Mövzunun pasportu



Yüklə 49 Kb.
səhifə1/3
tarix05.01.2022
ölçüsü49 Kb.
#111260
  1   2   3

Mövzunun pasportu

Dissertantın S.A.A.

Əliyeva Sevda Salman qızı

Dissertasiya işinin adı (3 dildə)

AZ

Aqrar landşaft komponentlərinin vəziyyətinin spektrofotometrik qiymətləndirilməsi məsələlərində yeni ölçmə və validasiya metodları

RU

Новые методы измерения и валидации в задачах спектрофотометрической оценки состояния компонентов аграрного ландшафта

İNG

New methods of measuring and validation in tasks of spektrophotometric estimation of condition of agrarian landscape components.

İxtisasın şifri

3324.07

İxtisasın adı

Məsafədən aeorokosmik tədqiqatlar

Mövzunun aktuallığı

Məlumdur ki, aqrar landşaftda bitki ilə örtülmüş yer səthində yaranan karbon qazının (CO2) axını fotosintezin, bitkilərin tənəffüsünün və həmçinin torpaqda olan mikroorqanizmlərin həyat fəaliyyətinin məhsuludur. Atmosferdə və ekosistemdə mövcud olan CO2 axınlarının dinamik inkişafının tədqiqi bu göstərici ilə torpağın və havanın temperaturu arasındakı əlaqənin öyrənilməsini tələb edir. Qeyd edilməlidir ki, bitkilər inkişaf dövründə Günəş şüasından və karbon 4-oksiddən istifadə edirlər. Bununla belə Günəşin Yerə çatan optik şüası atmosferin vəziyyətindən və hava şəraitindən asılı olduğu halda, atmosferdə karbon qazının miqdarı nisbətən stabildir. Bitkilərin inkişafını sürətləndirmək üçün CO2-dən gübrə kimi istifadənin mümkünlüyü haqqında elmi ideyalar istiləşmə effekti yaradan karbon 4-oksidin artımının yenidən qiymətləndirilməsi zərurətini qarşıya çıxarır. Aqua Crop FAO modelində iqlim şəraitinin nəzərə alınması məqsədi ilə yerüstü biokütlənin modelləşdirilməsi üçün normallaşmış su məhsuldarlığından (WP*) istifadə olunur. СО2-nin təsirinin nəzərə alınması üçün normallaşdırmaya СО2 konsentrasiyasının 369,41 ppm qiymətinə qədər çatdırılması halında baxılır. Həmin tədqiqatlarda qeyd olunmuşdur ki, torpaq sahələrinin məhsuldarlığını artırmaq üçün torpağa gübrələrin verilməsi ilə əlaqədar olan bütün məsələlər onda olan bu və ya başqa qidalandırıcı maddələrin miqdarının təyini üçün aparılan test yoxlamalarından sonra həll olunmalıdır. Əsas qidalandırıcı maddələr azot (N), fosfor (P ) və kalium (K) hesab olunur. Torpağın test kalibrlənməsi test nəticələri ilə becərilmiş məhsulun miqdarının torpağa verilmiş gübrənin miqdarına nisbəti arasındakı korrelyasiya səviyyəsinin müəyyənləşdirilməsi üçün aparılır. Bununlada test kalibrlənməsi prosedurunun təkmilləşdirilməsi və torpaqda olan fosforun konsentrasiyası və əlavə olaraq torpağa verilmiş fosfor gübrəsinin miqdarını nəzərə almaqla məhsulun yetişdirilməsinin mərhələlərinin optimallaşdırılması məsələləri də öz aktuallığı ilə seçilir. Belə ki, yarpaqlarda azotun miqdarı, LAI indeksi (yarpaq sahəsinin indeksi) və qaz mübadiləsi yerüstü ekosistemlərdə karbon, azot və suyun qlobal dövriyyəsində vacib rol oynayır. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Yer üzərində baş verən qlobal proseslərin öyrənilməsi üçün məsafədən zondlama metodları və onların metodoloji təminatı vasitələri əvəzolunmazdır. Məsələn, radiasiyanın bitkilərin çətirlərindən keçməsininin tədqiqi üçün müxtəlif multispektral metodlar əsasında alınmış məsafədən zondlama verilənləri vacib rol oynayır.

Yarpaqlarda azotun miqdarı və ümumiyyətlə bitkilərdə və aqrar landşaftlarda qaz mübadiləsi yerüstü ekosistemlərdə karbon, azot və suyun qlobal dövriyyəsində vacib rol oynadığından, bitkilərin vəziyyətinin düzgün qiymətləndirilməsinin məsafədən zondlama metodlarının işlənilməsi vacib və aktual məsələlərdən biri kimi qarşıya çıxır.




Yüklə 49 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin