MÖVZU 8. VARİASİYA GÖSTƏRİCİLƏRİ
PLAN:
1. Variasiya göstəriciləri haqqında anlayış
2. Variasiya göstəricilərinin əhəmiyyəti
3. Variasiya genişliyi
4. Orta xətti meyl
5. Dispersiya
6. Orta kvadratik meyl
7. Variasiya əmsalı
8. Ümumi, qrupdaxili və qruplararası dispersiya
9. Alternativ əlamətin dispersiyası
10. Dispersiyanın ixtisar (moment və ya şərti sıfır) üsulu ilə hesablanması
1. Variasiya göstəriciləri haqqında anlayış.
Sosial – iqtisadi hadisələrin əlamətlərinin variasiyasının həcminin ölçülməsi
və öyrənilməsi mühüm nəzəri və təcrübəvi əhəmiyyətə malikdir.
Eyni cinsli məcmuyun tərkibindəki əlamətin fərdi qiymətlərinin müxtəlifliyi
əlamətin variasiyası adlanır. Məsələn, hər hansı bir müəssisədə fəhlələrin aylıq
əmək haqqı, istehsal tapşırığının yerinə yetirilməsi arasındakı fərq, ayrı-ayrı əkin
sahələrindən götürülən məhsul arasındakı fərq və s. əlamətin variasiyasına misal
ola bilər.
Əlamətin variasiyası dedikdə, əlamətin dəyişməsini başa düşmək lazımdır.
Əlamətin variasiyası müxtəlif amillərin birgə təsiri nəticəsində baş verir.
Əlamətin variasiyasını ölçmək, onu müəyyən etmək statistik tədqiqatın
mühüm vəzifəsidir.
Dostları ilə paylaş: |