Multikulturalizmə giriş fənninin predmeti və vəzifələri


Multikulturalizmin fəqli növləri, modelləri və siyasəti



Yüklə 141,25 Kb.
səhifə11/11
tarix20.11.2022
ölçüsü141,25 Kb.
#119732
1   2   3   4   5   6   7   8   9   10   11
Multikulturalizm

8. Multikulturalizmin fəqli növləri, modelləri və siyasəti
Ayrı-ayrı ədəbiyyatlarda multikulturalizmin zəif və güclü növlərə aid olması haqqında müxtəlif fikirlər mövcuddur. Multikulturalizmin zəif forması etnik-milli varlıqlara özlərinin etnik-mədəni dəyərlərini qorumaq üçün imkan yaradır. Lakin hakim etnik-mədəni dəyərlər qarşısında istər-istəməz acizləşir və çıxış yolunu onların mənəvi dəyərlərini qəbul etməkdə görürlər. Bu xüsusiyyət, yəni multikultulturalizmin zəif forması Sovet ittifaqında müşahidə olunmuşdur. SSRi-nin tərkibində olan bütün qeyri-rus xalqlar daha çox rus xalqının etnik-mədəni dəyərlərini, tarixini öyrənməyə, rus dilində təhsil almağa üstünlük vermişlər. Çoxları bunu şəxsi karyerasını qurmaq, yaşadıqları cəmiyyətdə daha çox nailiyyətlər əldə etmək üçün etmişlər.
Müasir dövrdə də buna oxşar vəziyyət bəzi qərb ölkələrində də müşahidə olunur. Məsələn ABŞ, Kanada, Niderland, Böyük Britaniya, Avstriya, Almaniya və başqa ölkələrdə yaşayan milli azlıqların nümayəndələrinə özlərinin milli-etnik dəyərlərini qorumaq imkanı verilmişdir. Onlarda liberal xarakterli cəmiyyətlər olduğuna görə milli-etnik azlıqların mənəvi dəyərlərinin zorla assimilyasiya edilməsinə cəhdlər göstərilmir. Lakin onlar özləri hakim xalqın dinini, dilini, adət-ənənələrini öyrənməklə həmin cəmiyyətə inteqrasiya olunur və cəmiyyətin bütün sahələrində iştirak etmək imkanı qazanırlar. Bütün bunlar multikulturalizmin zəif formalarıdır.
Multikulturalizmin zəif formasından fərqli olaraq onun güclü forması milli azlıqlara özlərinin etnik-mədəni dəyərlərini qorumaq üçün onlara həmin ölkədə azadlığın verilməsini və hər bir şəraitin yaradılmasını tələb edirlər. Belə vəziyyətdə cəmiyyətdə dözümlülük nümayiş etdirmək mümkün olunur. Bununla əlaqədar multikulturalizmin tanınmıçş tədqiqatçılarından biri olan Kanadalı professor Vil Kimlika belə hesab edir ki, dövlət onun ərazisində yaşayan bütün etniklərin, dini və irqi qrupların hüquqlarını tanımalı və onların mədəniyyətlərinin qorunması istiqamətində xüsusi proqramlar təşkil etməlidir. Onun fikrincə dövlətin bu müdaxiləsi azlıqların mədəni müstəqilliyinin saxlanılmasına kömək edə bilər. Bununla belə Kimlika hesab edir ki, milli azlıqlar yaşadıqları dövlətin qanunlarına hörmətlə yanaşmalıdır.
Azərbaycanın multikultural modeli isə identiklik xarakterinə malikdir. Azərbaycan cəmiyyətində belə bir fikir var ki, ölkənin bütün mədəniyyətlərinin və xalqlarının qarşılıqlı şəkildə qarşılanması, tolerantlığı və birgə bərabərliyi daima inteqrasiya əsasında qorunmalıdır. Bununla əlaqədar olaraq Ümummilli liderimiz Heydər Əliyev demişdir: “...hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyidir... Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur.”
Multikultural inkişafın inteqrasiyasından danışarkən identik xüsusiyyətlərin formalarını da nəzərə almaq lazımdır. “İdentiklik” sözü ilk dəfə Amerika psixoloqu E.Erikson tərəfindən sosial – humanitar elmlərdə istifadə olunmuşdur.
Mədəni identiklik (etnik, milli, dini, sivilizasion) dövlətin, millətin bazisidir.
İdentiklik həm neqativ, həm də pozitiv sxem üzrə qurula bilər. Neqativ identikliyi rəhbər tutanlar özgə kimi qəbul etdikləri biriliklərə qarşı çox aqressiv olurlar.
Pozitiv identikliyə gəlincə isə ətrafındakı müxtəlif etniklərə millət və xalqlara düşmən kimi baxmırlar. Onlar bütün cəhətlərdə kompromis mövqe tutmağa və konsensusa nail olmağa çalışırlar. Məhz Azərbaycanda belədir.
Lakin Qərb ölkələrində isə tamam başqadır. Qərbi Avropa öz milli birliklərin etnikləşməsi dövrünü yaşayırlar. Bu da nəticədə kəskin etnik konfliktlərin baş verməsinə aparıb çıxarır. Yalnız Avropa ölkələri arasında identikliyin yüksək səviyyəsinin qorunmasına cəhdlər edilir.
Ümumiyyətlə Azərbaycanda çoxmədəniyyətlilik mühitinin qorunub saxlanması üçün UNESCO-nun əməkdaşlığı da çox böyük əhəmiyyət kəsb edir. Belə ki, həmin təşkilatın “Mədəni özünümüdafiə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya “ sənədi, “Dözümsüzlük Prinsipi Haqqında Bəyannamə” və “Mədəni Müxtəliflik Haqqında Ümumi Bəyannamə kimi sənədlər Azərbaycan dövləti tərəfindən qəbul edilmişdir. Bu bərabərlik əhəmiyyəti kəsb edən sənədlər çoxmədəniyyətli və tolerant cəmiyyətlərin inkişafında böyük rol oynayır. “Mədəni özünü müdəfiənin Qorunması və Təşviqinə dair Konvensiya” 20 oktyabr 2005-ci ildə YUNESCO-nun 33-cü sessiyasında qəbul olunmuş, Azərbaycan 26 noyabr 2009-cu ildən həmin konvensiyaya qoşulmuşdur.
Konvensiyanın qəbul edilməsində əsas məqsəd aşağıdakılardan ibarət olmuşdur:

  • Mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək;

  • Müxtəlif mədəniyyətlərin çiçəklənməsi və qarşılıqlı tərzdə bir-birinə sərbəst şərait yaratmaq;

  • Mədəniyyətlərarası hörmət və sülh mədəniyyəti naminə bütün dünyada mədəni münasibətləri geniş miqyasda təmin etmək;

  • Mədəni özünümüdafiə müxtəlifliyini qorumaq, beynəlxalq əməkdaşlığı və həmrəyliyi gücləndirmək.

Multikulturalizmin dünyada bir çox modelləri vardır. Bunlar içərisində Kaanada modeli diqqəti dha çox cəlb edir. Rusiyadan sonra ərazisinin həcminə görə dünyada ikinci yeri tutan Kanadada əhalinin etnik tərkibi də çox müxtəlifdir. Onun yerli əhalisi olan eskimoslar və hindularla bərabər miqrasiya dalğaları nəticəsində buraya gəlmiş müxtəlif əhali tərkibi də mövcuddur. Bu çoxluğa baxmayaraq Kanada burada yaşayan müxtəlif millətlərin hormoniyasını yaradan nadir ölkələrdən biridir. İndi ölkədə əhalinin böyük hissəsini ingilis mənşəli (13 milyon) və fransız mənşəli (9milyon) əhali təşkil edir. Digər etnik qruplar əhalinin 33%-ini, yerli əhali isə 1,3 %-ini təşkil edir. Kanadanın rəngarəng olan etnik tərkibi onun multikulturalizm modelini təşkil edir.
ABŞ-da isə Asiya və İspan mənşəlilər üstünlük təşkil edir. Bununla yanaşı burada Şərqi Asiyadan və Hindi-Çindən köçüb gələnlərin də sayı az deyil. Lakin say baxımından ən böyük etnik qrup İspanlardı. Burada qəbul olunmuş qanunlara uy6ğun olaraq assimilyaiya prosesi təşkil edir.
Lakin bu assimilyasiya dinlərarası münasibətlərin gərginliyini tam şəkildə aradan qaldıra bilmir. Bu da ondan irəli gəlir ki, dünya dinləri həmişə geniş meydan əldə etmək uğrunda mübarizə aparırlar. Bu barədə ingilis şərqşünası Bernard Luisi qeyd edir ki, “Asiya və Afrikanın bir sıra daha qədim kultları və mədəniyyətləri ilə müqayisədə islam və xristianlıq ümumi nəhəng irsləri olmaqla yanaşı-həmçinin bir-birindən daha çox meydan əldə etmək uğrunda mübahisə aparan qardaş dinlərdi. “Belə ki, hər iki din monoteizmi ifadə edir. Buna baxmayaraq onlar qədim dövrlərdən indiyə qədər meydan qazanmaq uğrunda mübarizə aparırlar. Onlar özlərini bir-birinin rəqibi hesab edirlər. Bu da bəzən millətlərarası qarşıdurmalara səbəb olur. Beləliklə də dinlərarası münasibətlərdə böhran yaşanır. Bu səbədən də bir sıra Avropa ölkələrinin rəhbərləri multikulturalizm dəyərlərinin iflasa uğradığını deyirlər.
Multikulturalizmin Azərbaycan modeli isə onların pessimist baxışlarını inkar edir. Azərbaycan prezidenti cənab İlham Əliyev isə multikulturalizmin bütün dünyada yaşaya biləcəyinin mümkünlüyünü qeyd edərək demişdir: “Gəlsinlər Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmləndirir. Heydər məscidinin açılışında mən, şeyx həzrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur bizim reallığımız. Bu bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda bizim xristian, yəhudi qardaşlığımızın orada çıxışı bir mesaj, siqnal idi- həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax belə olmalıdır. Budur normal həyat tərzi, budur normal siyasət.”
Hər halda dünya dinləri də elmi-texniki nailiyyətlərin səviyyəsinə uyğun olaraq modernləşdirilməlidir. Bu yolla da hər bir din dünya ruhuna uyğunlaşmalıdır. Xüsusilə din liderləri müasir dövrün tələblə
Rinə uyğun olan elmi-mədəni səviyyəyə yüksəlməlidir. Dinin mənəvi tərəflərinin inkişafına üstünlük verilməlidirlər. Primitivlikdən, uydurma və vəchlər söyləməkdən uzaq olmalıdırlar.
Təəssüflər olsun ki, bəzi hallarda dini mahiyyətini düzgün dər etməyən etnik-mədəni münasibətlərin müasirləşə bilməyən dırnaqarası din xadimləri də vardır. Onlar dünyanın bütün ölkələrində mövcuddur. Xüsusilə mövcud cəmiyyətlərin beynəlxalq standartlara uyğun gəlməyən ölkələrdə din əhalinin ictimai şüuruna daha çox təsir göstərir. Ölkə qanunlarında bəşəri əhəmiyyətli multikultural xüsusiyyətlər olmadıqda həmin ölkənin din xadimləri insanların ictimai fəaliyyətinə asanlıqla nüfuz edə bilir. Ermənistan məhz belə ölkələrdəndi. Buraa başqa millətləra qarşı münasibəti sanki Erməni-qriqoryan kilsəsi idarə edir.
Başqa ölkələrdə də dərilərinin rənginə, dininə və milliyyətinə görə ayriseçkilik yaradaraq şovinist əhval-ruhiyyə yaradan birliklər və cərəyanlar da vardır. Hələ XX əsrin 40-cı illərinin sonunda ABŞ-da Afrika zəncilərinin bu ölkəyə köç etməsi ağdərilərinin xoşuna gəlməmişdi. Buna baxmayaraq 1950-ci ildən başlayaraq ABŞ siyasi gündəmində Afrika qaradərilərinin apardıqları ictimai-siyasi hərəkat onların insan hüquqlarının cəmiyyət və dövlət tərəfindən tanınmasına böyük təkan verdi. Həmin zamandakı mülki hüquqlar hərəkatı zəncilərin məruz qaldıqları ayrıseçkiliyin aradan qaldırılmasına, onların ictimai və siyasi baxışlarının müsbət xüsusiyyətlərinə və cəmiyyətdə hər kəsin irqindən, etnik münasibətindən, dinindən asılı olmayaraq eyni hüquqa və statusa sahib olmalarına istiqamətləndirilmişdi. Zəncilər də, ağdərilərin də sahib olduqları bütün mülki hüquqlara sahib olmaq istəyirdilər.
Beləliklə mülki hüquqlar hərəkatı ABÇ ictimaiyyəti tərəfindən müsbət qarşılanmış və afrikaamerikalılarına qarşı irqi ayrıseçkiliyi aradan qaldıra bilmişdi. Sonrakı dövrlərdə də bu ölkəyə gələn immiqrantları cəmiyyətin sosial-iqtisadi strukturuna adaptasiya edərkən “Əridən qazan” prinsiplərinə əsaslanaraq onların assimilyasiya edilməsinə nail ola bilmişlər.
Qeyd etmək lazımdır ki, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklər tərəfindən tənzimlənmədikdə cəmiyyətin müxtəlif sahələrində ciddi problemlər və münaqişələr yaradır. Buna görə də cəmiyyət daxilindəki müxtəlifliklərin tənzimlənməsi dövlət quruculuğunun əsas prinsiplərindən biridir. Multikulturalizm siyasəti modeli bu müxtəlifliklərin tənzimlənməsində ən əlverişli modeldir. Lakin bəzi dövlətlər bu müxtəliflikləri assimilyasiya və izolyasiya modelləri əsasında aradan qaldırmağa və ya tənzimləməyə çalışırlar.
Assimilyasiya siyasəti milli azlıqların mədəni-etnik dəyərlərini yerli etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur.
İzolyasiya siyasəti isə milli azlıqların mədəni-etnik dəyərlərinin əsas yerli etnosun mədəni dəyərləri ilə əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olunmasına imkan verir.
İzolyasiya siyasəti 2 formada özünü büruzə verir: 1. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasiyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır.
Aparteid afrikakaans dilindən tərcümədə “ayrılıq”, “ayrılıqda olmaq” mənasını verir. Cənubi Afrika Respublikasında 1948-1994-cü illərdə tətbiq olunan siyasətidir. Aparteid siyasəti qeyd olunan dövr ərzində hakimiyyətdə olan Milli partiya tərəfindən tətbiq olunmuşdur. Aparteid siyasəti ölkə əhalisini, “qaralar”,”ağlar”,”rənglilər” və “hindlilər” qruplarına bölürdü. 1960-1983-cü illərdə 3,5 milyon qeyri-ağ əhali yaşadıqları yerlərdən zorakılıqla başqa yerlərə köçürülmüşlər. Bütün sahələrdə ayrıseçkilik tətbiq olunmuşdur. Yalnız 1994-cü ildə aparteid Cənubi Afrika Respublikasında Nelson Mandelanın rəhbərliyi altında demokratik qüvvələrin ümumi seçkilərdə qələbəsindən sonra ləğv edilmişdir.
Dünyada multikulturalizm siyasətini Kanadadan sonra rəsmi olaraq tətbiq edən ölkə Avstraliya qitəsində Avropa mənşəlilər hələ məskunlaşmazdan əvvəl bu məkanda çox sayda aborigen xalqlar yaşamışdır. Bu ölkədə 400-ə qədər azsaylı xalqların dilləri ünsiyyət vasitəsi olaraq qalmaqda davam edir.
Müasir Avstraliya əhalisinin əksəriyyəti XIX əsrin əvvəllərindən başlayaraq avropalıların miqrasiya dalğası nəticəsində formalaşmışdır. İkinci Dünya Müharibəsindən sonra isə ölkəyə 7 milyon yeni əhali immiqrasiya etmişdir.
Avstraliya ölkəsində hakimiyyət əhalinin mədəni müxtəlifliyini yüksək qiymətləndirir. Bu ölkə irqçiliyi, diskriminasiyanı, dözümsüzlüyü və qərəzliliyi rədd edir.
Multikulturalizmin inkişaf etdirilməsi məqsədilə Avstraliya hökuməti “Avstraliya Multikultural Konsul” təsis etmişdir. Multikultural Konsul ölkədəki mövcud multikulturalizm məsələlərini araşdırır və bu sahədə hökumətə tövsiyələr verir. Ayrıca olaraq Avstraliyada multikultural incəsənətin inkişaf etdirilməsi və festivalların təşkil olunması üçün qrantlar ayırır, müxtəlif etnik mənşəli gənclərin iştirak etdiyi idman yarışları təşkil edilir. Avstraliya multikulturalizm siyasəti dünyada mövcud olan ən uğurlu multikulturalizm modellərindəın biridir.
Multikulturalizm məsələsi müasir Avropa ölkələrində də fərqli mədəniyyətlərin harmoniyası və birgəyaşayışını təminetmə mövzusu olaraq müzakirə edilməkdədir.
Avropa Birliyinə ümumi bir nəzər yetirsək görərik ki, multikulturalizm Almaniya, Hollandiya, İngiltərə, İsveçrə, Fransa və digər Avropa ölkələri tərəfindən müsbət qarşılanır. Kanada və ya Avstraliya modellərində həyata keçirilən multikulturalizm siyasəti qədər olmasa da, milli azlıqların haqları bu ölkələrdə qismən də olsa təmin edilir. Bu haqlara ana dilində təhsil almaq, marginal qrupların siyai fəaliyyətinin artırılması, dini və ənənəvi qaydada qanunların reallaşdırılması üçün qanunvericilikdə güzəştlərin tətbiqi və başqa misalları göstərmək olar. Lakin təssüflər olsun ki, indi də bəziləri tərəfindən multikulturalizm siyasətinin Avropada iflasa uğraması fikirləri qalmaqdadır. Xüsusilə İngiltərədə anqlo sakson təbəqənin həyat tərzi, dəyərləri, əxlaqi normaları cəmiyyətdə hakim olaraq özünü büruzə verir. Buna görə də başqa mədəniyyətə mənsub olan sosial qruplar istər-istəməz hakim əxlaq normalarına inteqrasiya olunur. Əks halda “başqa mədəniyyət nümayəndələri özlərinin etnikxüsusiyyətlərini qorumaqla ingiltərəli ola bilməzlər. Əgər bir etnik miqrant qrupunun mentaliteti Britaniya mədəniyyəti ilə uzlaşmırsa onda onlar öz mədəni köklərini unudub İngiltərə mədəniyyətinə inteqrasiya olmağa məcburdurlar. Burada yad mədəniyyəti qəbul etdikdən sonra yaranır.
Britaniyada qanunlar heyvanın boğazlanaraq kəsilməsini qadağan edir. Lakin din və etiqad azadlığının qorunması çərçivəsində müsəlman və yəhudilərə güzəştlər edilir.
Fransa dövləti də özünü multikultural cəmiyyət kimi təqdim etməyə çalışır. Lakin bu ölkədə 2004-cü ildən etibarən dövlət məktəblərində müsəlman qızların baş örtüyü bağlanmasına icazə vermir, bu din mənsublarına başqa qadağalar qoyur.
Fransa qanunlarında dünyavilik terminin hər hansı bir rəsmi izahı olmasa da, hüquqi mənada bu termin dövlət səviyyəsində dinə, klerikalizmə yer verilməməsi, dinin dövlətdən ayrı olması, qanunverici hakimiyyətin dinə əsaslanmaması və dövlətin bütün dini qurumlara tərəfsiz yanaşması prinsipi əsas götürülür.
Fransız dövləti miqrasiya axını əsasında formalaşan və bu axını fransız mədəniyyətinə inteqrasiya etməklə həll etməyə çalışır. Daha doğrusu, etnik birlikləri özünün “dünyavilik” qanunları ilə tam fransız vətəndaşı etmək istəyir.
16 federal əyalətdən ibarət olan Almaniya isə Avropa birliyi ideyasının müəllifi kimi çıxış edən ölkələrdən biridir. 81 milyondan çox əhalisi olan Almaniya etno-konfensional tərkibli miqrantların sayına görə dünyada öndə gedən ölkələrdən biridir. Belə ki, hal-hazırda Almaniyada 16 milyondan çox miqrant yaşayır. Bunların əksəriyyəti az inkişaf etmiş ölkələrdən Almaniyaya gələn işçi miqrantlardır. Bunların əksəriyyəti az inkişaf etmiş ölkələrdən Almaniyaya işçi qüvvəsi kimi gələn etnik almanlar, türklər və polyaklardır. Almaniya multikulturalizmi məhz bu miqrantların hüquqlarının müdafiəsi və inkişafı etdirilməsi ilə bağlıdır.
Almaniyada türklərdən başqa 40 ölkədən gələn 2 milyona yaxın digər emiqrantlar da vardır. Onların yarım milyona yaxın şərq və qismən Afrikadan, qalanları isə əsasən keçmiş Yuqoslaviyadan gələn müsəlmanlardır.
Almaniyada müsəlmanların çoxluq təşkil etmələrinə baxmayaraq onların öz hüquqlarını qorumaq üçün vahid təşkilatları yoxdur. Ancaq İsrail və Beynəlxalq Yəhudi təşkilatları tərəfindən maddi-mənəvi baxımdan dəstəklənən Almaniya Yəhudilərinin Mərkəzi Şurası mövcuddur. Onlar Almaniyadakı yəhudilərin təhsili, maddi təminatı və hüquqları sahəsində alman dövlətindən hər cür dəstək alırlar. Müsəlman emiqrantlar Kültür Mərkəzlərinin İslam Birliyi Təşkilatını yarada bilsələr də müsəlman ölkələrinin hökumətləri tərəfindən bu təşkilata heç bir dəstək göstərilmir.
Almaniya hökuməti bu ölkədə qalıb yaşamaq istəyən miqrantların qarşısına bəzi tələblər qoymuşdur. Birinci olaraq ölkədə qalıb yaşamaq istəyən miqrantlar Alman dilini öyrənməlidir. Digər şərtə görə miqrantlar Alman mədəniyyətinə sahiblənməlidirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev hələ 2016-cı ili “Multikulturalizm ili” elan edərkən dünya miqyasında görüləcək tədbirlər planına “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə filiallarının açılması istiqamətində zəruri mənəvi dəstəyin göstərilməsi” işinə aid bəndə əlavə edilmişdir. Məhz bu mühüm işin həyata keçirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atılmışdır. Belə ki, hazırda Almaniyanın Drezden, Portuqaliyanın Lissabon, İtaliyanın Roma, Rusiyanın Moskva və Yekatirinburq, İsrailin Tel Aviv, Moldovanın Şişinyov və Bolqarıstanın Sofiya şəhərlərində mərkəzin filialları fəaliyyət göstərir. Bu filiallarbAzərbaycanın haqq səsinin beynəlxalq arenada duyulmasına şərait yaradan fəxri səfir misiyasını yerinə yetirir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin iki filkialı 22 yanvar, 2016-cı ildə Almaniyanın Drezden şəhərində fəaliyyətə başlayıb. Filialın direktoru almaniyalı alim Birgit Vaysgerber olmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası bütün dünya miqyasında özünün multikultural fəaliyyəti ilə kifayət qədər nüfuz qazanmışdır. Bu nüfuzun əldə edilməsində “Bakı prosesi” adı altında göstərilən multikultural tədbirlərin ardıcıl olaraq təşkil olunması böyük rol oynamışdır. Bu tədbirdə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun yaradılması, müxtəlif beynəlxalq təşkilatların nüfuzlu nümayəndələrinin həmin tədbirlərə cəlb edilməsi Azərbaycanın multikultural modelinə arağı kifayət qədər artırmışdır. Bunun da nəticəsində Bakı Beynəlxalq Multikulturalizmi Mərkəzinin dünya miqyasında fəaliyətinin genişləndirilməsinə imkanlar yaradılmışdır.
Etiraf edilir ki, Azərbaycanın multikultural durumu bütün ölkələrə örnək mənbəyi kimi təqdim olunmalıdır. Bu da ondan irəli gəlir ki, ölkə Prezidenti İlham Əliyev həmin tədbirlərdə etdiyi bütün çıxışlarda etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinin rolunu dahiyanə şəkildə şərh etmiş, Azərbaycan multikulturalizm modelinə ayrı-ayrı ölkələrin iştirakçılarında böyük maraq yaratmışdır. Azərbaycanın ali təhsil məktəblərində “Azərbaycan Multikulturalizmi” fənninin tədris olunması bir sıra xarici ölkələrdə də böyük maraq yaratmışdır. Məhz bu maraqdan irəli gələrək 13 ölkə universitetlərində də “Azərbaycan Multikulturalizmi” fənni tədris olunur. İtaliyanın Sapienza Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti, Rusiyanın I prezidenti Boris Yelsin adına Ural Federal Universiteti, Çexiyanın Praqa Karl Universiteti, Litvanın Litva Pedaqoji Universiteti, İsveçrənin Frayburq Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, Türkiyənin Erciyes Universiteti, Portuqaliyanın Lusofono Humanitar və Texnoligiya Universiteti, Almaniyanın Augsburq Universiteti, Gürcüstanın Tiflis Dövlət Universiteti, Belarus Dövlət Universitieti, İndoneziyanın Qodcah Moda Universiteti kimi dünya təhsil müəssisələri “Azərbaycan Multikulturalizmi” fənnini tədris edir.
Azərbaycanda hər il “Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: öyrən, araşdır, paylaş” mövzusunda yay və qış məktəbləri təşkil olunur.
Bakı Beynəlxalq Multikulturalizm mərkəzi dünya gəncləri ilə ölkəmizin gənclərinin dostluq əlaqələri yaratmaları üçün “Azərbaycanın Gənc dostları klubu” ictimai birliyini yaratmışdır.
Beynəlxalq konfransların, mədəniyyətlərarası dialoqların ardıcıl olaraq təşkil olunması müxtəlif dünya ölkələri arasında əlaqələrin qurulması, Azərbaycan dövlətinin daha yaxından tanınması üçün geniş imkanlar yaradır.
Yalnız 2020-ci ildə dünyada və ölkəmizdə Pandemiya xəstəliuyiyn yayılması bir qədər ictimai əlaqələrin zəifləməsinə səbəb olmuşdur. Həm də Azərbaycanın işğal altında 30 il qalan torpaqlarını azad etmək, Ermənistan hakimiyyətinin təcavüzünün qarşısını almaq üçün Vətən uğrunda müharibə qaçılmaz olmuşdur. Azərbaycan gəncliyi bu sınaqdan da qəhrəmancasına çıxaraq yeni tarix yazmışdır.
Bu müharibə kimin dost, kimin düşmən, kimin isə biganə olduğunu da aşkar etmişdir. Ne yaxşı ki, qardaş Türkiyə bütün varlığı ilə erməniləri himayəbedən dövlətlərin önündə özünün böyük gücü ilə dayandı, Azərbaycana əl uzada biləcək xristian-şovinist rəhbərləri neytrallaşdıra bildi. Türkiyədən və İsraildən aldığımız dronlar Dağlıq Qarabağın bütün ərazilərini 1992-1994-cü illərdə tamamilə dağıtmış erməni vandallarını cəzalandırılmasına böyek imkanlar yaratdı. Erməni hakimiyyətinin yanlış siyasəti olaraq xarabalıqlara çevrilmiş bu torpaqlarımız yenidən qanlı müharibənin şahidi oldu. Bu dəfə onun əzəli sahibi olan Aərbaycanlı balalarının rəşadətli qələbəsinə sevindi. Azərbaycan Dövləti, onun çox millətli, çox etnikli xalqı quduz düşmən tərəfindən torpaqlarımıza, mədəni irsimizə vurduğu ağır yaraları tezliklə sağaldacaq və Qarabağ cənnətməkana çevriləcək.
Bu müharibədə biz qardaş Pakistan dövlətinin də həmrəyliyini gördük. Buna görə də Azərbaycan ordusu işğalçı erməni ordusu üzərində qələbələr qazandıqca, şəhərlərimizdə, kəndlərimizdə Türkiyə-Azərbaycan bayraqları ilə yanaşı Pakistan bayraqları da dayandı.
Əgər dünyada bütün xalqlar insanlıq xatirinə bir-biri ilə həmrəy olsaydı onda qanlı müharibələr də baş verməzdi. Bahalı ölüm silahlarına sərf olunan vəsaitlə dünya insanlarının maddi rifahının yaxşılaşmasına sərf olunardı.
Ermənistan tarix boyu müharibə vəziyyət yaratmaqla öz xalqını da ağır məhrumiyyətlərlə üz-üzə qoyur. Bu xal özünün xəstə təxəyyülüyü ilə “Böyük Ermənistan” xülyalarına qapanır. Bu ruhi-psixolji qapanmalar əslində onların həyatlarını ağırlaşdırır və dünya ölkələrinə səpələnməyə məruz qoyur. Bu ölkələrdə də özlərinin cinayət xarakterli fəaliyyətləri ilə tanınırlar. Elə onları xristian olduqlarına və müsəlmanlara qarşı qışqırda biləcəklərinə əsaslanaraq himayə edən Rusiyanın. Fransanın, ABŞ-ın ərazilərində xeyli terror, qarət və s. Cinayət törədiblər. Elə Rusiyanın Moskva şəhəində erməni terrorçuları metroda və başqa nəqliyyat vasitələrində bir neçə dəfə terror hadisələri törədərək qırğınlar törətmişlər. Buna baxmayaraq Rusiya dövləti yenə də ermənilərə hərbi və humanitar yardımlar edir. Səbəbini isə biz yaxşı bilirik.
Bütün bunlara baxmayaraq bütün dünya xalqları ilə qardaşlıq və dostluq münasibətlərimizi genişləndirdiyimiz kimi biz rus xalqını da dost və yaxın qonşu kimi hörmətlə qəbul edirik. Rusiya ilə əlaqələrimizi daha da genişləndirmək üçün ölkəmizdə 300-dən çox rusdilli məktəblər yaratmışıq. Etiraf edək ki, başqa xalqlarla dostluq əlaqələri yaratmaq üçün onların dillərində danışmağı da bacarmalıyıq. Bizim son 17 ildə beynəlxalq miqyasda apardığımız diplomatiyanın güclənməsinin bir səbəbi də Prezidentimiz İlham Əliyevin və onun xanımı, Vitse Prezident Mehriban Əliyevanın bir neçə xarici dilləri bilmələri çox böyük rol oynamışdır.
Yəqin ki, hər kəs Qarabağ müharibəsinin qalibiyyətli günlərində xarici jurnalistlərin Prezidentimiz İlham Əliyevə verdikləri qərəzli sualların şahidi olmuşdur. Sözsüz ki, prezidentimiz İngilis, Rus dillərini mükəmməl bilməsəydi həqiqətlər onlara tam şəkildə açıqlaya bilməzdi.
Vaxtılə Əbülfəz Elçibəyin Yelsinə tərcüməçi vasitəsilə danışması Sərxoş Yelsinin qəzəbinə səbəb olmuşdur.
Yaxud Ermənistanın baş naziri Nikol Paşinyanın həm rus və ingilis dillərində yaxşı danışa bilməməsi natiqlik qabiliyyəti olmadığına görə kəkələyərək danışması onun diplomatik fəaliyyətinə çox böyük zərbə endirmioşdir. Elə bu səbədən də onu erməni siyasətçiləri Əbülfəz Elçibəyə bənzədirlər.
Bir də ki, hər dövlət rəhbərinin diplomatik danışıqlarının kökündə məntiqi təfəkkür dayanmalıdır. Məhz İlham Əliyev dərin məntiqi təfəkkürə malik olan bir rəhbər kimi fəaliyyət göstərir. O, bütün çıxışlarında beynəlxalq qanunlar və normalar çərçivəsində danışmaqla öz siyasi rəqibini həmişə mat vəziyyətində qoyur. Status-kvonun ləğv edilməsini bildirəndə də çox maraqlı siyasi bir gediş etdi. Dedi Qarabağda yaşayan ermənilə bizim vətəndaşlarımızdır. Onlar bu vətəndaşlığa xəyanət etməsələr yaşadıqları ərazilərdə hər cür şərait yaradılacaq və yeni iş yerləri ilə təmin ediləcəklər.
Ermənistanın arxasında duran dövlət rəhbərlərinə də çox maraqlı diplomatik cavablar verdi. Fransa prezidenti Makrona cavab olaraq orada daha çox erməni yaşadığını və belə istəyinin yerinə yetirmək üçün elə Marseldə bir yeni erməni dövləti yaratmağı ona məsləhət etdi. Təbii ki, bu fikir Ermənistanı dəstəkləyən başqa dövlət rəhbərlərinə də bir mesaj oldu.
Digər tərəfdən ölkə Prezidentimiz İlham Əliyev millətçilik yox, Azərbaycançılıq ideolgiyasına üstünlük verən bir rəhbərdir. Eyni zamanda o emosiyalar əsasında yanlış qərarlar çıxartmaqdan uzaqdır. Belə ki, Paşinyan Şuşanın cıdır düzündə yallı gedərkən müxalifətin radikal və son nəticənin nəyə səbəb olacağını düşünməyən nümayəndələri onun raketlə vurulmadığına etiraz edirdilər. Lakin Prezident məntiqi ağılla planlaşdırılmış müharibənin nəticələrindən sonra Nikol Paşinyana daha ağır bir zərbə endirdi. Məğlubiyyətdən sonra Paşinyan daşnaqsütun və başqa radikal partiyaların, müharibədə ölən övladlarının cəsədlərini tələb edən anaların hücumlarına məruz qaldı. Ailəsini isə Rusiyaya qaçırmağa məcbur oldu.
Bizim uşaqlarımızın dillərində isə qələbə anlarında Prezidentin ifadə etdiyi “Nə oldu Paşinyan” sözü bir aforizmə çevrildi.
Prezident İlham Əliyev tərəfindən aparılan multikulturalizm siyasəti də Azərbaycan cəmiyyətinin birləşməsində və tarixi qalibiyyət əldə etməsində böyük rol oynadı.

1 Xəqani Məmmədov, nuru Məmmədov – Bakı 2008, s.182.

Yüklə 141,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin