Multikulturalizmə giriş fənninin predmeti və vəzifələri


Azərbaycan Respublikasında dövlət- din münasibətləri və multikulturalizm milli təhlükəsizlik konsepsiyası kimi



Yüklə 141,25 Kb.
səhifə4/11
tarix20.11.2022
ölçüsü141,25 Kb.
#119732
1   2   3   4   5   6   7   8   9   10   11
Multikulturalizm

4. Azərbaycan Respublikasında dövlət- din münasibətləri və multikulturalizm milli təhlükəsizlik konsepsiyası kimi




Din ictimai şüurun xüsusi forması kimi bəşər tarixi boyu insanların mənəvi cəhətdən tənzimlənməsinin aparıcı vasitəsi olmuşdur. Dünyada insanlar arasında sabitliyin qorunmasına, öz adət və ənənələri ilə vahid birliyin formalaşmasına çevrilmişdir. Lakin təəssüflər olsun ki, əslində mehribanlıq, sevgi hissləri, səmimiyyət kimi anlayışlar dini-mənəvi dəyərlərdə təbliğ olunsa da dinlər arasında ixtilaflar və ayrı seçkilik halları yaradan qeyri-insani hərəkətlər də mövcud olmuşdur. Baxmayaraq ki, dünya dinlərinin hər birində ədalətli davranmaq insan üçün vacib hesab olunur. Lakin, şəxsi eqoizmə qoşulanlar mənsub olduğu dini başqa dinlərdən üstün tuturlar. Bunun da nəticəsində emosional münasibətlər qızışır və bunun da nəticəsində digər dinlərə qarşı səlib yürüşü formalaşır, insanların kütləvi şəkildə qarşıdurmaları meydana gəlir, günahsız qanlar tökülür.
Bizim ölkədə bütün dinlərə hörmətlə yanaşılaraq onlara qanun çərçivəsində qeydiyyatdan keçmək və sərbəst fəaliyyət göstərmək imkanı yaradıldığı halda Qərbi Avropa ölkələrində-xüsusilə Fransada, Almaniyada, Böyük Britaniyada, Belçikada və başqa ölkələrdə islamafobiya hökm sürür. Bu xüsusiyyətlər ekstremist qüvvələrin baş qaldırmasına və yayılmasına rəvaç verir. Bunun da nəticəsində adları çəkilən Avropa ölkələrində dini, milli, irqi zəmində dəhşətli cinayət halları baş verir. Məsələn, Norveçdə Breyvik adlı şəxs müsəlman olduqlarına görə 69 nəfər oğlan və qızları amansızcasına qətlə yetirmişdir. Almaniyada isə ektremist qüvvələr burada yaşayan yerli türklərə qarşı tez-tez terror aktları törədirlər. Hətta bu terrorları ardıcıl olaraq həyata keçirmək üçün “Peqida” adında ictimai hərəkat da yaradılmışdır. 2010-cu ildə Almaniya, 2014-cü ildə isə Macarıstan multikulturalizm ideyalarının əleyhinə çıxmışlar. Fransada çap olunan “La Şarli” qəzetində müsəlmanların dini hissləri təhqir olunmuş, həmin qəzetdə Məhəmməd peyğəmbərin təhqiramiz karikaturasının verilməsi terror aktların baş verməsinə səbəb olmuşdur.
Ümumiyyətlə əldə olunan faktiki məlumatlar göstərir ki, tarix boyu müxtəlif dinlərə və məzhəblərə etiqad edən xalqlar arasında günahsız insanların ölümünə səbəb olan, əsasən dini zəmində baş vermiş bir çox müharibələr olmuşdur. Yuxarıda adları çəkilən Avropa ölkələrində də dinidözümsüzlük və təəssübkeşlik hislərinin indi də mövcud olması haqqında çoxlu məlumatlar vardır.
Azərbaycan isə tarixin bütün dövrlərində tolerant bir ölkə kimi tanınmış və dinlərarası münasibətlərin qorunması ilə bağlı multikultural mövqeyində qala bilmişdir. Müstəqilliyimizin ilk illərində də bir sıra xarici dini icmalar və sektalar Azərbaycana gəlmiş, ölkədə mövcud olan iqtisadi çətinliklərdən və müharibə şəraitindən istifadə edərək özlərinin maraqlarına uyğun olan dini təbliğat aparmışlar. Xüsusilə Azərbaycanın demokratik mühitindən istifadə edən missioner təşkilatlarının sayının artması gündən-günə nəzərə çarpmışdır. Missionerlərin həmin dövrdəki fəaliyyəti erməni kəşfiyyatı üçün də əlverişli təxribat mühiti yaratmışdır. Belə ki, ermənilər müxtəlif adlar altında bu təşkilatların xidmətindən özlərinin işğalçılıq məqsədləri üçün istifadə etməyə çalışmışlar. Müstəqilliyimizin ilk dövrlərində ayrı-ayrı dövlətlərin kəşfiyyat maraqlarına xidmət edən bu təşkilatların sayı 900-ə çatmışdır. Onların əsas fəaliyyəti yenicə həddi buluğa çatmış gəncləri öz təsirləri altına salmaq olmuşdur. “Yevangelist-Lüteranlar” icmasının nümayəndələri ilə aparılan görüşlər də bu fikrin doğruluğunu sübut etmioşdir. Belə ki, Paster sifətilə ölkəmizə göndərilmiş Günmer Abrski adlı birisi qeyri-qanuni missionerlik fəaliyyəti göstərmiş, həddi-buluğa çatmamış uşaq və yeniyetmələri müxtəlif vasitələrə xristianlaşdırmağa çalışmış, lakin Azərbaycanın təhlükəsizlik orqanları onun fəliyyəti haqqında vaxtında xəbər tutmuşdur. Bundan sonra o, ölkəmizdən çıxarılmışdır.
Təəccüblü olsa da bəzi dini-missioner təşkilatlar öz torlarına saldıqları oğlanları hərbi xidmətə getməkdən imtina etməyə çağırmışdır. Bu təxribatın əsas sifarişçisi isə Ermənistandakı “Güclüxaç” cəmiyyəti olmuşdur. Ermənistandakı “Güclü Xaç” cəmiyyətinin sifarişi ilə Moskvadakı “Blaqoslai İLİsus” təşkilatı, İrandakı “Sərkis kilsəsi”, Dağlıq Qarabağdakı “Qara kilsə” və s. Xarici dini məruzələr yenicə müstəqillik əldə etmiş Azərbaycana qarşı siyasi təxribatlar aparmışlar. Bəlli olmuşdur ki, Bakıda azərbaycanlıları öz sıralarına qəbul edib onlara hərbi xidmətə getməyəcəkləri haqda and içdirməyə çalışmışlar. Xankəndində nəşr olunan “Artsax” qəzeti “Güclü Xaç” cəmiyyətinin Azərbaycana qarşı hazırladığı təxribat xaraterli yazılarını dərc edərək yaymaqla məşğul olmuşdur. Dağlıq Qarabağda yerləşən “Qara kilsə” və “Hücum” təşkilatları da Azərbaycana qarşı daha aqressiv mövqe tutmuşlar. 1988-ci ildə əsası qoyulan “Hücum” erməni təşkilatı Livan erməniləri ilə Azərbaycana qarşı ardıcıl siyasi təxribat aparmaq üçün oradakı ermənilərin dini rəhbəri Zore Azkaveryanla daima əlaqələr yaratmışlar.
Çox təəssüflər olsun ki, müsəlman ölkələrindən biri olan İranda da erməni təşkilatının əli ilə azərbaycanlılara qarşı təxribat işləri aparılmışdır. Müstəqilliyimizin ilk illərində İranda qeyri-leqal fəaliyyət göstərən “Sufyan”, “Mömünə”, “Birlik və dirlik” cərəyanları da şovinist, faşist meyilli erməni təşkilatlarının təsiri altına düşmüşlər. Bu təşkilatlara da öz mürtəce mahiyyəti ilə tanınan “Şeytan cərəyanları” adlı fars şovinist mərkəzi rəhbərlik etmişdir.
Bildiyamiz kimi, Sovet hakimiyyəti dövründə dini sahə üzrə mənəvi həyatımızda bir boşluq mövcud olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə xarici missionerlərin bu boşluğu ələ keçirmək uğrunda yürüşü baş vermişdir. Həmin dövrdə Vəhabilər də azad Azərbaycan məkanında öz yerlərini tutmağa can atmışlar. Məsələn, “İhvan əl-müslimin” və “Həzbi təhrir” təşkilatlarının emisarları 1994-cü ildən bəri 18 dəfə Bakıda olmuş, burada öz təşkilatlarını yaratmağa çalışmışlar. Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinin istefada olan generalı Əbdülvahid Nuri Azərbaycanın Şimal bölgəsində olmuş, o cümlədən, bütün MDB ölkələrini gəzmiş, vahabizmin təbliği ilə bağlı bir sıra əməli işlər görmüşdür. Bu tipli emisarların hər biri öz dövlətlərinin maraqları əsasında iş apararaq Azərbaycan xalqını ənənəvi İslamdan uzaqlaşdırıb dini fanatizmi gücləndirmək fəaliyyətində bulunmuşlar. Mahiyyət etibarı ilə isə bu təşkilatlar da əslində Azərbaycana qarşı düşmən mövqeyində olan Ermənistanın siyasi təxribatına münbit şərait yaratmışlar.
Müstəqilliyin ilk dövrlərində ermənilər Azərbaycana qarşı təxribatlar törətmək üçün “Blaqoslavi İsus” təşkilatlarının fəaliyyətindən də bəhrələnməyə cəhd etmişlər. Qeyd olunan dövrdə Azərbaycanda beş rus provaslav kilsəsi fəaliyyət göstərmişdir. Onun üçün Bakıda yerləşmişdir. Məhz bunların bilavasitə köməyi ilə 1991-ci ildən 1997-ci ilə qədər Azərbaycanda 20-dən çox qeyri-rəsmi xristian təşkilatları yaradılmışdır. Onlar Azərbaycana 100 mindən çox xristian ədəbiyyatı gətirmiş, gənclərimizi xristian dininə cəlb etmək üçün 20 milyon dollar həcmində vəsait sərf etmişlər. Maddi cəhətdən imkansız olan bəzi gəncləri də bu təşkilatlar xarici kəşfiyyata işləməyə müvəffəq olmuşlar. Yaxşı ki, MTN-in əməkdaşları onların qarşısını vaxtında ala bilmişlər.
Erməni kəşfiyyatı Azərbaycana qarşı təxribatı gücləndirmək üçün Bakıda yaşayan erməni qadınlarından da istifadə etmişlər. Eyni zamanda İranda yaşayan ermənilərin köməyi ilə çap olunmuş 4000 nüsxə təxribat xarakterli vərəqələr “Güclü xaç” cəmiyyətinin vasitəsilə Azərbaycana ötürülmüşdür.
Əldə olunan məlumatlara görə erməni kəşfiyyat orqanları Azərbaycanı zəiflətmək və parçalamaq üçün öz cəsuslarını əsasə radikal müxalifət partiyalarında yerləşdirmişlər. Onların bəzi güc orqanlarında çalışmalarına da nail ola bilmişlər. Hətta bu faktları Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan da təsdiqləmişdi. O, demişdi: “Biz bu yolla Azərbaycanı, onun iqtidarını, onların Qərb havadarlarını yerində oturda bilərik”.
Müstəqilliyin ilk illərində Ermənistan İrandakı “Sərkis kilsəsi” vasitəsilə də Azərbaycana qarşı təxribat aparmışlar. Bu kilsənin ideoloqlarından biri olan Ordak Mallukyan İrandakı bəzi fars Şovinistlərdən Azərbaycana qarşı istifadə edə bilmişdi. Eyni zamanda O, Moskvadakı “Blaqoslavi İsus” cərəyanında çalışan qəddar antiazərbaycançı Yefin Qavriloviç Şaumyanla da bir neçə dəfə Tehranda görüşmüş Azərbaycana və Türkiyəyə qarşı aparacaqları təxribat yollarını təhlil etmişlər.
Bütün bu təxribatların müstəqilliyin ilk dövrlərində Azərbaycana qarşı geniş miqyas almasının bir səbəbi də hələ ölkədə dövlətçiliyin zəif olması, hüquqi cəhətdən qəbul olunan qanunlarının kifayət qədər işlək vəziyyətdə olmaması idi. Bu səbəbdən də həmin dövrdə ayrı-ayrı missioner təşkilatları Azərbaycan xalqının humanistliyindən, ölkədə mövcud olan qeyri-sabit sosial-iqtisadi vəziyyətdən, həmçinin Qarabağda ağır döyüşlərin getməsindən öz məqsədləri üçün məharətlə istifadə edə bilirdilər. Bakıda və digər şəhərlərimizdə ayrı-ayrı təriqətləri təbliğatına və eyni zamanda dinlər və etniklər arasında münaqişələr yaratmağa çalışırdılar. Yuxarıda adları çəkilən bir sıra təşkilatlar Azərbaycanın böyük şəhərləri ilə yanaşı regionlarda da özlərinə aid olan dini təbliğatı gücləndirir, insanların ağır sosial və iqtisadi vəziyyətindən istifadə edirdilər.
1992-ci ildə”Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının dövlət qanunu qəbul olundu. Bu qanun vasitəsilə dini mərkəzlərin, qurumların, tədris müəssisələrinin fəaliyyəti qismən tənzimlənsə də müharibə vəziyyətindən istifadə edən təxribatçı təşkilatlar qəbul olunan qanuna məhəl qoymadılar.
1991-ci ildə ermənilərin terror fəaliyyətləri daha da gücləndirildi. Həmin ilin iyun-dekabr ayları arasında erməni silahlı qüvvələri Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumlar edildi. Bu hücum zamanı 12 nəfər öldürüldü, 15 nəfər isə qəddarlıqla diri-diri yandırıldı. 1991-ci ilin sonuna qədər ruhən vəhşiləşərək faşist qəddarlığı nümayiş etdirən ermənilər Tuğ, İmarət Qərvənd, Şırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. Kəndləri talan edərək, onlara od vurub yandırdılar. Bu vəhşiliklər həyata keçirilən qaçıb nları bu canlarını qurtara bilməyən insanlar da yanaraq külə döndülər.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Sovet ordusunun 366 motoatıcı alayının 180 nəfər hərbiçilərindən istifadə edərək Xocalı şəhərini əhalisi ilə birlikdə məhv etdilər. Rəsmi məlumatlara görə bu soyqırımı nəticəsində 613 nəfər öldürülmüş, 150 nəfər haqqında indiyə kimi də heç bir məlumat olmamışdır.
Şuşa şəhəri də işğal olunandan sonra erməni hərbi hava qüvvələri Laçını, Kəlbəcəri və Ağdamı da ardıcıllıqla zəbt etmişlər. Bundan sonra işğal olunan ərazilərdə tarix və mədəniyyət abidələri ya dağıdılmış, ya da bir çoxlarının tarixi saxtalaşdırılaraq erməniləşdirilmişdi.
Azərbaycan Respublikasının rəhbərliyi Şuşa işğal olunduqdan sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının şədrinə və müxtəlif dünya dövlətlərinə Ermənistan təcavüzü haqqında məlumat vermiş, o təcavüzü haqqında məlumat vermiş, onları bu təcavüzün qarşısını almağa çağırmışdır. Lakin BMT tərəfindən heç bir əməli tədbir görülməmişdir. Yalnız 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər rayonu işğal edildikdən sonra aprel ayının 30-da BMT TŞ 822 saylı qətnamə qəbul etmişdir. Azərbaycanın əraziləri işğal olunduqca yeni qətnamələr qəbul olundu. 1996-cı ilin dekabr ayında keçirilən ATƏT-in Lissabon Zirvə görüşündən sonra münaqişəni həll etmək üçün Rusiya, Fransa və ABŞ nümayəndələrindən ibarət həmsədrlər qrupu yaradıldı. Düz 30 ilə qədər müddətdə həmsədrlər mənasız görüşlər və müzakirələr keçirməklə əslində ermənilərin Dağlıq Qarabağda möhkəmlənməsində şərait yaratdı. Bu beynəlxalq laqeydliliyindən istifadə edilərək heç bir dövlət tərəfindən tanınmaya qondarma “Dağlıq Qarabağ Respublikası” parlament və prezident seçkiləri keçirdi. Bu qondarma rejim Şuşanı özünün paytaxtı elan etdi. Eyni zamanda sərhədlərimizdə atəşkəs rejimini tez-tez pozaraq hətta Bakını da işğal etməklə hədələdilər. Nikol Paşinyan Ermənistanın Baş naziri postunu ələ keçirdikdən sonra Cıdır düzündə kef məclisi təşkil etdi və sərxoş vəziyyətdə arvadı ilə birlikdə yallı gedərək “Dağlıq Qarabağ Ermənistandır” dedi. Azərbaycan prezidenti İlham Əliyev MDB başçılarının toplanışında Ermənistanın himayədarlarına üzünü tutaraq “Dağlıq Qarabağ Azərbaycandır.Nida” dedi. Bundan sonra ölkəmizin Prezidenti, Ali Baş komandan İlham Əliyev 2020-ci ilin sentyabrın 27-də təmas xəttində növbəti həyasızlıq edən Ermənistan ordusuna qarşı müharibə elan etdi. Bundan sonra Azərbaycan ordusu hələ dünya hərb tarixində görünməmiş bir sürətlə ermənilərin hərbi hissələrini məhv etdi və cəmi 44 gün ərzində ermənistan ordusu məğlub edildi və 30 illik işğala son qoyuldu. Bu qalibiyyətin əsas səbəblərindən biri də dinindən, etnik münasibətindən, milliyyətindən asılı olmayaraq insanlarımmızın bütöv Azərbaycan “Vətəndir” anlayışı oldu. Vətənə olan bu sevgi şəhid olmuş övladlarının nəşini qucaqlayıb hönkürəndə də “Vətən sağ olsun” dedilər.
Bu qalibiyyətli müharibə Azərbaycan Respublikasının multikultural bi ölkə olduğunu bir daha sübut etdi. Ölkə prezidentinin ardıcıl olaraq apardığı multikultural siyasət nəticəsində plkəmiz başqa dövlətlər üçün də müasir dövrün inkişaf modeli olmuşdur. Elə bu prosesin gücünü qiymətləndirən prezident İlham Əliyev multikulturalizmin əhəmiyyətini izah edərək demişdir: “...hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir... Əlbəttə bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır.”
Artıq dövlət rəhbərinin apardığı məqsədyönlü siyasət vasitəsilə bütün dünyaya məlum olmuşdur ki, Azərbaycan Respublikasında dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi dövlət tərəfindən qorunur. Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışarkən qeyd edirdi ki, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumuk da, başqası da- bütünlükdə hamısı azərbaycanlıdır.” Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələlərin hüquqi həlli Azərbaycan Respublikasınn 1995-ci il noyabr ayının 12-də qəbul olunmuş Konstitusiyasınında olan bir çox maddələrdə öz əksini tapmışdır. “Din və dövlət”(Maddə 18, bənd 1); “Dövlət dili”(Maddə 21, bənd 2); “Bərabərlik hüququ”(Maddə 25 bənd 3); “Milli mənsubiyyət hüququ”(Maddə 45, bəndlər1, 2); “Fikir və söz azadlığı”(Maddə 47, bəndlər 1,2,3); “Vicdan azadlığı”(Maddə 48, bəndlər1, 2); “Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şətləri”(Maddə 127, bənd 10)
Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olmasına baxmayaraq 2011-ci ildə dövlət-din münasibətlərini tənzimləmək və ayrı-ayrı dinlərarası tolerant münasibətləri inkişaf etdirmək üçün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılmışdır. Demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Respublikası dövlət-din münasibətlərini yüksək səviyyədə qoruyub saxlamaq üçün ardıcıl olaraq müxtəlif tədbirlər həyata keçirir, ölkəmizdəki dini azlıqların təmin edilməsinə, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasına, dini icmaların fəaliyyətinə dəstək verilməsinə, dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına yardım edir.
Prezident İlham Əliyev dinlər və mədəniyyətlər arası əlaqələrlə bağlı olan bütün tədbirlərdə, eyni zamanda bir sıra dini mərkəzlərin açılışında din və dövlət münasibətlərinin demokratik şəkildə həll edilməsinə dair çıxışlar etmişdir. 2014-cü ilin dekabr ayında Bakıda Heydər məscidinin açılışında demişdir:”Azərbaycanda bütün dini azlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir.
Dini qurumlar üzrə Dövlət Komitəsi təsis olunduğu gündən 2015-ci ilə qədər 615 dini qurum dövlət qeydiyyatına alınmışdır. Onlardan 21-i qeyri islam, 594 isə İslam təmayüllü dini qurumlardır. Qeyri-İslam dini qurumdan 12 xristian, 6-sı yəhudi, 2-si bəhai, 1-i isə krişna dini icmasıdır.
Din dövlətdən ayrı olmasına baxmayaraq Azərbaycanda 250-yə qədər məscid və ya təmir işləri yalnız 2003-cü ildə həyata keçirilmişdir. Onlar arsında Bibiheybət, Təzəpir, Əjdərbəy, Heydər məscidləri, İmamzadə və başqa mədəni mərkəzlər xüsusi olaraq diqqəti cəlb edir.
Dini biliklərə yiyələnmək üçün Bakı Dövlət Universitetinin nəzdində İlahiyyat fakültəsi yaradılmış, Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi TəzəPir Məscidində İslam Universiteti fəaliyyət göstərmişdir. Həmin dövrdən başlayaraq dini etiqad azadlığının qorunmasına xüsusi diqqət yetirilmiş, ayrı-ayrı icmaların dini ayin və mərasimlərinin sərbəst şəkildə yerinə yetirilməsi üçün tolerantlıq ənənələri daha da gücləndirilmişdir. Həmçinin, dini qurumlar arasında möhkəm birliyin yaradılmasına təkan verən müxtəlif vasitələrdən geniş istifadə olunmuşdur. İndi də bu müqəddəs işin həyata keçirilməsində ictimai təşkilatlar da aktiv şəkildə iştirak edirlər.
Müasir dövrdə dünyanın bir sıra ölkələrində insanların məskunlaşmasında insanların dini mənsubiyyəti və milliyəti əsas götürüldüyü halda Azərbaycanda mövcud olan bütün dinlərin nümayəndələrinə dövlət qayğısı göstərilir, onların hər biri qanun qarşısında bərabər hüquqa malikdirlər. Hal hazırda ölkəmizdə 16000-dən çox yəhudi yaşayır. 7 yəhudi dini icması qeydiyyata alınmışdır. Bakıda 3, Oğuzda və Qubada isə 1 sinaqoq fəaliyyət göstərir.
2003-cü ilin mart ayında Bakıda yeni yəhudi sinaqoqu inşa edilərək istifadəyə verilmişdir. Avropada ən böyük sinaqoq olan bu ibadət mərkəzi köhnə məbədin yerində inşa edilmişdir. Açılış mərasimində ölkəmizin dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən gələn qonaqlar iştirak etmişlər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları idarəsi, Rus pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yerarxiyası yaxından iştirak etmişlər. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşa edilməsində iştirakı və onların yardım göstərməsi bütün dünyada misli görünməyən hadisədir.
Milli din olan yəhudilərin dinləri İudaizm adlanır. Bu din e.ə. VIII əsrdə meydana gəlmişdir. Yəhudilər məskunlaşdığı digər ölkələrdə çox vaxt işgəncələrə və təzyiqlərə məruz qalmışlar. Ancaq bütün tarixi dövrlərdə ölkəmizə pənah gətirən yəhudilər Azərbaycanda özlərini böyük bir ailənin bərabərhüquqlu üzvi kimi hiss etmişlər. Quba rayonundan Qırmızı qəsəbə Dağ yəhudilərinin kompakt yaşadıqları tarixi məkan olmuşdur. İndi də bura Dağ yəhudilərinin “Yərusəlimi” adlanır. Bəzi tədqiqatçıların verdikləri məlumata görə Dağ yəhudiləri icması İrandakı yəhudilərin Qafqaz regionuna bir neçə dəfə miqrasiya etməsi nəticəsində mövcud olmuşdur. XVIII əsrdə Dağ yəhudilərinin bir hissəsi İranın Gilan əyalətindən Azərbaycan ərazisinə miqrasiya etmişlər və qonşu yəhudi kəndlərinin əhalisi ilə qaynayıb qarışmışlar.
Hazırda Bakıda, Qubada və Oğuzda altı sinaqoq fəaliyyət göstərir. Gəncə və Sumqayıtmşəhərlərində də yəhudilərin ibadət yerləri fəaliyyət göstərir.
Azərbaycan ərazisinə Gürcüstan yəhudiləri də pənah gətirmişlər. Onlar əsasən qədim zamanlardan Gürcüstan ərazilərində məskunlaşmış, gürcü dilində danışan yəhudi icmasının nümayəndələridir.
Azərbaycanda fəaliyyət göstərən yəhudi icmalarından biri də Avropa yəhudiləridi. Avropa yəhudiləri Aşkenazilər adlanır. Bu ad orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri ad ilə əlaqələndirilir. Belə ki, yəhudilərə görə Yasəfin (Nuh peyğəmbərinin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşdığından yəhudilər bu adı həmin ölkəyə vermişdir. Sonralar bu ad Almaniyadan digər ölkələrə köçən yəhudilərə də şamil edilmişdior.
1897-ci ildə Bakıda təxminən 2500 nəfərə yaxın Aşkinazi yəhudiləri yaşamışdır. Sonralar onların sayı çoxalaraq 10 min nəfərə çatmışdır. 1910-cu ildə Bakıda da sinaqoq inşa edilmiş və bu Avropa yəhudilərinin ibadət yeri olmaqla yanaşı həm də təlim-tədris ocağına çevrilmişdir.
Hal hazırda Azərbaycanda “Azərbaycan-İsrail Dostluğu mərkəzi”, “Soxnut”, “Yəhudi agentliyi”, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər, yəhudi icmasının mədəniyyət mərkəzləri, “Yeva” qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Həmçinin, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ivrit dili də tədris olunur. Həmçinin Bakıda yaşayan yəhudi uşaqları üçün Heydər Əliyev Fondu və “Or Avner” Beynəlxalq Fondu tərəfindən “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində “Xabat Or-Avner” Təhsil Mərkəzi inşa olunub. Azərbaycan Respublikasını Birinci vitse prezidenti xanım Mehriban Əliyevanı iştirakı ilə 2010-cu il oktyabrın 4-də Təhsil Mərkəzinin açılış mərasimi keçirilib.
Azərbaycanda Xristianlığın meydana gəlməsinin tarixi də çox qədimdir. Qafqaz Albaniyası xristianlığın meydana gəldiyi məkanlardan biri hesab olunur. Hələ 313-cü ildə Arşakilər sülaləsindən olan Alban çarı Urnayr xristianlığı dövlət dini elan etmişdir. Aparılan tədqiqatlar göstərir ki, ilk Apostol kilsəsi məhz Azərbaycanda inşa edilmiş və fəaliyyət göstərmişdir. Musa Kalankatuklunun “Ağvan ölkəsinin tarixi” əsərində bildirilir ki, bu ölkənin əvvəlcə paytaxtı Qəbələ olmuş, sonra isə Partav(indiki Bərdə) şəhərinə köçürülmüşdür.
705-ci ildə Ərəb İslam ordusunun işğalı nəticəsində Alban dövləti süqut etmiş, əhalinin çox hissəsi İslamı qəbul edərək mədəni-ideoloji və etnolinqvistik assimilyasiyaya məruz qalmışdır. Lakin, Kiçik Qafqazın dağlıq yerlərində və Böyük Qafqazın ətəklərində fəaliyyət göstərən Qum(Qax), Xotavəng(Kəlbəcər), Mahrasa(Gədəbəy), Gəncəsər(Ağdərə) və s. Yerlərdə Alban xristian məbəd kompleksləri qorunub saxlanılmışdır.
Cənubi Qafqazın Rusiya tərəfindən işğalından sonra Alban kilsəsi özünün konfessional müstəqilliyini qoruyub saxlaya bilməyib. Ermənilər isə çar hakimiyyətinə müxtəlif vasitələrlə yol taparaq Alban kilsəsini və onun patriarxını ləğv etdirərək onun erməni qriqoryan kilsəsinə tabe olmasına nail olub. Belə ki, 1836-cı ildə “Rusiya müqədəssəs sinodunun xüsusi fərman əsasında 1 Nikolayın reskripi əsasında Alban xristian kilsəsi ləğv edilərək onun arxiv sənədləri ilə birlikdə bütün əmlakı erməni-qriqoryan kilsəsinə verilib. Kilsənin həqiqi sahibləri olan udinləri assimlyasiya edərək erməniləşdirməyə çalışmışlar. Onların çoxunun familiyalarını erməniləşdirməyə nail olsalar da dillərini, tarixi adət və ənənələrini erməniləşdirə bilməmişlər. Hal hazırda Albanların nəslindən olan udinlər Azərbaycanın Oğuz və Qəbələ rayonundan indi də yaşayırlar. Alban-Udi kilsəsi də Azərbaycan dövləti tərəfindən bərpa olunaraq öz fəaliyyətini yenidən davam etdirir.
XIX əsrin əvvəllərində Azərbaycanda xristianlaşdırma və ruslaşdırma siyasəti həyata keçirmək məqsədilə rusların Azərbaycan ərazisinə kütləvi şəkildə köçürmə siyasəti də həyata keçirilib. Bunun da nəticəsində 1815-ci ildə Bakıda provaslav kilsəsi açılmışdır. Qız qalası yaxınlığında ərzaq dükanı kimi istifadə olunan köhnə bir məscid binası “Müqəddəs Nikolay” kilsəsi inşa edilmişdir. 1888-1898- ci illərdə Cənubi Qafqazda ən böyük olan “Aleksandr Nevski” kilsəsi inşa edilmişdir. Onun təməlqoyma mərasimində III Aleksandr və onun ailə üzvləri də iştirak etmişdir. Sovet hakimiyyəti illərində məscidlərlə yanaşı bu kilsə də 1936-cı ildə partladılaraq dağıdılmışdır.
Azərbaycan müstəqillik əıdə etdikdən sonra Moskva və Ümumrusiya Patriarxı II Aleksin və Rus Provaslav kilsəsinin Müqəddəs Sinodunun 28 dekabr 1998-ci il tarixli qərarı ilə Bakı və Xəzəryanı yerarxiya bərpa edildi. Ona nüfuzlu din xadimi Aleksandr İşein yepiskop təyin olundu.
2011-ci ildə Bakı və Xəzəryanı yerarxiyanın adı Rus Provaslav Kilsəsinin Müqəddəs Sinodunun qəraeı ilə dəyişdirilərək Bakı və Azərbaycan yerarxiyası adlandırılmışdır. Hazırda Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan yerarxiyasının sərəncamında 5 kilsə və 1 ibadət evi mövcuddur.
Xristianlığın Katoliklik cərəyanı Azərbaycanda XV əsrin əvvəllərində yayılmağa başlamışdır. Azərbaycanda katolik icmalarının inkişafı isə əsasən XVII əsrə təsadüf edir. Lakin Rusiya İmperiyasıının Şimali Qafqazı işğal etdiyi tarixdən sonra bütün katolik icmalar burada öz fəaliyyətlərini dayandırmışlar. XX əsrin əvvəllərində isə Katolik Azərbaycanda Katolik icmaların sayı sürətlə artmışdır. Həmin dövrdə Polşa üsyanı iştirakçıları və Rusiya imperiyasının bütün bölgələrindən olan katoliklər Qafqaza sürgün edilmişlər.
Sonralar Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şəraitində 1895-ci ildə Katolik Kilsəsi tikilmiş, onun fəaliyyəti yalnız 1990-cı ildə Çar fərmanı ilə rəsmiləşdirilmişdir. 1903-cü ildə Müqəddəs Xaç Kilsəsi, 1912-ci ildə isə qotik üslubunda Müqəddəs Məryəmin Bakirə Hamiləliyi Katolik Kilsəsi inşa edilmişdir. Lakin bunlar da Sovet dönəmində- 1931-1934-cü illərdə dağıdılmışdır.
Sovet İttifaqı dağıdıldıqdan sonra Azərbaycan dövlət müstəqilliyi əldə etmiş, 1992-ci ildən katolik icmasının fəaliyyəti yenidən bərpa edilmişdir.
Xristianlığın üçüncü qolu olan Protestantlıq XIX əsrin birinci yarısında Azərbaycanda yayılmışdır. Hələ 1517-ci ildə Almaniyada Marten Lüter tərəfindən əsası qoyulmuş Protestanlıq Çar Rusiyasının Cənubi Qafqaza köçürülməsi nəticəsində indiki Göygöl (Elenendorf) və Şəmkirdə(Anenfeld) alman koloniyaları salınmışdır. Adları çəkilən şəhərlərdə Protestanlığın qollarından biri olan Leteran təriqətinə aid kilsələr indiyə qədər qorunub saxlanılmışdır. Eyni zamanda həmin dövrlərdə alman sənayeçiləri Gədəbəydə və Bakı şəhərində Kirxa adlanan Lüteran kilsələri inşa etmişlər. Gədəbəydə alman Simens qardaşları 1864-cü ildən başlayaraq burada mis və qızıl istehsal edərək dünyanın ən varlı şirkətinə çevrilmişlər. Həmin şirkətin əməkdaşlarından biri olan Valdemar Belk isə buradakı tunc dövrünə aid olan Kurqan qəbirləri qazaraq 10750 ədəd qiymətli əşyalar əldə etmişdir. Onlardan 13 kiloqramı qızıl, 240 kiloqram isə gümüş əşyalar olmuşdur. Ümumiyyətlə burada qanunsuz qazıntı işləri apararaq əldə etdiyi 10 mindən çox əşyanı Almaniyanın Münhen, Jhamburq və Berlin şəhərlərində yerləşən muzeylərə satmışdır.
1899-cu ildə Bakıda tikilmiş Lüteran Kirxası ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında 2010-cu ildə təmir olunaraq, Lüteran dini icmasının ibadət etməsi üçün şərait yaradılmışdır.
Hazırda Azərbaycanda protestanlığı təmsil edən “Xilaskar Yevangelik Lüteran”, “Yeni həyat”, “Həyat sözü”, “Yehovanın şəhidləri” və başqa Protestat dini icmalar fəaliyyət göstərirlər.
Hələ XIX əsrin 30-cu illərində Çar Rusiyası Azərbaycan ərazisinə çox malakan icmaları yerləşdirmişdir. Bu proses əsasən Azərbaycanlıları ruslaşdırmaq siyasəti əsasında həyata keçirilmişdir. Onlar indi də həmin ərazilərdə yaşamaqda davam edirlər. Əsasən Şamaxı, İsmayıllı, Gədəbəy, Göygöl, Quba, Cəlilabad, Lənkəran, Masallı və digər rayonlarda yaçşayan mokanlar Azərbaycan dövlətinin multikultural qayğıları ilə əhatə olunurlar. Bakı və Sumqayıt şəhərlərində, Qobustan rayonunun Hilmilli kəndində, İsmayıllı rayonunun İvanovka qəsəbəsində molakan icmaları yaşayır və fəaliyyət göstəririlər.
Azərbaycan xalqının böyük əksəriyyətini əhatə edən İslam dinidir. Alimlər bu dinin Azərbaycanda yayılmasını üç mərhələyə bölürlər. Birinci mərhələ VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən dövrü əhatə edir. Bu dövrdə döyüşlərdə məğlub olan Azərbaycan mərzbanı ibn Fərruxzad həmin il ərəblərlə sülh müqaviləsi bağladı. Lakin müqaviləyə qədər artıq ərəblər Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan və Arran ərazilərini işğal edərək Xəzər dənizi sahili boyu Dərbəndə qədər işğal etmişdilər.
İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyətə gəldikləri tarixə qədər olan dövrü əhatə edir. Abbasilər imperiyası dağıldıqdan sonra Azərbaycanda parçalanma nəticəsində bir neçə feodal dövlətlər yarandı. Onlar arasında Şirvanşahlar, Şəddadilər, Sacilər, Salalilər və Rəvvadilər daha nüfuzlu idilər. Həmin vaxtda Azərbaycan ərazisində bütpərəstlik və Zərdüştlük öz əhəmiyyətini itirdi. Yəhudilik isə mövcudluğunu qoruyub saxlaya bildi. Eyni zamanda 704-cü ildə öz müstəqilliyini itirən Alban kilsəsi öz fəaliyyətini bərpa etdi. Lakin onun nüfuz dairəsi artıq xeyli zəifləmişdi.
İslamın Azərbaycanda yayılmasının üçüncü mərhələsi Büveyhilərinin hakimiyyəti dövrünü əhatə edir. Həmin dövrü əhatə edən 935-1055-ci illərdə mötədil şiəlik cərəyanı Azərbaycanda yayılmağa başladı. Şiəlik cərəyanı Dərbəndə qədər gedib çıxdı. Onların ardınca Azərbaycanda Sufi təriqəti də özünə xeyli tərəfdar toplaya bildi.
Dördüncü mərhələ XI əsrin ortalarından XIII əsrin ortalarına qədər davam etmişdir. Bu dövrdə Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövlətləri arasında münaqişə yarandı. Onların bu çəkişmələri nəticədə xarici qüvvələrə qarşı müqaviməti zəiflətdi. Bu şəraitdə Səlcuqilər dövləti yarandı və bir çox bölgələrlə yanaşı Azərbaycan da onların nəzarəti altına keçdi. Bu mərhələdə sufiliyin mövqeyi daha da gücləndi.
Beşinci mərhələ XIII əsrin I yarısı və XV əsrin II yarısında baş verən monqol istilaları dövrünü əhatə edir. Bu dövrdə Azərbaycanın bir çox şəhərləri o cümlədən Gəncə və Şəmkir tamamilə dağıdıldı. 1239-cu ildə Dərbənd şəhəri də işğal edildi və bütün Azərbaycan monqollar tərəfindən ələ keçirildi. Bu mərhələdə sufilik və hürufilik geniş yayıldı. Fəzullah Nəimi və Nəsimi hürufiliyin ən görkəmli nümayəndələri kimi xalqımızın tarixi yaddaşında qaldı.
Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVəsrdən etibarən Osmanlıların hakimiyyəti dövrünü(1281-1924) əhatə edir. XV əsrin ortalarından etibarən Ərdəbil, Muğan və Qarabağ Səfəvilərin hakimiyyəti nəzarətinə keçdi.
Bu dövr Azərbaycana nəzarəti ələ keçirmək üçün Səfəvilərlə Osmanlılar arasında baş verən tarixi müharibələr yaddaşlarda qalmışdır. Sonra isə Azərbaycan Rusiyaya ilhaq edildi. Rusiya imperiyası bundan sonra ölkəmizdə ardıcıl olaraq xristianlaşdırma və ruslaşdırma siyasəti apardı. Sovet hakimiyyəti qurulduqdan sonra isə kommunist rejimi din xadimlərini repressiyaya məruz qoydu. Məscidlər, kilsələr və başqa etiqad yerləri dağıdıldı, yaxud anbarlara, klublara, idarə binalarına və sairə çevrildi.
Azərbycan müstəqillik əldə etdikdən sonra isə elmin, mədəniyyətin, ictimai şüurun digər formaları kimi dinin yenidən mənəvi dəyər olaraq yaşamasına şərait yaradıldı. Tolerant və multikultural bir ölkə kimi çoxmədəniyyətlilik, dini müxtəliflik dövlət tərəfindən hüquqi əsaslarla qorunmağa başlanıldı. Hələ 1936-cı ildə Koministlər tərəfindən dağıdılmış Bibiheybət məscidi Ulu öndər Heydər Əliyevin göstərişi ilə yenidən tikildi. Təzəpir məscidi yanında İslam Universiteti üçün yeni bina inşa olundu. İnsanlarımıza hər il Kəbəni ziyarət etmək üçün şərait yaradıldı. İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim” Azərbaycan dilinə tərcümə olundu. Bir çox şəhərlərimizdə mədrəsələr yaradıldı. Dini biliklərə yiyələndirən kitablar, jurnallar və qəzetlər nəşr olundu.Qafqaz Müsəlmanları İdarəsində elm və din xadimlərinin iştirakı ilə Elmi-dini şura yaradıldı. Dini Qurumlar üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra dövlət-din münasibətlərində yeni mərhələ başlanıldı. Milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət artırıldı. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst şəkildə yerinə ydetirmək üçün bərabər imkanlar yaradıldı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısı alındı. Radikal dini qruplaşmaların fəaliyyətinə nəzarət gücləndirildi.
Eyni zamanda 2015-ci ildə Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında Qanun” qəbul olundu. Radikal ektremizm meyllərinin vaxtında qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə qanunla nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə və s. Halların cəzalandırılması nəzərdə tutulur. Həmçinin Azərbaycan Respublikasında vətəndaşlığı olmayan və daima yaşayaraq qadağan olunmuş dini məshəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasından kənarda aparılan silahlı münaqişəlrdə iştirak etmə və bu kimi ağır cinayət halları Cinayət Məcəlləsinin 28, 283-1.3-cü maddələri əsasında ittiham olunur.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din siyasəti bu gün də İlham Əliyev tərəfindən qorunur və inkişaf etdirilir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi” elan edilməsi İslam ölkələri üçün də siyasi yaxınlaşma, qardaşlıq, dostluq qurma prosesinə xidmət etmişdir. Şəxsən prezidentin rəhbərliyi ilə bu illə əlaqədar olaraq ölkəmizdə və xarici ölkələrdə bir sıra tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq miqyasda tanıdılmasında böyük işlər görmüşdür. Məhz geniş miqyaslı multikultural fəaliyyətini həyata keçirilməsi milli təhlükəsizlik imkanlarımızı daha da atrırır. Multikultural münasibətlərin möhkəmləndirilməsi Azərbaycanı bugün bir çox dünya ölkələri üçün də siyasi yaxınlaşma, qardaşlıq, dostluq qurma prosesinə xidmət etmişdir. Şəxsən prezidentin rəhbərliyi ilə bu illə əlaqədar olaraq ölkəmizdə və xarici ölkələrdə bir sıra tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasınnı birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də ölkəmizdən kənarda bir çox tədbirlər həyata keçirmişdir. Xüsusilə Azərbaycan həqiqətlərinin, həmçinin ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq miqyasda tanıdılmasında böyük işlər görmüşdür. Məhz geniş miqyaslı multikultural fəaliyyətin həyata keçirilməsi milli təhlükəsizlik imkanlarımızı daha da artırır. Multikultural münasibətlərin möhkəmləndirilməsi Azərbaycanı bugün bir çox dünya ölkələri üçün örnək mənbəyinə çevirmişdir.
Dövlət-din münasibətləri Azərbaycan Respublikası Konstitusiyasında özünün aydın əksini tapmışdır:

  1. Hər kəsin vicdan azadlığı vardır.

  2. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

  3. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

  4. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmamalıdır.

  5. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə(nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə məcbur edilə bilməz.

Azərbaycan Respublikasının qeyd olunan maddəsi bir daha sübut edir ki, multikultural cəmiyyətin mühüm elementlərindən biri hesab olunan, hər kəsin istədiyi dinə etiqad etmək azadlığı mövcuddur. Hər kəs dinindən, milli mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Bununla əlaqədar olaraq Ulu Öndər Heydər Əliyev öz çıxışlarının birində demişdir:”Azərbaycan çoxmillətli dövlətdir. Onun bütün vətəndaşları milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqa malikdir.

Yüklə 141,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin