) ərazisində 26 dildə danışan əhalinin mövcud olduğu qeyd etmişdir.

  2. 2. Yaşayış üçün əhəmiyyətli olan coğrafi ərazilər. Hələ qəbilə quruluşu dövründən insanlar onlar üçün əlverişli olan coğrafi məkanlara köçmüş, bu köçlər nəticəsində ayrı-ayrı qəbilələr birləşərək tayfalar yaratmış və tarixin müəyyən dövrlərində həmin coğrafi məkanlarda dövlətlər yaranmışdır. Özünün əlverişli iqliminə görə Azərbaycan torpaqları da müxtəlif xalqların diqqətini özünə cəlb etmişdir. Bu da nəticədə Azərbaycan ərazisinin müxtəlif xalqların diqqətini özünə cəlb edərək çoxmədəniyyətli bir məkanın formalaşmasına səbəb olmuşdur.

  3. Sosial və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə müxtəlif xalqların və icmaların axını. Belə axınların ən başlıca səbələri əsasən regional müharibələr və insan hüquqlarının pozulması faktları olmuşdur. Öz ölkələrində baş verən müharibələr nəticəsində həyatda yaşamaq vasitələrini itirən insanlar həm siyasi. Həm də işçi miqrantlar kimi əsasən inkişaf etmiş Avropa ölkələrinə miqrasiya edən insan axının qarşısını almağa çalışırlar.

  4. Tarixin müxtəlif dövrlərində imperialist dövlətlər tərəfindən həyata keçirilən köçürmə siyasəti. Belə bir siyasət vaxtılə Çar Rusiyası tərəfindən Ermənilərin yaxın Şərq ölkələrindən Qafqaz ərazisinə köçürülmə siyasəti olmuşdur. Bu siyasət xristianlaşdırma və ruslaşdırma siyasəti kimi sonrakı dövrlərdə də davam etdirilmişdir. Bunun da nəticəsində iki milyona yaxın müsəlman azərbaycanlılar özlərinin tarixi yurdlarından qovulmuş, soyqırıma və repressiyalara məruz qalmışlar.

  5. Bir sıra hərbi münaqişlər və vətəndaş müharibələri.

Yaxın və Orta şərq ölkələrində, xüsusilə Suriyada, İraqda, əfqanıstanda, və başqa ölkələrdə baş verən münaqişələr minlərlə insanları özlərinə Avropanın bir sıra ölkələrində sığınacaq axtarmağa vadar edir. Bunun da nəticəsində bir sıra ölkələrdə etnik, dini, irqi, milli müxtəlifliklərin sayı çoxalır. Onların həmin ölkələrdə talelərin muultikultural dəyərlərin olub olmamasından çox asılı olur. Əgər multikultural vəziyyət dövlət tərəfindən demokratik səviyyədə qarşılanırsa bu ölkələrdəki etnik-mədəni müxtəlifliklər tənzimlənir.
Ümumiyyətlə etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə müxtəlif münasibətlər mövcuddur. Onlardan ən geniş yayılanı assimilyasiya siyasətidir. Bu siyasi prosesdə milli azlıqların mədəni-etnik dəyərlərin hakim xalqın mədəniyyətinə qatmağa çalışırlar. Bunun da nəticəsində zaman keçdikcə etnik, irqi,dini və mədəni müxtəlifliklər tədricən ləğv olunur. Onlar ictimai həyatda öz mövqelərini yaxşılaşdırmaq üçün titul etnosun mədəniyyətinə qaynayıb qarışırlar. Hələ keçən əsrin 60-cı illərində Kanadada multikulturalizm meydana gəlməmişdən qabaq dünyanın bir sıra ölkələrində assimilyasiya və həmçinin izolyasiya siyasətindən istifadə etməklə etnik, irqi, dini və mədəni müxtəliflikləri tənzimləməyə çalışmışlar.
Əslində assimilyasiya siyasət modelində çoxmədəniyyətliliyin bir-birinə inteqrasiyası qismən könüllülük prinsipi əsasında baş verdiyi halda izolyasiya siyasətinin tətbiqi nəticəsində etnik-mədəni dəyərlərin bir-birilə əlaqəsinin qarşısı alınmışdır. Bu proses iki formada baş vermişdir. Birinci o, milli azlıqların ölkəyə gələrək məskunlaşmalarına mane olmuşlar. İkinci halda isə onları hər şeydən təcrid edərək Aperteid siyasəti həyata keçirmişlər. Aperteid modeli vasitəsilə onları ayrılıqda yaşamağa məcbur etmişlər. Aperteid siyasəti həyata keçirilən ölkələrdə yaşayan əhali “qaralar”, “ağlar”, “qırmızılar” və “hindular” kimi qruplara bölünmüşdür. Təxminən 1963-1983-cü illərdə qara zəncilər və ağlardan fərqlənən əhali qrupları yaşadıqları yerlərdən başqa ərazilərə köçürülmüşlər. Həmin illərdə qaraların vətəndaşlıq hüquqları xeyli məhdudlaşdırılmışdır. Qara zəncilərin, ağların yaşadıqları yerlərdə görünməsi belə cəza ilə nəticələnmişdir.
Əslində multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərini qoruyub saxlayaraq onların daha da inkişaf etdirməlidir. Bu məqsədlə bütün dünya ölkələrində titul etnosun mədəniyyəti ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafını da Azərbaycan Respublikasında olduğu kimi eyni şərait yaradılmalıdır.
Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyev ikinci dəfə müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gələn kimi ilk növbədə multikulturalizmin siyasi modelinin assimilyasiya və izolyasiya modellərini qəbul etməyərək dedi:” Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim milli sərvətimizdir., üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacayıq... Azərbaycan onun ərazisində yaşayan millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumuk da bütövlükdə hamısı azərbaycanlıdır” Bu fikirləri söyləməklə ulu öndər “Azərbaycançılıq” ideyasını multikulturalizm siyasətinin ana xəttinə çevirdi. Onun bu ideyaları müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul edilmiş Konstitusiyasının 25-ci maddəsi əsasında hər kəsə bərəbərlik hüququ verildi. 25-ci maddədə göstərilir:

