İşin təcrübi əhəmiyyəti.
Dissertasiya işində irəli sürülən praktiki təkliflərdən və eləcə də tikiş məmulatlarının layihələndirilməsində yaranan nöqsqnların və onları törədən amillərin analizindən əldə olunan nəticələrdən istifadə etməklə, ümumiyyətlə tikiş sənayesində müasir geyimlərdə təyinatından asılı olmayaraq zəriflik, incəlik, eleqantlıq, yüksək kompozisiya həlli, harmoniyalılıq və s. kimi estetik xassə göstəriciləri daha çox tələb olunan keyfiyyətli məhsul problenini həll etmək olar. Bununla yanaşı, dissertasiyada tədqiq olunan və irəli sürülən praktiki təkliflərdən Azərbaycan modelyerlərinin, moda evlərinin iş təcrübəsində, dissertasiyanın əsas müddəalarından isə UNEC- in “Texnologiya və Dizayn” fakültəsinin buraxılış və kurs layihələrində, eləcə də, uyğun fənnlərin mühazirə kurslarında istifadə oluna bilər.
İşin strukturu. Magistr dissertasiyası 3 fəsildən, nəticə və təkliflərdən ibarət olmaqla, işin yazılmasında 12 adda ədəbiyyat mənbələrindən istifadə edilmişdir. Dissertasiya işi kompüterdə yazılmış 74 səhifədən, 69 şəkildən ibarətdir.
Müasir şəraitdə müəssisələrin istehsal etdikləri məhsullar kəmiyyətinə görə yox, onun keyfiyyətinə görə seçilir. Bu da keyfiyyət problemlərinin nə qədər ciddi olmasını göstərir.Qeyd olunan xüsusiyyətlərlə yanaşı müasir geyimlərdə, xüsusilə qadın getimlərində təyinatından asılı olmayaraq zəriflik, incəlik, eleqantlıq, yüksək kompozisiya həlli, harmoniyalılıq və s. kimi estetik xassə göstəriciləri daha çox tələb olunur. Bu baxımdan da geyimlərinin keyfiyyətinə qoyulan tələblərin kompleksi daha geniş və mürəkkəbdir.
Dostları ilə paylaş: |