Azərbaycan tarixin ən qədim dövrlərindən üzübəri müxtəlif dinlərin, etniklərin məskunlaşdığı bir multikultural məkan olmuşdur. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq insanlar arasında bərabərlik, bir-birinin adət və ənənələrinə hörmətlə yanaşma prinsipləri əsirlər boyu inkişaf etmiş, Azərbaycanın dövlətçilik ideyaları daha da zənginləşdirmişdir. Dinlərarası vahid tolerant münasibətlərin formalaşması isə ölkədə Azərbaycançılıq ideyalarının inkişaf etməsinə əsaslı zəmin yaratmışdır. Hələ 1991-1992-ci illərdə hakimiyyətə gələn və dövlətçiliyin əsas dayaqlarından xəbəri olmayan bəzi rəhbərlər çox çətin bir dövrdə çoxmədəniyyətliliyin mahiyyətini dərk etmədən dövləti yanlış siyasətlə idarə etməyə başlamışlar. Xarici mürtəce qüvvələr isə bu yanlışlıqlardan istifadə edərək Azərbaycanı milli, etnik zəmində daxildən parçalmaq siyasəti həyata keçirmişlər. Bunun da nəticəsində ölkə daxilində hakimiyyəti ələ keçirmək üçün qarşıdurmalar meydana gəldi. Bu vəsiyyətdən istifadə edən imperialist dövlət yenidən erməni-müsəlman münaqişəsi yaratdı. Onlar tərəfindən erməni separatçıları silahlandırıldı. 1988-ci ildən başlayaraq əvvəl Ermənistan ərazisində yaşayan azərbaycanlılar və yezidi kürdləri qırğınlara məruz qalaraq Azərbaycana axışıb gəldilər. Rus ordusunun, xüsusilə 366-cı alayın erməni tərkibli hərbi qüvvələri Dağlıq Qarabağda dəhşətli qırğınlar törətdilər. Bu qırğınların ideoloji rəhbərləri olan Balayanlar, Kaputukyanlar, Köçəryanlar, Sarkisyanlar, Petrosyanlar özlərinin insanlığa sığışmayan vəhşilikləri ilə öyündülər. Xocalı soyqırımı ən qanlı hadisə kimi tarixin yaddaşına yazıldl.
Hələ Sovet İttifaqının süqutuna yaxın olan bir dövrdə Kremlin göstərişi ilə Azərbaycanlılarda olan ov silahları da məqsədli şəkildə onların əlindən alındı. Ermənilər isə ruslardan çoxlu döyüş silahları əldə etmişdilər.
Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etmək üçün uzaqgörənliklə yeni inkişaf ideolgiyası irəli sürdü. Gələcək inkişafın əsasını Azərbaycançılıq ideolgiyası zəmnində izah edərək bildirdi:”Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacayıq”
Azərbaycançılıq ideologiyası ümummilli lider Heydər Əliyevin göstərişi ilə onun rəhbərliyi dövründə hazırlanan bütün hüquqi əhəmiyyətə malik olan sənədlərdə öz əksini tapdı. Onun təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan milli, etnik, dini azlıqların hüquq bərabərliyinin qorunması bu dövlət sənədində tam şəkildə öz əksini tapdı. Dövlətin əsas qanunu olan bu sənəd dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarınnı eyni hüquqlara malik olmasını təmin etdi. Ulu öndər Heydər Əliyev multikulturalizmin əsas bazasının Azərbaycançılıq olduğunu bildirdi. O, qeyd etdi ki, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da-bütünlükdə hamısı azərbaycanlıdır”
Ümummilli lider Heydər Əliyev bütün rəhbərlik etdiyi illərdə multikulturalizm siyasətinə üstünlük vermiş, onu dünya miqyasında həyata keçirmək üçün BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaçlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə üstünlük vermişdi. Bu səbəbdən də ölkəmiz insan hüquqları və milli azlıqların müdafiəsi ilə bağlı olan bir çox beynəlxalq konvensiyalara qoşulmuşdu. Belə konvensiyalardan biri kimi Avropa şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”nı misal göstərmək olar. Bu konvensiya Azərbaycan hökuməti tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir. İndi də hər beş ildən bir Azərbaycan Respublikası “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Avropa Şurasına hesabat təqdim edir.Ümumiyyətlə Ulu öndər Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə Azərbaycanda Multikulturalizm siyasətinin əsasını qoymuşdur. Hal hazırda onun əsasını qoyduğu multikulturalizm siyasətini dahi rəhbərin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti, torpaqlarımızı 30 ildən sonra erməni işğalından azad edən və Milli Qəhrəman adına layiq olan İlham Əliyev davam etdirir. İndi Azərbaycan Respublikası bütün dünyada multikulturalizm siyasətinin əhəmiyyətinə yüksək qiymət verən ən qabaqcıl ölkələrdən biridir.
Baxmayaraq ki, “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” Avropada yaranıb, Böyük Britaniya, Fransa, Almaniya kimi Qərb ölkələri multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu bildirmişlər. Onlar bu siyasətin səmərəsizliyini ölkələrində məskunlaşmış etnik və dini azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əlaqələndirmişlər. Bu dövlətlərin ümumi mövqelərini 5 fevral 2011-ci ildə 47-ci Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışında Böyük Britaniyanın sabiq Baş naziri Devid Kameron demişdir: ”Dövlət multikulturalizmi” doktrinası müxtəlif mədəniyyətlərə öz adət-ənnənələri ilə yanaşmalarına dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinni qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə də müsəlman icması cəmiyyətdəki liberal dəyərləri inkar edərək demokratik cəmiyyətimizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edirlər. Bu isə dini ekstremizmin baş qaldırması üçün şərait yaradır”
Devid Kameronun bu fikirləri yanlış olsa da, britaniyalı tədqiqatçı alim Trevor Filips də qeyd etdi ki, “multikulturalizmin xoşagəlməz təsiri altında Britaniya yata-yata seqreqasiyaya(latınca-“ayrılma”, inteqrasiyaya əks proses) yuvarlanır.
Etiraf edilməlidir ki, Qərb ölkələrində “Dövlət multikulturalizmi” doktrinasının aparılması cəmiyyətdə bəzi icmaların, xüsusən müsəlman icmasının üzünə qapanması üçün şərait yaradır.”
Devid Kameronun bu fikirləri yanlış olsa da, britaniyalı tədqiqatçı alim Trevor Filips də qeyd etdi ki, “multikulturalizmin xoşagəlməz təsiri altında Britaniya yata-yata seqreqasiyaya (latınca-“ayrılma”, inteqrasiyaya əks proses) yuvarlanır.
Etiraf edilməlidir ki, Qərb ölkələrində “Dövlət multikulturalizmi” doktrinasının aparılması cəmiyyətdə bəzi icmaların, xüsusən müsəlman icmasının üzünə qapanması üçün şərait yaradır. Nəticədə müsəlman icmasının nümayəndələri öz adət-ənənələrinə, etnik-mədəni dəyərlərinə sığınaraq yaşadıqları cəmiyyətə inteqrasiya oluna bilmirlər. Bu səbəbdən də buradakı liberal dəyərlərə müqavimət göstərirlər. Hətta onların bəziləri ingilis dilini də öyrənmirlər. Bu prosesin qarşısını almaq üçün Kameron baş nazir olduğu dövrdə miqrantların ingilis dilini öyrənmələrinə kəskin tələb qoydu: ”Britaniyada yaşadığı iki il yarım ərzində ingilis dilini öyrənməyən miqrant ölkədən deportasiya olunacaqdır”.
Avropa ölkələrinin bəzi rəhbərlərinin multikulturalizmə olan bədbin münasibətlərinin əsas səbəblərindən biri onların uzun zamanlar mono millət kimi yaşamalarıdır. Lakin dünyada baş verən elmi-texniki nailiyyətlər insanların müxtəlif ölkələrə gedişini asanlaşdırmışdır. Uzun əsirlər boyu mono millət kimi yaşayan dövlətlərin ərazisinə müxtəlif xalqların gəlişi əsasən son dövrlərə təsadüf edir.
Azərbaycan isə hələ qədim dövrlərdən multikultural bir ərazi olmuşdur. Burada yaşayan müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq münasibətləri tarixin qədim dövrlərindən formalaşmışdır. Məhz bu səbəbdən də Azərbaycan xalqının çoxəsirlik multikultural dəyərlərinə əsaslanaraq ölkə Prezidentimiz İlham Əliyev “Bugün multikulturalizmin dünyada alternativi yoxdur.” Bəyanatı ilə çıxış etmişdir.
Başqa dövlətlərdən fəqli olaraq “İlkin müxtəliflik” Azərbaycanda özünü göstərən nadir xüsusiyyətlərdən biridir. Buna görə də Qərb ölkələrindən fərqli olaraq Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi davamlı şəkildə həyata keçirilir.
Azərbasycanda multikulturalizmin əhəmiyyəti nəzərə alınaraq 11 yanvar 2016-cı il ölkə Prezidentinin sərəncamı ilə “Multikulturalizm ili” elan edilmişdir. 11 mart 2016-cı ildə isə “Multikulturalizm ili” ilə əlaqədar olaraq tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planı üç əsas istiqaməti əhatə etmişdi:
Azərbaycan multikulturalizmi ili ilə əlaqədar olaraq ölkədaxili tədbirlərin keçirilməsi
Azərbaycan multikulturalizmi ilə bağlı beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi
Azərbaycan multikulturalizm modeli ilə bağlı informasiyanın geniş miqyasda təbliğinin həyata keçirilməsi.
Planda qeyd edilmişdir ki, bu tədbirlərin həyata keçirilməsi Azərbaycan multikulturalizm modelinin elmi cəhətdən öyrənilməsinə, təkmilləşdirilməsinə və ölkə əhalisi, xüsusilə də gənclər arasında yayılmasına, Azərbaycanda yaşayan bütün xalqların, etnik qrupların və dini konfessiyaların nümayəndələri arasında dostluq və əməkdaşlıq münasibətləriini daha da güclənməsinə, onların yaşadıqları cəmiyyətə inteqrasiya olunmasına, ölkəmizdəki etnik, dini və mədəni müxtəlifliyi, onların yaşadıqları cəmiyyətə inteqrasiya olunmasına, ölkəmizdəki multikultural mühitin dünyada təbliö olunmasına, Azərbaycanın dünyanın əsas multikulturalizm mərkəzindən biri kimi tanınmasına və müxtəlif ölkələrdə mövcud olan mütərəqqi multikulturalizm modelinin ölkəmizdə təbliğ və təşviq edilməsinə yönəlmişdir.
Prezident İlham Əliyevin multikulturalizm siyasətinə yüksək qiymət verməsi ölkənin daxili siyasəti ilə yanaşı xarici siyasətində də özünü büruzə verir. Ardıcıl olaraq ölkəmiz dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviq olunmasına həsr olunmuş bir çox beynəlxalq forumlara, konfranslara ev sahibliyi edir. Məsələn, 20-ci ildən indiyədək Bkıda Ümumdünya Mədəniyyətlərarası dialoqun dörd forumu təşkil olunmuşdur(2011, 2012, 2013, 2014) 2016-cı illərdə isə Bakı Beynəlxalq Humanitar Formları və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir.
Beləıliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa dövlətlərinin (Almaniya, Böyük Britaniya və Fransa) başçıları bu siyasətin ölkələrində iflasa uğradığını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizm siyasətinin müasir dövrdə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsində ən mütərəqqi və optimal olduğunu qeyd edir və onun təbliği, təşviqi istiqamətində çox böyük işlər həyata keçirir. Avropada multikulturalizmə münasibətdə artan inamsızlığa təəssüf hissi ilə yanaşan ölkəmizin Prezidenti İlham Əliyev deyir: “ bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu çox təhlükəli bəyanatdır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünyada ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu ayrıseçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamafobiyadır, antisemitizmdir.”
Müasir dövrdə dünyanın bütün ölkələrində milli-etnik dini müxtəliflik qaçılmazdır. Elə bir vəziyyət yaranmışdır ki, heç bir ölkə miqrasiyanın qarşısını almaq iqtidarında deyildir. Bir çox ölkələr işçi miqrantlarından əmək fəaliyyətindən öz ölkələrinin inkişafı üçün geniş istifadə edirlər. Buna görə də zaman keçdikcə miqrantlar da həmin ölkələrin demoqrafik tərkibini artırır, onu daha da gücləndirir. Dini və milli müxtəliflik hər bir ölkənin ənənələrini zənginləşdirir, onun sosial gücünü daha da artırır.
Azərbaycan xalqının multikulturalizm ənənələrinə gəlincə isə, multikulturalizm miqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyası zərurətinin nəticəsi olduğu Qərbi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda multikulturalizm bu qədim torpağın bütün sakinlərinin tarixən dəstəklədikləri həyat tərzidir. Etnik tolerantlıq və dini dözümlülük həm keçmiş, həm də indiki sakinlərin inanclarının uzun müddət yanaşı olmasınnı nəticəsidir. Bu səbədən də etnik, milli, dini müxtəliflik Azərbaycan dövlətinin möhkəm güc bazasıdır. Bu anlam artıq qalibiyyətlə nəticələnən ikinci Qarabağ müharibəsində də özünün təsdiqini tapdı. Burada yaşayan ruslar, ləzgilər, talışlar və bütün azlıqlar Vətən uğrunda gedən müharibəyə qoşuldular və qəhrəmanlıqlar göstərdilər.
Multikulturalizmin Azərbaycan Respublikasında daxili siyasətin bir hissəsi olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək olması özünü ilk növbədə dörd əsas məqamda göstərir.
Ölkəmizdə dini azadlığın təmin edilməsində:
Bütün ölkələrin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında
Dini icmaların fəaliyyətinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində
Dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında
Dövlət bütün dini qurumların hər birinə lazımi köməklik, o cümlədən maliyyə dəstəyi göstərir. Rəsmi məlumata əsasən, 2003-cü ildən bəri Azərbaycanda 250-yə yaxın məscid tikilmiş və təmir edilmişdir. Belə məscidlərdən Bibiheybət, Təzəpir, Əjdərbəy, Heydər məscidlərini, Gəncədəki İmamzadə dini, tarixi, mədəni mərkəzini və başqalarını misal göstərmək olar.
Həmçinin rus provaslav, katolik, alban kilsələrinin, yəhudi sinaqoqlarını tikintisi, təmiri işlıərində dövlət öz lazımi köməyini göstərir
Son dövrlərdə Bakıda və lazımi köməyini göstərir.Son dövrlərdə Bakıda və ölkənin müxtəlif regionlarında çoxsaylı rus provaslav, Alban-udi, alman-Lüteran kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir və bərpadan sonra dindarların istifadəsinə verilmişdir. 2008-ci ildə Bakıda Roma-katolik kilsəsi inşa edilmişdir. Dövlətin maliyyə yardımı ilə 2002-ci ildə Avropa yəhudiləri, 2012-ci ildə isə dağ yəhudiləri üçün yeni sinaoqlar inşa edilmişdir.
28 dekabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdazcfiəsi üzrə Milli Fəaliyyət Planınnı təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azazdlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında (27 dekabr 2011-ci il) milli azlıqların mədəni irsinin qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında” prezident tərəfindən 16 sentyabr 1992-ci il tarixli fərman imzalanmışdır.
Hazırda Azərbaycanda yaşayan milli azlıqların 15-də çox qəzet və jurnal nəşr olunur. Azərbaycan radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büccəsindən maliyyələşən müntəzəm radio verilişləri təşkil olunur. Milli azlıqların yaşadıqları bölgələrdə 5 yerli tele-radio kanalı fəaliyyət göstərir. Ləzgi dilində “Samur”, “Qusar” qəzdetləri, “Çıraq” və “Alam” jurnalları, Talış dilində Tolişi sədo”, “Tolişon sədo” və “Söz” jurnalı, Xınalıq dilində “Xınalıq” qəzeti, Qaxın “Şəlalə” qəzetində gürcü dilində səhifə, Qırmızı qəsəbədə yəhudi icmasının “Birlik”, “Yedinstvo” qəzeti və “Qudyal” jurnalı çap olunur. “Denge kürd” qəzeti, “Ronayı” kürd mədəniyyət mərkəzi fəaliyyət göstərir. Rus icmasınnı “Sadrujestvo” cəmiyyətinin rus dilində qəzet və jurnalları çap olunur. Azərbaycanda Ukrayna icmasınnı “Vesnik” qəzeti dərc olunur.
Azərbaycanda 300-dən çox orta məktəb rus dillidir. Ali məktəblərin əksəriyyətində rus bölmələri vardır. Ləzgi dilində 108 (I-IX siniflər) talış dilində 225 (I-IV) məktəb fəaliyyət göstərir.
28 may 2014-cü il tarixli sərəncamla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti təsis olunmuş, 7 may 2014-cü il tarixli Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, 15 may 2014-cü il tarixli Fərmanda isə Bakı Beynəlxalq Multikulturalizm mərkəzi yaradılmışdır. Prezidentin 11 yanvar 2016-cı il sərəncamı ilə 2016-cı il sərəncəmı ilə 2016-cı il Azərbaycanda Multikulturalizm ili elan edilmişdir və tədbirlər planı hazırlanmışdır.
Azərbaycanda etnik və dini müxtəliflik də mövcud olmuşdur. E.ə.VI əsrdə yaranmış Zərdüştlülik VIII əsrə qədər davam etmişdir. Hətta İslam dininin ən güclü dövründə də Bakıda “Atəşgah” fəaliyyət göstərmişdir.
Ölkəmizdə yəhudilərin milli dini olan iudaizmi də fəaliyyət göstərmişdir. Quba xanlığının ərazisində məskunlaşmış dağ yəhudiləinin qəsəbəsi “Qafqazın Yerusəlimi” adlandırılırdı.
Sovet dövründə onlar da başqa dinlərdə olduğu kimi çətinliklərlə üzləşmişdilər.
Gürcü Yəhudiləri isə Şimali Azərbaycana pənah gətirmişlər.
Azərbaycanda yaşayan milli, dini, etnik azlıqların bərabərliyi, onların vahid Vətən anlayışı inkişafa səbəb olmuşdur.
Ölkənin sosial iqtisadi inkişafı onun mənəvi-mədəni inkişafına səbəb olan əsas amillərdən biridir. Lakin iqtisadi inkişaf ictimai dəyişikliklərin təkamülündə əsas rol oynayır. Həmçinin cəmiyyətin mənəvi zənginliyi sosial-iqtisadi inkişafa da öz təsirini göstərir.
Bu bir həqiqətdir ki, tarixən hər bir dövlətin qüdrətinin əsasında iqtisadi güc və siyasi nüfuz dayanır. Ancaq ölkədə milli birlik, problemlərin həll olunmasında vətəndaş həmrəyliyi olmadan qüdrətli dövlətə çevrilmək mümkün deyildir. Siyasi və mənəvi sabitlik iqtisadi gücün ən əsas komponentlərindən biridir...
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı son 10 ildə dünyanın ən yüksək artım tempinə malik olan ölkələrdən biri kimi nəzərə çarpır. Ölkədə həyata keçirilən iqtisadi siyasət iqtisadiyyatın həmçinin nəzərə çarpacaq dərəcədə artmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur. İqtisadi artımına görə Azərbaycan dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüsəlmişdir. Təsadüfi deyildir ki, Dünya Bankının hesabatına görə Azərbaycan 2009-cu ildə dünyanın “lider dövləti” kimi qiymətləndirilmişdir. Dünya iqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətlik hesabatı” na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pilllə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşmışdır.
Adam başına düşən gəlir 2004-cü illə müqayisədə 8 dəfə artaraq 7600 ABŞ dollarına çatmışdır. Azərbaycan qısa vaxt ərzində aşağı gəlirli ölkədən yüksək-orta gəlirli ölkəyə çevrilmişdir. İqtisadi artım məşğulluğun artımı ilə müşayiət olunmuş, 1,3 milyondan çox iş yeri açılmış və bu iş yerlərinion 77,1 faizi daimi iş yerləri olmuşdur. Onlardan da 62,9 faizi regionların payına düşmüşdür.
Azərbaycan Respublikası Prezidentinin sərəncəmları ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionların 2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında milli azlıqların da kompleks yaşadığı regionlarda hökumətin növbəti mərhələdə fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir. Eyni zamanda “Azərbaycan Re3spublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı (14sentyabr 2005-ci il), Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında (1 iyun 2006-cı il), Azərbaycan Respublikası regionlarının, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə tədbirlər planının təsdiq edilməsi haqqında (3 avqust 2005-ci ikl) Prezident sərəncamları imzalanmışdır. Nəticədə Respublikada Tarazlı sosial inkişaf həyata keçirilmişdir.
Hazırda bu proses ardıcıl olaraq davam edir. Ölkənin bütün regionlarında heç bir diskriminasiya tətbiq edilmədən tarazlı inkişafın təmin olunması istiqamətində tədbirlər planı həyata keçirilir. Bu da regionlarda yaşayan əhalinin sosial rifah vəziyyətinin davamlı olaraq yaxşılaçdırılmasına hesablanmış uğurlu daxili siyasətin təzahürüdür.
Sözsüz ki, Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri ölkə əhalisinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Son 10 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə, işsizlik isə 5 faizə enmişdir. Əhalinin gəliri 6.5 dəfə artmışdır. Azərbaycan bu uğurları beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən də qiymətləndirilmişdir. 2014-2015-ci il üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan 144 ölkə arasında 38-ci sıradadır.
İndi Azərbaycan ehtiyacı olan bir çox xarici ölkələrə də sərmayə qoyur. Artıq neft faktoru insan kapitalına çevrilir. Qeyri neft sektorları da inkişaf edərək Azərbaycanın iqtisadi qüdrətini artırır. Dövlət iqtisadiyyatın inkişafını davamlı insan inkişafına yönəldir. Təhsil, sağlamlıq, yoxsulluğun aradan qaldırılması məsələləri daima dövlətin diqqət mərkəzindədir.
Müasir dünya standartına cavab verə biləcək təhsil müəssisələri yaradılır...
Xəstəxanalar tikilir
İş yerləri açılır, sənaye parkları yaradılır və s. milli, etnik və dini müxtəlifliklərin Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi durur. Beləki, Azərbaycan vətəndaşı milli, etnik, dini müxtəlifliklərdən asılı olmayaraq cəmiyyətin bütün sahələrində əldə etdiyi peşəyə, istedad və bacarığına uyğun olaraq fəaliyyət göstərir. Belə ki, Azərbaycan hakimiyyəti xüsusi qanunlara əsaslanaraq hər bir vətəndaşına azad fəaliyyət hüququ yaratmışdır.
Hələ 28 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncam imzalanmışdır. Sonradan isə bu sərəncam əsasında “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı 27 dekabr 2011-ci ildə təsdiq edilmişdir.
Məlumdur ki, ölkənin iqtisadi gücünün artırılmasında siyasi mənəvi sabitlik xüsusi əhəmiyyət kəsb edir. Əgər siyasi və mənəvi sabitlik olmasaydı Azərbaycan dövləti özünün hərbi gücünü də artıra bilməzdi. Sevindirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadiyyatı ilə yanaşı onun hərbi gücü də möhəmləndi. Yəqinki, siyasi və mənəvi sabitlik olmasaydı biz Ermənistan işğalı altında olan torpaqlarımız cəmi 44 gün davam edən ildırım sürətli müharibə taktikası indi bir sıra böyük dövlətlərin hərbi təlim dərsliyinə çevrilmişdir. Sözsüz ki, bu qələbənin əsasında dinindən dilindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın ümumi Azərbaycan torpağına qarşı olan məhəbbət duyğuları dayanır. Vətən anlayışı hər bir sakinimiz üçün müqəddəsdir.
Bu gün artıq daha çox ölkələr, xalqlar, müxtəlif beynəlxalq qurumlar, dini təsisatlar və insanlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı, dövrü olaraq baş verən iqtisadi maliyyə böhranı şəraitində mövcud olaraq, inkişaf etmək, sosial rifahı təmin etmək üçün yeganə yol əməkdaşlıq və qarşılıqlı anlaşmadır. Buna görə də, uğurlu multikulturalizm siyasəti həyata bilməyən ölkələrdə iqtisadi və siyasi sabitliyi, sosial iqtisadi inkişafı təmin etmək mümkün deyildir. Multikulturalizm siyasəti dedikdə, bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlmiş humanist və demokratik dövlət siyasəti nəzərdə tutulur.
Beynəlxalq miqyasda tanınmış politoloq Şamil Hantinqton “Sivilizasiyaların toqquşması və dünya düzənini yenidən qurulması” adlı əsərində bildirir ki, kommunist sisteminin dünyada dağılması soyuq müharibəyə son qoymaqla bir-birinə zidd olan iki ictimai-siyasi sistemin siyasi, hərbi, iqtisadi və ideoloji qarşıdurmasını aradan qaldırdı. Bunun nəticəsində yeni dünyada xalqlar arasında əsas fəqlər ideolji, siyasi, iqtisadi deyil mədəni xarakter daşıyır.
Lakin Hantinqtonun bu fikrinə fatalist xarakterli sözlər də əlavə edilmişdir. Onun proqnozuna görə müasir dövrdə ictimai inkişafda etnik-mədəni dəyərlərin, mədəniyyətin aparıcı rol oynamsı sivilizasiyaların toqquşmasını zəruri edir. Əslində isə ölkəmizin apardığı beynəlxalq siyasətin əsasında mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin multikulturalizm siyasəti əsasında qurulması dünyada sülhün və əminamanlığın qorunması üçün şərait yaradır. Azərbaycan dövləti mədəniyyətlər və sivilizasiyalararası münasibətləri yaxşılaşdırmaq üçün ardıcıl olaraq “Bakı prosesi” adı altında çox maraqlı tədbirlər həyata keçirir.
“Bakıv prosesi”-müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən və Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü oln bu təşəbbüs çərçivəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanda keçirilmişdir.
Dünyanın başqa ölkələrindən fərqli olaraq Azərbaycanda müxtəlif dillərdə danışan xalqların nümayəndələri və ayrı-ayrı etnoslar var. Məsələn ölkəmizdə ruslar, ukraynalılar, tatarlar, gürcülər və Məhsəti türkləri öz dillərini qoruyub saxlayır. Həmçinin Azərbaycan ərazisində Hind Avropa dil ailəsini təmsil edən kürd dili, dağ yəhudilərinin dili, tat dili, talış dili, xalac dili və erməni dili mövcuddur. Bunlardan başqa Şimali Qafqaz dil qrupuna daxil olan avar, buduq, xınalıq, qrız, ləzgi, rutul, saxur, inqloy dilləri də vardır. Onların əksəriyyəti öz dillərindən istifadə etməklə yanaşı, ölkənin dövlət dili olan Azərbaycan dilini də çox yaxşı bilirlər.
2009-cu ilin siyahıya alınmanın nəticələrinə görə Azərbaycan əhalisinin 8.4 faizini azsaylı xalqların nümayəndələri təşkil edir. Azərbaycan dövləti tərəfindən milli azlıqların öz dillərini inkişaf etdirmək, onları gələcək nəsillərə ötürmək, öz dillərində inzibati və mədəni-məişət xidmətlərindən istifadə etmək və s proseslərdə mümkün qədər dəyərlənmək imkanı yaradılmışdır. Elə bu səbəbdən də Azərbaycanda əsirlər boyu müxtəlif dillər öz müxtəlifliklərini qoruyub saxlaya bilmişdir. Müstəqillik əldə etdikdən sonra həm yerli, həm xarici tədqiqatçıların iştirakı ilə bu dillərin öyrənilməsi, onların əlifbalarının formalaşdırılması və yazıya alınması, dərsliklərin yaradılması üçün müəyyən işlər görülmüş və layihələr hazırlanmışdır. ABŞ-ın Yay Dilçilik Məktəbinin təşəbbüsü ilə Azərbaycanda olan dillərin tədqiqatı aparılmışdır. Tədqiqatın nəticələri Con Klliftonun redaktəsi ilə 2 cilddə nəşr edilmişdir. Beynəlxalq layihələr çərçivəsində Xınalıq dilinin yazıya alınması və sənədləşdirilməsi də planlaşdırılmışdır. Azərbaycan Prezidentinin 2007-ci il 19 dekabr tarixli Sərəncamı ilə Xınalıq kəndi qoruq elan edilmişdir və onun mədəniyyəti və dili milli - mədəni dəyər kimi mühafizə altına alınmışdır.
Çox sevindirici haldır ki, Qafqaz albaniyasının Nax-dağıstan dil qrupuna aid olan udinlər tarixin mürəkkəb mərhələlərini yaşasalar da həm dillərini, həm də dinlərini qoruyub saxlaya bilmişlər. Hələ e.ə. V əsrdə yaşamış qədim Yunan tarixçisi Heredot özünün tarix əsərində Alban soylarında biri olan Udinlər haqqında da məlumat vermişdir. Hal-hazırda onlar Alban xristianlığının varisləri kimi Azərbaycan Respublikasının Oğuz şəhərində və Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Onların ümumi sayı 4000-ə yaxındır. Azərbaycan tarixinin daşıyıcıları olan udinlər politeist dinlərdən keçərək, erkən orta əsrlərdə xristianlıq dinini qəbul etmiş, Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən biri olan Alban Apostol Avtokefal kilsəsinə itaət etmişlər.
İngiloylar da Alban soylarından biri kimi qədim tarixə malikdirlər. Müasir dövrdə Azərbaycan Respublikasının Qax, Zaqatala və Balakən rayonlarında yaşayırlar. Erkən orta əsrlərdə Qafqaz Albaniyasında xristianlıq yayılarkən ingiloylar da xristianlıq qəbul etmişlər. Ancaq hal-hazırda ingiloylar həm xristian, həm islam dininə itaət etmişlər. Belə ki, I Şah Abbas Kartli-Kaxetiya ərazisi ilə həmsərhəd olan Azərbaycan torpaqlarında İslam dininin dayaqlarını möhkəmləndirmiş, bu bölgənin xristian əhalisinə İslam dinini qəbul etdirmişdir. XIX əsrin birinci yarısında Azərbaycanın Şimal torpaqlarını işğal edən Rusiya imperiyası Zaqatala dairəsində yaşayan ingiloyları zorla xristianlaşdırmışdır. Lakin ingiloylar 1863-cü ildə rusların xristianlaşdırma siyasətinə qarşı etirazını bildirərək Zaqatala ərazisində üsyana başlamışlar. Nəticədə Rusiya imperiyası ingiloyları xristianlaşdırma siyasətini dayandırmışdır. XX əsrin 30-cu illərindən başlayaraq Stalin rejimi ingiloyları gürcüləşməyə məruz qoymuşdur. Lakin buna baxmayaraq həm xristian, həm də müsəlman olan ingiloylar Azərbaycan tarixinin, onun sosial – mədəni irsinin tərkib hissəsidir.
Azərbaycan Respublikasının azsaylı xalqlarından biri də talışlardı Talış dili isə Hind-Avropa dillərinin Hind İran qolina daxildir. Onlar İslam dininə itaət edirlər. Hal hazırda Azərbaycan Respublikasınnı Lənkəran, Astara, Lerik və qismən Masallı rayonlarında yaşayırlar. 2009-cu ildə aparılan siyahıya almaya görə onların sayı 111996 nəfərdir.
Tatlar da III=VI əsrlərdə Sasani hökmdarları tərəfindən Qafqaz Albaniyasına köçürülmüşlər.
A.A.Bakıxanov özünün “Gülüstanı İrəm” əsərində göstərmişdir ki, Sadsani şahları ölkənin strateji əhəmiyyəti olan yerlərində İrandilli tayfaları Abşeron yarmadasının Dərbəndə qədər uzanan dənizboyu ərazilərində məskunlaşdırmışlar. Bu köçürmə prosesi I Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə də davam etmişdir. Təkcə Bakının37 kəndindən 34-ü tat kəndləri olmuşdur.
Tatlar həmçinin Quba, Şabran (Dəvəçi), Şamaxının Mədrəsə, Kərvəc, Dərə-Kərvəc, Kələhəna, Məsəri,Saqiyan kəndlərində, Göyçayda, İsmayıllıda və s. Yerlərdə yaşamışlar. Tatlar İrandilli olub Hind-Avropa dil ailəsinin İran qrupuna aiddirlər. Ölkəmizdə sayları 10 min nəfərdir.
Kürdlər də Azərbaycan əhalisinin etnik tərkibinə aiddirlər. İrandilli kürdlər keçmişdə Orta Asiyadan keçərək Ön Asiyada məskunlaşmış maday tayfalarından olmuşlar. XIX əsrdə əsasən İrəvan xanlığı ərazisində yaşamışlar. Bu dövrdə onların sayı 10737 nəfər olmuşdur. Dini təsnifata görə kürdlər müsəlman, yezidi və nestorianlığa bölünmüşlər. Birinci dünya müharibəsi ərəfəsində onların sayı 114 mindən çox olmuşdur. Lakin 1918-1920-ci ikkərdə yeni yaradılmış Ararat Respublikasının soyqırımı siyasəti nəticəsində İrəvan ərazisində 43 min kürd-müsəlman və 7 min yezidi kürdü qətlə yetirilmişdir. 1988-ci ildə isə erməni millətçiləri 18 min kürdü qovmuşlar. Onlar da Azərbaycana pənah gətirmişlər.
Hal-hazırda Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bütün yaşadıqları ərazilərdə dövlət qayğısı ilə əhatə olunmuşlar. Onların hər biri ölkəmizdə milli təhlükəsizliyin bir çox komponentləri vardır. İqtisadi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və s. Bunların hər biri dövlətin yaşaması üçün çox vacib komponentlərdi. Bu sistemin içərisində mənəvi, ideoloji həyatın ayrılmaz hissəsi olan multikultural dəyərləri də bir bütöv təhlükəsizlik komponenti kimi daxil etmək vacibdir. Ölkə öz enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir.
Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni dəyərlərinin qorunması deməkdir.
Son dövrlərdə Avropanın bir sıra ölkələrində etnik və dini radikalizm, ksenofobiya, antisemitizm, islamafobiya meyllərinin artması qeyd olunanları sübut edir.
Multikultural dəyərlərin bir sıra prinsipləri vardır. Bu prinsiplər dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir.
Multikultural dəyərlərin təhlükəsizliyinin aşağıdakı kimi prinsipləri vardır.
Cəmiyyət daxilindəki bütün konfessiyalara və onun nümayəndələrinə dövlət tərəfindən siyasi münasibətin bərabər şəkildə həyata keçirilməsi.
Multikultural təhlükəsizliyin başqa bir prinsipi ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşması ilə müəyyən edilir. Konstitusiyamızın 44 maddəsində deyildiyi kimi “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Hər kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.”
Multikultural təhlükəsizliyin bir vacib prinsipi də ölkədə mövcud olan etnik-mədəni müxtəlifliyin qorunmasına və inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsinin təmin edilməsidir.
Bu məqsədlə Azərbaycanda bütün milli azlıqların dili, tarixi, ədəbiyyatı inkişaf etdirilir, onların öyrənilməsi üçün şərait yaradılır.
Sözsüz ki, milli təhlükəsizliyin qorunmasında Azərbaycançılıq ideologiyasının böyük əhəmiyyəti vardır. Hələ demokratik Azərbaycan cümhuriyyəti dövründə də Azərbaycançılıq ideyası həyata keçirilməyə başlamışdır. Parlamentdə ölkədə yaşayan bütün millətlərin nümayəndələri təmsil olunurdu. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan bolşevik Rusiya hakimiyyəti tərəfindən devrildi.
Sovet hakimiyyətinin ruslaşdırma siyasəti rus şovinizminin dirçəlməsinə səbəb olmaqla qeyri-rus xalqlarının milli mədəniyyətlərinin dəyərləri sıxışdırıldı. Kommunist sivilizasiyasının dəyərləri ilə milli mədəniyyət dəyərləri arasında ziddiyyətlər getdikcə artdı. Sovet totalitar rejimi Azərbaycan xalqının milli-mədəni azadlığını məhv etməyə istiqamətləndirildi...
1980-ci ildə isə Mixail Qarbaçovun hakimiyyətə gəlməsi isə xalqımıza qarşı rus şovinizmini daha da gücləndirdi. Onun tətbiq etmək istədiyi yenidənqurma nəinki rus şovinizmini gücləndirdi eyni zamanda millətlərarası qarşıdurmalara rəvac verdi. Ermənistan ölkəmizə qarşı torpaq iddiaları qaldırdı. Ermənilərin milli hərəkatı başda Qarbaçov olmaqla rus şovinizminin köməyi ilə təcavüzkar bir qüvvəyə çevrildi. Bu səbədən Azərbaycanda milli azadlıq hərəkatı meydana gəldi və bütün xalq öz torpaqlarını təcavüzdən qorumaq üçün ayağa qalxdı. Azərbaycan Xalq cəbhəsi yaradıldı. Lakin xarici ölkələrin kəşfiyyat xidmətlərinin müdaxiləsi və Rusiyanın Ermənistan hərbi yardım nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edildi. Bəzi AXC lierlərinin də səriştəsizliyindən düşmənlər məharətlə istifadə edə bildilər. Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq üçün Kreml 1990-cı il yanvarın 20-də Bakıya ordu yeritdi.
18 oktyabr 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycançılıq ideyası tarixində tamamilə yeni bir mərhələ başlandı. Azərbaycançılıq ideyasının parlaaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzqgörənliyi ilə milli dövlətçilik ideyalarının yaratdı, müasir Azərbaycan dövlətinin qurulmasını və onun xarici düşmənlərdən qorunmasına nail ola bildi.
1993-2003-cü illər Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərini əhatə edir. Ramiz Mehdiyev “Qlobal transformasiyalar dövründə Azərbaycanın milli ideyası” adlı kitabında yazmışdır. “Bu mərhələdə milli ideya dövlət və müstəqillik ideyasında öz əksini tapır. Heydər Əliyevin siyasəti nəticəsində “millət” məfhumunun strukturuna üzünüidentifikasiyanın bütün kollektiv formaları daxil edilmişdir: etnik, dini, sosial-mədəni, iqtisadi, siyasi və s. Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və Azərbaycanı öz vətəni hesab edən bütün etnik qrupların ideyasına çevrildi.”
Multikulturalizm siyasəti Azərbaycançılığın tərkib hissəsi kimi onun cəmiyyətdə geniş yayılmasını t6əmin edir, daha da möhkəmləndirir. Cəmiyyətdə məskunlaşmış milli azlıqların nümayəndələrinin etnik-mədəni dəyərlərini qorumaqla multikulturalizm siyasəti Azərbaycançılığın sosial bazasını daha da möhkəmləndirir, bu ideologiyanın ölkədə yaşayan bütün xalqların siyasi, iqtisadi, sosial və mədəni yüksəlişini təmin etməklə Azərbaycançılıq ideogiyası multikulturalizm siyasətindən mühüm bir vasitə kimi geniş istifadə edir. Ulu öndərimiz Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etdi. O, siyasi və hüquqi sahələrdə multikulturalizmin dil və milli xüsusiyyətlərini sənədlərlə təsdiq etdi. Buna görə də o, Azərbaycan multikulturalizmin siyasi banisi hesab olunur.
Azərbaycan multikulturalizminin siyasi banisi olan, Müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını daha da möhkəmləndirən ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun multikultural dəyərlərin və tolerantlıq prinsiplərinin təbliği istiqamətində apardığı fəaliyyəti dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Fond tərəfindən həyata keçirilən işlərin təkcə ölkəmizə yox, ölkə daxilindən kənarda da rəğbətlə qarşılanması dünyanın hər yerində əks-səda yaratmışdır. Xüsusilə Fondun Prezidenti, Azərbaycan Respublikasının Vitse Prezidenti Mehriban Əliyevanın apardığı multikultural mahiyyətli fəaliyyət Azərbaycana dost münasibət göstərən ölkələrin sayını daha da artmışdır.
Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi dxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, Azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 10 mart 2004-cü ildə imzaladığı Fərmana əsasən yaradılan fond görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dün ya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrınilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verir.
2004-cü il may ayının 10-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə qeyri-hökumət, qeyri Kommersiya təşkilatı olan Heydər Əliyev Fondunun rəsmi açılışı keçirilmişdir.
Heydər Əliyev Fondu aşağıdakı məqsədləri əsas tutur:
görkəmli siyasi xadim Heydər Əliyevin sosial-iqtisadi tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək;
Azərbaycan tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnmək.
Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlayıb həyata keçirmək;
Respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaçlığı, onlarla birgə layihələr həyata keçirmək;
Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək.
Insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etməsinə yardıma etmək.
Azərbaycan mədəniyyətinin, Azərbaycan muğamının geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək;
Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət etmək;
Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək;
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq;
Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə əlaqə yaratmaq;
Respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək;
Elmi tədqiqatların aparılmasına yardım göstərmək;
Uşaq müəssisələrinin infrastrukturunu inkişaf etdirmək;
Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək;
Uşaqların yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək
Dünya ölkələri ilə mədəni əlaqələrin genişləndirilməsi, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, dünyanın mötəbər salonlarında rəssamların sərgilərinin, musiqi xadimlərinin konsertlərinin təşkili Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində Fondun məhsuldar fəaliyyətinin göstəriciləridir. Azərbaycan mədəniyyətinin dünyada belə geniş nüfuz qazanmasında fondun prezidenti Mehriban Əliyevanın və onun vitse prezidenti Leyla Əliyevanın böyük xidmətləri vardır.
Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan-tolerantlıq məkanı” və s. Kimi böyük tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Fondu ölkənin dünya birliyinə inteqrasiyasına, dini tolerantlığın bərqərər olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verir.
Heydər Əliyev Fondunun uğurla həyata keçirdiyi “Tolerantlığın ünvanı-Azərbaycan layihəsi çərçivəsində bir çox əməli tədbirlər həyata keçirilmişdir:
2005-ci ildə VII əsrdə Gəncə .əhərində öz xeyirxahlığı ilə xalqın böyük hörmətini qazanmış Comərd Qəssabın məzarı və məzarüstü türbəsi bərpa edilmişdir.
2005-ci ildə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsənin və yeddinci imam Museyi Kazımın qızı Xədicə xanımın qəbirlərinin olduğu Pir Həsən ziyarətgahında bərpa işləri aparılmışdır.
2006-cı ildə Binə qəsəbəsində Möhsün Səlim məscidində bərpa işləri aparılmışdır.
- 2007-ci ildə Bakıdakı Provaslav kilsəsində təmir-bərpa işləri aparılmış, kilsənin asma tavanı bədii kaşilərlə əvəz edilmiş, məbədin fasadı dəyişdirilmişdir.
- 2008-ci ildə Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vityaj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmişdir.
Xəzər rayonunun Buzovna qəsəbəsindəki Cümə məscidi yenidən bərpa olunmuşdur.
2010-2013-cü illərdə Qəbələ şəhərində yeni məscid inşa edilmişdir.
2010-cu ilin mart ayından başlayaraq 2013-cü ildə Şamaxı cümə məscidinin əsaslı bərpası həyata keçirilmişdir.
2012-ci ildə Mərdəkan qəsəbəsindəki cümə məscidində əsaslı bərpa işləri aparılmışdır.
Azərbaycan Respublikasınnı Prezisenti İlham Əliyevin sərəncəmı ilə Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılmışdır. 2013-cü ilin dekabr ayında Fondun vitse-prezidenti Leyla Əliyevanıln iştirakı ilə abidənin açılışı olmuşdur.
26 oktyabr 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən təmir olunmuş Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın açılışı olmuşdur.
Fondun dəstəyi ilə Bolqarıstanın Veliko Tirnovo şəhərindəki “Trapezitsa” memarlıq qoruq muzeyi bərpa olunmuşdur.
2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Roma katakombalarının açılışında Mehriban Əliyeva iştirak etmişdir. və s.
Azərbaycan dövlətinin dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarının yaradılmasında da Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur.
Müəyyən ictimai-siyasi, sosial-iqtisadi və digər səbəblərdən məcburi, yaxud könüllü olaraq öz tarixi vətənlərindən mühacirət etmiş, xaricdə icma formasında sıx yaşayan, öz milli-mədəni mənsubiyyətini qoruyub saxlayan və inkişaf etdirən, öz tarixi vətəni ilə daim əlaqə saxlayan, öz xalqının əxlaqi-mədəni dəyərlərinə bağlılığı baxımından özünü azərbaycanlı sayan həmvətənlərimiz Azərbaycan diasporu təşkil edirlər.
Azərbaycan Respublikasının diasporu əsasən ABŞ, Kanada, Rusiya, AFR, Böyük Britaniya, MDB ölkələri, Skandinaviya, Pribaltika ölkələri, Türkiyə və digər ölkələrdə mövcuddur.
Azərbaycan Respublikasını diasporunun formalaşması və yaranması tarixinə nəzər salanda məlum olur ki, o, indiyədək özünün beş mərhələsini yaşayıb.
1-ci siyasi və hərbi hadisələrlə bağlı olan qədim və orta əsrlər dövrü;
2-ci Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı nəticəsində azərbaycanlı əhalinin miqraiyasının güclənməsi
3-cü AXC-nin süqutu, 1920-ci ilin 28 aprelində Sovet hakimiyyətinin qurulması və Azərbaycan xalqını siyasi, milli elitasına məxsus insanların ölkəni tərk etməsi;
4-cü 1941-1945-ci illər müharibəsi nəticəsində əsir düşmüş azərbaycanlıların başqa ölkələrdə qalması
5-ci azərbaycanlıların 1988-ci ildə deportasiya olunması və nəhayət 1992-ci-1994-cü illəırdə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi hərbi təcavüz, Dağlıq Qarabağ və onun ətrafında olan yeddi inzibati rayonun işğalı nəticəsində azərbaycanlıların qaçqın və köçkünə çevrilməsi.
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanuna uyğun olaraq, xaricdəki azərbaycanlıların Azərbaycan Respublikasının ərazisində olarkən ölkə vətəndaşları ilə bərabər hüquqlardan istifadə etmələri ümummilli ideologiya ətrafında birləşməyə aparan vətənpərvərlik, vətənə məhəbbət, öz torpağına bağlılıq, xalqın milli keçmişinə sahib olmaq və üzvi şəkildə inkişaf etmək hüquqlarını tanımaq kimi təsəvvürə gətirilir.
Ulu Öndərin hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar keçirdiyi tədbirlər onların Azərbaycana bağlılığını daha da möhkəmləndirirdi.
Hal-hazırda Azərbaycan diasporunun yaşadığı ölkələrdə təşkilatlar, cəmiyyətlər və birliklər mövcuddur. Azərbaycan Dövləti onlar arasında əlaqələrin yaradılmasına xüsusi diqqət yetirir. Bakıda 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayı, 2006-cı il martın 16-da II Qurultayı, 2011-ci il 5 iyulda III Qurultayı, 2016-cı il 3-4 iyunda keçirilmiş IV qurultayı xaricdəki Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin yaradılmasında böyük əhəmiyyət kəsb etmişdir.
Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici ölkələrdə Yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması Azərbaycan Respublikaının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir təzahürü kimi qiymətləndirməyə layiqdir. Prezidentin 2009-cu il 14 may tarixli Fərmanı ilə Diasporla işi vüzrə Dövlət Komitəsinin əsasnaməsi və strukturu təsdiqlənmişdir.
2011-ci il iyulun 5-6-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlıların III qurultayı Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etməklə yanaşı dünya azərbaycanlılarının birliyini milli dövlətçilik ideologiyası müstəvisində formalaşması müəyyən etdi.
Azərbaycan Respublikasın ın Prezidenti İlham Əliyevin Qurultaydakı tarixi nitqi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirdi.
Dünya Azərbaycanlılarının milli şüurunu, özünədərkini, ana torpağa bağlılığını möhkəmləndirmək üçün bu tədbirlər böyük əhəmiyyətə malikdir.
Bakıda yaşayan milli azlıqların xaricdə yaşayan qohumları ilə əlaqələrin genişləndirilməsi də ölkəmiz haqqında xaricdə düzgün informasiyaların çatdırılmasına, Dağlıq Qarabağ həqiqətlərinin olduğu kimi izah edilməsinə böyük kömək edə bilər.
1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra Rusiya imperioyası torpaqlarımızda siyasi hakimiyyətini bərqərar etmək üçün ərazilərimizdə xristian amilini gücləndirməyə başladı. Rusiyanın Qafqazı işğal etməsi regionda demoqrafik dəyişikliklərə səbəb oldu. Ruslar tədricən planlı şəkildə İrəvan Quberniyasında, Bakı və Yelizavetpol(Gəncə) quberniyalarının bütün ərazilərində yerləşdirildi. Ayrı-ayrı tarixi dövrlərdə 400 minə qədər rus Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdırıldı.
XIX əsrin sonlarında Rus imperiyası tərəfindən Azərbaycana xeyli Ukraynalılar da köçürüldü. 1989-cu il siyahıyaalınmasına görə Azərbaycanda 32,3 min ukraynalı yaşamışdır.
1990-cı ildə Azərbaycanda 900 polyak əsilli vətəndaşların yaşadığı qeyd edilmişdir.
1923-cü ilin məlumatına görə Gəncədə, Sabirabadda, Naxçıvanda və digər şəhərlərində 2161 yunan yaşamışdır.
Almanların Azərbaycana ilkn kütləvi köçü 1819-cu ildən başlamışdır. Onlar Yelizavetpol Quberniyasınnı müxtəlif şəhər və kəndlərində məskunlaşmış, 1941-ci ilin oktyabrında isə alman icması bütünlüklə Azərbaycan SSRİ-dən Qazağıstana sürgün edilmişlər. Hal-hazırda Almanların Gədəbəy, Göygöl, Bakı, Şəmkir ərazilərində Kirxa-Lüteran kilsələrinin bəziləri Azərbaycan Dövləti tərəfindən təmir edilmişdir.