  1. Hamı qanun və məhkəmə qarşısında bərəbərdir

  2. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

  3. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə münasibətindən asılı olmayraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını, irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi, və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan bu maddə həm də xalqımızın bəşər tarixi boyu özündə yaşatdığı insanlığa tolerant münasibətini əks etdirir. Məhz bu tolerant münasibətlər zəmnində uzun əsrlər boyu ölkəmizdə müxtəlif dinlərə, adət və ənənələrə məxsus olan etnik icmalar və qruplar yaşamışlar. Onlar imperialist dövlətlərin işğalçılıq siyasətiin ağır nəticələrinə məruz qalsalar da bir-birinə qarşı olan dostluq, qardaşlıq, qonaqpərvərlik və s. Xeyirxah münasibətlərini qoruyub saxlaya bilmişlər. İmperialist dövlətlərin “parçala hökm sür” siyasətiin qurbanına çevrilməmişlər.
Lakin qeyd etmək lazımdır ki. Imperialist dövlətlər ayrı-ayrı milli etnik azlıqları özlərinin mədəniyyətlərinin içində əriyib yox etmək üçün müxtəlif multikultural formalardan da istifadə etmişlər. Bu formalar içərisində multikulturalizmin zəif və güclü formaları xüsusi təsir gücünə malik olmuşlar. Elmi ədəbiyyatda ingilis alimi, professor Candran Kukatasın həmin formalar haqqındakı fikirləri diqqəti xüsusi olaraq cəlb edir. Məsələn, alimin apardığı tədqiqiata görə “multikulturalizmin zəif forması etnik milli azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün imkan yaradır. Lakin azlıqlar öz imkanları ilə etnik-mədəni dəyərləri qorumaq iqtidarında olmadıqlarına görə yaranmış situasiyada(vəziyyətdə)cəmiyyətdəki hakim etnik-mədəni dəyərlərin qəbul edilməsini ən optimal çıxış yolu kimi dəyərləndirirlər. Başqa sözlə desək, onlar elə bir vəziyyətə düşürlər ki, onlara bilərəkdən, xarici təzyiq olmadan, öz istəkləri ilə titul xalqın etnik-mədəni dəyərlərini qəbul etmək sərf edir. Öz mədəni kimliyini, etnik-mədəni dəyərlərini qorumaq isə çətin olur.”



Yüklə 141,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin