Mövzu 12.
Biznes konsepsiyasının işlənib hazırlanması
Plan:
1. Biznesin sferası və məqsədinin seçilməsi
2. Biznesin inkişaf strategiyası.
3. Biznesin təşkili mərhələləri və onların məzmunu
4. Müəssisənin işinin təşkili
1.Biznesin sferası və məqsədinin seçilməsi
Fəaliyyət sahəsi sahibkarın öz istəyilə təyin olunur. Onun seçilməsi çox
məsuliyyətli işdir və bir sıra amillərin təhlili əsasında bir neçə mərhələlərlə həyata
keçirilir. Əvvəlcə bacarıqlar, biliklər, məharətlər və həyat təşəbbüsləri qiymətləndirilir.
Statistik məlumatlara görə sahibkarların 90 faizi öz işlərini daha yaxşı bildikləri sahədə
başlayırlar.
Biznesin ayrı-ayrı növləri üçün müxtəlif hüquqi və iqtisadi maneələrə diqqət
yetirmək lazımdır. Bu silahların hər növünün istehsalı, narkotik və zəhərli maddələrin
realizasiyası və hazırlanması, spirtli və tütün məmulatlarının istehsalı, ordenlərin və
medalların hazırlanması və bir sıra digər sahələrə aiddir. Fəaliyyətin konkret növləri
ancaq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər.
Öz işinin təşkilini planlaşdırarkən bu və ya digər sahəyə daxil olmaq üçün
sırf iqtisadi məhdudiyyətləri də nəzərə almaq lazımdır. Onların arasında - ilkin kapital
qoyuluşlarının yüksək səviyyəsi, qoyulmuş vəsaitlərin uzunmüddətli qaytarılması,
kommersiyaya nail olmasında qeyri-müəyyənlik və s. məsələləri göstərmək olar.
Həmçinin sahədə və nəzərdə tutulmuş regionda iqtisadi konyukturanı da yaddan
çıxarmaq lazım deyil. Konyuktura - tələb və təklif arasında nisbətləri, qiymət və əmtəə
ehtiyatlannın hərəkətini, sahələr (məhsul) üzrə sifarişlər portfelini və digər göstəricilər
külliyyatını əks etdirən formalaşmış iqtisadi şəraitdir. Adətən elə hallar olur ki, bəzi
regionlarda güclü inkişaf olduğu halda, digərlərində durğunluq müşahidə edilir.
Sahibkarlar da çox vaxt inkişafda olan regionlara can atırlar.
Deyilənləri sahələrə də aid etmək olar: bəziləri tez inkişaf edirlər, digərləri
ləng, üçüncülər isə, əksinə, tənəzzülə uğrayırlar. Biznes üçün prioritet yeni dinamik
sahələr sayılır. Həmçinin müvafiq əmtəələr və xidmətlər bazarında işlərin vəziyyətini
öyrənmək vacibdir və orada rəqiblərlə kifayət qədər istifadə olunmamış və ya nəzərdə
tutulmamış çox dar sahəni (bazarın “boşluğu”nu) tapmaq, hardakı sizin istehsal və ya
kommersiya fəaliyyəti gəlirli ola bilər və tezliklə inkişaf etdirmək mümkündür.
Bu prosesdə dəqiq saylı istehlakçılar ilə fəaliyyət sahəsinin miqyasına görə
ən çox konkret sahibkarın müqayisəli üstünlüklərinə uyğunlaşan məhdud seçimi təyin
etmək olar. Bazarın «boşluğu» seçiminin mənası - işi öz tərəfinə yönəltmək, hətta lap
balaca olsa belə və sonra öz sahibkarına verilən o üstünlüklərdən məharətlə istifadə
etməkdir. Xarici firmaların əksəriyyətinin təcrübəsi göstərir ki, qabaqcıl müəssisələrin
hamısı mütləq öz tarixində buna oxşar iş görüblər. Oz müəssisəniz üçün «bazarın
boşluğu»nu düzgün tapmaq üçün şəxsi bacarıqların, meyllərin, ixtisasların praktik
tətbiqini axtarıb tapmaq lazımdır. Bazarın «boşluğu»nun tapılması boş fəzanı (məkanı),
vakuumu doldurmaq axtarışını xatırladır.
Ümumiyyətlə, tənəzzül və böhran həddinə çatmış sahələrdə fəaliyyətlərini
davam etdirmək istəyən müəssisələr aşağıdakı strateji yanaşmalardan istifadə
etməlidirlər.
1. Sahə daxilində ehtiyatda olan bazar seqmentlərini araşdırıb tapmağa və
ondan səmərəli istifadəyə yönəlmiş strategiya işləmələri. Hər bir tənəzzül vəziyyətində
olan sahədə də bazar məsələləri tam həll edilməmiş qalır. Bütün bazarlarda olduğu kimi
burada da bir boşluq vardır. O boşluğu tapıb doldura bilən müəssisə müflisləşməyə yox,
yaşamağa daha çox meylli olur.
2. İstehsal olunan məhsulun keyfiyyətini yüksəltmək və onu təzələməklə
ciddi tədqiqat yolu ilə seçim aparmaq. Buna hər şeydən əvvəl rəqib firmalardan fərqli
yanaşma yolu ilə təklif olunan malın keyfiyyətini yüksəltmək, çeşidini genişləndirmək,
bununla da yüksək qiymətlə satmağa imkan qazanmaq olar. Məhsulun istehlak
göstəricilərinin nisbətən dəyişdirilməsi bu halda bazarda əlavə istehlakçıların sayını
artırır.
3.Təkidlə çəkilən xərclərin həcminin tezliklə azaldılması. Təbii ki, tənəzzül
vəziyyətində olan müəssisədə satışın həcminin artırılmasından söhbət gedə bilməz.
Deməli, onun ən başlıca çıxış yolu əmək məhsuldarlığını yüksəltmək və çəkilən xərcləri
azaltmaqdır.
Konsepsiya - firmanın bütün rollarının çoxluğunu birləşdirən davranış
xəttidir, firma və ya digər təşkilat onlarsız fəaliyyət göstərə bilməz. Misal üçün, firmanın
konsepsiyası aşağıdakı kimi izah oluna bilər: «İstehlakçıların razılığına nail olmaq və
himayə etmək. Burada texnologiyanın, məmulatlann nümunələrinin daim təzələnməsi
yolu ilə məhsulun keyfiyyətinin yüksəldilməsi, həmçinin təşkilatın və işçilərin potensial
imkanlannın artırılması nəzərdə tutulur ki, bu da bazarda payın və satış həcminin
davamlı artımının olmasına imkan verir və sahədə liderliyi və maksimum mənfəəti
təmin edir».
Hər hansı dərəcədə konsepsiyada qeyri-real ideallar - nəticələr göstərilir,
ancaq onlara yaxınlaşmaq mümkündür və arzuolunandır. Konsepsiyaya daxildir:
-biznesin məqsədlərinin müəyyənləşdirilməsi;
- fəaliyyət strategiyasının işlənməsi və ya məqsədlərə çatmaq üçün konkret
yolların tapılması;
- qarşıda duran məqsədlərə praktiki nail olmaq vasitələrinin seçilməsi.
Konsepsiyanın işlənməsi biznesin qurulmasında və inkişafında mühüm rol
oynayır. Onun biznesin uğuruna təsiri aşağıdakılarla təyin edilir:
1. Konsepsiyanın işlənməsi prosesi böyük əhəmiyyət kəsb edir, çünki firmanın
rəhbərliyinə onun fəaliyyətinin əsasında olan amilləri hərtərəfli qiymətləndirməyə
məcbur edir.
2. Konsepsiyanın dərk edilməsi biznesin geniş panoramasını əldə etməyə kömək edir
ki, bu da həm firmanın rəhbərliyinə və həm də heyətinə baş verənlərə yaxından baxmaq
imkanı yaradır. Bunsuz uzunmüddətli rəqabət qabiliyyətini və müvəffəqiyyətini təmin
etmək ağlagəlməzdir.
3. Konsepsiya firma daxilində (biznesin məqsədlərini onun əməkdaşları ilə yaxşı başa
düşməyə imkan verir) və həm də ondan kənarda (informasiyanın səhmdarlara,
tədarükçülərə və istehlakçılara çatdırılmasını təyin edir) kommunikasiyalar üçün
böyük əhəmiyyətə malikdir.
Biznesin konsepsiyası müəyyən amillərilə şərtlənir:
-tələbatların ödənməsi dairəsi ilə;
- istehlakçıların məcmusu ilə;
- buraxılmış məhsul ilə;
-firmanın rəqabət üstünlükləri ilə.
Müəssisənin fəaliyyət xətti, misal üçün bazarda boşluğun, tutulmamış yerin
olmasına və ya tələbin dəyişilməsindən, rəqabət mübarizəsində, yaxud digər analoji
amillərdə vəziyyətin dəyişilməsindən, perspektiv istehsal- texniki kəşfin istifadəsindən
irəli gələn məhsulun istehsalı ideyasına əsaslana bilər. Fəaliyyət xətti həmişə əsas
suala cavab verməlidir: kimlərin və hansı tələbatların ödənilməsi naminə həmin
müəssisə yaradılır, fəaliyyət göstərir? Bu sualın aydınlaşdırılması və dəqiqləşdirilməsi
müəssisənin işinin qurulmasına və təşkilinə əsas yaradır. Biznes konsepsiyanın
işlənməsi onun məqsədlərini müəyyənləşdirməyi nəzərdə tutur. Məqsədlər - o
müəssisənin öz fəaliyyətində cəhd etdiyi əsas nəticələrdir. Məqsədlər təşkiledici,
motivləşdirici və nəzarətçi funksiyalarını yerinə yetirməklə müəssisənin idarəetmə
sisteminin başlanğıc elementidir. Deməli, müəssisədə məqsəd yoxdursa, onun idarə
edilməsi də yoxdur.
İnsana
Kommersiya məqsədləri
4
.İxtisas
1.Bazarda payı
və təcrübə
6.İdarəetmənin
2.Rentabellik
mövcudluğu
3.Ödəniş qabiliyyəti
7.
Təşkilatın işinin dəqiqiiyi və
5.Motivasiya
məhsuldarlığa cəhd
8.Planlılıq
9. Əlaqəii qrupların istifadəsinin
səmərəliliyi
Təşkilatın məqsədlərinə
Diqqət
1-3- Əsas məqsədlər (nəticələr)
4-9-Təminedici məqsədlər (nəticələr)
Şəkil 12.1. Müəssisə əməliyyatının məqsədləri
Məqsədləri müəyyənləşdirərkən adətən bir neçə suallar meydana çıxır:
- hansıları seçmək və hansı ardıcıllıqla onları düzmək;
- nə qədər onlar aktualdır və onlara nail olmaq imkanları necə qiymətləndirilir.
Satış bazarında müəssiənin rolu, biznesin həcminin artırılması, onun
mənfəəti, rentabelliyi və digər xarakteristikaları ilə əlaqədar məqsədlər tipik sayılır.
Məqsədlərin qoyuluşu müəssisənin fəaliyyət xəttində istifadə olunan əsas
funksiyasının yerinə yetirilməsinə kömək edir. Bundan başqa, bilavasitə funksional
nəticələrin əldə olunmasına yönəldilmiş yardımçı (köməkçi) məqsədlər də qoyula
bilər.
Dostları ilə paylaş: |