Mövzu: orqanogenez, ekto- və endoderma məNŞƏli orqanlarin inkişafi plan



Yüklə 28,09 Kb.
səhifə6/6
tarix31.12.2021
ölçüsü28,09 Kb.
#112061
1   2   3   4   5   6
Mövzu 5.

Tənəffüs orqanlarının inkişafı

Tənəffüs orqanları meydana çıxana qədər heyvanlar bədən səthi ilə tənəffüs etmişlər. Tənəffüs orqanı ilk dəfə həlqəvi qurdlardan olan qum qurdunda meydana çıxmışdır. İlk tənəffüs orqanı qəlsəmə şəklində örtük toxumasının şaxəli çıxıntılarından inkişaf edir.

Ağ ciyər ilk dəfə molyuskalarda əmələ gəlmişdir. Qarınayaqlıə ilbizlərdə manti cibciyi formasında ağ ciyər formalaşır. Ağ ciyərin divarında qaz mübadiləsi gedir. Hörümçəkkimilər qarıncıqda yerləşən bir cüt ağ ciyər kisələri və bir cüt traxeyalar vasitəsilə tənəffüs edirlər, yəni iki cür tənəffüs edirlər.

Amfibilərdə və sürünənlərdə də ağ ciyərlər kisə şəklindədir. Amfibilərdə ağ ciyərlərin divarı nazikdir. Döş qəfəsi əzələləri olmadığı üçün hava başdakı ağız boşluğu əzələlərinin iştirakı ilə biləvasitə ağ ciyərlərə ötürülür.

Sürünənlərdə ağ ciyər nisbətən mürəkkəbləşmişdir. Beləki, ağ ciyərin divarından onun boşluğuna doğru arakəsmələr gedərək büküşlər əmələ gətirir, nəticədə daxildəki boşluq kiçilir, ağ ciyərin divarı qalınlaşır. Büküşlər hesabına onun divarı arı pətəyini xatırladır və ümumi tutumu artır. Hava aparıcı yollar – qırtlaq, traxeya və bronxlar inkişaf edir.

Quşlarda və məməlilərdə aö ciyərlər kisə şəklində olmur, onların içərisi toxuma ilə doludur. Onurğalıların fərdi inkişafı zamanı ağ ciyərlər ilk bağırsağın ventral hissəsindən əmələ gəlir. Həmin nahiyyədə əvvəlcə kiçik qabarıq meydana çıxır. Onun ön genişlənmiş hissəsi qırtlağa differensiasiya olunur. Orta hissəsindən traxeya inkişaf edir. Digər kor ucu dixotomik şaxələönərək bronxları əmələ gətirir. Bronxların şaxələnməsi ilə əlaqədar olaraq ağ ciyərlərin əmələ gəlməsi başlanır. Bronxlar dəfələrlə şaxələnir və nəticədə çoxlu miqdarda bronxiollar yaxud bronx kapilyarları meydana çıxır. Sonra isə hər bir bronx kapilyarlarının ucunda ağ ciyər qovuqcuqları – alveolları əmələ gəlir. Beləliklə ağ ciyərlər formalaşır.

Bronxlar şaxələndikcə diametri kiçilir və bu zaman onların divarının quruluşu da dəyişilir. Belə ki, bronxlar qığırdaq halqalarından əmələ gəlir. Bronxiollarda qığırdaq tamamilə itir və alveolların divarı ancaq birqatlı epiteldən təşkil olunur və xaricdən qan kapilyarları ilə əhatə olunur. Hər ağ ciyərdə 300-500 milyon alveol əmələ gəlir.

Şırımlar vasitəsi ilə insanda sağ ağ ciyər üç paya, sol ağ ciyər isə iki paya bölünür. Sonra seroz qişadan təşkil olunmuş plevra əmələ gəlir. İki cür plevra meydana çıxır: 1)visseral plevra 2) parietal plevra.



Visseral plevra ağ ciyərləri hər tərəfdən örtür. Parietal plevra isə döş boşluğunun divarını daxildən örtür. Visseral və parirtal ölevraların arasında yarıq şəklində boşluq əmələ gəlir. Bu boşluğa plevranın səthində olan epitel hüceyrələri tərəfindən azca maye ifraz olunur. Həmin maye plevranın səthini sürtünmədən qoruyur və ağ ciyərləri nəm edir.
Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin