Şəkil 14.2. Biznes-layihənin reallaşması metodlarının hazırlanması
«Biznes-plan» anlayışı ilə «müəssisənin potensialı» və «rəqabət qabiliyyətli»
anlayışları sıx əlaqəlidir. Bu anlayışlar bazarda müəssisənin imkanını, onlardan
istifadə dərəcəsini və keyfiyyətini müəyyən edir. Rəqabət qabiliyyətinə nail olunması
biznes-planın reallaşması sayəsində müəssisə potensialının reallığa
çevrilməsi
nəticəsində mümkündür.
Müəssisənin imkanının müəyyənləşdirilməsi yalnız onun işlədiyi şəraitin
təhlilini nəzərə almaqla realdır. Müəssisə potensialını aşağıdakı sxem şəklində
göstərmək olar (şəkil 14.3).
Şəkil 14.3. Müəssisə potensialının sxemi
Müəssisənin potensialını formalaşdırılan
bütün texniki, iqtisadi, maliyyə, sosial
və digər prosesləri aşağıdakı qruplara ayırmaq məqsədəuyğundur: məhsul istehsalının
İmkişafın daha
keyfiyyətli
səviyyəsinə
çıxmağının
xüsusiyyətləri
maliyyə
menecment
Xammal,m
aterial
Texnika,texn
ologiya
Heyət
mövcud imkanlarından istifadə prosesi; müəssisə potensialının
genişləndirilməsi
prosesi - təkrar istehsalın genişləndirilməsi; təkrar istehsal bazarının formalaşması və
genişlənməsini təmin edən proseslər.
Şəkil 14.4-də müəssisənin biznes-planının strukturu (blok-sxem) verilmişdir.
Şəkil 14.4. Müəssisənin biznes-planının strukturu (blok-sxem)
Biznes layihəsinin reallaşmasının planlaşdırılması aşağıdakı bir sıra məsələləri
əhatə edir:
- layihənin həyata keçirilməsi üçün firmada və ondan kənarda yerinə yetirələcək
işlərin
tipini müəyyən etmək;
- həyata keçirilən məsələlərdə hadisələrin həyata keçirilməsi ardıcıllığını müəyyən
etmək;
- layihənin həyata keçirilmə qrafıkinin hazırlanması; - nəzərdə tutulan məsələləri
həyata keçirmək və başa çatdırmaq üçün lazım olan maddi, əmək və maliyyə
ehtiyatlarının müəyyən edilməsi;
- layihənin bütün reallaşma dövrü üçün lazım olan pul vəsaitinin məbləğinin
müəyyən edilməsi və dəqiqləşdirilməsi.
Dostları ilə paylaş: