Multikulturalizmə giriş fənninin predmeti və vəzifələri


İctimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları



Yüklə 141,25 Kb.
səhifə2/11
tarix20.11.2022
ölçüsü141,25 Kb.
#119732
1   2   3   4   5   6   7   8   9   10   11
Multikulturalizm

2. İctimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları

Tolerantlıq və multikulturalizm ideyaları hələ qədim dövrlərdə mifoloji və dini baxışlarda mövcud olmuşdur. Hələ qədim Şumer və Akkad miflərində intellektual baxışlar üstünlük təşkil etmişdir. Şumerlər Mixi yazılarını kəşf etdikdən sonra burada böyük məbədlər tikilmiş, kahinlər, mirzələr yaşamış, müxtəlif qanunlar yaradılmış, dərin fəlsəfi məna kəsb edən ədəbiyyat və miflər meydana gəlmişdir. Çox maraqlıdır ki, Şumerlərin dastan və hekayələrində çoxlu fəlsəfi fikirlər öz əksini tapmışdır. Məsələn, o zaman Cənubi Azərbaycan ərazisində Urmiya gölünün yaxınlığındakı Enmarkaar və Aratta hökmdarlarına aid dastanda göstərilir ki, onlar arasında baş verən münaqişəni həll etmək üçün Aratta hömdarı hazırcavablıq nümayiş etdirərək konsensus təklif edir və münaqişə sülh yolu ilə həll edilir.


“Müdrik Axikar haqqında” olan hekayədə isə insanlar etik davranışlara əməl etməyə çağırılır. Yüzə qədər etik tövsiyələrdən ibarət olan həmin hekayədə deyilir:”Sirr açma.Sarayda eşitdiyin hər bir söz qoy sənin qəlbində çürüsün.”, “Həddindən artıq şirin olma səni udarlar. Həddindən artıq acı da olma səni atarlar.,”Sakit danış, səsini ucaldıb səs küylə danışma. Əgər səs-küylə ev tikmək mümkün olsaydı, onda eşşək gündə ev tikərdi və s.”
Azərbaycan filosofu AğayarbŞükürov yazdığı fəlsəfə kitabında haqlı olaraq qeyd etmişdir ki: “İlkin Şumer miflərinin Azərbaycan xalqıın mifologiyası, mədəniyyəti, dini və fəlsəfəsində özünü göstərməsi dünyanın bu qədim xalqını bizə doğmalaşdırır və onu “özümüzünkü” hesab etməyə imkan verir”*1*
1.Ağayar Şükürov.Fəlsəfə.Bakı1997,s.86-87
Doğrudan da ən qədim zamanlarda həm cənubi. Həm də Şimali Azərbaycanda geniş yayılan Zərdüştlük dini də özünün intellektual məzmununa görə Şumer mədəniyyətindən heç də geridə qalmır. Bu dinin həm yaranmasında həm də inkişaf edərək yayılmasında mağların xüsusi rolu olmuşdur. “Tarixin atası” sayılan Herodot mağların Midiya qəbilələrindən biri olduğunu bildirmişdir.
Qeyd etmək lazımdır ki, Y.V.Çəmənzəminli 1929-cu ildə yazdığı “Xalq ədəbiyyatının təhlili” adlı əsərində Zərdüştlüyü dünyaya mədəniyyət yayan bir din kimi qiymətləndirmişdir. Mağların isə Muğanda yaşadığını bildirmişdir. Maraqlıdır ki, hələ xristianlıq meydana gəlməmişdən qabaq Pompeyin ordusu zərdüştlüyün təsiri altına düşmüş və mehir(mitra) allahına sitayiş etmişlər. Bu haqda Fransız alimi Hyart 1925-ci ildə nəşr etdirdiyi “Qədim İran” adlı kitabında yazmışdır: “Pompeydən başlayaraq Konstantin zamanına qədər mehrə pərəstiş etmək Romalılar, süsusilə əsgərlər arasında böyük mövqe qazamçışdı. Bu hətta xristianlıq üçün təhlükə təşkil edirdi.”*2*
2.A.Şükürov.Fəlsəfə,s.123
Maraqlıdır ki, Zərdüştilik təkcə din deyil, o həm də sosial-etik baxışlar sistemi idi. Məhz buna görə də Zərdüştün ideyaları hələ qədim Yunan alimlərinə, xüsusilə Platona, Aristotelə, Hermippə və başqalarına öz əksini göstərmişdir. Buna görə də Aristotel “Fəlsəfə haqqında” əsərində mağların Misir ruhanilərindən daha qədim Zərdüştlüyün müqəddəs kitabı olan “Avesta” öz məzmununa görə xeyirə, daha doğrusu xeyir fikirə, xeyir gözə, xeyir əmələ çağırışlardan ibarət olan əxlaqi xarakterli şüurlar olmuşdur. Qeyd olunan bu üç tələb Zərdüşt humanizmin əsasını təşkil etmişdir. Bu üçlük insanları tolerantlığa, xeyir əmələ çağırış xarakteri daşımışdır. Zərdüştün bu çağırışları hələ qədim dövrlərdən üzübəri Azərbaycan xalqının həyat xeyirxahlığın təməlini qoymuşdur. Bu xeyirxahlığın nəticəsidir ki, Azərbaycan xalqı yaşamaq üçün onun ərazisinə gələn millətlərə, etniklərə qarşı insanpərvərlik nümayiş etdirmişdir.
Lakin zərdüşt öz ideyalarında sosial şərə qarşı mübarizə aparmağı da bildirmişdir. Yaxşını pisdən ayırmağı da tövsiyə etmişdir. Avestanın Vəndidad hissəsinin 10-cu fəslində hər bir insandan cismani təmizlik, sözlərin, niyyətlərin, əməllərin saflığı tələb olunur. Bu tələblərin hər biri “xeyir” anlayışına əsaslanmalıdır. İnsanlar bir-birini təhqir etməməli, böhtana, şərə yol verməməli, oğurluq və talanşılıqdan çəkinməli, başqalarının mülkiyyətinə toxunmamalı, hətta özünə qarşı da cinayət işləməməlidir Zərdüştün dilindən deyilir ki, “Mən o şəxsəm ki, pak bir təbiətlə insanların ruhunu qorumaq üçün təyin olunmuşam”
Qeyd olunan faktlara əsaslanaraq Zərdüştü dünyanın ilk multukultural insanı adlandırmaq olar. Görünür uzun əsrlər boyu Azərbaycan xalqına məxsus olan xeyirxahlıq Zərdüşt peyğəmbərin əməllərindən qidalanmışdır. Zərdüşt xeyirin şərə qalib gəlməsi üçün insanın bütün həyat fəaliyyətinin düzgün qurulmasının mənəvi istiqamətləırini müəyyənləşdirmişdir. O gənclərə öz ailələriini qurulmasının əxlaqi prinsiplərini də, göstərmişdir. Zərdüşt demişdir:”Ey ərlik qızlar. Ey yeznələr budur xəbərdar edirəm və sizə öyrədirəm, öyüdümü könlünüzdə nəqş edir və ürəklərinizə tapşırın. Təmizkar dolanışıq. Uğrunda qeyrətlə çalışmaqda bir-birindən qabağa düşün. Bu həyat gücü ilə özünüzü xoşbəxt və şad edin.”
Yuxarıda göstərilən fikirlər” Avesta”nın nə qədər bəşəri əhəmiyyətə malik olduğunu əyani şəkildə təsdiq edir. Biz fəxr etməliyik ki, “Avesta” kimi insanpərvərlik, xeyir söz, xeyir fikir carçısı olan müqəddəs bir abidəmiz vardır. Bu abidə cansız deyil, canlı bir varlıq kimi əsirlər boyu bizə insanlığa xas olan əxlaq prinsipləri aşılamışdır. Bu prinsiplər əsasında xalqımızın böyük alimləri və yazarları yetişmişdir.
Dünyada Buddizm, Xristianlıq və İslam kimi dinlər mövcuddur. Tarixə müqayisəli şəkildə nəzər yetirdikdə görürük ki, onların heç biri Zərdüştlüyə aid olan azadfikirliliyin səviyyəsinə yüksələ bilməmişdir. Belə ki, Zərdüştilik şərə yalnız xeyirlə qalib gəlməyin mümkünlüyünü bildirdiyi halda yuxarıda adları çəkilən dinlər bəzi insanların əqli fəaliyyətini kafirlik adlandıraraq cəza tətbiq etmişlər. Məsələn, Hürufilik baxışlarına görə Fəzullah Nəimi öldürülmüş, Nəsiminin dərisini soyaraq işgəncə iləməhv etmişlər. Xristianlıqda isə Cordana Brunoni diri-diri tonqalda yandırmışlar. Nikolay Kuzanskini isə kilsə inkivizasiya təşkilatı ölümə məhkum etmişdir. Bununla bağlı daha çox faktlar göstərmək olar. Antik dövrdə elm, mədəniyyət, fəlsəfə, incəsənət, bədii ədəbiyyat inkişaf etdiyi halda IV əsrdən XIV əsrə qədər xristian dünyasında insanların düşüncəsini kilsə inkivizisiya təşkilatları idarə etmişdir. Yalnız XVI əsrdən başlayaraq cəsarətli alimlərin səyi nəticəsində kilsənin diktaturası sarsıdılmış, intibah dövrünün ideologiyası, fəlsəfəsi. Mədəniyyəti inkişaf etdirilmiş, kilsə diktaturasını yaratmış, feodalizmə qarşı insan haqqında təlim ön plana çəkilmişdir. İnsan zəkasının qüdrətinə, əqlin gücünə inam yaranmışdır. Antik dövrün fəlsəfi irsinə əsaslanan təbiət fəlsəfəsi meydana gəldi. Bu fəlsəfə sxolastik fəlsəfəyə qarşı çıxaraq cəmiyyətin inkişafı naminə. Humanist baxışların, elmin, və mədəniyyətin inkişafı naminə, humanist baxışların, elmin və mədəniyyətin inişaf naminə insanlığa mütərəqqi meyllər gətirdi. Yəni humanist ideyalar Leonardo da Vinçinin, Nikolay Kopernikin, İohan Keplerin, Qalileo Qalileyin elmi yaradıcılığında öz əksini tapdı. Nikolay Kopernik “Səma dairələrinin dövranı haqqında” adlı əsərində heliosentrik sistemi kəşf etdi. Bu kəçflə təbiətşünaslıqdan azad olması prosesi başladı.
XV əsrdə Tomas Mor və Kampanellanın utopik ideyaları rasional təfəkkürün, xüsusilə də maarifçi baxışların inkişafına müsbət təsir göstərdi. İngilis alimi Tokras Hobbusun “İnsan haqqında”, “Vətəndaş haqqında əsərlərində sosial-siyasi baxışları xüsusi yer tutur. Bu baxışlar içərisində multikultural xarakterli fikirlər də mövcuddur. O, dövlətə insanların özlərinin birlikdə yaratdığı bəşəri quruluş kimi baxırdı. O, belə hesab edirdiki, dinin cəmiyyətin həyatında müəyyən mənəvi rolu olsa da o dövlətin işlərinə qarışmamalı, siyasətdən uzaq olmalıdır.
Con Lokk da yazdığı “İnsan zəkassına dair təcrübə” əsərində insan biliklərinin anadan gəlmə ideyalarına qarşı çıxır, uşaq dünyaya gələndə onun beynini ağ lövhəyə bənzədirdi. Biliyin həyat təcrübəsi prosesində qazanıldığını deyirdi. Onun yaradıcılığında multikultural fikirlər də mövcud idi.
XVIII əsrdə Qərbi Avropada alimlərin yaradıcılığında multikultural mədəniyyət anlayışı meydana gəldi. Məsələn, Viko mədəniyyətin özünəməxsus müxtəlifliklərdən ibarət olduğunu deyirdi. Monteskiye isə “Qanunların ruhu” və “Fars məktubları” adlı əsərlərində mədəni müxtəlifliyin sosiolji və siyasi xüsusiyyətləri izah etməyə çalışmışdır.
XIX əsrdə isə ingilis etnoqrafı E.B. Taylor qeyd edirdi ki, mədəniyyətdə təkcə ümumbəşəri yox, həm də müxtəlif xalqlar üçün spesifik olan dəyərlər də mövcuddur.
Lakin biz Qərbi Avropa alimlərinin baxışlarında nə qədər multikultural ideyalar axtersaq da onların heç biri Zərdüştün multikultural ideyalar səviyyəsinə yüksələ bilmir. Məhz dünyada ilk dəfə olaraq Zərdüşt öz təlimində ictimai münasibətlərin iki tərəfini diqqətə çatdırmışdır. O, dünyada Xeyir və Şərin olduğunu bildirmişdir. İnsanlara xeyir sözü, xeyir fikiri və xeyir əməli seçməyi tövsiyə etmişdir. Hər şeydən əvvəl insanları “dinc əməyə” “xoş niyyətə” və şər üzərində qələbənin əldə edilməsinə kömək etməyə çağırmışdır. Zərdüşt qarəti, qətli, yalanı, zülmü, hiyləni, basqını, ədalətsizliyi, tamahkarlığı pisləmişdir. Pis əməlləri şər qüvvələr olan Əhrimənin əməlləri hesab etmişdir. Yaxşı əməlləri isə Hörmüzün əməlləri saymışdır.
Əslində Zərdüştlük etik, sosial prinsipinə görə bəşəri əhəmiyyət kəsb etmişdir. Onun ideyaları multikultural xarakter daşımışdır. Buna görə də Zərdüştlük ideyaları dünyanın bir sıra bölgələrində çox müsbət qarşılanmışdır. Artıq qeyd etdiyimiz kimi Platonun, Aristotelin, Hermippin, Demokritin baxışlarına öz təsirini göstərmişdir. Leyertli Diogenin “Görkəmli filosofların təlimi və deyimləri” adlı əsərində Zərdüşt haqqında maraqlı fikirlər verilmişdir. Zərdüştilik kitabı “Avesta” Əhəməni və Sasani dövlətlərinin müqəddəs kitabı olmuşdur. Bu da ondan irəli gəlir ki, Zərdüştilik insanların milliyyətinə, etnikliyinə, heç bir fərq qoymamışdır. O, dünyada yalnız xeyir və şərin mübarizəsi olduğunu bildirmişdir. Belə çıxır ki, əksikliklərin vəhdəti və mübarizəsi qanunu ilk dəfə Zərdüşt kəşf etmişdir. Belə çıxır ki, Zərdüştilik fəlsəfi mahiyyət kəsb edən dünyəvi bir din olmuşdur. Sonralar bu dünyavilik Maninin təfəkküründə dərin iz salmışdır.
Zərdüştilik artıq eramızın I miniliyyində ictimai ədalətlə səciyyələnən dini-etik təlimlərin yayılmasına səbəb olmuşdur. Azərbaycanda da Manilik adı altında fəaliyyət göstərən dini-sosial təlim meydana gəlmişdir. Bu təlimin yaradıcısı Nəqqaş, filosof Mani olmuşdur. Bəzi məlumatlara görə Mani 216-274-cü illərdə yaşamışdır. Mani hələ gənc yaşlarında dünyanın bir sıra ölkələrini gəzmiş, buddizmlə, brahmanizmlə tanış olmuş, Orta Asiyada yaşayan ayrı-ayrı xalqların milli dinləri haqqında məlumatlar toplamış, yeni “dünya dini” yaratmaq fikrinə düşmüşdür. Beləliklə “Sirlər kitabı”, “İki prinsio haqqında kitab” və “İncil” adlı əsərlərdində yeni dünyəvi təlimini şərh etmişdir. O,”Nəsihətnamə”sində yaratdığı dini-fəlsəfi təlimin dünyanın bütün insanlarını birləşdirəcəyinə ümid etmişdir. Mani yaratdığı təlimlərdə kilsə ayinlərinin sadələşdirilməsinə çalışmış, xalqlar arasında ümumi bərabərlik ideyalarını təbliğ etmişdir. O, 22 hissədən ibarət olan yeddi kitabın hamısının yazılarının məzmununa uyğun olaraq Xeyirlə Şərin, İşıqla Qaranlığın mübarizəsini əks etdirən çoxlu illüstrasiyalar çəkmişdir. Öz əsərlərində Nur və Zülmətin mübarizəsini ön plana çəkmişdir. Maniyə görə allah dünyada şəri yaratmamışdır. Maninin təlimindən belə nəticəyə gəlmək olar ki, şər davranış da, xeyir davranış da insana məxsusdur. Maniçilik heyvan əti yeməyi qadağan etmiş, asayiş və rahatçılığı qorumağı təbliğ etmişdir.
243-cü ildə I Şapur onu yeni bir dünya dininin yaradıcısı kimi qəbul etmişdir. Mani özünün yaratdığı dinin hökmdar tərəfindən qəbul edilməsinin müqabilində “Şapurnamə” əsərini yazmışdır.
Beləliklə, Mani hələ sağ ikən onun təlimi bir çox Şər ölkələrinə yayılmışdır. Hətta döyüşkən uyqur türkləri də onun təlimini qəbul edib İslam dini meydana gələnə qədər yaşatmışlar.
Maninin yaratdığı təlimim sürətlə yayaılmasını görən Sasani dövlətinin saray məmurları onu qısqanaraq təqib etməyə başlamışlar. Buna görə də Mani İrandan qaçmağa məcbur olmuş, uzun illər sərgərdan həyat yaşamağa məcbur olmuşdur. Lakin bir qədər sonra Mani sərgərdan həyatından bezərək yenidən doğulduğu Cənubi Azərbaycana qayıtmışdır. Lakin Sasanilər sülaləsinin IV hökmdarı Bəhram Şahın əmrilə tutularaq həbsxanaya salınmışdır. Həbsxanada ona işgəncələr tətbiq edərək öldürmüşlər.
Zərdüştdən başlayaraq Manilik təlimlərində davam etdirilən bərabərlik ideyaları Cənubi Azərbaycanın Həmədan şəhərində yenidən təşəkkül tapmağa başlamışdır. V əsrin birinci yarısında anadan olmuş Məzdək Bamdad bərabərlik ideyalarını daha qabarıq şəkildə təbliğ etməyə başlamışdır. Məzdək insanın Allah tərəfindən yaradıldığını söyləməklə dünyanın maddi nemətlərinin də insanlar arasında bərəbər bölüşdürülməsi məsələsini yaratdığı təlimin sosial-siyasi tələbinə çeviormişdir. Onun yaratdığı təlimə Maniçilik böyük təsiri olmuşdur. Əslində o, ölkədə sosial islahatlar aparmaq məqsədilə özünü şah Qubada peyğəmbər kimi təqdim etmiş, onu inandıra bilmişdir. Hər kəsin dünyanın maddi nemətlərindən bəhrələnə bilməsi üçün zənginlik ortaq olmalıdır demişdir. Lakin bu təlim I Qubadın oğlu Xosrovun hakimiyyəti dövründə kafir hərəkat kimi qiymətləndirilərək Məzdək ölümə məhkum edilmişdir.
Azərbaycan xalqının nağıl və dastanlarında da tolerant və multikultural yanaşmalar kifayət qədər çoxdur. Bunlar içərisində Kitabi Dədə Qorqud dastanının məzmununa, oradkı obrazların xarakterik cəhətlərinə diqqət yetirərkən başqa xalqların nümayəndələrinə olan münasibətdə multikultural yanaşmaların şahidi oluruq. Dastanda mistik baxışlardan daha çox insani münasibətlər, qəhrəmanlıqda olan saf niyyətlər üstünlük təşkil edir. Bütün münasibətəlr dini mənsubiyyətlər əsasında deyil, həyati müstəvidə həll olunur. Bu cəhət dastanın “Qanlı Qoca oğlu Qanturalı boyunda daha çox nəzərə çarpır. Boyda gənc Qantural müsəlman olduğu halda evlənmək üçün Trabzon Xristian başçısının qızı Selcan xatunu sevir və onunla evlənmək istədiyini gizlətmir. Danışıqlardan məlum olur ki, Oğuz bəyləri üçün sevgi məsələsində dini mənsubiyyət əsas şərt deyil. Burada ən çox insani keyfiyyətlərə üstünlük verilir. Atası Qanturala evlənmək təklifi edərkən o həyat quracağı qızın aşağıdakı keyfiyyətlərə malik olmasını arzulayır Qantural deyir: “Ata, məni evləndirmək istəyirsənsə, bilirsənmi mənə layiq qız necə olmalıdır?... Mən yerimdən durmadan o durmuş olsun! Mən Qaracıq atına minmədən o minmiş olsun!...
Qantural Selcanla evlənmək üçün mövcud qaydaya görə qəhrəmanlıq, igidlik sınağına cəlb olunur. Oqızın atasının tələbi ilə əvvəl buğa ilə, ardınca isə aslanla çarpışmalı olur. Sınaqdan qalibiyyətlə çıxdıqdan sonra Selcan xatunlar birlikdə öz yurduna yolu düşür. Lakin sonradan qızını müsəlman oğuz gəncinə verdiyinə görə Trabzon hakimi peşiman olur və onların ardınca qoşun göndərir. Ancaq müsəlman Qanturalla xristian olan Selcan xatun birləşərək qoşunun hücumlarını dəf edirlər. Beləliklə müqəddəs sevgi dini müxtəlifliyin qadağalarına qalib gəlir.
Selvan xatuna Qanturalın ailəsində xristian qızı olmasına baxmayaraq heç bir ögeylik göstərlir. Əksinə olarq onun qəhrəmanlığı rəğbətlə təsvir olunur, qəbilənin şərəfi sayılır. Selcvanın mənəvi-əxlaqi təmizliyi yüksək qiymətləndirilir, onu müsəlman oğuz qızlarından fərqləndirmirlər.
Tolerantlıq və multikulturalizm ideyaları “Əsli və Kərəm” dastanında da qabarıq şəkildə nəzərə çarpır. Dastanda Kərəm Əslinin erməni atasının bütün qəddarlıqlarına sinə gərir öz sevgisinin adında alışıb yanır. Bu xüsusiyyəti Şeyx Sənanın, Bahadırın və başqa qəhrəmanların obrazlarında da gğrmək olar.
“Ayrı dinə və millətə mənsub gözəllərin vəsfi, onlarla saf, coşqun məhəbbət izharı, bu yoldakı münasibətlər və cəfalar Qanturalı, Kərəm, Şeyx Sənan, Bahadır kimi aşiqlərin həyatını, əslində gözəlləşdirmiş, hətta bəzən bədii faciəvi sonluqlar olsa belə, bu möhtəşəm sevgi simfoniyalarının əzəmətinə kölgə sala bilməmişdir.”*3*
3. Azərbaycan Multikulturalizmi. Bakı 2017,s.115-116
Göstərilən bu faktlar əslində bütün Azərbaycan xalqının dini ayrıseçkiliyə, millətçilik zəmnində yaradılan qeyri insani münasibətlərə etirazını əks etdirir. Bu tolerantlıq əsrlər boyu xalqımızın canında qanında həyati vərdişlərində yaşayır. Tarix boyu xalqımıza qarşı edilən vəhşiliklərə baxmayaraq yenə də qəlbimizin həssaslığını, insanlığa olan bəşəri sevgimizi itirmirik. Azərbaycan xalqında olan bu keyfiyyət hətta bizə qarşı daima düşmənçilik edənləri də təəccübləndirir. Çünki biz tarix boyu Zərdüşt peyğəmbərin verdiyi tərbiyə ilə yaşayırıq. Şərə xeyirlə cavab veririk. Həqiqi tolerantlıq məhz budur. Düşmən isə xəcalət çəkmir, hələ də vəhşi heyvani hisslərlə yaşayır. Abdulla Şaiq isə xəcalət çəkmir, yenə də onların pislikdən ağır eşitməyə məruz qalan qulaqlarına qışqıraraq deyir: “Həpimiz bir günəşin zərrəsiyiz!”
Nizami Gəncəvi hələ XII əsrdən üzü bəri bütün bəşəriyyəti bir-birinə qarşı sevgiyə çağırır. “Eşqdir mehrabı uca göylərin” deyir. Məhəmməd Hadinin “Qardaşız, qardaşız, ey insanlar!” deyərək qışqırığı düşmənin qəddar qəlbinə heç bir təsir etmir.
Yenə də dünyada dini və təriqət düşmənçiliyi davam edir. Xristian təşübkeşliyi yenə də erməni şovinistlərinə qol-qanad verir. Seyid Əzim Şirvani isə yenə də insan olmağı dinlə əlaqələndirməyə qarşı çıxaraq deyir: “İnsan olmaq bir şəxsin müsəlman olub-olmamasından asılı deyil.”
Bütün bunlar tolerantlığa və multikulturalizmə çağırışın bariz nümunələridir. Bu çağırışlar əsrlər boyu xalqımızın dünyagörüşündə, psixologiyasında qorunub saxlanılaraq nəsildən nəsilə ötürülüb. Onlar Azərbaycanın adət və ənənələrində, filosofların, şair və yazıçıların əsərlərində kifayət qədər öz əksini tapıb.
Zərdüştlilikdən üzü bəri Atəşpərəstliyin davranış simvolu olan Novruz bayramında baharın gəlişi münasibətilə küsükükər barışır, ənənəyə görə bu bayram keçirilən müddətdə hamı bir-birinə xoş sözlərlə. Xeyir fikirlərlə yanaşır, pisliklər unudulur, xeyir əməllər tərənnüm olunur.
Azərbaycan xalqı ilk müstəqilliyini 1918-ci ilin may ayını 28-də əldə etmişdir. Lakin bu 23 ay ərzində Azərbaycan dövləti onun ərazisində yaşayan dini. Milli, etni-mədəni azlıqların hüquqlarının qorunmasına, onların nümayəndələrinin qanunvericilik hakimiyyətdə təmsil olunmasına böyük imkanlar yaratmışdır. Belə ki, Azərbaycan Demokratik Cümhuriyyəti (AXC) 120 deputat yerini formalaşdırarkən 21 yer ermənilərə, 10 yer Bakı Rus Milli Şurasına, 1 yer Alman Milli Təşkilatına, 1 yer Yəhudi Milli şurasına, 1 yer Gürcü Milli Şurasına, 1 yer Polyak Milli Komitəsinə verilmişdir. Həmin dövrə AXC hələ dünyanın heç bir ölkəsində olmayan geniş multikulturalizm mühiti yaratmışdı. Milli və etnik azlıqların nümayəndələri müəyyən dövlət əhəmiyyətli vəzifələrdə də çalışmışlar.
XIX-XX əsrin əvvəllərində Azərbaycana gəlmiş etnoslar, o cümlədən almanlar, ruslar, polyaklar, ermənilər və s. etniklər üçün multikultural şərait yaradılmışdır. Onların dilləri, adət-ənənələri qorunmuşdur. Nəticədə isə AXC-nin multikultural siyasətinə əhəmiyyət vermədən 1920-ci il may ayının 28-də bu dünyəvi dövləti bolşeviklər devirdilər. İşğaldan dərhal sonra bolşevik diktaturası Azərbaycan xalqının ruhuna zərbə vurmaq üçün 1920-ci il may ayını 15-də tərkibi əsasən rus və ermənilərdən olan Hərbi İnqilab komitəsinin qərəarı ilə Dini Etiqad Nazirliyi, həmçinin Zaqafqaziya müsəlmanlar İdarəsi bağlandı. Şeyxülislam təsisatı isə ləğv edildi. Bundan sonra məscidlər və dini xarakterli təsisatlar dağıdıldı. Hətta Sovet bolşevik rejimi vandalizm aktlarına da əl atdı. 1936-cı ildə Bibiheybət məscidi və “Qızıl kilsə” kimi tanınan Aleksandr Neviski məbədi partladıldı.
SSRİ-nin bolşevik hakimiyyəti “bütün ölkələrin proletarları birləşin” şüarıp altında əslində bu dövlətin tərkibinə zorla birləşdirilmiş xalqların milli mədəniyyətlərini məhv etmək məqsədilə “Sovet mədəniyyəti” ideologiyasını təbliğ edirdilər. Əslində bu avtoritar rejim “beynəlmiləlçilik” siyasəti altında qeyri rus olanların soy kökünü məhv edir, ruslaşdırma siyasəti yeridirdi. Eyni zamanda ermənilər A.Mikoyanın köməyilə SSRİ-nin ali hakimiyyət orqanlarında yüksək vəzifələrə irəli çəkilirdi. Bu da onlara Dağlıq Qarabağ məsələsini tez-tez gündəmə çıxarmağa kömək edirdi. Bunun da nəticəsində 1923-cü il iyun ayını 7-də İrandan, Türkiyə ərazisindən XIX əsrdə Azərbaycana köçürülən ermənilərə Azərbaycan xalqının bütün hüquqlarını kobudcasına pozaraq Dağlıq Qarabağ Muxtar Vilayəti statusu verdilər. Bu qurumun yaradılması nəticəsində Cavanşir, Qubadlı ərazilərinin böyük bir hissəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə qatıldı. Beləliklə Şuşa qəzasından Xankəndi və 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi ərazisi DQMV-nin tərkibinə qatıldı. 1923-cü il sentyabr ayını 18-də Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilərək erməni Stepan Şaumyanın Şərəfinə Stepanakert adlandırıldı. Bundan sonra zorla vilayətə verilən azərbaycan kəndlərinin adları dəyişdirilərək erməniləşdirildi. Erməni əməlləri baş tutduqdan sonra onlar daha da həvəslənərək SSRİ rəhbərləri qarşısında yenidən Xaricdən Dağlıq Qarabağa erməni köçürmələrini tələb etdilər. Onlar bu yolla gələcəkdə böyük ermənistan yaratmaq məqsədi ilə mərhələ-mərhələ ermənilərin sayını artırmağa başladılar. Hətta qızlarını da azərbaycanlılara verib erməni qarnından çıxan uşaqların sayını artırmağı da unutmadılar. Erməni anaları həmin uşaqları erməni dayılarını canına and içməyi öyrətdilər. Bu da ermənilərə kifayət etmədi. Onlar İrəvan xanlığının qədim sakinləri olan azərbaycanlıları da bu yerdən 1948-1953-cü illərdə Azərbaycanın tarixi torpağı olan İrəvan ərazisindən Kür-Araz ovalığına sürgün etdilər. 150 minə yaxın soydaşlarımız zorakılıqla aran rayonlarına köçürüldü. Sanki Sovet rus hakimiyyəti ermənilərin bütün tələblərini yerinə yetirdi. Buna əsaslanaraq Ermənistan SSRİ-nin rəhbərliyi tutduqları ərazilərdən azərbaycanlıları mərhələ-mərhəlı təmizləmək aksiyası həyata keçirirdilər.
Ümumiyyətlə Rusiya başda olmaqla bir çox böyük xristian ölkələrinin Ermənistana hərtərəfli köməyi hesabına nəinki Dağlıq Qarabağ, eyni zamanda onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonu işğal olundu. Ən dəhşətlisi odur ki, Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün bir çox nüfuzlu beynəlxalq təşkilatlara müraciət etdi. Nəhayət münaqişəni həll etmək üçün 1996-cı ilin dekabr ayında keçirilən ATƏT-in Lissabon Zirvə göreşündən sonra Rusiya ilə yanaşı Fransa və ABŞ nümayəndələri Minsk qrupunun həmsədrləri təyin olundu. Bunun da nəticəsində 3 nəfər üçün çox maraqlı iş yerləri yaradıldı. Uzun illər danışıqlar aparıldı, görüşlər keçirildi və Ermənistan rəhbərləri dəfələrlə dəyişdi. Minsk qrupunun həmsədrləri də qocaldıqca yenisi ilə əvəz olundu. Lakin Dağlıq Qarabağ problemi daha da qəlizləşdi. Tez-tez Ermənistan atəşkəsi pozdu və yeni şəhidlər verdik. 2016-cı ildə isə Azərbaycan ordusunun səbr kasası daşdı və ipə-sapa yatmayan düşmənin üzərinə od ələdi. Ermənilər Dağlıq Qarabağı qoyub qaçdığı halda münaqişəni həll etmək üçün həmsədrlərdən biri olan Rusiya Azərbaycana hədə-qorxu gələrək döyüşlərin dayandırılmasını tələb etdi. Biz də məcbur olub tolerantlıq nümayiş etdirərək müharibəni dayandırdıq. Artıq məlum oldu ki, beynəlxalq hüquq işləmir, yaxud da kim güclüdürsə beynəlxalq hüquq da onun tərəfindədir.
Lakin inanıram ki artıq Azərbaycan güclü ordusu var və ölkə başmısının məqsədyönlü şəkildə apardığı xarici siyasət bizə torpaqlarımızı işğaldan azad etməyə mane olan dövlətlərin başçılarını ən azı liberallaşdıracaq. Onda Paşinyanlar Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşada yallı gedə bilməyəcəklər. Biz dağıdılmış şəhər və kəndlərimizi yenidən bərpa edib şər qüvvələrin qarşısında bir sipər yaradacayıq.
Azərbaycan Prezidenti İlham Əliyev torpaqlarımızın beynəlxalq hüquq normaları çəərçivəsində azad edəcəyimizi vurğulayaraq demişdir: ”Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə qoy əbəs yerə gözləməsin. Bu olmayacaq!”
Təəssüflər olsun ki, Ermənistan hakimiyyətində olanlar gələcək baş verəcək fəlakətin mahiyyətini hələ dərk edə bilmirlər. Balalarının dəhşətli müharibənin alovunda yanacaqlarını anlamırlar. Zərdüşt peyğəmbər quduzlaşmış erməni kimi insanlar nəzərdə tutaraq baş Allah Məzdaya demişdir: “Ey Məzda, əllərimi duaya qaldıraraq... bütün insanların doğru yola düşməsi üçün sənin köməyini istəyirəm”.
Maraqlıdır ki, Zərdüştün söylədiyi bütün əxlaqi-etik fikirlər müasir dövrün insanları üçün də çox aktualdır. Məsələn, Zərdüşt demişdir ki, “Dünyada düşmənçiliyin olmaması xoşbəxtlik deməkdir.” “İnsanların azadlığına toxunmayın, çünki azadlıq dostluq və məhəbbətə yol açır.”
Lakin, niyəsə dünyada düşmənçilik toxumu səpən şərin qarşısını tam şəkildə almaq mümkün deyil. Bəzən hörmət və rəğbətlə ünsiyyət yaratdığımız insanın şər olduğunu görürük. Ermənilərə də həmişə hörmətlə yanaşmışıq. Bakıda, Sumqayıtda, Gəncədə və Azərbaycanın bir çox rayon və kəndlərində ermənilər keyf içində yaşayıblar. 30 mindən çox kişilərimiz erməni qızları ilə evlənərək onları xoşbəxt edib. Azərbaycanda indi də xoşbəxt analar yaşamaqdadır. Ancaq bütün yaxşılıqlara baxmayaraq ermənilər tarix boyu azərbaycanlılara arxadan zərbə vurmağa çalışıblar. Bəzən Azərbaycanlı oğlanlarına vurulan qızlararına da bədbəxt ediblər. Bu “Əsli və Kərəm” dastanında və “Şeyx Sənan” əfsanəsində aydın şəkildə görürük. Şeyx Sənanın yuxuda gördüyü erməni qızına olan məhəbbət faciəli bir sonluqla nəticələnir. Eşqi yolunda o xristianlığı qəbul etsə də qızı ona verməkdən boyun qaçırılar. Əsərin sonunda isə erməni xristian qızı Şeyx Sənana dəlicəsinə aşia olduğundan onun dinini qəbul edir və sonra sevgililər bir yerdə özlərini qayadan atıb ölürlər.
Maraqlıdır ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin ailə həyatına nəzər yetirdikdə onların multikultural bir həyat yaşadıqlarını görürük. Məsələn, XII əsrin məşhur şairi Əfsələddin Xaqani Şirvaninin anası İslamı qəbul etmiş nəsturi qızı olmuşdur. Şair xristianlığa olan xoş münasibətini öz əsərlərində də ifadə etmişdir. Üaqaninin şagirdi olmuş Mücirəddin Beyləqaninin anası isə Həbəş qızı olmuşdur.
Orta əsrlərdə Azərbaycanda tolerantlıq ənənələri görkəmli şairlərimizin poetik əsərlərində kifayət qədər öz əksini tapmışdır. Xüsusilə XII əsrin dünya şairi Nizami Gəncəvinin əsərləri bu cəhətdən diqqəti daha çox cəlb edir. Demək olar ki, şairin bütün əsərlərində multikultural və tolerant nümunələrə rast gəlirik. Nizami Gəncəvinin əsərləri ilə tanış olduqda görürük ki, o geniş elmi-fəlsəfi biliyə malik bir şəxsiyyət olmuşdur. Qədim Yunan filosoflarının- Falesin, Əflatunun, Sokratın, Aristotelin və başqalarını adlarını öz əsərlərində çəkdiyinə onun fəlsəfəyə güclü marağını olduğunu görürük. Hindistanda meydana gələn qədim fəlsəfi təlimlərlə tanış olmuş, qoca Şərqin böyük dühaaları olan Əl-Fərabi, İbn Rüşd, İbn Sina kimi intellektualların yaradıcılığına bələd olmuşdur. Buna görə də hərtərəfli biliyə malik olan Nizami Gəncəvi dünyada ilk dəfə olaraq azad insan, azad cəmiyyət strukturunu yaratmışdır. O, “İsgəndərnamə” və onun ikinci hissəsi olan “İqbalnamə” əsərində humanist şah obrazı yaratmaqla millətlər, tayfalar, arasında mövcud olan münaqışələrə son qoymaq istəyir. O, İsgəndər obrazını ideallaşdırarq hökmdarları ədalətli və insanpərvər görmək istəyir. İrqi ayrıseçkiliyə qarşı çıxır, qara zəncini dərisinin rənginə yox, ürəyinin saflığına görə qiymətləndirməyə çağırır:
Zəncinin zahiri qaradır, ancaq,
Sən ağzından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara, parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır!*4*
“Xəmsə” adlı əsərləri ilə məşhurlaşan Nizami Gəncəvi öz yaradıcılığında ədaləti, xeyirxahlığı, mərhəməti, zəhməti və sevgini tərənnüm etmişdir. O, tarixdə işğalçı zalım və hiyləgər olan hömdarları da ideallaşdırmaqla sanki onları tərbiyə edir. Buna görə də özünün ideallaşdırdığı İsgəndərin Şimala doğru səfərini verir. İsgəndəri azad bir cəmiyətlə üzləşdirir. Burada insanlar xoşbəxtdir və əminamanlıq içərisində yaşayır. Nizami Gəncəvi arzu etdiyi cəmiyyəti düşüncələrdə təcəssümləşdirərək yazır:
Bizdə bərabərdir hamının varı
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz...
Birini qəzəbli, acıqlı görsək,
Ona məsləhətlə eylərik kömək.
Qızıla, gümüşə aldanmaz heç kəs,
Onlar bizim yerdə bir şeyə dəyməz.
Nizami Gəncəvi İsgəndəri əsərin əvvəlində Qərbə. Cənuba, Şimala hərbi yürüşlər edən bir fateh kimi göstərir. Dünyaya ikinci səfərində şair İsgəndəri haqqa, ədalətə səsləyir və ağılın. Biliyin gücünü ona çatdırmağa çalışır. İsgəndər şimalda yaşayan bu insanların ədalətliliyini, humanizmini, vəfa və sədaqətini, Allaha böyük inamını və sonsuz sevgisini görüb deyir:
Belə bir dünyanı o Pərvərdigar,
Bu mərd insanlarçün etmiş bərqərar.
Bunlar Şövkət vermiş aləmə yəqin,
Sütunu bunlardır bütün aləmin.
Nizami Gəncəvi yer üzündə insanın insana qarşı etdiyi zülmlərin yox olmasını arzulayır. Hər kəsin gücünün ədalətdə və ağılda olduğunu deyir:
Zülm ilə dünyanı almaq deyildir mümkün.
Ancaq ədalətlə olarsan hər bir mülki...
İnsana arxadır onun kamalı,
Ağıldır, hər kəsin dövləti, malı...
Ruhlara dərs öyrət sən İsa kimi,
Eşqdən şam yandır o Musa kimi.
Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasında dövləti ictimai ədalət qurmağa borclu olan bir varlıq kimi qeyd edir. Zülmkarlığın dağıdıcı mahiyyətini açıqlayaraq deyir:
Zülmkarlıq dağıdar, bərbad edər ölkəni,
Ədalət səadətlə abad edər ölkəni.
Bu dünyanın nəbzini kim tutsa İsa kimi,
İnsafı, mürvətiylə olar dünya hakimi.
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
Nizami Gəncəvidən sonra insanı ən yüksək varlıq kimi tərənnüm edən İmaməddin Nəsimi olmuşdur. Hürufi- panteist olan şair insanı gövhərdən də, cavahirdən də. Torpağın içində gizlənən bütün sərvətlərdən də üstün tuturdu. Nəsimi bir hürufi-panteist kimi allahı. Təbiəti və insanı eyniləşdirdi:
Haqq-təala adəm oğlu özüdür,
Otuz iki hər kəlamı sözüdür.
Cümlə aləm bil ki, allah özüdür, deyirdi
Nəsiminin bu baxışları sırf hürufi-panteist xarakter daşısa da, əslində o varlığın əsasında insanın durduğnu deyirdi. Hələ Antik dövrdə Yunanıstanda Sokrat və Protoqor olmaqla insanı bütün şeylərin ölçüsü adlandırırdılar. Məhz buna görə də Nəsimi də insanın yaradıcı bir varlıq kimi qiymətini dərk edir, üzünü var-dövlət axtaran zülmkarlara tutub deyirdi:
Ey daşə və türabə deyən qiymətli gövhər,
İnsan bu hüsnü lütf ilə gövhər deyilmir...
Səni bu hüsnü-camal ilə, bu lütf ilə görən
Qorxdular haqq deməyə, döndülər insan dedilər.
Nəsimi öz şerlərini ərəb, fars dillərində yazmaqla yanaşı Azərbaycan dilində də yazmışdır. Hürufi ideyaları zəmnində azadfikirliliyinə görə onu Hələb şəhərində qəddarcasına edam etmişlər.
Məhəmməd Füzuli də öz yaradıcılığında multikultural düşüncəyə malik şair olmuşdur. O, təkcə şerləri ilə deyil həm də elmi-fəlsəfi yaradıcılığa maraq göstərən bir mütəfəkkir kimi də tanınmışdır. O, müxtəlif elmi problemlərin şərhi ilə əlaqədar olaraq Fales, Sokrat, Platon, Aristotel, Prokl, Anoksaqor, Demokrit, Heraklit, Pifaqor və başqalarının adını çəkib, onların elmi fikirlərinə münasibət bildirmişdir. Əl Fərabi, İbn Sina, Nəsrəddin Tusi və başqalarının yaradıcılığı ilə tanış olmuşdur.
Məhəmməd Füzuli “Xoşbəxtlik bağı” əsərində İsa peyğəmbərin şəxsiyyəti aid olar çox maraqlı fikirlər yazmışdır. Çox maraqlıdır ki. Öz yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poemasında Məcnunu kamillikdə günəşə və İsa peyğəmbərə bənzətmişdir:
Xurşid kimi kəmalə qabil.
İsa kimi tifillik də kamil.
adlandırmışdır.
Başqa bir beytdə də Məcnunla İsa peyğəmbərin yüksək humanist missiyası arasında oxşarlıq olduğunu bildirir:
Hər qanda qəm ola, qılma ehmal,
Cəm eylə, dili-həzininə sal.
Həm ver mənə qəm yemək kəmalı,
Həm aləmi qəmdən eylə xali
1828-ci ildə Türkmənçay sülh müqaviləsi əsasında Şimali Azərbaycan Rus imperiyasının əsarəti altına düşdü. Bunun da nəticəsində Şimali Azərbaycanda yaşayan insanların həyatında yeni dövr başladı. Cənubi Azərbaycandan fərqli olaraq Çar Rusiyası özünəməxsus siyasəti həyata keçirmək üçün məktəblər şəbəkəsi yaratdı. Məktəblərin yaradılması Şimali Azərbaycanın mədəni həyatında böyük rol oynadı. Təhsil görmüş istedadlı Azərbaycan gənclərindən Çar Rusiyası istifadə etmək üçün onları müəyyən sahələrdə işə qəbul etdi. Bu insanların yüksək intellektual səviyyəyə yüksələnlərə öz xalqını mədəniyyətini, dünyagörüşünü inkişaf etdirmək maarifçilk fəaliyyəti ilə də məşğul oldular. Onlar xurafat və cəhalətə qarşı mübarizədə böyük işlər gördülər. Maarifçilk sahəsində gördükləri işlərə görə Abbasqulu ağa Bakıxanəv, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Mirzə Kazım bəy, Həsən bəy Zərdabi və başqaları bir sıra elmi nailiyyətlərə yiyələnərək Azərbaycan xalqını adına şərəf gətirdilər. Onlar nəinki Rusiyada, hətta başqa ölkələrdə də özlərinin multikultural xarakterli əlaqələri ilə böyük hörmət qazanmışlar. Çar Rusiyası dəftərxanasında Şərq dilləri üzrə mütərcim vəzifəsində işləyən A.Bakıxanov polkovnik rütbəsinə qədər yüksələ bilmişdir. O, Varşavaya səfərini, bir çox rus ziyalıları ilə görüşləri haqqında xatirələrini “Gözəlliyin aynası” adlı poemasında vəsf etmişdir. Həmçinin məşhur rus təmsilçisi A.Krılovun bir təmsilini Azərbaycan dilinə tərcümə etmişdir.
Multikultural münasibətlərin yaranmasında rolu olan Mirzə Şəfi Vazehin Alman alimi Fridrix Fon Bodenşted 1844-cü ildə Tiflisə gələrək burada fransız və latın dillərindən dərs keçmişdir. Həmçinin burada M. Vazehdən Azərbaycan və Fars dillərini öyrənmişdir. Onun 1850-ci ildə Berlində nəşr olunan “Şərqdə min bir gün” kitabı Azərbaycanın mədəniyyəti və ədəbiyyatı haqqında almanları tanış edən ilk kitab olmuşdur.
Almaniyada nəşr olunan ikinci kitab alman alimi Adolf Berjenin tərəfindən yazılan “Qafqaz və Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir” adlı kitab 1867-ci ildə Leypsiq şəhərində çap olunub. Bu kitabda Şərq-Qərb münasibətlərinin, həmçinin multikultural münasibətlərin tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.
XIX əsrin Azərbaycan elminin və multikultural dəyərlərin ən böyük nümayəndələrindən biri də Mirzə Kazım bəydir. Azərbaycanın ən tanınmış şərqşünas alimi olan Mirzə Kazım bəyin maarifçilik fəaliyyəti onun multikultural fəaliyyəti ilə paralel şəkildə həyata keçirilmişdir. Mirzə Kazım bəy Rusiyada müsəlman hüququnun ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk elmi qrammatikasının yaradıcısı olmuşdur. L.N.Tolstoya və N.Q.Çernişevskiyə şərq dillərini öyrətmiş N.İ.Lobaçovski ilə dostluq əlaqələri olmuşdur. O, M..Axundovun ərəb əlifbasının dəyişdirilməsi fikrinə dəstək vermişdir. Ərəb, fars və Azərbaycan xalqlarının qədim və orta əsrlər tarixinə aid əsərləri tarix elminin inkişafında böyük rol oynamışdır.
Mirzə Kazım bəy dünyanın ən qabaqcıl akademiyalarının və elmi təşkilatlarının həqiqi və ya fəxri üzvü olmuşdur.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun alim, ədib və filosof kimi xidmətləri çox böyük olmuşdur. O, dövlət idarələrində işləyərkən polkovnik rütbəsinə qədər yüksəlmişdir. Ərəb, fars, rus və fransız dillərini mükəmməl bilmişdir. Səbuhi təxəllüsü ilə şerlər, “Puşkinion ölümünə şərq poeması”yazmışdır.
Mirzə Fətəli Axundov Azərbaycanın nəsiyyətçi mütəfəkkirlərinin çox da uzağa gedə bilmədiklərinə iradını bildirərək demişdir: “Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalımın təbiətinə qətiyən təsir etmir. Buna görə də millət özü, dinin maniyəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yek cəhət olub, zalimə müraciətlə dedi: “Səltənət və hökümət büsatından əl çək!”
M.F.Axundovun qeyd olunan fikrindən aydın olur ki, O, XVII-XVIII əsrlərdə baş verən ictimai-siyasi hadisələri dərindən öyrənmiş və həmin proseslərə öz münasibətini bildirmişdir. “Həkimi-ingilis yuma cavab” və “yek kəlmə əsərlərində Qərb idealizminin təsvirini verə bilmişdir.
M.F.Axundov xalqların bir-birinin elmindən, mədəniyyətindən bəhrələnməsinə üstünlük verirdi. Xalqının cəhalət içində yaşamasını öz şəxsiyyətinə sığışdırmışdı, onu elmli, savadlı görmək istəyirdi. O, əsas fəlsəfi əsəri olan, “Kəmaliddövlə məktublarında yazırdı: “Ey Cəlalüddövlə! Sən bilirsən ki, idarə və politika elminin təhsili İranda mümkün deyil, vacibdir ki, Avropaya səfər etmək və orada təhsil eləmək. Aya, bu mümkündürmü? Necə səfər etmək və kafirlərlə görüşüb tanış olmaq. Aya, fanatik və şarlatan ülama bu işə razı olarmı, Aya, bu puç əqidələr bu işə fitva verə bilərmi?
Həsən bəy Zərdabi də öz xalqının ictimai tərəqqisi, maarifləşməsi üçün bütün ömrünü həsr etmişdir. O da Avropa mədəniyyətinin inkişafını görüb, xalqımızın milli mədəniyyətinin inkişafını görüb. Xalqımızın milli mədəniyyətinin inkişafına can atırdı. O, 1875-ci ildə “Əkinçi” qəzetini də Xalqı maarifləndirərək, onu cəhalətdən təbliğat yolu ilə xilas etmək niyyəti güdmüşdür. Elə həmin qəzetdə yazmışdır: “Neçə dəfə Avropa tayfalarının, Məğrib-zəminin bizim tayfalardan, yəni Məşriq əhlindən artıq tərəqqi etməyindən və onun səbəblərindən danışmışıq. Əlbəttə, bu səbəblərin ümdəsi onlar bizdən artıq elm təhsil etməkdədir və bunun bir səbəbi də azadlıqdır. Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub ol vaxtacan bizdən betər avam olub. Amma bu halda azadlıq cəhətindən Avropa əhli çox tərəqqi edib və hər bir işdə bizdən irəli düşüb. Əgərçi bizim şəriətimizə görə qul azad etmək böyük savabdır, amma biz bu barədə həm işi gec qanmışıq. Satınalma qulu azad etməyi savab hesab edə-edə, biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyir?”
Milli azadlıq hərəkatının böyük dühalarından biri olan Məmməd əmin Rəsulzadə də bütün ömrü boyu Azərbaycanın Rus İmperiyasının pəncəsindən azad olması uğrunda mübarizə aparmışdır. “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyərək ömrünü yaşamışdır.
Çarizmin Qafqaz xalaqları arasına düşmənçilik səpdiyini pisləmiş və bu bölgənin insanlarını birləşərək düşmənçilikdən azad olmağa çağırmışdır: “Ey vətənini istəyən qafqazlı sülh sevən ünsürlər! Əgər sülh istəyirsizniz, yəni düçar olduğunuz mərəzdən səhhət tapmağınızı arzu edirsiniz, müttəhid olun, birləşin taki zikr olunan illətlər oluruyur, bu mərəz, bu xəstəlik də olacaq”.
Sevindirici haldır ki, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası çətin bir vəziyyətdə olsa da öz müstəqilliyini elan etdi. Lakin bu müstəqillik qansız-qadasız ötüşmədi. Erməni faşistləri torpaq iddiası qaldırarq onları himayə edən, hələ XX əsrin əvvəllərində Azərbaycan ərazisinin böyük bir ərazisində onlara dövlət yaradan Rusiyanın həm hərbi qüvvəsindən və onlara ötürülən silahından istifadə edərək tarixi torpağımız olan Dağlıq Qarabağda qırğınlar törədərək torpaqlarımızın 20 faizini işğal etdilər. Xocalıda soyqırım törədildi. Minlərlə insanlarımız həmin müharibədə həlak oldu. Ancaq Azərbaycan Milli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə tədricən inkişaf etdi. Onun rəhbərliyi altında dünyəv i bir siyasət aparıldı. Azərbaycanın maddi-texniki bazası yaradıldı. Ölkəmizi beynəlxalq miqyasda tanıtdıra bildi. Yəni Azərbaycan dövlətçiliyinin əsasını qurdu. Torpaqlarımızı işğaldan azad etmək məqsədilə ordu quruculuğu həyata keçirildi. O, dünyasını dəyişdikdən sonra Heydər Əliyevin varisi İlham Əliyev atasının vəsiyyətlərini həyata keçirərək müstəqil Azərbaycanı daha da inkişaf etdirmək üçün iqtisadiyyatımızı inkişaf etdirməklə yanaşı beynəlxalq diplomatiyaya böyük üstünlük verdi. Ordumuz qabaqcıl hərbi texnologiya ilə təchiz olundu. Öz himayəçilərinə arxalanan Ermənistan isə gündən-günə zəifləsə də faşist mahiyyətli ideologiyasından əl çəkmədi, tez-tez Azərbaycanın dövlət sərhədlərini pozmağa çalışdı. Bu münaqişəni həll etmək üçün hələ 27 il bundan qabaq BMT tərəfindən yaradılan Minski həmsədrlər qrupu isə yalnız boş danışıqlara üstünlük verdi. Həmin qrupun bu laqeydliliyini görən Ermənistan rəhbərliyi isə təcavüzkar əməllərini daha da genişləndirir, Azərbaycanı hətta Bakl şəhərini də işğal etməklə hədələyirdi. 2020-ci ilin sentyabr ayını 27-sində isə Dağlıq Qarabağ bölgəsindən yeni ərazilər ələ keçirmək üçün təmas xəttini yenidən pozdular. Bundan sonra azğınlaşmış erməni quldurlarının arzularını gözlərində qoymaq üçün Ali baş komandan İlham Əliyev nəhayətki, işğal altında 30 il qalan torpaqlarımızı azad etmək üçün hücum etmək əmri verdi. Bütün Azərbaycan xalqı onun ətrafında birləşərək işğalçıya qarşı aparılan Vətən müharibəsinə qoşuldu. Ordumuzun gücü qarşısında aciz qalan erməni Xuntasının hərbi rəhbərləri isə müharibə ərazilərindən kənarda yerləşən şəhər və kəndlərimizdə yaşayan dinc əhalini hədəfə aldılar. İlham Əliyev isə hərbi Xuntanın bu yaramaz hərəkətinə cavab olaraq ordumuza Ermənistanın mülki əhalisinə atəş açmağı əmr etdi. Rəşadətli ordumuzun gücü qarşısında duruş gətirə bilməyən cəmi 44 gün aparılan müharibəyə davam gətirə bilməyərək Ermənistanın hərbi xuntası rüsvayçılıqla məğlub oldu.
Ən maraqlı cəhət odur ki, Azərbaycan hakimiyyəti və xalqı ermənistan millətindən olanılara düşmən gözü ilə ilə baxmadılar. Prezidentimiz bildirdi ki, Azərbaycan vətəndaşlığını qəbul edən və dövlət qanunlarımızla yaşamaq istəyən hər bir erməniyə öz ölkəmizin vətəndaşı kimi şərait yaratmağa hazırıq. Bu xüsusiyyət Azərbaycan hakimiyyətinin və xalqının kifayət qədər tolerant və multikultural olmasını əks etdirir.



Yüklə 141,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin