4). Təfəkkür pozuntuları: Təfəkkür pozuntuları- Eyforiya zamanı yüksək əhval, şövq, əqli proseslərin qeyri-adi yüksəliş zəminində baş verir və sanki fikirlər bir-birlərini qabaqlamağa çalışırlar. Fasiləsiz olaraq meydana çıxan fikir, mühakimə, mülahizələr, getdikcə qeyri-ciddi xarakter alır, bütün şüuru əhatə edir və ətrafdakı insanlara çatdırılır.Belə idarəolunmaz fasiləsiz və qeyri-ixtiyari fikir axını mentizm adlanır. Mentizmin əksi isə özünü doğrultmayan təsviri təfəkkür adlanır.Bu zaman sanki problemin mahiyyətinin, əsas tərəflərinin çatdırılması qabiliyyəti itir.Təsviri təfəkkürə mübtəla olan şəxslər ciddi-cəhdlə,aramsız olaraq xırda, aidiyyatı olmayan cəhətlər barədə uzun-uzadı danışırlar. Emosional, həyəcanlı vəziyyətdə olan şəxslər bir-biri ilə əlaqəsi olamayan, tamamilə müxtəlif məsələləri birləşdirir, bir anlayışı digəri ilə qarışdırır.Belə subyektiv təfəkkür paralogik təfəkkür (qadın məntiqi) adlanır.Bəzən təfəkkürdə qəribəlik özünü göstərir.Məntiqi əlaqə pozulur, məna birliyi itir, amma qrammatik qaydalar tamamilə yerli-yerində olur.Görürsən ki, biri tam ciddi şəkildə sizə nəyisə izah edir, siz isə işin mahiyyətinin nədən ibarət olduğunu başa düşmürsünüz.Hətta natiqin özüdə öz fikirlərinin mahiyyətini dərk etmir. Təfəkkürün belə xüsusiyyəti rabitəsiz təfəkkür adlanır. Adətən şablon qərar və nəticələr çıxarılması gözlənilməz vəziyyətlərdən müstəqil şəkildə çıxmaq, orjinal qərarlar qəbul edilməsini psixoloqlar təfəkkürün funksional rigidliyi adlandırırlar. Təfəkkürün belə xüsusiyyəti toplanmış təcrübəni asılılıq və sonradan onun məhdudluğu və təkrarlanması səbəbindən təfəkkürün stereotipinə çevrilməsi ilə bağlıdır.Əksinə fantaziyanın hədsiz sərbəstliyi, əqli proseslərin subyektiv, bir istiqamətli inkişafı onu real həyatdan xeyli uzaqlaşdırır. Psixi proseslərin dərinliyini əks etdirən uydurulmuş fantastik aləm bəzi adamlarda tədricən təfəkkürü şərtləndirən amilə çevrilir. Bu hadisəyə autistik təfəkkür deyilir. Autizm şəxsi hisslərə elə dərindən aludə olmaqdır ki, reallıq hissi itir, onunla əlaqə kəsilir.ətrafdakılarla ünsiyyətə maraq azalır. Autistik təfəkkür arzuların xəyalən “reallaşmasıdır”.Autistik təfəkkür qeyri-məhsuldar təfəkkürdür, yəni real aləmə təsir etmək imkanına malik deyil.Intellekt- latın sözü olub müxtəlif dillərdə anlama, dərketmə, ağıl mənalarında işlıdilir. Psixologiyada müxtəlif məqsəd və vəzifələrin həlli imkanlarını təmin edən əqli qabiliyyətlərin məcmusu intellekt adlanır.Intellekt özündə çoxsaylı hadisələri əks etdirir və 3 ölçüyə əsasən qiymətləndirilir: a) məlumatlarla əməliyyat sistemi kimi(operativ);b)müəyyən məlumatların məcmusu kimi (məzmununna görə)c) əqli fəaliyyətin nəticəsi kimi.
Ağıldankəmliyin yüngül dərəcəsi (İQ<75) debillik adlanır.Onların psixikası normanın aşağı həddinə yaxındr.Debillərin davranışı kifayət qədər adekvat, müstəqil, nitqləri inkişaf etmişdir.Buna görə də debillyi asanlıqla görmək olmur, hətta aşağı siniflərdə müəyyənləşdirmək olmur.Debillik daha çox yeniyetməli yaşlarında üzə çıxır və mücərrəd təfəkkürlə bağlı təzahür edir. Debillər daha çox praktik sahəylə bağlı bilikləri mənimsəyir,nəzəri biliklər onlar üçün əlçatmazdır.Debillər həyat şəraitinə asan uyğunlaşır, bir qayda olaraq özlərini xoşbəxt hiss edirlər. Ağıldan kəmliyin ən yüksəs forması idiotizmdir.Onun intellektual göstəricisi İQ= 20-dir. Onlarda nitq və təfəkkür formalaşmır, emosional reaksiya üstünlük təşkil edir. Orta dərəcəli ağıldankəmlik imbetsillikdir.İmbetsillərin lüğət ehtiyyatı 300-ə qədər sözdən ibarətdir. Onlar təlimə qabillidirlər, məişət həyatına pis uyğunlaşmırlar,asanlıqla təlqinə qapılırlar.İmbetsillərin qayğıya ehtiyacı var,lakin bəziləri müstəqil həyata can atır,evlənmək, ərə getmək istəyirlər.
Dostları ilə paylaş: |