Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə31/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   ...   27   28   29   30   31   32   33   34   ...   70
I qrupa aid edilən uşaqların emosional -iradi cəhətdən qeyri-yetkin olması onlarda ixtiyari və qeyri-ixtiyari diqqətin formalaşmaması ilə bağlıdır. İxtiyari diqqət olduqca zəif inkişaf etdiyinə görə, belə uşaqlar naməlum güclü qıcıqlandırıcıların təsirinə qarşı olduqca həssas olurlar. Onlarda diqqətin davamlılığı, paylanması, yeni fəaliyyət növünə keçirilməsi kimi xassələr inkişaf etməmiş olur. Qeyd olunan xüsusiyyətlər belə uşaqlara fəaliyyətin məqsədyönlü olaraq təşkilində, psixi fəaliyyətin tənzimində maneçilik törədir. Psixoloji ədəbiyyatlarda bunun səbəbi uşaqlarda baş beyinin alın payının qabıq hissəsi ilə qabığaltı mərkəzlər arasında rabitələrin inkişafdan qalması ilə əlaqələndirilir. Rabitələrin bu sistemi öz inkişafında xeyli uzun müddət tələb edir və təxminən 12-15 yaşlarda normal həddinə çatmış olur.

Ontogenetik inkişafın gedişində və təlim prosesinin təsiri altında I qrup kimi fərqləndirən uşaqlarda idrak proseslərinin inkişafında müsbət dinamika və normaya yaxınlaşma halları müşahidə olunur. Bununla belə, belə uşaqlarda iradi-emosional sferanın pozulması fonunda affektiv oyanıqlıq, impulsivlik, aqressivlik, tez qıcıqlanma kimi mənfi davranış formaları nəzərə çarpır. Bu xüsusiyyətlər uşaqlarda ifadəli yorğunluq, diqqətin davamsızlığı, fəaliyyət prosesində onun həcminin daralması kimi hallarla çulğalaşmış olur. İxtiyari diqqətin çatışmazlığı onlarda perseptiv əməliyyatların yerinə yetirilməsində, onların sürəti və dəqiqliyinin, sözlü –məntiqi təfəkkürün aşağı səviyyədə olmasında özünü göstərir. Serebral-üzvü mənşəli geridəqalma halları uşaqlarda intellektual çatışmazlığın əsas səbəbi kimi qiymətləndirilir.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin