Mövzu: orqanogenez, ekto- və endoderma məNŞƏli orqanlarin inkişafi plan



Yüklə 28,09 Kb.
səhifə3/6
tarix31.12.2021
ölçüsü28,09 Kb.
#112061
1   2   3   4   5   6
Mövzu 5.

Görmə orqanları

Görmə orqanının filogenezinə nəzər salsaq görərik ki, o hələ sadə quruluşa malik olan çoxhüceyrəli onurğasız heyvanlarda meydana çıxmışdır. Lakin heyvanlar aləmi inkişaf etdikcə görmə orqanı da inkişaf etmiş və quruluşca mürəkkəbləşmişdir.

Görmə orqanında 2 cür aparat əmələ gəlmişdir: 1. əsas aparat-göz alması, 2.köməkçi aparat-göz qapaqları, əzələlər, qaşlar, kirpiklər, göz yaşı vəziləri. Köməkçi aparatlar həyatın su mühitindən quru mühitə keçməklə əlaqədar olaraq meydana çıxmışdır. Göz əzələləri göz almasını hərəkət etdirir, digər köməkçi hissələr isə quru həyat tərzinə keçməklə əlaqədar olaraq əmələ gəlmiş və qoruyucu funksiya yerinə yetirirlər.

Fərdi inkişaf zaqmanı gözün ilk başlanğıcı ara beynin divarında göz qovuğu şəklində meydana çıxır. Göz qovuğunun ölçüsü müxtəlif heyvanlarda kəskin şəkildə fərqlənir. Amfibilərin rüşeymdə göz qovuğu ara və ön beynin ümumi həcminin 10-50 %-ni təşkil edir. Sümüklü balıqlarda, sürünənlərdə və quşlarda amfibilərə nisbətən göz qovuğunun ölçüsü iri olur. Məməlilərin rüşeymində beynin həcmi ilə müqayisədə yenidən onun ölçüsü kiçik olur.

Rüşeymin inkişafı zamanı göz qovuğu ara beyindən ayrılır və nazik göz saplağı vasitəsilə ara beyinlə birləşir. Göz qovuğu böyüyərək biləvasitə ektoderma ilə təmasda olur və eyni zamanda göz qovuğunda mürəkkəb morfoloji dəyişikliklər baş verir. Beləki göz qovuğunun xarici səthi qalınlaşır, sonra isə daxilə basılır və nəticədə o, iki qatlıə qədəhə-göz qədəhinə çevrilir. Qədəhin daxilə çökmüş divarı xarici hissəsinə nisbətən qalın olur. Göz qədəhinin daxili divarının hüceyrələrindən gözün torlu qişasının başlanğıcı, xarici qatından isə gözün piqmentli qişasının başlanğıcı əmələ gəlir. Göz qədəhinin kənarı isə bəbəyə çevrilir. Göz qədəhinin boşluğu gözün gələcək dal kamerasına çevrilir və içərisi şüşəyəbənzər cisim ilə dolur. Şüşəyəbənzər cism göz qədəhinin daxili qatından, yəni ektodermadan inkişaf edir. (qədəhin daxili qatı ektoderma mənşəlidir). Lakin şüşəyəbənzər cismin formalaşmasında mezoderma mənşəli hüceyrəvi elementlər də iştirak edir. Göz qədəhinin dəliyi əvvəlcə geniş olur, sonra isə tədricən daralır.

Qədəhin daxili qatının ön (geniş) hissəsi tirlu qişanın görmə hissəsinə diferensiasiya olunur, dal (kiçik) hissəsi isə qüzehli və kirpikli hissələsin başlanğıcını əmələ gətirir. Kirpikli hissədən kirpikli cism formalaşır, onun içərisində kirpikli əzələlər inkişaf edir. Qüzehli hissədən qüzehli qişa əmələ gəlir.

Torlu qişanın hüceyrəvi elementləri sinir liflərinə diferensiasiya olunur, bunlardanda görmə siniri inkişaf edir.

Mezodermal mənşəli hüceyrəvi materialdan (mezenximdən) damarlı qişanın qan damarları inkişaf edir. Bu damarlar torlu qişanı qidalandırır.

Ektodermal epiteldən billur inkişaf edir, büllur şüanı sındırır. Büllur ektodermanın göz qovuğu ilə təmasda olduğu nahiyyəsindən əmələ gəlir. Əvvəlcə ektodermanın həmin nahiyyəsi qalınlaşır və tezliklə cibcik əmələ gətirir ki, bu da büllura çevrilir. Əgər göz qovuğu çıxarılarsa, o zaman büllur əmələ gəlmir. Deməli, göz qovuğu induksiyaedici təsir göstərir. Göz qovuğu epidermisin digər nahiyyəsinə köçürüldükdə eöidermisin həmin hissəsindən büllur inkişaf edir. Göz almasının damarlı və ağlı (sklera) qişaları göz qədəhini əhatə edən mezenximdən əmələ gəlir. Mezenximin daxili qatından qamarlı qişa, xarici qatından isə sklera inkişaf edir. Ön tərəfdə bu q2işaların arasında boşluq-ön kamera meydana çıxır. Sklera həmin nahiyyədə (ön tərəfdə) çox şəffav olur və buynuz qişanın əmələ gəlməsində iştirak edir. Buynuz qişanın yaranmasında həm mezenxim, həmdə ektoderma (epidermal epitel) iştirak edir. Dəri büküşlərindən göz qapaqları inkişaf edir.


Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin