Mövzu Psixologiyanın tədrisində müasir təlim metodları və təlim prinsipləri Plan



Yüklə 33,33 Kb.
səhifə5/8
tarix17.11.2022
ölçüsü33,33 Kb.
#119629
1   2   3   4   5   6   7   8
elşən müəllim mühazirə 2

Beyin həmləsi metodu tətbiqi əhəmiyyətə malikdir. Bu metod vaxtilə Amerikada, Fransada və b. ölkələrdə geniş istifadə edilmişdir. Beyin həmləsi metodundan bir qayda olaraq texniki məsələlərin, eləcədə planlaşdırma və proqnozlaşdırma problemlərinin müzakirəsi prosesində istifadə olunur.
Fəal təlim metodları içərisində “beyin həmləsi”də mühüm yer tutur. “Beyin həmləsi” - elmi və praktik problemlərin həlli üçün yeni ideyaların istehsal edilməsi üsuludur. Onun məqsədi – problemin həllinə aparan qeyri-ənənəvi yolların tapılması ilə bağlı kollektiv əqli fəaliyyətin təşkilidir.
Təlim prosesində beyin həmləsi metodundan istifadə aşağıdakı məsələlərin həll edilməsinə imkan verir:

  • tələbələrin təlim materialını yaradıcı mənimsəməsi;

  • nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi;

  • öyrənənlərin təlim-idaraki fəaliyyətinin aktivləşdirilməsi;

  • aktual tapşırığın (məsələnin) həllinə yönəlmiş əqli cəhd və diqqəti mərkəzləşdirmək qabiliyyətinin formalaşdırılması;

  • kollektiv əqli fəaliyyət təcrübəsinin formalaşdırılması.

“Beyin həmləsi” metodu ilə bağlı dərsdə formalaşan problem nəzəri və ya praktik aktuallığa malik olmalı və tələbələrin fəal marağına səbəb olmalıdır. Beyin həmləsi üçün problem seçimində ümumi tələb – tələblərə qarşı məsələnin həlli kimi bir çox birtərəfli olmayan variantların mümkün olmasıdır.


Beyin həmləsinə hazırlıq bir neçə addımdan ibarətdir:
-dərsin məqsədinin müəyyənləşməsi;
-təlim vəzifəsinin konkretləşdirilməsi, dərsin ümumi gedişinin planlaşdırılması;
-dərsin hər bir mərhələsinin vaxtının müəyyənləşməsi;
-isinmə üçün sualların seçilməsi;
-dərsin nəticələrinin ümumiləşdirilməsi və təhlil məzmunlu, məqsədyönlü şəkildə həyata keçirməyə imkan verəcək, eləcə də daxil olan ideyaların və təkliflərin qiymətləndirilməsi üçün meyarların işlənilib hazırlanması.
Beyin həmləsi metodunun daha məhsuldar aparılmasına dair müəyyən qaydalar mövcuddur. Onlardan bəzilərini sadalayaq:
1)Tədris zamanı (nə rəhbər, nə tabeçi, nə veteranlar – aparıcı və iştirakçılar var) heç kəs xüsusi rola iddia etməməlidir;
2)Qarşılıqlı tənqidi iradlar və qiymətləndirmə qəti şəkildə qəbul olunmur, onlar yeni ideyaların yaranmasına mane olur;
3)Sessiyanın digər iştirakçıları tərəfindən düzgün qiymətləndirilə bilməyəcək əməllərdən, jestlərdən uzaqlaşmalı;
4)Seminarın hər hansı iştirakçısı tərəfindən irəli sürülmüş ideya nə qədər inanılmaz və fantastik olsa da, təqdirlə qarşılanmalıdır;
5)Verilmiş problemin həlli iştirakçı üçün həddən artıq vacibliyinə özünü əvvəlcədən inandırmalıdır;
6)Nə qədər çox ideya irəli sürülərsə, yeni və dəyərli ideyanın yaranma ehtimalı bir o qədər çox olar.


1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin