Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə70/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   ...   62   63   64   65   66   67   68   69   70
Mühazirə-konsultasiya materialın praktik cəhətdən istiqamətləndirilməsində daha səmərəlidir.Mövzunun elan edilməsindən sonra mühazirəçi suallara cavab verə bilir.Buna, mühazirənin ümumi saatının təxminən yarısı ayrılır.Bu metod aparıcıya mühazirənin səmərəsini izləməyə, dinləyicilərin problemlərini onların peşəkar və şəxsi istiqamətlərini üzə çıxarmağa imkan verir.

Təqdim olunan mühazirələri pedaqoqlarla və valideynlərlə iş zamanı istifadə etmək olar.Mühazirələrin daha bir neçə tipi ayırd edilir; intensiv əks əlaqəli mühazirə, mikrovəziyyətin həllinə aid mühazirə və s.

Bəzi aspektlərdən öz mənalarına görə yuxarıda təqdim edilənlərlə eyni olduğuna görə onların detallarla baxılmasına ehtiyac duyulur.
Konsultant lazımi informasiyaların pasiyentin valideyləri, müəllimləri, həyat yoldaşı və s. bölüşmək zərurəti ilə üzləşərsə pasiyenti xəbərdar etməlidir.Əgər pasiyent etiraz etmirsə bunu üçüncü şəxsə söyləmək olar.Qeyd edildiyi kimi ƏGƏR ETİRAZ ETMİRSƏ!!!

Konsultant məxfiliyi sərhədlərini pasiyentə mütləq söyləməlidir.Məxfilik haqqında aşağıdakılar fərqləndirilir;

-Məxfilik pasiyentin verdiyi məlumatdan asılıdır.Pasiyentin inamı verdiyi “məxfi” məlumatlardan daha vacibdir.

-Əgər konsultasiya görüşlərinin materialları pasiyentin maraqlarına xələl gətirmirsə məxfilik saxlamılmaya bilər. Gələcək mütəxəssis hansısa problem haqqında kitab yazarsa pasiyentin adını çəkmədən o materiallardan pasiyent icazə verdiyi təqdirdə istifadə edə bilər.

-Məxfilik həmişə pasiyentin təmiz adının və sirrinin qorunmasına əsaslanır.Konsultant pasiyentin hüquqlarını qorumalı, bəzi hallarda bu istiqamətdə qeyri-qanuni hərəkət edə bilər(məsələn, əgər üçüncü bir şəxsin hüquqları pozulmursa pasiyent haqqında informasiyaları hüquq mühafizə orqanlarına verməyə bilər)

-Məxfilik konsultantın öz şəxsi təhlükəsizliyi və ləyaqətini qorumaqla sərhədlənir.

-Məxfilik üçüncü şəxs və ictimayət arasında hüquqi sədd qoyur.
Elə situasiyalar ola bilər ki, konsultasiya zamanı məxfilik qaydasına riayət etmək mümkün olmasın.

Aşağıdakı səbəbdən məxfilik pozula bilər:

-Pasiyent özü və digər adamlar üçün riskli olarsa;

-Yetkinliyə çatmamış şəxslərlə konsultasiya zamanı cinayətkar hərəkətlər aşkarlanarsa ( zorakılıq, əxlaq pozğunluğu, münaqişə və s)

-Pasiyentin xəstəxanaya yerləşdirliməsi vacibdirsə;

-Pasiyentin özü və digər adamlar narkotiklərin yayılmasında və cinayət hərəkətlərinin baş verməsində iştirak edirsə.



-Konsultant konsultasiya zamanı müəyyən edərsə ki, pasiyent kimin üçünsə təhlükəlidi, potensial qurbanı müdafiə etmək üçün ölçü götürməli, onun özü, yaxınlarına, qanunverici orqanlara məlumat verməlidir.Konsultant həmçinin pasiyent nə etmək istədiyini deməlidir.
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin