3. Azərbaycanda multikulturalizmin tarixi tipləri və kökləri
Əldə olunan tarixi mənbələrdən Azərbaycanda multikulturalizm ideyalarının hələ çox qədim dövrlərdən mövcud olduğu təsdiqlənir. Bu fikirlə əlaqədar olaraq ölkə prezidenti İlham Əliyev qeyd etmişdir ki, “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür anlanılıb, lakin mahiyyəti dəyişməyib.
Coğrafi faktorlar da sübut edir ki, Azərbaycan ərazisi müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu ərazidir. Hələ təxminən 2600 il bundan əvvəl yəhudilər İudeyadan(indiki İsrail) qaçaraq Azərbaycan ərazisinə pənah gətirmişlər. Belə ki, e.ə. 586-cı ildə yeni Babil hömdarı II Navuhudonosor indey üsyanını qan içində boğaraq Qüdsü dağıtmış, oradakı baş məbəd yerlə yeksan edilmişdir. Bundan sonra yəhudilər öz ölkələrini tərk etməyə məcbur olmuşlar.
Azərbaycan xalqı Rusiyanın fitvası ilə bizə düşmən kəsilmələrinə baxmayaraq ermənilərə də qucaq açmış, hətta onlara öz dövlətlərini yaratmaq üçün ərazi vermişik. Çünki bizim tarixi kökümüz Zərdüştün multikulturalizm ideyaları ilə qidalanıb. Buna görə də heç bir vaxt o kökdən ayrıla bilməmişik. Millət olaraq yarandığımız gündən tolerant və multikultural ideyalarla yaşamışıq. Zərdüştün davamçıları Mani və Məzdək də xalqlar və bütün insanlar arasında bərəbərlik təbliğ etməklə multikultural olmuşlar. Elə buna görə də qədim tarixə malik olan ədəbiyyatımız, fəlsəfəmiz, ümumiyyətlə ictimai fikir tariximizin hər bir nümunəsi multikultural dəyərləri nəsildən nəsilə qoruyub saxlaya bilmişlər. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Əfsələddin Xəqanini yaradıcılığından üzübəri mövcud olan bütün bədii əsərlərimizin multikultural ideyaların daşıyıcıları olduğunu görürük. Nizami Gəncəvinin “Eşqdir mehrabı uca göylərin” misrası bütün bəşəriyyətə bir-birinə sevgi çağırışıdır. Bu sevgi Cavidin yaradıcılığına da öz təsirini göstərmişdir. Mənim tanrım gözəllikdir, sevgidir” deyən Hüseyn Cavid də özünün poetik hisslərini Nizami Gəncəvinin sevgi duyğuları üzərində köklənmişdir.
Azərbaycan ədəbiyyatı yarandığı dönəmdən ictimai –siyasi quruluşdan asılı olmayaraq özünün bütün insanlığa olan tolerant mövqeyini həmişə qoruyub saxlamışdır. Bu səbəbdən də Azərbaycan xalqının mənəvi-əxlaqi, ədəbi-bədii dəyərləri bəşəri əhəmiyyət kəsb edir. Dastanlarımız, nağıllarımız və bütün folklor nümunələrimiz tolerantlıq və multikulturalizm ideyaları ilə zəngindir. Onlarda dini, milli ayrıseçkilik yoxdur. Məhz bu bəşəri anlayışa malik olan Seyid Əzim Şirvani demişdir: İnsan olmaq bir şəxsin müsəlman olub-olmamasından asılı deyil”. Deməli hər bir insan özünün xeyirxah əməlləri ilə insandır. Onun insanlıq ölçüsü dini, milli mənsubiyyəti ilə qiymətləndirilmir. Hər bir insanın əməli fəaliyyəti onun mənəvi simasıdır. Bu anlayış Abdulla Şaiqin yaradıcılığında da onun bədii ideyalarının ana xəttini təşkil edir. Abdulla Şaiqin yaradıcılığında da onun bədii ideyalarının ana xəttini təşkil edir. Abdulla Şaiq deyirdi ki, “Həpimiz bir günəşin zərrəsiyik” Nəinki insanları, eyni zamanda bütün varlığı cana gətirən günəşin istisidir. Günəşin istisi insanların bir-birinə olan münasibətlərində də özünü göstərməlidir.
Məhəmməd Hadi isə öz yaradıcılığında qardaşlıq ideyalarını təbliğ edirdi. “Qardaşız, qardaşız, ey insanlar” deyərək eqoizmə qoşularaq vəhşiləşmiş millətləri qardaşlığa çağırırdı. Nə yazıq ki, poeziyası, ədəbi-mənəvi dəyərləri olmayan erməni kimi xalqlar hələ də insanlaşa bilməmişlər. Elə bu səbədən də başqa xalqlara mənsub olanları qamarlayıb ələ keçirməyə çalışırlar. Onların bu vəziyyətini görən Mirzə Cəlil “Kamança” əsərində bu vəhşiləşmiş millətin nümayəndəsinə maraqlı yanaşma tərzi ortaya qoyurdu. Belə təsvir etmək olar ki, əsərdə göstərilən bu hadisə ermənilərim quduzlaşmış bir dövrünə təsadüf edir. Ümumiyyətlə ermənilər həmişə Rusiyanın təlim keçdiyi yırtıcı itə bənzəmişdir. Rusiya bu təlimlərdə türkləri onlara düşmən obrazında təqdim etmişdir. Təlimlər zamanı onlara əsasən Azəri türklərinə qarşı mübariz etməyin formalarını aşılamışdır. Buna görə də onlar Rusiyadan aldıqları təlimlərə uyğun olaraq tarixi abidələrimizi dağıdır, yaxud da saxtalaşdırırlar. Musiqimizi, incəsənət nümunələrimizi özününküləşdirməyə çalışırlar. Yəqin Cəlil Məmmədquluzadənin “Kamança” əsərində də əlində kamança aparan erməni onun öz millətinə aid olduğunu hesab etmişdir. Düşmənə qarşı qəzəb hissi ilə yaşayan yüzbaşının mərhəmət hissi bu qəzəbi soyudur.
Əslində dinlər və millətlərarası münaqişələri işğalçılıq iddiaları ilə yaşayan imperialist dövlətlər yaradır. Güclü dövlətlərin işğalçılıq siyasəti hələ çox qədimlərdən mövcud olmuşdur. Bu münaqişələrin qarşısını almaq üçün Zərdüşt üzünü baş Allah Mazdaya tutub demişdir: “Ey Mazda, əllərimi duaya qaldıraraq... bütün insanların doğru yola düşməsi üçün sənin köməyini istəyirəm”.
Zərdüştün bu ideyaları sırf multikultural xarakter daşıyırdı. O, insanlar arasında olan bütün düşmənçiliyi və ədavəti aradan qaldırmağa çalışırdı. Zərdüşt deyirdi: Bütün güc və bacarığımla çalışacağam ki, insanlar doğru din yolu ilə getsinlərş Bu doğru din onları birləşdirəcək. Xeyirxahlığa yol açacaqdır.” “Dünyada düşmənçiliyin olmaması xoşbəxtlik deməkdir.” “İnsanların azadlığına toxunmayın, çünki azadlıq dostluq və məhəbbətə yol açır.
Azərbaycanın fəlsəfi fikir tarixində də bütün insanlara multikultural yanaşılmalar geniş yer tutur. Məsələn, Eynəl-qüzat Miyanki (1098-1131) özünün başlanğıc adlı əsərində yazmışdır:
Ey can, gəl aləmdə bir atəş saçaq,
Küfru müsəlmanı bir yerə qataq.
Vüsalın nurundan biz bir olalım,
Hümmətlə aləmdə Adəm bulalım.
Təəssüflər olsun ki, bu istedadlı şair-filosof bir sıra fikirlərinə görə 33 yaşıda din vaizlərinin fitvası ilə öz şagirdləri qarşısında dar ağacından asılmışdır. Bəlkə də yuxarıda qeyd olunan fikirlərinə görə ona ğlüm cəzası verilmişdir.
Görkəmli Azərbaycan filosofu və şairi Şeyx Mahmud Şəbüstəri də “Gülşəni-raz” adlı əsərində uca tanrının yaratdığı bütün insanları bir-birindən fərqləndirməmiş, hər kəsin ulu tanrı tərəfindən yaratdığını bildirmişdir. O, öz fikirlərini Qurani-Kərimin 3-cü ayəsi ilə əsaslandıraraq yazmışdır:
Bunu mən demirəm, Qurandan eşit,
Allahın yaratdığında fərq yoxdur.
Hürufizmin görkəmli nümayəndələrindən biri olan İmaməddin Nəsimi isə multikultural anlam zəmnində bütün insanlığı hər şeydən qiymətli olan gövhər adlandırmışdır. O yazmışdır:
“Ey daşə və türabə deyən qiymətli gövhər
İnsan bu hüsnü lütf ilə gövhər deyilmi?
Yuxarıda Eynəlqürat Miyanəçinin multikultural əhəmiyyət daşıyan qısa bir nümunə göstərdik. Eyni zamanda onun 33 yaşında şagirdləri qarşısında edam olunduğunu bildirdik. Miyanəçi əsasən ona görə edam edilmişdi ki, o yeni yaradılan ayrı-ayrı məshəbləri dini kitabların tələblərinə cavab vermədiyi üçün tənqid edirdi. O, bu məzhəblərin cəmiyyətdə qarşıdurmalar yaratdığını bildirirdi. Çox maraqlıdır ki, orta əsrdə yaşayan bu gənc şair və filosofumuz yaxın dostu olan qazi Kamaliddövləyə yazdığı məktubunda xurafata qarşı öz etirazını bildirmişdir. Dini təlimlərin pis vəziyyətdə olduğunu və bunlardan bezdiyini qeyd edirdi. Belə danışıqlar içində yaşamaqdan ölümü üstün tuturdu. Onun bu məktubu yanlış məshəblərin dinə gətirdiyi cəhalətin əsası olduğunu göstərirdi. Yazırdı: “Təqlidin ətəyindən bəsirət zirvəsinə yüksəlmək axtarışı ilə kəlam kitablarını mütaliyə etdim. Məqsədimə çatmadım. Məshəblərin yanlışlığını gördüm.”
Çox ehtimal ki, Eynəlqüzat Miyanəçi məhz bu fikirlərinə görə tənqidi qəbul etməyi bacarmayan molla və Şeyxlərin fitvası olə gənc yaşında edam olunmuşdur. Əslində isə o Allahın nizamına uyğun olan, insanların Allah tərəfindən bərabər yaratdığını əks etdirən bir cəmiyyətin mövcudluğunu istəyirdi.
1198-1283-cü illərdə yaşamış Azərbaycanın filosofu, hüquqşünası və dövlət xadimi Siracəddin Mahmud ibn Əbubəkr Urməvinin mahiyyətcə multikultural olan baxışları diqqəti daha çox cəlb edir. O, qeyd edirdi ki, cəmiyyət heç vaxt özü-özünü tənzimləmir. O, bildirirdi ki, cəmiyyətdə baş verən bütün proseslərin idarə olunmasına ehtiyac vardır. Urməvinin fikrincə insanlar arasındakı bərabərlik (multikultural) mühit də öz-özünə yarana bilməz. Bunun üçün ciddi elmi əsaslarla idarəetmə mexanizmi yaradılmalıdır. Bu fikri irəli sürərkən urməvi Qurani-Kərimə, Məhəmməd Peyğəmbərin fikirlərinə istinad edir. Onun fikirləri “cəmiyyətin xarakterində multikulturallıq yoxdur, sivilizasiyalar, mədəniyyətlər, milli maraqlar toqquşmalıdır” deyənlərə tutarlı cavabdır.
Urməvi ağılın, intellektin kainatın prinsiplərinə uyğun olaraq formalaşması prinsipini irəli sürmüşdür.
Urməvinin cəmiyyəti idarəetmə baxışları öz dövrü üçün çox maraqlı olmuşdur. O, idarəetməyə dair çox maraqlı bir bənzətmə irəli sürür. Urməvi demişdir ki, baş bədəni tibbin qanunlarına uyğun olaraq idarə etdikdə bədən daha düzgün qərarlar verməyə səbəb olur. Burada əsas fəlsəfi anlam odur ki, cəmiyyət idarəedici tərəfindən qanunauyğunluqlara əsaslanaraq idarə olunmalıdır. O, hər kəsin öz qabiliyyətinə, bacarığına, təcrübəsinə uyğun fəaliyyətlə təmin olunmasına üstünlük verilməsinə diqqəti yönəldirdi. Bununla əlaqədar olaraq urməvinin aşağıdakı fikirlərinə diqqət yetirməyə ehtiyac vardır:
“Bil ki, adamın istər fərdin, istərsə də insani növün qalmasında möhtac olduğu şey iki qismdir: onlardan biri heç vaxt heç kəsə məxsus olmayan su, bitki, çöl ovu, dəniz ovu və buna bənzər mülkiyyətdir, digəri isə odur ki şəxslərdən kiməsə məxsusdur.”
“Xalq arasında təhrikedici və qadağanedici gərəkdir ki, zülm və zorakılıq aradan qalxa və ya azala, bununla aləmin nizamı sabit qala”
“Belə demişlər: mülk yalnız adamlarla, adamlar yalnız sərvətlə,sərvət yalnız quruculuqla, quruculuq yalnız ədalət və siyasətlə idarə olunur”.
1154-1191-ci illərdə yaşamış filosof Şihabəddin Yəhya Şührəvərdinin yaradıcılığında da özündə tolerantlığı əks etdirən və multikultural fikirlər vardır. O, insanlar arasında sosial bərabərliyin yaradılmasının mümkünlüyünü sosial ədalətin bərpası ilə əlaqələndirirdi. Sührəverdinin görüşlərinə görə hər bir şəxs daxilən təmizlənməli, kainat qanunlarına əsaslanaraq enerji toplamalı, maddi dəyərlərə diqqət yetirməli, ondan israfnetmədən faydalanmalıdır. O, cəmiyyətdə mənəvi mühitin daha çox inkişaf etməsini arzulayır. Onun fikrincə belə olduqda cəmiyyət həm də kainatdan aldığı enerji ilə özü-özünü tənzimləyir.
1201-1274-cü illərdə yaşayan dünya miqyaslı alim Nəsrəddin Tusi də multikultural yönümlü güclü əməl sahibi olmuşdur. O, öz əsərlərində hər zaman ahəngdar birgə yaşayış qanunlarının axtarışında olmuşdur. Tusi cəmiyyəti bədən kimi bir-birinə məhəbbət hissi ilə yaşamasını arzulayırdı. O, ədalət hissini insani fəzilətin ən kamili hesab edirdi. Nəsrəddin Tusi deyirdi: “Dövlət yalnız ədalət əsasında uzun müddət yaşaya bilər. Ədalətin birinci şərti odur ki, xalqın müxtəlif təbəqələri arasında bərabərlik (uyğunluq) yaradılsın.
Qeyd etmək lazımdır ki, qədim dövrlərdən üzü bəri Azərbaycan fəlsəfi fikir tarixində dünyada multikultural və tolerant ənənələr daima inkişaf etmişdir. Bu ənənə Azərbaycan maarifçi mütəfəkkirlərin yaradıcılığında xüsusi əhəmiyyətə malik olmuşdur. Öz dövrünün ensiklopedik zəkalarından biri olan Abbasqulu Ağa Bakıxanovun cəmiyyətdə kamil şəxsiyyətlər yetişdirmək və ədalətli cəmiyyət qurmaq ideyaları onun “Əxlaqi kamilləşmə” və “Nəsihət kitabı” əsərlərində öz əsərlərində öz əksini tapmışdır. Bir neçə istiqamətdə elmi yaradıcılıqla məşğul olan Bakıxanov humanist və universal dəyərlərə üstünlük verir, məhəbbət, dostluq, qardaşlıq, sülh, əmin-amanlıq və mötədilik prinsiplərini yaşadığı cəmiyyətə şamil etməyə çalışmışdır. O, yaxşılığı və xeyir əməlləri üstün tutaraq yazmışdır: “Dünyada heç bir şey təbiətin ziddinə çıxa bilməz. Şeylər öz varlıqlarında gözlənilən vəzifəni yerinə yetirə bilməzlır. Lakin insan müstəsnadır, çünki o, bu işi görməyə və görməməyə muxtardır. Bu baxımdan da o həm yaxşı, həm də pis görə bilər. Aləmdə əsl məqsəd və həqiqi məsləhət xeyirdən ibarət olduğu üçün aləmin ən şərafətli cüzi olan insan da gərək borclarını əda eləsin və öhdəsinə düşən vəzifələrini unutmasın. Həmişə yaxşılıq etməyə çalışsın və bilsin ki, əxlaını təmizləyib izah etməkdən və maarif təhsil etməkdən məqsəd yaxşılıqdır. Çünki, onsuz əməl meyvəsiz ağac kimi təsirsiz olar.
Azərbaycan maarifçilik fəlsəfəsinin ən görkəmli nümayəndəsi olan Mirzə Fətəli Axundov (1812-1878) azadfikirli bir şəxsiyyət olmuş, özünün həm fəlsəfi, həm də bədii əsərlərində multikultural və tolerant münasibətləri ilə diqqəti cəlb etmişdir. O, əsas fəlsəfi, həm də bədii əsərlərində multikultural və tolerant münasibətləri ilə diqqəti cəlb etmişdir. O. əsas fəlsəfi əsəri olan “Kəmaləddövlə məktubları” əsərində fanatizmi pisləmiş, islam dinində islahatlar aparılması məsələsini qaldırmışdır. “Babilik əqidələri” məqaləsində isə babiliyin insanları bərabərliyi çağıran mütərəqqi ideyaları alqışlanmış, babi şairə olan Azərbaycan qadını Zərintacın qadın azadlığı uğrunda apardığı mübarizəni dəstəkləmişdir. Rus şairi Puşkinin ölümünə poema yazmışdır. Azərbaycan dramaturqiyasını əsasını qoyaraq multikultural xarakterli bədii obrazlar yaratmışdır. Onun “Müsye Cordan və Dəvrişi Məstəli Şah” əsəri buna misal ola bilər. “Aldanmış kəvakib” əsərində isə xalqın qayğısına qalan ədalətli şah istəyi ilə fərqlənən Yusif Sərrac obrazı ölkəni idarə edən hər bir hökmdarı ədalətli olmağa, xalqın qayğısına qalmağa səslənmişdir.
Həsən Bəy Zərdabi də (1837-1907) Azərbaycan fəlsəfi fikir tarixində multikultural şəxsiyyət kimi apardığı fəaliyyəti ilə seçilmişdir. 1875-ci ildə yaratdığı əkinçi qəzetilə Azərbaycan mətbuatının əsasını qoymuş, insanların dünyagörüşünü inkişaf etdirmək, cəhalətin qarşısını almaq üçün böyük maarifləndirici işlər görmüşdür. Zərdabi “Dil və din” məqaləsində hər bir xalqın həyatında dil və din əqidəsinin çox mühüm rol oynadığını dəyərlənmişdir. O, bu məqaləsində yazmışdır: “...Elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri hesab olunurlar və onların tayfa olmağına səbədir. Bu şeylərin birisi dil və birisi din məzhəbdir. Elə ki, bunların birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə tayfa qeyri tayfalara qarışır, mirur ilə yox olur”.
Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən biri də Firudin bəy Köçərli olmuşdur. (1863-1920). O, rus mədəniyyəti, eləcə də Avropa mədəniyyəti ilə yaxından tanış olmuş, onların bir çoxuna rəğbətlə yanaşmışdır. Elə bu səbəbdən də rus yazıçısı Çexovun öz vətənində yox, məhz Almaniyada ölməsi onu dərindən kədərlənmişdir. Bu səbədən də “Şərqi-Rus” qəzetinin 1904-cü il iyul tarixli, 104-cü saylı nömrəsində Çexovun ölümü münasibətilə yazdığı məqalə sırf multikultural xarakter daşıyır. Firudin bəy Köçərli Çexovun ölümünü kədərli ifadələrlə əks etdirərək onun rus mədəniyyət xəzinəsinə 12 cilddən ibarət olan əsərlər qoyub getdiyini bildirir, onun komediyalarında misallar göstərir. Böyük istedada malik olan Çexovun cəmi 44 il yaşamasına acıyır. Az ömür sürən Çexovun əsərlərinin Avropa xalqlarının dillərinə tərcümə olunduğunu bildirir. Firudin bəy Köçərlinin milli mənsubiyyətə fərq qoymaması, əsasən şəxsiyyətin keyfiyyətini qiymətləndirməsi onun multikultural xarakterli bir maarifçi mütəfəkkir olduğunu göstərir.
Azərbaycanın multikultural və tolerant ideyalarla zəngin olan mütəfəkkirlərindən biridə Əhməd Ağaoğlu (1869-1939) olmuşdur. O, milli tərəqqiyə, türk xalqlarının inkişafına təsir edə biləcək əsas faktorları dünya mədəniyyətindən yaralanmaqda görürdü. Əhməd bəy Ağaoğlu ayrı-ayrı xalqların mədəniyyətlərinin qarşılıqlı əlaqədə inkişaf etməsinə üstünlük verirdi. Əhməd bəy Ağaoğlu deyirdi ki, “Ümumiyyətlə, öz tarixi ənənəsi, çoxəsirlik tarixi, öz dini və ədəbiyyatı olan hər bir xalqa başqa bir xalqla təmasda olduqda onun maddi və mənəvi təsirinə məruz qalır. Keçmiş ənənələr, qədim dinlərlə yeniləri arasında şiddətli mübarizə başlayır və bu ideyalar və ənənələr mübarizəsinin nəticəsində keçmişlə indi arasında orta bir səviyyə alınır, iki dinin bir növ birləşməsi yaranır. Burada maarifçilik öz varlığını itirmədən keçmişlə uyğunlaşır və ondan götürə biləcəklərini götürür.”
Azərbaycanın ən çox multikultural və tolerant mövqedə olan mütəfəkkirlərindən biri də Mirzə Kazımbəy dünyanın bir sıra elmlər akademiyasının üzvü olmuş, Lev Tolstoya və Çernişevskiyə Şərq dillərini öyrətmişdir. Öz dövrünün görkəmli şərqşünası olan Mirzə Kazımbəyin yaradıcılığı Şərq fəlsəfəsi, ədəbiyyatı, din azadlığı məsələlərinə həsr olunmuş, multikulturalizm baxışından xüsusi maraq doğurmuşdur. Onun “Kazanskiy Vestnik” jurnalında çap olunan “Şeyx Sədi Şirazi”, “Gülüstan”, “Severnoe oboznoçeniye” jurnalında nəşr olunan “Firdovsiyə görə fars mifologiyası”, “Russkoye slovo”, jurnalında nəşr olunan “Müridizm və Şamil” və “İslam”, “Məhəmməd”, “Bab və babilər”, və s. əsərlərində multikulturalizm məzmunlu qiymətli məlumatlar vardır. M.Kazımbəy bütün dinlərin mahiyyətcə əsas götürən M.Kazımbəy əvvəlcə müsəlman olsa da sonradan xristian dinini qəbul etmiş, müqəddəs kitabların ruhən bir-birinə yaxın olduğunu söyləmişdir. Eyni zamanda İslam dinini təhlil edərək sufizmin təriqətinin ən islahatçı cərəyan olduğunu bildirmiş, eyni zamanda geniş tədqiqat apararaq babilər hərəkatı haqqında maraqlı fikirlər bildirmişdir. XIX əsr Azərbaycanlı babi şairə Zərintac Tahirə xanımın qadın azadlığı uğrunda apardığı fəaliyyətə yüksək qiymət vermişdir. O, yunan ədəbiyyatı nümayəndəsi Homerlə fars ədəbiyyatı nümayəndəsi Firdovsi arasında da təhlillər aparmışdır.
Azərbaycanın görkəmli satiraçı şairi olan Mirzə Ələkbər Sabirin, S.Ə.Şirvaninin yaradıcılığında da multikultural xarakter daşıyan çoxlu fikirlər vardır. M.Ə.Sabir özünün satiralarında cəhaləti, ədalətsizlikləri kəskin şəkildə tənqid edirdi. Xalqı çapıb talayanlara ironiyalı ifadələr işlədirdi. “Qoy mən tox olum özgələrlə nədi karım”, yaxud “Millət necə tarac olur olsun nə işim var” kimi satira üslubunda eyhamlı ifadələrlə mövcud əyrilikləri özünəməxsus şəkildə tənqid edirdi.
S.Ə.Şirvani də “Əkinçi”qəzetinin səhifələrdə tez-tez öz şerləri ilə çıxış edərək bütün dillərin Allahın yanında eyni olduğunu bildirir, o cümlədən rus dilinin öyrənilməsinin əhəmiyyətini də qeyd edirdi. O, millətlərarası ayrıseçkiliyə qarşı çıxır, “Aləmi insaniyyətdə birdir hər millət məmə” deyirdi.
Maraqlıdır ki, Azərbaycanın görkəmli din xadimləri arasında da tolerant və multikultural mövqedə dayanan şəxslər olmuşdur. Onlardan biri “Kəşfül-həqayiq əsərini yazan Bakı qazisi Mir Məhəmməd Kərim Əl Bakuvi olmuşdur. Kərim əl Bakuvi 1906-cı ildə Bakıda yaradılmış xüsusi komissiyada Ə. Topçubaşov, Ə. Hüseynzadə və Ağaoğlu ilə birlikdə ictimai fəaliyyət göstərərək məshəblərarası yaxınlaşmanı təmin etməyə çalışmışdır. Kərim Əl-Bakuvi İslamda vəhdət ideyalarını irəli sürmüş, eyni zamanda dünyəvi elmlərin öyrənilməsinin vacibliyini bildirmiş, hətta digər din mənsubları ilə münasibət yaratmaq, birgə yaşayış prinsiplərinə üstünlük vermək istəyində olmuşdur.
Azərbaycan multikulturalizminin siyasi qaynaqları da ən qədim dövrlərdən mövcuddur. Hələ eramızın I əsrindən başlayaraq, Azərbaycan multikulturalizminin siyasi qaynaqları formalaşmışdır. Yunan coğrafiyaçısı Strabonun verdiyi məlumata görə həmin dövrdə Qafqaz Albaniyasında 26 dildə danışan əhali yaşamışdır. Elə həmin dövrdə xristianlığın meydana gəlməsi çoxallahlıqdan təkallahlığa keçmək öçün bir vasitə olmuşdur. Bu zaman xristian apostol missionerləri Faddey, Volfolomey, Yelisey Albaniyada da xristianlığı yaymağa çalışmışlar. Bu təbliğat ilkin olaraq Qafqaz Albaniyasının şimal hissəsində cəmiyyətin sosial həyatına daxil ola bilmişdi. Cənub bölgələrində isə politeizm inancları hələ öz mövqeyini qoruyub saxlaya bilmişdi. III əsrin sonu, IV əsrin əvvəllərində isə Alban katolikosu Lazer bu məkanda Alban katalikosu Lazer bu məkanda da xristian dininin təbliğatını aparmışdır. Lazanın bu fəaliyyəti nəticəsində ölkədə bütpərəst-xristian fəaliyyəti paralel şəkildə formalaşdırmışdır. Beləliklə Azərbaycan multikulturalizmi tarixində xristianlıq yeni bir mərhələ olmuşdur.
Xristianlığın Qafqaz Albaniyasında yayılması Apostel Faddey və Varfdomeyin adı ilə bağlı olmuşdur. IV əsrin əvvəllərində Alban Çarı Urnayr xristianlığı dövlət dini elan etmişdir. Bundan sonra Albaniyanın hər yerində Alban Apostol kilsələri inşa edilmişdir. V əsrin əvvəllərində başlayaraq xristian dünyasında yaranmış yeni təlimlər xristian kilsəsini bir sıra məzhəblərə bölmüşdü. V əsrin sonuna qədər diofizitlik mövqeyindən çıxış edən Alban Apostol kilsəsi Sasani hökmdarlarının bölgədə apardıqları dini siyasət ilə uyğunlaşmaq məcburiyyətində qalmışdır. VIII əsrin birinci yarısında ölkədə sosial-ideoloji sahədə Sasani təsiri zəiflədi. Bu zaman zərdüştliyin, bütpərəstliyin və maniliyin tərəfdarlarının fəaliyyəti davam etdi. Bu rəngarənglik Azərbaycan multikulturalizmininin demək olar ki, ilkin tarixi əsasını qoydu.
VII əsrin birinci yarısında İslam dininin meydana gəlməsi və VII əsrin ortalarında geniş yayıldığı ərazilərə öz təsirini göstərdi. Tədricən Azərbaycanın cənub torpaqlarında, daha sonra Mildə, Muğanda, Kaspi sahillərində, Kür və Araz çayları ətrafında İslam dini sürətlə yayıldı. Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan albanlar xristian dinini qoruyub saxlaya bildilər. Ərəblər onların dini etiqadlarına toxunmadılar. Lakin Bizans dövlətinin bu bölgədə mövqeyini zəiflətmək üçün V əsrdə yaranmış və onları diofizitlikdən uzaqlaşdırdılar. Bilmək lazımdır ki, yunanca mono tək, fizio təbiət deməkdir. Bu anlayışa görə monofizitlər İsa Peyğəmbərin tək təbiətinin ilahiliyini qəbul edirdilər.
VIII əsrin əvvəllərində ərəb xilafətinin hökmranlığından qurtarmaq üçün Alban Apostol kilsəsi Bizans imperiyası ilə əlaqə yaradaraq diofizitliyə qayıtmaq istədilər. Lakin erməni-qriqoryan kilsəsinin katolikosu İlya 704-cü ildə Alban apostol kilsəsində baş verən bu hadisəni məktub vasitəsilə Xəlifə Əbu Əl-Malikə çatdırdılar. Ermənilər həmin məktubda Alban katolikosu Nerses Bakuru Xilafətə qarşı xəyanətdə suçlayırdılar. Nəticədə, Alban Apostol kilsəsi Xəlifə tərəfindən cəzalandırılaraq özünün avtokefallığını itirmiş, erməni katolikosunun başçılığı altında bərabərhüquqlu ittifaq əsasında fəaliyyət göstərmişdir. Ermənilər bu məkirli hərəkəti Qafqaz Albaniyasının Arsax, uti bölgələrinin assimlasiyaya məruz qalaraq qriqoriyanlaşdırılır. Ölkənin Şimal-Qərb bölgəsinin, Ereti-Kambisena əyalətinin əhalisi inqiloylar isə İberya ilə həmsərhəd olduğu üçün gürcü provaslav kilsəsinə üz tutur və gürcüləşirlər. Beləliklə, tarixin faciəvi dönüşü nəticəsində eyni soya, kökə və tarixə malik olan əhalini dini amil əsasında bir-birinə yadlaşdırmış və din “ayrı qardaş” aforizmini meydana gətirmişdir. Sonrakı dövrdə bir tərəfdən erməni-qriqoryan kilsəsi ilə, digər tərəfdən gürcü provaslav kilsəsi ilə mübarizə aparan Alban Apostol kilsəsi XIII əsrin ortalarında avtokefallığını bərpa etmiş, Qanzasar monastrı Alban Apostol avtokefal kilsəsinin iqamətgahına çevrilmişdir. Məbəd Mehranilər sülaləsinin nümayəndəsi olan Aşağı Xaçın hakimi knyaz Həsən Cəlalın əmrilə 1216-1238-ci illərdə inşa edilmişdir.
Lakin sonralar Alban Apostol kilsəsinin fəaliyyəti ilə barışa bilməyən ermənilər yenə də sakit dura bilməmişdir. Rusiyanın Qafqazı işğal etməsindən sonra Alban Apostol kilsəsini ələ keçirmək üçün XVIII əsrin sonlarından Romanovlar sarayına yol tapa bilmişlər. Məqsəd Alban soyadlarından biri olan udinlərin etiqad etdikləri Alban kilsəsini ələ keçirmək və udinlərin özlərini isə erməniləşdirmək siyasəti olmuşdur. Bu proses Türkmənçay(1828) və Ədirnə(1829) müqavilələri bağlandıqdan sonra reallaşçağa başlamışdır. Rusiya imperatoru I Nikolay 11 mart 1836-cı ildə Senata verdiyi fərmanı və 10 aprel 1836-cı ildə II Rusiyadakı erməni-qriqoryan kilsəsinin işlərinin idarə olunması haqqında əsasnamənin Senat tərəfindən təsdiqi bu prosesi sürətləndirmişdir.
Ermənilərin Azərbaycana qarşı tarix boyu apardıqları düşmənçilik siyasətinə baxmayaraq Azərbaycan xalqı həmişə ermənilərə tolerant münasibət göstərmiş, istədikləri ərazilərimizdə sərbəst yaşamalarına geniş imkanlar yaratmışdır. Ermənilər isə xalqımızın bu xeyirxahlığından da özlərinin iyrənc məqsədləri üçün istifadə etməyə çalışmışlar. Məsələn, paytaxtımız olan Bakı şəhərinin bir hissəsini “Ermənikənd”, buradakı bazarı isə “Erməni bazarı” adlandırmışlar. Belə hallar Gəncə, Şəmkir, və başqa yerlərdə də baş vermişdir. Qarabağa gəldiklərinin 150 illiyini qeyd edərkən öz əlləri ilə quyduqları abidəni sonradan dağıdaraq Qarabağı ermənilərin qədim torpaqları kimi tanıtmağa çalışmışlar.
Hələ 1918-ci il mayın 28-də Azərbaycan “İstiqlal bəyannaməsi” qəbul edərkən Milli Şura dövlətin ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verildi. 120 nəfərlik parlamentdə ruslara 20 yer, ermənilərə 10 və baş milli imalara isə hərəsinə 1 yer ayrıldı. İndi də dünyanın heç bir ölkəsində Azərbaycan Cümhuriyyətindəki kimi insanların hüquq bərabərliyinə əməl edilməmişdir.Təssüflər olsun ki, Azərbaycan xalq Cümhuriyyətin ömrü cəmi 23 ay davam etdi. 1920-ci il aprel ayını 28-də Rus bolşevikləri erməni daşnakları ilə birlikdə Azərbaycan xalq Cümhuriyyətini devirərək əldə olunmuş demokratik nailiyyətlərə ağır zərbə vurdu. Dini etiqad azadlığı bolşevik hakimiyyətinin ateist siyasəti nəticəsində ləğv edildi. Ruslaşdırma siyasəti isə daha sürətlə davam etdirildi. Əgər Çar Rusiyası dövründə, xüsusilə Romanovlar sülaləsinin devrilməsi ərəfəsində Azərbaycanda rusların sayı 249.835 nəfərə çatırdısa, XX əsrin 20-30-cu illərində Azərbaycanda rusların sayı daha sürətlə artmağa başladı. 1980-ci illərdə onların sayı 500 min nəfəribötdü. SSRİ dağıldıqdan sonra rusların böyük bir hissəsi tarixi vətənlərinə köçməyə başladılar. 2009-cu ildə aparılan siyahıyaalmaya görə Azərbaycan ərazisində 119.307 rus qeydə alınmışdır. Həm Çar Rusiyasının həm də Anastas Mikoyan başda olmaqla Sovet İttifaqının Şovinist rəhbərləri tərəfindən aparılan köçürmə siyasəti nəticəsində Azərbaycan ərazisində ermənilərin sayı da sürətlə artmışdır. Ermənilərin sayı artırıldıqca onlar Azərbaycana qarşı torpaq iddiaları qaldırmış, azərbaycanlıları öz tarixi torpaqlarından qovub çıxarmışlar. 1992-ci ildə qədim Azərbaycan ərazisi olan Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. Azərbaycanda isə indi də 30 mindən çox erməni toxunulmaz bir şəraitdə yaşayın.
Erməni əhalisi həmişə məskunlaşdığı yerləri ələ keçirdikdən sonra mifoloji anlayışlar zəminində özlərinə yeni tarixlər uydurmuşlar. Lakin, tarixdən məlumdur ki, uzaq keçmişdə ermənilərin əcdadları olan Frakiya tayfaları Kiçik Asyanın Frigiya vilayətində məskunlaşmış, e.ə. II əsrin əvvəllərində Fərat çayının sahillərində yaradılmış Ərməniyyə dövləti 387-ci ildə tarix səhnəsindən silindikdən sonra ermənilər dünyanın müxtəlif ərazilərinə qovmuşlar. Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra ermənilər yenidən tarix səhnəsinə çıxarılmışdır. İşğal etdikləri ərazilərdə yaşayan yerli xalqları daima münaqişə altında saxlazyaraq zəiflətmək üçün Çar Rusiyası hələ II əsrin birinci otuzilliyində erməniləri qovulduqları yerlərdən Azərbaycan ərazisində yerləşdirməyi planlaşdırmışlar. Elə bu səbəbdən də 1828-1830-cu illəır ərzində İran və Osmanlı dövlətlərindən 120 minə yaxın erməni Şimali Azərbaycan torpaqlarına köçürülmüş, onlar əsasən İrəvan, Naxçıvan, Ordubad, Qarabağ torpaqlarına yerləşdirilmişlər. Ən maraqlısı isə odur ki, 1828-ci ildə Marağadan Qarabağın Ağdərə rayonunun Şıxarx kəndinə 200 erməni ailəsi köçürülmüşdür. Bu ermənilər Şıxarx kəndinin adını dəyişərək Marquşevan etmi, 1978-ci ildə bu əraziyə Marağadan köçmələrinin 150 illiyini qeyd edərək bir abidə də qoymuşlar. Lakin 1992-1994-cü illərdə həmin ərazilərin qədim zamanlardan erməni torpaqları olduğunu uyduraraq Azərbaycana qarşı müharibəyə başlamışlar. Eyni zamanda tarixi həqiqətin izini itirmək üçün özlərinin qoyduqları bu abidəni dağıtmışlar.
Hal hazırda ermənilər xristian dininin özünü də bir siyasi silaha çevirmişlər. Onlar xristian ölkələrindən özlərinin iyrənc məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışırlar. Bu məqsədlə onlar yaşadıqları ölkələrdə özlərinin həmin ölkələrdəki xristian təriqətlərinə uyğunlaşdırırlar. Məhz bu səbəbdən də dini təsnifata görə ermənilər erməni-qriqoryan, erməni-katolik, erməni-provaslavlara bölünürlər.
Dağlıq Qarabağın 30 il işğal altında qalmasının başlıca səbəblərindən biri də ermənilərə göstərilən xristian təsübkeşliyi olmuşdur. Minski qrupuna həmsədrləri olan 3 xristian dövlət münaqişənin həllinə düşünülmüş şəkildə uzatmaqla Dağlıq Qarabağ ərazisisnin əslində xristian ermənistanda qalmasını təmin etmək mənasız görüşlər keçirməklə başqatanlıq edirdilər. Ermənilər də bu vəziyyətdən ruhlanaraq tez-tez atəşkəsi pozur, yeni ərazilər işğal etməyə çalışırdılar. Həmsədrlər isə Azərbaycanın müharibə yolu ilə torpaqlarının işğaldan azad edilməsinin mümkünsüzlüyünü bildirirdilər. Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan onların bu qərəzli siyasətinin qarşısını aldı. Diplomatik siyasətini gücləndirməklə yanaşı, müasir hərbi texnikaya malik olan güclü bir ordu da yarada bildi. Rusiya dövləti və başqa xristian dövlətləri Ermənistanı təpədən-dırnağa qədər silahla təmin etmələrinə baxmayaraq Azərbaycan ordusu cəmi 44 gün ərzində Dağlıq Qarabağı işğaldan azad etdi. Müharibə sona çatdıqdan sonra həmin həmsədrlər Prezident İlham Əliyevlə görüşə gəldilər. İlham Əliyev onları dəvət etmədiyini bildirsə də özünün yüksək diplomatik ustalığına uyğun olaraq onları qəbul etdi və müharibə yolu ilə işğal altında olan torpaqlarımızın azad edilməsinin düzgün addım olduğunu onlara bildirdi.
Əgər Ermənistanın xristian havadarları olmasaydı Azərbaycan ordusu 1919-cu ildə dövlət yratmaq üçün ermənilərə verilər. İrəvan ərazisini də işğaldan azad edə bilərdi. Əslində 44 günlük müharibə zamanı Azərbaycan ordusu yeni bir tarixi yazdı. Özünün güclü bir dövlət olduğunu dünyaya göstərdi.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, ermənilər Azərbaycada yaşadıqları bütün dövrlərdə xalqımızın multikultural xüsusiyyətlərindən kifayət qədər bəhrələnmişlər. Onlara hətta erməni dilində təhsil verən məktəblərdə yaradılmışdır. Onlara dost, qardaş demişlər. Unudulmaz xalq şairi Səməd Vurğun öz şerlərinin birində yazmışdır: “Qardaş olub hayestan, Azərbaycan.” Lakin onların saxta qardaşlığı tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına faciələr gətirmişdir. Buna baxmayaraq Azərbaycan xalqı onun görkəmli şəxsiyyətlərin simasında nəzərə çarpacaq dərəcədə xeyriyyəçilik göstərmişlər. Onlar arasında Hacı Zeynalabdin Tağıyev xüsusi olaraq fərqlənmişdir. O, ilk dəfə olaraq Bakıda qızlar məktəbi açmişdır. Məktəbin memarı Y.V.Qoslavski olmuşdur. Bu polyak memarı 1898-ci ildə indiki İstiqlal küçəsində qızlar məktəbinin binasının tikintisinə başlayır və onu 1900-cu ildə sona çatdırır. Hacı Zeynalabdin Tağıyevin bu xeyriyyəçilik təşəbbüsü qaragüruhçu ruhanilərin ciddi müqavimətinə rast gəlsə də böyük xeyriyyəçi 1901-ci ilin sentyabr ayında qızlar məktəbinin açılışına nail olur. Məktəbə daxil olan 58 şagirddən 35 nəfəri kasıb olduğundan Hacı onları öz maliyyəsi hesabına oxutdurmuşdur.
İlk milli teatrımız da 1883-cü ildə H.Z.Tağıyevin pulu ilə tikilmişdir. Bu teatrda 1908-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası ilk dəfə olaraq tamaşaya qoyulmuşdur. Kapitalist Bakısında inşa olunan tikililər Qərb memarlığı üslubunda inşa edilmişdir. Bu tikililərin bir çox alman memarları iştirak etmişdir. Məsələn, alman memarlarından N.A.Fon der Nonne, F.A.Lemkul, İ.V.Edel, A.Eyxler Bakının yeni memarlıq üslubunda tikilən binaların ərsəyə gəlməsində xüsusi xidmət göstərmişlər. Bakıda 1899-cu ildə inşa olunan protestant Kirxasının layihəsinin müəllifi də İ.Eyxler olmuşdur.
1909-cu ildə Bakı bulvarının salınması istedadlı mühəndis Məhəmməd Hacınskinin rəhbərliyi ilə alman memarı A. Eyxlerin layihəsindən istifadə olunaraq salinmışdır. Əslində bu multikultural layihə Bakı şəhərinin incisi sayılan bulvarın yaranmasında böyük rol oynamışdır.
Azərbaycan xalqı həmişə almanlara xoş münasibət göstərmişdir. Xüsusilə birinci dünya müharibəsində alman-kolonistlərə qarşı Rusiya dövləti bir sıra məhdudiyyətlər qoymuşdu. Bu mədudiyyətlər elan olunduqdan sonra bir qrup Gəncə ağsaqqalları Yelizavetpol quberniyasının qubernatoru Q.S.Vovalyovdan Azərbaycanda məskunlaşan kolonistlərə bu qanunların tətbiq edilməməsini xahiş etmişlər. Məhz bu addım Azərbaycan xalqının nə dərəcədə multikultural olduğunu bir daha təsdiqləyir.
Bakıda müxtəlif ölkələrin bir çox memarları burada aparılan tikinti işlərində yaxından iştirak etmişlər. Onlar arasında bir neçə polyak memarları da olmuşdur. Onların da iştirakı ilə Bakıda Avropa memarlığını əks etdirən bir çox tikililər meydana gəlmişdi. Təbii ki , neft maqnatlarının zənginliyini xarici memarların Bakıya cəlb olunmasında xüsusi rol oynamışdır. Bu səbədən də Bakıda qotika üsulunda da əzəmətli binalar inşa edilmişdir. Belə binalardan biri olan “İsmaliyyə” binası polyak memarı Ploşko tərəfindən Venesiya qotikası üslubunda tikilmişdir. Hal –hazırda həmin binada Azərbaycan Elmlər akademiyasının Rəyasət Heyəti yerləşir. Polyak memarı Qoslavskinin Bakıdakı memarlıq yaradıcılığı da çox məhsuldar olmuşdurş Onun layihəsi əsasında tikilən binalardan biri də vaxtılə “Bakı Soveti” adlanan indiki Bakı şəhər administrasiyasının binasıdır. Məşhur polyak memarı Yuzef Qoslavski 1892-ci ildən 1904-cü ilə qədər Bakı şəhərinin baş memarı vəzifəsində çalışmışdır. 1909-1913-cü illərdə isə Bakı şəhərinin baş memarı vəzifəsini yenə polyak Konstantin Borisoqlebski icra etmişdir. Digər polyak memarı İqnati Kşiştaloviç Yelizavetpolun(Gəncənin) baş planını işləyib hazırlamışdır. Başqa polyak memar Yeveni Skibenski dəmiryolu vağzalı binasının layihəsini hazırlamışdır. Ümumiyyətlə polyak memarlarının layihəsini hazırlamışdır. Ümumiyyətlə polyak memarlarının layihəsi əsasında Azərbaycanda 500-ə qədər bina inşa edilmişdir.
Mövcut məlumatlara görə hələ 1897-ci ildə Azərbaycanda 2193 polyak yaşamışdır. Onların 519 nəfəri Azərbaycanda anadan olmuşdur.
Misallardan göründüyü kimi Azərbaycanda neft sənayesinin yüksəlişi müxtəlif peşə sahiblərinin iş üçün Azərbaycana, xüsusilə Bakı şəhərinə gəlmələrinə səbəb olmuşdur. Elə buna görə də polyak olan Pavel pototski və Vitald Zqlinitski Bakı neft sənayesinin ilk mütəxəssisləri kimi qiymətləndirilirlər.
Ümumiyyətlə XIX əsrin ikinci yarısından Bakı şəhərində neft sənayesinin inkişafı başqa xalqlar üçündə cəzbedici olmuşdur. Tatarlar, ukraynalılar, yunanlar, almanlar və s. Xalaqların nümayəndələri əslində özlərinə iş qurmaq məqsədilə Azərbaycanı seçmişlər. Yerli Azərbaycan əhalisinin tolerant və multikultural olmaları da onların məkan seçiminə təsir etmişdir. Onlar ölkəmizin yerli əhalisi tərəfindən heç bir təzyiqlə üzləşmədikləri üçün azad şəkildə özlərinin müxtəlif icmalarını yaratmış, yaşadıqları yerlərin adlarını da öz millətlərinin yer adlarına uyğunlaşdırmışlar. Məsələn, rus malakanlar Gədəbəy rayonunda məskunlaşdıqları ərazilərə Slavyanka, Qaralovka, Saratovka, İvanovka və s. Adlar qoymuşlar.
1819-cu ildə Almanların da Azərbaycana kütləvi köçü baş vermişdir. Onlar da bu ərazilərdə koloniya şəkilində yaşadıqları yerləri Gerqsfeld, Qrünfeld, Eygenfeld, Trabaubenfeld kimi özlərinin milli adlrı adlandırmışlar.
Türkmənçay müqaviləsindən sonra Azərbaycana köçürülən ermənilər isə nəinki ərazilərimizin adlarını, eləcə də xalqımıza məxsus olan abidələrimizin adlarını da dəyişdirərək erməniləşdirmişlər. 30 il işğal altında saxladıqları şəhər və kəndlərimizə də özlərinə məxsus olan eybəcər adlar qoymuşdular. Eyni zamanda yeni adlar qoyduqları kənd və şəhərlərimizi xarabalıqlara çevirmişlər.
Bu səbəbdən də ordumuz həmin əraziləri işğaldan azad edərkən bayrağımızı üstünə taxmağa salamat bir bina tapmaq mümkün olmamışdır. Dağlıq Qarabağ ərazisindəki ekoloji əhəmiyyətə malik olan bütün meşələr kəsilərək və yandırılaraq məhv edilmişdir. Hətta, kəndlərdəki çeyvə ağacları da doğranmışdır. Ermənilərin bu hərəkətləri insanlığa sığmayan bir vəhşilikdir. Onların etdikləri bu hərəkətlər bəşəri cinayətdir. Ermənilərin necə xalaq olduğunu bilmək üçün bu ərazilərə səfər etmək kifayətdir. Erməniləri himayə edən xristian dövlətlərin rəhbərləri də tamamilə məhv edilən şəhər və kəndlərimizin xarbalıqlarına baxıb obyektiv nəticə çıxarmalıdırlar. Baş verənlərə ədalətli münasibət bildirməlidirlər. Əks halada həmin ölkələrin vicdanlı vətəndaşları da Fransanın prezidenti Makron kimiləri lənətləyəcəklər. Azərbaycan xalqını qırmaq üçün erməniləri himayə edən, onlara milyardlarla qiyməti olan silahları bağışlayan, kütləvi qırğın silahları olan raketləri verən xristian dövlət rəhbərləri Azərbaycan xalqının yaddaşında cinayətkarlar kimi qalacaqlar. Biz isə öz torpaqlarımızı, dağıdılmış şəhər və kəndlərimizi dövlətimizin müdrik və qəhrəman prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yenidən bərpa edəcəyik. Nəhayət ki, 30 ildən sonra vəhşi ermənilər tərəfindən yurdlarından didərgin salınmış 1 milyona yaxın insanlarımız yenidən bərpa olunmuş evlərinə qayıdacaqlar.
Dostları ilə paylaş: |