Emativ tip – seçdiyi çox az adamla ünsiyyətdə olmağı üstün tutur, nadir hallarda mübahisəyə girişir, həddən artıq həssas və ağlağandır;
Nümayişkar tip – ünsiyyətlidir, liderliyə can atır, hakimiyyətə və tərifə çox həvəslidir. İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xüdbinlik, ikiüzlülük, lovğalıq, intriqalara meylini nümayiş etdirir;
Coşğun tip – yüksək ünsiyyətlilik bacarığı, çox danışan (qeybətçil), tez-tez aşiq olmaq onlar üçün xasdır. Onlar alturistdirlər, ürəyi yumşaqdırlar, yaxşı zövqləri var, hisslərində səmimi və açıqdırlar, hay-küyçüdürlər;
Ekstravert tip – ünsiyyətlidirlər, onların çoxlu dostları var, çox danışandırlar, hər bir məlumatı müzakirə etməyi xoşlayırlar, tez-tez liderliyi başqalarına verirlər, itaət etməyi və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər, yüngül xasiyyətlidirlər, əyləncələrə, dedi-qodulara meyllidirlər;
İntrovert tip – o az təmaslıdır, qapalıdır, xəyalpərvərdir, filosofluğa meyllidir. Həmçinin bu insanlar təkliyi sevirlər, prinsipiallıq və təmkinlilik kimi cəzbedici xüsusiyyətlərə malikdirlər. Xoşagəlməz xüsusiyyətləri bunlardır: inadkarlıq, təfəkkürdə lənglik, öz ideyalarını (hətta səhv olsa belə) inadkarcasına müdafiə etmək.
Dostları ilə paylaş: |