Ədəbiyyat siyahısı: Həsənli S. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011.
Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi psixologiya. Bakı, 2014
Plan: Temperament haqqında anlayış.
İ.P.Pavlovun nəzəriyyəsi.
Temperamentin tipləri:
Müəllim: Aygün Rüstəmova
E-mail adresi:aygun-rustemova@inbox.ru
1).Temperament haqqında anlayış: Şəxsiyyətin psixoloji xüsusiyyətlərindən biridə temperamentdir. Insanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənir. Temperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir. Temperament latın dilindən «qarışıq, mütənasiblik» deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim yunan görkəmli həkimi Hippokrat (e.ə. təxminən 460-377 illər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi» nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bu, «orqanizm şirələrinin» nisbəti yunanca «krasis» sözü ilə ifadə olunurdu ki, sonralar həmin sözü yunanca temperamentum – «mütənasiblik» sözü ilə əvəz edildi. Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy Qalen (təxminən 130-200-ci illər) məşhur traktatı «De temperamentum» kitabında şərh etdiyi temperamentlərin tipologiyasını işləyib hazırladı.Onun təliminə əsasən temperamentin tipi orqanizimdə bu şirələrdən birinin üstünlüyündən asılıdır.. Temperamentin bu 4 tipinin adı həmin şirələrin adına uyğun verilmişdir:sanqvinik (latınca sanqvius-qan), fleqmatik (yunanca fleqma-selik, bəlğəm), xolerik (yunanca chole-öd), melanxolik (yunanca melian chole – qara öd).