Ədəbiyyat siyahısı: Həsənli S. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011.
Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi psixologiya. Bakı, 2014
Plan: Xarakter haqqında anlayış.
Xarakter haqqında tədqiqatların əsas istiqamətləri.
Xarakterin aksentuasiyası və tipləri.
Müəllim:Aygün Rüstəmova
E-mail adresi: aygun-rustemova@inbox.ru
1). Xarakter haqqında anlayış: Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, xarakter insanın ən başlıca fərdi-psixoloji xüsusiyyətlərindən biridir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Bu baxımdan yunanca “xarakter” “möhür”, “naxış” mənasini bildirir. Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmuunu özündə əks etdirir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim anadan tənbəl və ya işgüzar, gobud və ya mehriban, qəddar və ya humanist doğulmur. Bu kimi keyfiyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri altında əldə edir. Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmusuna xarakter deyilir