Xristianlıq Provaslav cərəyanı. I əsrdə Romada meydana gəlmişdir. Bibliyanın Əhdi-cədid hissəsi xristianlığa aiddir.
Xristianlığın üç böyük cərəyanı var. Provaslavlıq cərəyanı ilk dəfə Bizans imperiyasının dövlət dini olmuşdur. Provaslav kilsəsinə görə bibliyanı şərh etmək hüququ yalnız kilsəyə aiddir. Provaslav kilsəsinin 7 dini mərasimi var: xaççəkmə, yağsürtmə, dadma, tövbə, ruhaniliyə qəbul olma, xəstənin və ya cnverən adamın bədəninə müqəddəs yağsürtmə. Rus provaslav kilsəsi 462 müqəddəs simaya etiqad edir. Provaslavlar müqəddəs cənazələrə inanlara isə itaət edirlər. Din bayramı pasxadır.
Katolik kilsəsindən fərqli olaraq provaslavlığın 14 müstəqil mərkəzi vardır. (Türkiyədə, Misirdə, Rusiyada, Suriyada, Gürcüstanda və s.)
Bütün xristian cərəyanları Ata Allaha, Oğul Alllaha və müqəddəs ruh Allahı hesab olunan Məryəmə sitayiş edirlər. Provaslavlar Bibliyanın Əhdi Cədid hissəsini qəbul edirlər. Buraya 27 əsər daxildir.
Provaslavlıqda monaxlığa xüsusi əhəmiyyət verirlər. Evlənən monax ağ, evlənməyən isə qara monax adlanır. Provaslavlığa görə loqos Allahla insan arasında vasitəçi hesab olunur.
Provaslavlıq XIX əsrin əvvəllərində Azərbaycanda köçürmə nəticəsində yayılmışdır. Bakıda ilk provaslav kilsəsi 1815-ci ildə açılmışdır. Bu qərar rus generalı N.F.Rtişşşevin sərəncamı ilə yerinə yetirilmişdir. Sonra isə “Müqəddəs Nikolay” kilsəsi Qız qalası yaxınlığındakı ərzaq dükanı kimi istifadə edilən köhnə məscidin yerində inşa olunmuşdur. 1888-1898-ci illərdə isə “Aleksandr Nevski” kilsəsi inşa edilmişdir. Onun açılışında III Aleksandr ailəsi ilə iştirak etmişdir.
Katolisizm O, provaslavlıqdan çox az fərqlənir. O da üç üqnuma etiqad edir, həmçinin Allah anasına, məleykələrə, möcüzələrə, axirət dünyasına və xilaskarın zühur edəcəyinə etiqad edir. Yaxşı əməllərinə görə insanlara cənnət səadəti vəd edir.
Katolisizmin Romada Vatikan adlanan vahid mərkəzi vardır. Bu mərkəzdə Roma papası bütün xristian kilsəsinin başçısı, Xristosun canişini və Apostol Pyotrun xələfi hesab olunur. Pyotr Roma şəhərində birinci yepiskop olmuşdur.
Katolisizm atadan və oğuldan “müqəddəs ruhun zühur olmasına” etiqad edir. Bu məsələ ilə əlaqədar olaraq katolisizm ilə provaslavlıq kilsəsi arasında mübahisələr indi də davam edir. Provaslavlar müqəddəs ruhun yalnız atadan zühur olmasına etiqad edir.
Provaslavlıqdan fərqli olaraq katolik kilsəsi öyrədir ki, cənnət və cəhənnəmdən başqa məhşər də vardır. Məhşər hələ çox günah işlətməmiş adamların ruhlarını pak etmək üçündür.
Katoliklər də provaslavlıqda olduğu kimi 7 dini mərasim keçirirlər. Eyni zamanda sehrbazlıq və ovsunçuluğa da inanırlar. Lakin katoliklərin 7 mərasimi provaslavlardan bir qədər fərqlənir. Məsələn, xaççəkmə mərasimində katoliklər suya salmaq əvəzinə, yalnız su çiləməklə kifayətlənirlər. Çörəyi acımış xəmirdən deyil, mayasız xəmirdən bişirirlər. Dadma ayinin çörək və şərabla yerinə yetirilməsi isə yalnız ruhanilər üçündür. Həmçinin katoliklərdə yağsürtmə mərasimi uşağın 8 yaşı tamam olduqdan sonra icra olunur. Bu ayin “konfiriasiya” adlanır.
Ölkəmizdə katoliklik XIV əsrin əvvəllərindən yayılmağa başlamışdır. Həmin dövrdən Azərbaycana gələn katolik –rahib ordenlər Bakıda, Şamaxıda, Gəncədə, Təbrizdə, Naxçıvanda və başqa yerlərdə kilsələr və tədris ocaqları yaratmışlar. Rusiya imperiyasının işğalından sonra bütün katolik qrupları öz fəaliyyətlərini dayandırmışlar. Lakin XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Polşa üsyançılarının və Rusiya imperiyasının bütün bölgələrindən olan katoliklərin Qafqaza sürgünü nəticəsində XIX əsrin 80-ci illərində Bakıda katoliklərin sayı min nəfəri ötmüşdür. 1912-ci ildə qotik üsulu ilə katolik kilsəsi tikilmişdir. Həmin kilsə Sovetlər tərəfindən 1934-cü ildə dağıdılmışdır.
1999-cu ilin aprel aynın 2-də Azərbaycan Respublikasında katolik icması rəsmi qeydiyyatdan keçmişdir. 2007-ci ilin fevralında Bakıda katolik kilsəsinin inşası yekunlaşmışdır.