Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Mövzu 13. Biznesin strateji planlaşdırılması



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə98/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   94   95   96   97   98   99   100   101   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Mövzu 13. Biznesin strateji planlaşdırılması 
Plan: 
1. Strateji planlaşdırmanın mahiyyəti və mərhələləri 
2. Strateji planlaşdırmanın SWOT-təhlili 
3. Firmanın inkişaf strategiyasının seçilməsi 
1.Strateji planlaşdırmanın mahiyyəti və mərhələləri 
Strateji planlaşdırma dedikdə, firmanın qarşısında duran məqsədlərə nail 
olmaq üçün spesifik strategiyaların işlənib hazırlanmasına yönəldilən idarəetmə 
qərarlarının və praktiki hərəkətlərin məcmusu başa düşülür. Piter Loranja görə, strateji 
planlaşdırma firmalann rəhbərlərinə idörəetmə qərarlarının qəbul edilməsində 
köməklik göstərən alət kimi çıxış edir. Bu prosesin əsas vəzifəsi firmalarda yeniliklərin 
və dəyişikliklərin qaneedici dərəcədə təmin edilməsindən ibarətdir. Daha dəqiq desək, 
P.Loranj strateji planlaşdırma prosesi çərçivəsində idarəetmə fəaliyyətinin dörd əsas 
növünü görür. Bunların sırasına resursların bölüşdürülməsini, xarici mühitə 
adaptasiyanı, daxili əlaqələndirməni və təşkilati strateji öncədəngörməni aid etmək 
olar.
Strategiya (strategos) yunan sözü olub, lüğəti mənasına görə «sərkərdə 
məharəti» deməkdir. Bu terminin hərbi mənşəli olması təsadüfi deyil, çünki məhz 
strategos Makedoniyalı İsgəndərə bütün dünyanı zəbt etməyə imkan vermişdir.
Müxtəlif dövrlərdə firmaların rəqabətlilik mühitində idarə olunması 
konsepsiyalarına nəzər salsaq, aşağıdakı prioritetləri müəyyən edə bilərik (cədvəl 
13.1). 
Cədvəl 13.1 
Müddət 
Marketinqdə əsas prioritetlər 
İdarəetmədə əsas prioritetlər 
50-ci illər 
Satışın təşkili
İstehsalat planlaşdırılması 
60-70-ci illər 
Tələbatın təhlili
Texniki-iqtisadi planlaşdırma 
80-ci illər 
Rəqiblərin təhlili
Strateji planlaşdırma 
90-cı illər və müasir dövr 
Strateji idarəetməyə istiqamət-
lənən strateji marketinq
Strateji idarəetmə 


Müasir elmi ədəbiyyatda strateji planlaşdırmanın bir neçə xüsusiyyətlərini 
fərqləndirirlər. İlk öncə, strategiyalar fiımaların rəhbərliyi tərəfindən işlənib hazırlanır 
və müəyyən edilir. Lakin strategiyanın reallaşdırılmasında firmanın bütün idarəetmə 
pillələri iştirak edir. «Kraysler» korporasiyasının yeni inkişaf istiqamətinin müəyyən 
edilməsi və reallaşdırılması korporasiyanın başçısı Jakoka tərəfindən həyata 
keçirilmişdir. «Kraysler»in yeni modellərinin populyarlılığı, marketinq fəaliyyətinin 
genişləndirilməsi və sabit gəlirliliyin bərpa edilməsinə məhz strategiyanın düzgün 
müəyyən edilməsi ve reallaşdırilması hesabına nail olunmuşdur.
İkincisi, strateji planın konkret fərdin deyil, bütövlükdə firmanın perspektivi 
baxımından işlənib hazırlanması zəruridir.
Üçüncüsü, strateji plan geniş tədqiqatların materiallarına və faktiki rəqəmlərə 
əsaslanmalıdır. Müasir biznes aləmində uğurla rəqabət aparmaq üçün firmalar bazar, 
sahə, rəqabət və digər amillər barədə iri həcmli informasiyanı toplamalı və təhlil 
etməlidirlər.
Dördüncüsü, strateji planlaşdırma nəticəsində firmalar müəyyənlilik və fərdililik 
xüsusiyyətlərini əldə edirlər. Bu xüsusiyyətlər firmalara müvafiq keyfiyyətlərə malik 
olan işçiləri cəlb etməyə imkan verərək, geniş perspektivlər yaradır.
Nəhayət, strateji planlar elə işlənib hazırlanmalıdır ki, uzunmüddətlilik 
baxımından bütövlülük xüsusiyyətlərinə malik olmaqla eyni zamanda, kifayət qədər 
çevik olsunlar. Yəni ehtiyac otduğu halda onların yenidən istiqamətlənməsi və 
modernləşdirilməsi mümkün olsun. Bununla yanaşı, firmanın ümumi strateji planı 
proqram xüsusiyyətlərinə də malikdir. Bu proqram uzunmüddətli bir dövr ərzində 
firmanın fəaliyyətini istiqamətləndirməyə və işgüzar-sosial şəraitdə baş verən 
dəyişiklliklər nəticəsində fəaliyyətdə müvafiq dəyişikliklərin edilməsinə imkan verir.
Strategiyanın işlənməsi, seçilməsi və reallaşdırılmasının mahiyyəti bir çox 
aiternativlər sırasında məqsədəmüvafiq inkişaf istiqamətinin seçilməsindən və 
firmanın istehsal- təsərrüfat fəaliyyətinin həmin istiqamətə yönəldilməsindən ibarətdir.
Müasir şəraitdə inkişaf etmiş strateji planlaşdırma sistemi aşağıdakıları nəzərdə 
tutur. 
- firmanın faktiki idarəetmə strukturundan asılı olmayaraq strateji məqsədlər üçün 


resursların ayrılması; 
- hər bir strateji məqsəd üzrə idarəetmə mərkəzlərinin yaradılması;
- strateji məqsədlərə nail olması səviyyəsindən asılı olaraq struktur bölmələrin və 
onların rəhbərlərinin qiymətləndirilməsi və stimullaşdırılması. 
Strateji planlaşdırma prosesində firmanin ali rəhbərliyi səviyyəsində aşağıdakı 
vəzifələr həyata keçirilir: 
- firmanın strateji məqsədlərinin və missiyasının işlənib hazırlanması;
- firmanın resurslarının və imkanlarının qiymətləndirilməsi; 
- marketinq fəaliyyəti sahəsində meyllərin və tendensiyaların qiymətləndirilməsi;
- perspektiv dövr üçün strategiyanın müəyyən edilməsi; 
- detallaşdırılmış operativ planların hazırlanması;
- proqramlar və büdcələrin işlənib hazırlanması;
- məqsədlər və planlar nəzərə alınmaqla müəyyən edilmiş meyarlar əsasında firmanın 
fəaliyyətinin qiymətləndirilməsi.
Bu vəzifələrin həlli məqsədilə strategiyanın işlənib hazırlanması prosesində 
aşağıdakı tədbirlər həyata keçirilir: 
- qarşıda qoyulmuş məqsədlərə nail olmaq üçün firmanın potensialının, resurslarının 
və imkanlarının qiymətləndirilməsi;
- firmanın mövqelərini möhkəmləndirən daxili amillərin təhlili;
- baş verən dəyişikliklərə və yaranmış situasiyalara firmanın dərhal uyğunlaşmasını 
tələb edən xarici mühit amillərinin təhlili;
- firmanın alternativ fəaliyyət istiqamətlərinin qiymətləndirilməsi və məqsədlərə nail 
olmanı təmin edən optimal variantların seçilməsi;
- firmanın fəaliyyətinin və inkişafının uzunmüddətli planlarının işlənib 
hazırlanmasında əsas götürülmüş idarəetmə qərarlarının qəbul edilməsi. 
Strateji planlaşdırma prosesinin mərhələləri şəkil 13.1-də verilmişdir.


Şəkil 13.1. Strateji planlaşdırma prosesi 
Strateji planlaşdırma prosesi firmanın missiyasının (mission, mission statement) 
formalaşdırılmasından başlayır. Missiya dedikdə firmanın məqsədlərinin və 
prioritetlərinin qısaca, eyni zamanda dəqiq ifadə edilməsi başa düşülür. Firmanın 
missiyası həm əməkdaşlarda və həm də müşahidəçilərdə, ilk öncə isə potensial və 
hazırki müştərilərdə etimad hissini doğurmalıdır. Missiyanın formalaşdırılmasında 
ictimai və ümumbəşəri dəyərlərlə firmanın daxili korporativ mədəniyyətinin vəhdətliyi 
nəzərə alınmalıdır.
Dünya təcrübəsində missiyanın formalaşdırılmasına dair standart yanaşmalar 
mövcud deyildir. Təcrübə göstərir ki, missiyanın müəyyən edilməsi uzunmüddətli və 
olduqca mürəkkəb bir prosesdir. Bu proses firmalarda korporativ mədəniyyətin 
formalaşması, adət və ənənələrin yaranması, müvafiq təcrübənin toplanması ilə sıx 
əlaqədardır.
Firmanın müəyyən etdiyi məqsədlər missiyanın dəqiqləşdirilməsinə xidmət 
etməklə inkişaf istiqamətləri barədə dəqiq təsəvvür yaradır. Məqsədlərin qoyuluşunun 
əsas vəzifəsi firmanın fəaliyyətinin qiymətləndirilməsi üçün müvafiq standartların 
müəyyən edilməsindən ibarətdir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin