Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Strateji planlaşdırmanın SWOT-təhlili



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə99/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   95   96   97   98   99   100   101   102   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

2.Strateji planlaşdırmanın SWOT-təhlili 
Xarici mühitin təhlili firmanın fəaliyyət baxımından mühüm hesab edilən ətraf 
mühitin subyektlərinin və amillərinin (sahələrin, bazarların, malgöndərənlərin, siyasi, 
Firmanın 
missiyası 
Firmanın 
məqsədləri 
Xarici mühitin 
təhlili və 
qiymətləndirilmə
si 
Firmanın zəif 
və güclü 
tərəflərinin 
təhlili və 
qiymətləndiril
məsi 
Strategiyanın 
qiymətləndiril
məsi 
Strategiyanın 
reallaşdırılması 
Strategiyanın 
seçilməsi 
Strateji 
alternativlərin 
təhlili 


iqtisadi, hüquqi, sosial, demoqrafik, ekoloji və s. amillərin) vəziyyətinin və inkişaf 
perspektivlərinin qiymətləndirilməsini nəzərdə tutur. Firma xarici mühitdə baş verən 
dəyişikliklərə bilavasitə təsir göstərə bilmir.
Xarici mühitin təhlili elə bir alətdir ki, bu alətin vasitəsilə strateji planlaşdırma 
mütəxəssisləri firma üçün potensial təhlükələri və yeni imkanları öncədən görmək 
məqsədilə xarici amilləri nəzarətdə saxlayırlar.
Təhlükələrin və imkanlann xairci mühitin əsasən yeddi sahəsində meydana 
çıxması, xarici mühit amillərinin məhz bu sahələr üzrə aşağıdakı kimi qruplaşdırilması, 
tədqiq və təhlil edilməsi firmanın xarici mühitinin inkişaf meylləri haqqında daha 
dolğun təsəvvürə malik olmasına geniş şərait yaradır:
- iqtisadi amillər;
- siyasi amillər;
- bazar amilləri;
- texnoloji amillər;
- rəqabət amilləri;
- sosial amillər;
- beynəlxalq amillər.
Xarici mühitin təhlili nəticəsində firmanın fəaliyyəti üçün təhlükələr və yeni 
imkanlar yaradan amillər barədə müəyyən məlumatlan əldə etdikdən sonra rəhbərlik 
firmanın güclü və zəif tərəflərini təhlil etməlidir. Təhlil nəticəsində xarici mühitdə 
yaranan yeni imkanlardan istifadə etmək üçün firmanın güclü tərəfləri və yaranan 
təhlükələrə uyğunlaşmaq, onlan qismən aradan qaldırmaq üçün firmanın zəif tərəfləri 
qiymətləndirilməlidir. Bu təhlil daxili mühit amillərinin təhlili adlanır. Bu təhlil 
firmanın müxtəlif funksional zonalarının kompleks tədqiqinə əsaslanır və metodiki 
cəhətdən sadə və mürəkkəb ola bilər. 
Strateji planlaşdırma məqsədləri üçün aşağıdakı funksional zonaların müəyyən 
edilməsi məqsədəuyğun hesab edilir:
- menecment:
- istehsalat;
- marketinq;


- maliyyə:
- kadr potensialı.
Firmanın fəaliyyətinə təsir göstərən xarici və daxili amillərin təhlili elmi 
ədəbiyyatda SWOT-təhlil kimi tanınmışdır. SWOT-təhlİl ingilis terminlərindən əmələ 
gəlmiş: Strenghts (Güclü tərəflər), Weaknesses (Zəif tərəflər), Opportunities 
(imkanlar), Threats (Təhlükələr) və firmanın güclü və zəif tərəflərinin daxili təhlilini, 
eləcə də ətraf mühitin özündə daşıdığı imkanların və təhlükələrin xarici təhlilini 
özündə cəmləşdirir. Ətraf işgüzar mühit dedikdə xarici təzyiq qrupları, yəni firmanın 
davranışına təsir göstərən xarici mühit strukturları başa düşülür. 
Xarici mühit amillərinin təhlili dünya təcrübəsində GETS modeli əsasında 
aparılır. GETS modelinin adı ingilis sözlərindən əmələ gəlmişdir: Goverment 
(Hökümət); Economy (iqtisadiyyat); Technology (Texnologiya); Society (Cəmiyyət).
Hökümət firmaların fəaliyyətinə vergilərin, vergi dərəcələrinin, vergi 
güzəştlərinin müəyyən edilməsi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması, ətraf 
mühitə təsirin məhdudlaşdırılması və tənzimlənməsi, gömrük rüsumlarının tətbiq 
edilməsi və s. vasitələrlə təsir göstərir.
Ölkədə mövcud olan iqtisadi vəziyyət firmaların fəaliyyətinə böyük təsir 
göstərir. Sahədə və bütövlükdə ölkədə müşahidə edilən iqtisadi artım firmaların 
səmərəli fəaliyyəti və imkanlarının reallaşdırılması üçün münbit şərait yaradır. İqtisadi 
tənəzzül və staqnasiya isə, öz növbəsində, əlavə təhlükələrin yaranması ilə müşahidə 
olunur. Məsələn, inflyasiyanın yüksək səviyyəsi bəzi sahələr üçün (bank biznesi) əlavə 
İmkanlar yaratsa da, digər sahələr üçün (sənaye) təhlükələr yaradır. Biznes sahəsində 
mövcud olan vəziyyət də firmanın fəaliyyətində mühüm rol oynayır. Bu vəziyyətin 
təhlil edilməsində rəqiblərin, istehlakçıların və malgöndərənlərin araşdırılmasına 
xüsusi diqqət yetirilməlidir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin